Filologiya Məsələləri, № 9, 2020
Total Page:16
File Type:pdf, Size:1020Kb
Filologiya məsələləri, № 9, 2020 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI M. FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU FİLOLOGİYA MƏSƏLƏLƏRİ № 9 Toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiy- yata alınmışdır (Filologiya elmləri bölməsi, №13). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. Reyestr №3222. «Елм вя тящсил» Бакы – 2020 – 1 – Filologiya məsələləri, № 9, 2020 РЕДАКСИЙА ЩЕЙЯТИ: академик Иса Щябиббяйли, академик Теймур Кяримли, akademik Мющсцн Наьысойлу, akademik Низами Ъяфяров, академик Rafael Hüseynov, АМЕА-нын мцхbир цзвц, фilologiya elmləri doktoru, проф. Ябцлфяз Гулийев, фilologiya elmləri doktoru, проф. Fəxrəddin Veysəlli, фilologiya elmləri doktoru, проф. Гязянфяр Казымов, фilologiya elmləri doktoru, проф. Рцфят Рцстямов фilologiya elmləri doktoru, проф. Əsgər Rəsulov, фilologiya elmləri doktoru, проф. Надир Мяммядли, фilologiya elmləri doktoru, проф. Мясуд Мащ- мудов, фilologiya elmləri doktoru, проф. Ябцлфяз Ряъябли, фilologiya elmləri doktoru, проф. Ъялил Наьыйев, фilologiya elmləri doktoru, проф. İsmayıl Məmmədli, фilologiya elmləri doktoru, проф. Nizami Xudiyev, фilologiya elmləri doktoru, проф. Həbib Zərbəliyev, фilologiya elmləri doktoru, проф. İlham Tahirov, фilologiya elmləri doktoru, проф. Tofiq Hacıyev, фilologiya elmləri doktoru, проф. Sevil Meh- diyeva, фilologiya elmləri doktoru, проф. Buludxan Xəlilov, фilologiya elmləri doktoru, проф. Мцбариз Йусифов, фilologiya elmləri doktoru, проф. Гязянфяр Пашайев, фilologiya elmləri doktoru, проф. Камиля Вялийева, фilologiya elmləri doktoru, проф. Азадя Мусайева, фilologiya elmləri doktoru Paşa Kərimov, фilologiya üzrə fəlsəfə doktoru, dos. Нязакят Мяммядли Redaktor: академик Теймур Кяримли Buraxılışa məsul: filologiya elmləri doktoru, professor Надир Мяммядли Филолоэийа мясяляляри. Бакы, 2020, №9 ISSN 2224-9257 © ”Elm və təhsil” nəşriyyatı, 2020 www. filologiyameseleleri.com – 2 – Filologiya məsələləri, № 9, 2020 DİLÇİLİK QƏRİBƏ MƏMMƏDOVA Filoloqiya üzrə fəlsəfə doktoru,dosent Azərbaycan Dövlət Pedaqoji Universiteti [email protected] İNGİLİS ƏDƏBİYYATINDA İŞLƏNMİŞ ATALAR SÖZLƏRİ VƏ İDİOMLARIN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSİNİN BƏZİ XÜSUSİYYƏTLƏRİ Anotasiya Verilmiş məqalə atalar sözləri, zərb məsəllər və idiomlarin ingilis ədəbiyyatinda işlənməsinə həsr olunub. Məqalədə onlarin ingilis dilindən azərbaycan dilinə tərcüməsi yollarından danışılır.İngilis yazıçılarının əsərlərindən götürülmüş nümunələrə məqalədə geniş yer verilir. Bu nümunələrin əsasında atalar sözləri, zərb məsəllər və idiomların bir dildən digər dilə tərcüməsinin spesifik xüsusiyyətləri araşdırılır. İngilis dilində yazilmiş əsərlərdə işlənən frazeoloji birləşmələr bəzən həmin əsəri oxuyan geyri ingilis oxucular üşün problemlərə səbəb olur. Hətta bəzən ingilis dilni kifayət gədər yaxşı bilənlər də frazeoloji birləşmələrə görə oxuduqları mətni doğru- düzgün gavraya bilmir. Ona görə də ingilis dilli mətndə işlənmiş atalar sözü, məsəl və ya idiomu düzgün başa düşmək və onu tam dəqiqliyilə azərbaycan dilinə tərcümə etmək üçün ingilis dilində mükəmməl biliyə sahib olmag laziımdır. Niyə