Filologiya Məsələləri, № 7, 2020
Total Page:16
File Type:pdf, Size:1020Kb
Filologiya məsələləri, № 7, 2020 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI M. FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU FİLOLOGİYA MƏSƏLƏLƏRİ № 7 Toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiy- yata alınmışdır (Filologiya elmləri bölməsi, №13). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. Reyestr №3222. «Елм вя тящсил» Бакы – 2020 – 1 – Filologiya məsələləri, № 7, 2020 РЕДАКСИЙА ЩЕЙЯТИ: академик Иса Щябиббяйли, академик Теймур Кяримли, akademik Мющсцн Наьысойлу, akademik Низами Ъяфяров, академик Rafael Hüseynov, АМЕА-нын мцхbир цзвц, фilologiya elmləri doktoru, проф. Ябцлфяз Гулийев, фilologiya elmləri doktoru, проф. Fəxrəddin Veysəlli, фilologiya elmləri doktoru, проф. Гязянфяр Казымов, фilologiya elmləri doktoru, проф. Рцфят Рцстямов фilologiya elmləri doktoru, проф. Əsgər Rəsulov, фilologiya elmləri doktoru, проф. Надир Мяммядли, фilologiya elmləri doktoru, проф. Ябцлфяз Ряъябли, фilologiya elmləri doktoru, проф. İsmayıl Məmmədli, фilologiya elmləri doktoru, проф. Мясуд Мащмудов, фilologiya elmləri doktoru, проф. Nizami Xudiyev, фilologiya elmləri doktoru, проф. Həbib Zərbəliyev, фilologiya elmləri doktoru, проф. İlham Tahirov, фilologiya elmləri doktoru, проф. Tofiq Hacıyev, фilologiya elmləri doktoru, проф. Sevil Mehdiyeva, фilologiya elmləri doktoru, проф. Buludxan Xəlilov, фilologiya elmləri doktoru, проф. Мцбариз Йусифов, фilologiya elmləri doktoru, проф. Гязянфяр Пашайев, фilologiya elmləri doktoru, проф. Ъялил Наьыйев, фilologiya elmləri doktoru, проф. Камиля Вялийева, фilologiya elmləri doktoru, проф. Азадя Мусайева, фilologiya elmləri doktoru Paşa Kərimov, фilologiya üzrə fəlsəfə doktoru, dos. Нязакят Мяммядли Redaktor: академик Теймур Кяримли Buraxılışa məsul: filologiya elmləri doktoru, professor Надир Мяммядли Филолоэийа мясяляляри. Бакы, 2020, № 7 ISSN 2224-9257 © ”Elm və təhsil” nəşriyyatı, 2020 www. filologiyameseleleri.net – 2 – Filologiya məsələləri, № 7, 2020 DİLÇİLİK AFAQ RAMİZ qızı AĞAYEVA filologiya elmləri doktoru, professor e-mail: afag.agayeva58@ gmail.com Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Ünvan: Azadlıq prospekti 20. MƏDƏNİ NİTQƏ VERİLƏN TƏLƏBLƏR: NİTQİN AYDINLIĞI VƏ TƏMİZLİYİ (Texniki ali məktəblərdə Azərbaycan dili və nitq mədəniyyəti məşğələləri üçün mühazirə materialı) Açar sözlər: mədəni nitq, nitqın aydınlığı, nitqin təmizliyi, mühəndisin nitqi, arqo. XÜLASƏ Məqalənin əvvəlində nitqin aydınlığına dəlalət edən başlıca amillər sxem formasında verilir. Nils Borun nitqin aydınlığı haqqında söylədiyi fikri sitat gətirilir: “Mən çox adam, böyük auditoriya üçün nitq söyləyəndə nitqim aydın, anlaşıqlı olmur. Amma kiçik auditoriyaya öz fikirlərimi aydın şəkildə çatdırmağı bacarıram”. “Arqo” sözünün tarixi haqqında maraqlı məlumat verilir. Göstərilir ki, oğurluq peşəsinin simvolu olan - “xoruzun ayağının arxasındakı çıxıntı” deməkdir. XIII-XIV əsrlərdə fransız cinayətkarlar xoruzun pəncəsinin dərisinin bu hissəsini kəmərlərində gəzdirirdilər ki, bir-birini tanısınlar. XIX əsrin ortalarından həmin söz Fransada simalarını itirmiş, pozulmuş müxtəlif ünsürlərin və jarqonların bildirilməsi üçün istifadə edilmidşir. Rusiyada bu termin dilçilər arasında XX əsrin əvvələrindən yayılmağa başlamışdır. Bu dilə bəzən “xırda alverçilərin dili” də deyilir. 