BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ ВЕСТНИК БАКИНСКОГО УНИВЕРСИТЕТА NEWS OF BAKU UNIVERSITY ISSN 1609-0586 HUMANİTAR elmlər seriyası серия ГУМАНИТАРНЫХ НАУК series of HUMANITARIAN SCIENCES №3.2017 3 Baş redaksiya heyəti: Məhərrəmov A.M. (baş redaktor), Kazımzadə A.H. (baş redaktorun müavini), Əliyeva İ.N., Məmmədov Y.Ə., Əliyev İ.Ə., Əfəndiyev V.Ə., Xələfov A.A., Məmmədəliyev V.M., Paşayeva N.A., Quliyeva Ş.T. (məsul katib). Seriyanın redaksiya heyəti: Zeynalov İ.X. (redaktor), İsmayılov X.İ. (redaktorun müavini), Quliyeva S.Z. (məsul katib), Əliyeva İ.S., Qurbanov A.İ., Əlizadə Y.M., Rzayev A.Ə., Əzizov E.Z., Hacıyev A.C., Hacıyev S.T., İsmayılov X.İ., Vəliyev Ş.Q., Məmmədov C.Ə., Vəliyev M.T., Rüstəmov R.Ə. B.310.30.IV.1999 © «Bakı Universiteti Nəşriyyatı», 2017 4 BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ №3 Humanitar elmlər seriyası 2017 DİLÇİLİK UOT 811.512.16 ELMİ ÜSLUB VƏ TÜRK DİLLƏRİNDƏ ELMİ ÜSLUBUN FORMALAŞMASI TARİXİ Ş.HƏSƏNLİ-QƏRİBOVA AMEA, Türk dilləri şöbəsi
[email protected] Ədəbi dilin funksionallıq baxımından seçilən üslublarından biri də elmi üslubdur. Elmi üslubun formalaşması ədəbi dilin təşəkkülünün ən yüksən mərhələsində baş verir. Məqalədə verilən faktlar XIV-XVI əsrlərə aid türk dillərində yazılmış əsərlər türkdilli elmi üslubun tarixinin XIV əsrdən başladığını sübut edir. Məqalədə ərəbdilli elmi əsərlər türkdilli mühitdə getdikcə azalan tələbatın, türk dilinin mədrəsə və elm dilinə çevrilməsinin səbəblərini, bədii və məişət üslubu əsasında elmi üslubun diferensiallaşması faktlarla araşdırılmışdır. Əldə olunan nəticələr türkdilli elmi üslubun tarixinin daha qədim olduğunu bu dilin elmi faktları əsrlər əvvəl tam dolğunluqla əks etdirdiyini sübut edir. Açar sözlər: elm, üslub, ədəbi dil, türk dilləri, üslubi diferensiallaşma Elmi üslub ümumədəbi dilin spesifik xüsusiyyətlər daşıyan qolu olub, elm və texnologiyanın müxtəlif nailiyyətlərinin, insanın beyin gücünün məh- sulu olan yeniliklərin dildə ifadəsini təmin edir.