müəlliflər öz əsərlərində tez-tez frazeoloji birləşmələrə müraciət edirlər Bu sualın cavabını məqalədə tapmaq olar.Məqalədə deyilir ki, atalar sözləri,məsəllər, idiomlardan istifadə etməklə müəlliflər mətndə söyləmək istədikləri fikrin daha ifadəli, daha qabarıq şəkildə səslənməsinə nail olurlar. Atalar sözləri, məsəllər və idiomlardan yerli-yerində, məqamında istifadə etməsi müəllifin öz ana dilində frazeoloji birləşmələri cox gözəl bilməsindən xəbər verir. Məqalədə ingilis ədəbiyyatından götürülmüş nümunələrin azərbaycan dilinə tərcüməsi təqdim olunur. Onların leksik- grammatik xüsusiyyətləri müqayisə edilir. Məqalədə atalar sözləri, məsəllər və idiomların azərbaycan dilinə tərcüməsilə bağlı faydalı məsləhətlər verilir. Əvvəla ingilis dilindən azərbaycan dilinə tərcümə işilə məşğul olan şəxs hər iki dili yüksək səviyyədə bilməlıdir. O, tərcümə etdiyi dillərin daşıyıcısı olan xalqların tarixini, mədəniyyətini, etimologiyasını, baxışlarını çox yaxşı bilməlidir. Bir faktı nəzərə almaq lazımdır ki, bəzi ingilis atalar sözləri, məsəllərinin azərbaycan dilində ekvivalentləri var. Onların tərcüməsi heç bir çətinlik doğurmur. Lakin baxişlaarda, keçilmiş tarixi yolda, milli mentallıqda olan müəyyən fərqlərə görə bəzi atalar sözləri və məsəlləri tərcümə etmək olmur.Bunları nəzərdə tutulan mənanı tam – 3 – Filologiya məsələləri, № 9, 2020 aça bilən cümlələr kimi də çevirmək olar. Adətən idiomların tərcüməsi xüsusilə çətin olur. Çünki idiomlardakı sözlər lüğətdəki mənalarını tam itirir və məcazi mənada işlənirlər. Belə birləşmələrin tərcüməsi tərcüməçədən xüsusilə böyük məharət tələb edir. Açar sözlər: folklor, atalar sözleri, idiomlar, frazeoloji birləşmələr, poeziya, ekvivalent. Şifahi xalq ədəbiyyatının çox geniş yayılmlş formalarından biri olmaqla atalar sözləri,zərb məsəllər və idiomlar həyatın müxtəlif sahələrinin insanlar tərəfindən müşahidəsi nəticəsində yaranan, uzun illərin, bəzən hətta əsrlərin sınağından çıxmış çox qısa, lakin olduqca böyük məna tutumuna malik hikmətli əsərlərdir.Atalar sözlərinin köməyilə xalq həyata baxışını, illərin təcrübəsi sayəsində əldə etdiyi nəticələri, saysız hesabsız sınaqlardan sonra gəldiyi qənaəti, əxlaqi-tərbiyəvi fikirlərini ifadə edir. Belə demək mümkünsə atalar sözləri və məsəllər xalqın əsrlər boyu silinməz, solmaz dəst-xətti ilə yazdığı geniş əhatəli tərcümeyi-halıdır. Həcm etibarilə çox kiçik olsa da böyük mənalar ifadə etdiyi üçün insanlar atalar sözləri, zərb məsəllər və idiomları yerli-yerində işlədərək öz nitqlərini daha da gözəlləşdirir, söylədikləri fikirlərin təsir gücünü artırmağa çalışırlar. Təbii ki, bu meyl bədii ədəbiyyatdan da yan keçməmişdir. İstisnasız demək olar ki, istər ingilis ədəbiyyatında, istərsə də Azərbaycan ədəbiyyatında elə bir yazıçı və ya şair tapmaq olmaz ki, söylədiklərinin bir az da ifadəli səslənməsi üçün öz xalqının bu hikmət xəzinəsindən isifadə etməsin. Bu bütün dövrlərdə və bütün millətlərdə belə olub və olmaqdadır. İngilis ədəbiyyatı da bundan istisna deyil. İngilis ədəbiyyatında da şair və yazıçılar öz əsərlərinin mənasını daha da artırmaq üçün bu qanadlı sözlərdən istifadə etmişlər. Lakin burada iki yanaşma müşahidə olunur: 1. Müəllif frazeoloji birləşməni qismən dəyişdirərək öz əsərinə daxil edir. Buna daha çox poeziya nümunələrində rast gəlinir ki, bu da tamamilə təbiidir. Şair öz şerinin ədəbi-bədii tələblərinə uyğun olaraq atalar sözünü, məsəli qisaldır, komponentlərinin yerini dəyişir və galanını öz mətninə bir növ “peyvənd” eləyir. Hətta bəzən komponentlərdən biri başqa sözlə əvəz olunur. 