1908-ci ildə “Həbsxana jarqonları” lüğəti meydana çıxdı. Tələbə arqosu: Gənclərin müəyyən hissəsini universitet tələbələri təşkil edirlər ki, bunların danışığında ümumi dilin başqa ünsürləri ilə yanaşı, çoxlu arqo söz və ifadələr də işlənir. Tələbə jarqonunda işlədilən pəncərə “dərs cədvəlindəki boşluq” (yəni 1-ci və 3-cü saat dərs var, 2-ci saat isə ara verilib, deməli, 2-ci saat – pəncərədir – boşdur); kəsilmək – “imtahandan keçməmək, qiymət almamaq”; bitik- imtahan suallarına yazılan cavablardan ibarət kiçicik yaddaşlıq, şparqalka jarqonları artıq “tələbə dili”ndən “müəllim dili”nə də keçmişdir. JARQON. Jarqon termini fransızcanın jarqon “ləhcə, jarqon” sözündən törəmişdir. Jarqonların yaranmasını hüquqşünas V.Lebedev belə izah edir: “Heç bir – 3 – Filologiya məsələləri, № 7, 2020 şübhə yoxdur ki, dünyada ilk peşəkar oğru ya fırıldaqçı özü kimisi - “öz tayı” ilə söhbətə başladığı andan “oğru dili” yaranmışdır. JARQON TERMİNLƏR. Jarqonlar hərbi sahədə, aviasiya sahəsində nisbətən geniş istifadə edilir. Ona görə ki, hərbi və aviasiya sirri gizli saxlanılaraq, cəmiyyət arasına yayılmamalıdır! Məsələn: heli – vertolyot. Daha sonra varvarizmlər, dialekt və şivələr haqqında da maraqlı məlumatlar – nümunələrlə əsaslandırılmışdır. NİTQİN AYDINLIĞI fikri elə ifadə etməyi tələb edir ki, dinləyici və ya oxucu asanlıqla, heç bir çətinlik çəkmədən onu (fikri) anlaya bilsin. Çətin başa düşülən Ümum- Ədəbi Sözlə-rin Üslub Təmtə- sözlərin izahı (jarqon, işlək söz tələf- öz ilkin – dolaşıq- raqlı dialekt, peşə və füz həqiqi lığı ya- cüm- leksikası) ifadələrə (dik- mənala- radan lələrə yol üstünlük siya) rında söz, vermə- vermək işlən- ifadə, mək məsi cüm-lələr Əgər nitq adresata - dinləyiciyə çatmayıbsa yaxud başa düşülməyibsə, onu bitmiş hesab etmək olmaz. “Dinləyici” amili o deməkdir ki, məsələn, riyaziyyata aid mühazirə başqalarına aydın olmaya bilər. Amma həmin mühazirə “nitqin aydınlığı” tələblərinə uyğun qurularsa, o öz dinləyiciləri üçün aydın olacaq. Burada dahi riyaziyyatçı Nils Borun özü haqqında dediklərini misal gətirmək istəyirəm. O deyirdi: “Mən çox adam, böyük auditoriya üçün nitq söyləyəndə nitqim aydın, anlaşıqlı olmur. Amma kiçik auditoriyaya öz fikirlərimi aydın şəkildə çatdırmağı bacarıram”. – 4 – Filologiya məsələləri, № 7, 2020 MÜHƏNDİSİN NİTQİNİN TƏMİZLİYİ. NİTQİN TƏMİZLİYİ– arqo, jarqo, lüzumsuz, tüfeyli sözlər, dialekt sözləri, varvarizmlər (əcnəbi sözlər), vulqarizmlər, yersiz alınmalar, loru, şablon leksikanın dildən uzaqlaşdırılmasıdeməkdir. Əxlaq normalarından kənara çıxmayan, yad ünsürlərdən uzaq olan milli-ədəbi dilin qayda və qanunlarına uyğun gələn nitq təmiz nitq adlanır. “Arqo, əsasən, eybəcər, qorxaq, gizli, satqın, zəhərli, qəddar, ikiüzlü, çirkin adamların, dilənçi həyat tərzi sürənlərin dilidir”. V. Hüqo “ARQO” sözü fransız sözü “erqo” sözünün dəyişikliyə uğramış formasıdır. Oğurluq peşəsinin simvolu olan - “xoruzun ayağının arxasındakı çıxıntı” deməkdir. XIII-XIV əsrlərdə fransız cinayətkarlar xoruzun pəncəsinin dərisinin bu hissəsini kəmərlərində gəzdirirdilər ki, bir- birini tanısınlar. XIX əsrin ortalarındanhəmin söz Fransada simalarını itirmiş, pozulmuşmüxtəlif ünsürlərin və jarqonların bildirilməsi üçün istifadə edilmidşir. Rusiyada bu termin dilçilər arasında XX əsrin əvvələrindən yayılmağa başlamışdır. Bu dilə bəzən “xırda alverçilərin dili” də deyilir. 