BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ ВЕСТНИК БАКИНСКОГО УНИВЕРСИТЕТА NEWS OF BAKU UNIVERSITY ISSN 1609-0586 HUMANİTAR elmlər seriyası серия ГУМАНИТАРНЫХ НАУК series of HUMANITARIAN SCIENCES №3.2018 Baş redaksiya heyəti: Məhərrəmov A.M. (baş redaktor), Kazımzadə A.H. (baş redaktorun müavini), Əliyeva İ.N., Məmmədov Y.Ə., Əliyev İ.Ə., Əfəndiyev V.Ə., Xələ- fov A.A., Məmmədəliyev V.M., Paşayeva N.A., Quliyeva Ş.T. (məsul katib). Seriyanın redaksiya heyəti: Zeynalov İ.X. (redaktor), İsmayılov X.İ. (redaktorun müavini), Quliyeva S.Z. (məsul katib), Əliyeva İ.S., Qurbanov A.İ., Əlizadə Y.M., Rzayev A.Ə., Əzizov E.Z., Hacıyev A.C., Hacıyev S.T., İsmayılov X.İ., Vəliyev Ş.Q., Məmmədov C.Ə., Vəliyev M.T., Rüstəmov R.Ə. B.310.30.IV.1999 © «Bakı Universiteti Nəşriyyatı», 2018 4 BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ №3 Humanitar elmlər seriyası 2018 DİLÇİLİK UOT 81.46.01.46 DİLDƏ FONOTRANSLİTERASİYA MƏSƏLƏLƏRİ (KONSEPTUAL BAXIŞ) F.A.ŞİRİYEV Bakı Dövlət Universiteti
[email protected] Məqalə həm ümumi dilçilik baxımından, həm də Azərbaycan dilçiliyi baxımından fonotransliterasiya məsələsinin araşdırılmasına həsr edilmişdir. Əsas istiqamət olaraq dünya dilçilərinin bu sahədə fikirlərinə münasibət bildirilmiş və bu münasibətlərdə fərdi fikir ortaya qoyulmuşdur. Burada daha çox nəzəri-konseptual baxışlara üstünlük verilmişdir. Açar sözlər: ədəbi dil, fonotransliterasiya, əlifba, dominant, fonetika Etnosun, xalqın, millətin mövcudluğu bütün tarix boyu onların dili ilə konkretləşib. Dünyada təxminən 5000 dil mövcuddur, lakin onlardan yalnız 250-yə yaxını ədəbi dilə malikdir. Bu, o deməkdir ki, hər hansı danışıq dili hələ ədəbi dil deyil. Etnosun dili o vaxt ədəbi dilə çevrilir ki, həmin dildə yazı mövcud olsun. Etnosun dili yazılı şəkil almayıbsa, bu dil yayılmayıb.