2 Müəllif frazeoloji birləşməni olduğu kimi öz mətnində işlədir. İngilis ədəbiyyatının timsalında konkret nümunələrə müraciət edək: “Watson,”said he,”I have some recollection that you go armed upon these excursions of ours.”It was as well for him that I did so , for he took little care for his own safety when his mind was once absorbed by a problem, so that more than once my revolver had been a good friend in need.(Konan Doyl). Görkəmli ingilis detektiv yazıçısı Artur Konan Doylun “The Adventures of Sherlock Holmes” əsərindən götürülmüş bu parçada müəllif məşhur “A friend in need, is a friend indeed” ataiar sözünü bölərək və dəyişərək “a good friend in need “ şəklində işlətmişdir. Diqqət yetirsək müəllifin bu ixtisarı çox uğurlu alınmışdır. Gəhrəmanın – 4 – Filologiya məsələləri, № 9, 2020 demək istədiyi “ Bir neçə dəfə çox vacib anlarda silah gərəyim olub” fikri yer dəyişdirilməsi sayəsində çox çözəl açılır. Bu parçanın tərcüməsinə nəzər salaq: “Vatson,” deyə o dilləndi, “Yadıma düşür ki, iş üçün biz hara isə gedəndə sən özünlə silah da götürürsən.” Bu cür hərəkət etməyim onun xeyrinə idi, çünki fikri hansısa bir problemin həlli ilə bərk məşğul olanda şəxsi təhlükəsizliyinin təminatına o qəgər də əhəmiyyət vermirdi. Ona görə də revolverim bir neçə dəfə zərurət zamanı mənə yaxşı dost olmuşdur. Bu atalar sözünün tam forması belədir: A friend in need,is a friend indeed. Yaxşı dost yaman gündə tanınar.” -The tables were loaded with roast sucking pigs, chickens, roast ducks, fresh lobsters and other delicacies which made our mouths water. Though Teka announced that the festivities would last for some days we attacked the food without putting it off till tomorrow. (Rice) Göründüyü kimi standart formada “Never put off till tomorrow what you can do today.” kimi səslənən ,inkar əmr cümləsi olan atalar sözü cümlənin tələbinə uyğunlaşdırılaraq “without putting it till tomorrow” şəklinə salınaraq tərzi –hərəkət zərfliyi funksiyasında işlənmişdir. Stolların üzərini qızardılmış körpə donuzlarla, cücələrlə, ördəklərlə, təptəzə qırmızı dəniz xərçənglərilə və digər ləziz təamlarla doldurmuşdular. Baxdıqca ağzımız sulanırdı.Teka şənliklərin hələ bir neçə gün davam edəcəyini söyləsə də biz sabaha saxlamadan dərhal yeməklərin üstünə cumduq. Bu atalar sözünün azərbaycan dilində standart forması çox yığcamdır: “Bu günün işini sabaha qoyma ( saxlama). Azərbaycan dilində mətndə atalar sözü cəmi iki sözlə tərcümə olunmuş və ingilis dilində olduğu kimi tərzi-hərəkət zərfliyi funksiyasında işlənmişdir. All is well ended,if this suit be won That you express content.(Shakespeare) Bu atalar sözünün tam forması belədir: All is well that ends well . Yaxşı olar hər şey, bu iddia udulsa, Sonda sən də razı qalarsan . Azərbaycan dilində bu atalar sözü belə səslənir: “Yaxşı sonluqla bitən hər şey yaxşıdır.” Məlum atalar sözü hər iki dildə eyni qaydada ixtisar edilmiş və şərt budaq cümləli