1908-ci ildə “Həbsxana jarqonları” lüğəti meydana çıxdı. Tələbə arqosu: Gənclərin müəyyən hissəsini universitet tələbələri təşkil edirlər ki, bunların danışığında ümumi dilin başqa ünsürləri ilə yanaşı, çoxlu arqo söz və ifadələr də işlənir. Qeyd etmək lazımdır ki, arqoların başqa növləri kimi, tələbə arqosu da bütün dillərdə eyni leksik tutumda deyil: bu və ya başqa dildə geniş və ya dar lüğət tərkibinə malikdir. Məsələn, rus dilində tələbə arqosunun lüğət tərkibi Azərbaycan dilində tələbə arqosunun lüğətindən çox-çox genişdir. Tələbə jarqonunda işlədilən pəncərə “dərs cədvəlindəki boşluq” (yəni 1-ci və 3-cü saat dərs var, 2-ci saat isə ara verilib, deməli, 2-ci saat – pəncərədir – boşdur); kəsilmək – “imtahandan keçməmək, qiymət almamaq”; bitik- imtahan suallarına yazılan cavablardan ibarət kiçicik yaddaşlıq, şparqalka jarqonları artıq “tələbə dili”ndən “müəllim dili”nə də keçmişdir. JARQON. Jarqon termini fransızcanın jarqon “ləhcə, jarqon” sözündən törəmişdir. Fransızlar bu sözü qədim Roma tayfa dillərində “cəfəngiyat, boşboğazlıq” mənasını verən “jarqon” sözündən almışlar. – 5 – Filologiya məsələləri, № 7, 2020 Jarqonların yaranmasını hüquqşünas V.Lebedev belə izah edir: “Heç bir şübhə yoxdur ki, dünyada ilk peşəkar oğru ya fırıldaqçı özü kimisi - “öz tayı” ilə söhbətə başladığı andan “oğru dili” yaranmışdır. JARQON TERMİNLƏR. Jarqonlar hərbi sahədə, aviasiya sahəsində nisbətən geniş istifadə edilir. Ona görə ki, hərbi və aviasiya sirri gizli saxlanılaraq, cəmiyyət arasına yayılmamalıdır! S.Əliyeva qeyd edir ki, heli – vertolyot, cat – radio ilə idarə olunan hava hədəfi, zumbo – xilasedici, boyler – dağılmış, köhnəlmiş təyyarə və yaxud aviamühərrik, boneyard – təyyarələr qəbiristanlığı (zibilxanası), sınan təyyarələri almaq və s. bildirir (3, s.80). VARVARİZMLƏR - latınca “barbaros” sözündən əmələ gəlmişdir. Yəni latını bilməyib donquldanan, burnunun altında danışan xaricilər deməkdir. Ona görə, bu sözlərə bəzən də “barbarizm” deyirlər: dildə yerində işlədilməyən, sinonimi ola- ola istifadə edilən “əcnəbi” sözlər. Alınma sözlərdən fərqli olaraq, əcnəbi sözlərin istifadəsi yolverilməzdir. Avropa dillərində bu problemi aradan qaldırmaq məqsədilə ingilis, alman və fransız dilləri üçün İtaliyada vahid lüğət yaradılmışdır. Lüğətin yaradıcıları ümid edirlər ki, XXI əsrin ortalarında avropalılar bir-birini tərcüməçisiz başa düşəcəklər. Nitqdə tez-tez “началник” (rəis), “документ”(sənəd), “[liçnı],[liçnoye] дело” (şəxsi iş), “значит”(deməli), “хватит”(bəsdir), “бесполезно”(mənasızdır), “zanyat”(məşğul), “ustupkaya getmək”, “kankret”, “пaкрыват etmək” və s. sözlər varvarizmlərdir. DİALEKT (yunanca dialektos) - ərazi, sənət və ya ictimai vəziyyətlərinə görə sıx birləşən, daimi vəbilavasitə dil ünsiyyətində olan sayca qeyri-məhdud adamların işlətdikləri dil müxtəlifliyidir. ŞİVƏ – ümumxalq dilinin yerli növ müxtəlifliyi. Daha geniş ərazini əhatə edən ləhcədən fərqli olaraq, şivə kiçik bir