Akademik Musa Əliyevin Həyatı, Fəaliyyəti Və Dövrü)

Total Page:16

File Type:pdf, Size:1020Kb

Akademik Musa Əliyevin Həyatı, Fəaliyyəti Və Dövrü) 0 Аzərbaycan Milli Elmlər Akademiyasinin 70 illiyinə həsr olunur Almaz ÜLVĠ ELMĠN HAQQ ÇIRAĞI (akademik Musa Əliyevin həyatı, fəaliyyəti və dövrü) BAKI – 2015 1 AMEA Rəyasət Heyətinin qərarı ilə nəĢr olunur Elmi məsləhətçi: Akif ƏLĠZADƏ, akademik AMEA-nın Prezidenti Elmi redaktor: Ġsa HƏBĠBBƏYLĠ, akademik AMEA-nın vitse-prezidenti Rəyçi: Ġbrahim QULĠYEV, akademik AMEA-nın vitse-prezidenti Redaktoru: Ġsmayıl MƏMMƏDLĠ, fil.e.d., professor Kitabda akademik Musa Əliyevin həyatı, elmi, elmi- təşkilatı, ictimai və dövlət xadimi kimi fəaliyyəti, eləcə də dövründən bəhs olunur. ĠSBN 978-9952-495-95-9 ©”Elm” nəĢriyyatı ©Almaz Ülvi 2 Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 70 illiyinə ithaf olunur 3 Ön Söz Əvəzi Tarix boyu yerin-göyün yeddi qat dərinliklərindəki sehr – sirr dolu möcüzələr elmin gücü ilə kəşf olunub. Elə möcüzələr özü də elmi uğurların nəticəsidir. Milli elm kəhkəşanımızın ənginliklərində sayrışan topa-topa ulduzların işığı – alim ömrünün, alim əməyinin nuru əsrlərdir ki, bütün həyatımızı, dünyamızı öz sehrinin ağuşuna alıb. Bəli, elm qədimdən bəri az qala zaman- dan da sürətli yol qət edib. Azərbaycan Milli Elmlər Akademiyasının 70 ilinin zirvəsindəki dərinliklərin sirrinə bələd olmaq üçün yolu- muza çıraq kimi bir iz seçdik: akademik Musa Əliyevin ömrünə - həyatının enişli-yoxuşlu yollarına, elmi uğur- larına, elmi-təşkilatı qüdrətinə nəzər salmaqla həm də akademiyanın ilk onilliklərinə ekskurs etməli və sonrakı uğurlarımızın o illərdəki özülünün şahidi olduq. Bir alim ömrünə-taleyinə yazılan səhifələri vərəqləməklə ruhunu yad etdik və o illəri gözümüzdə, könlümüzdə bir daha yaşadıq, öyrəndik. Unudulmaz şəxsin fəaliyyəti müstəvisində həm akademikin öz ömrü – taleyi, həm də yaşadığı tarixin ictimai – siyasi ab-havası, XX əsr milli elm tarixində açılan hər yeni səhifənin bünövrə daşının qoyulması, XXI əsrə daşınan elmi-nəzəri təcrübələr bu kitabımızın qayəsi oldu. Akademikin həmkarlarının – dostlarının, tələbələ- rinin, qızı Rəna xanımın, bu gün Milli Akademiya Prezi- denti zirvəsindəki tələbəsi ak.Akif Əlizadənin, elmi – ya- radıcı fəaliyyəti ilə ustadına dərin ehtiramı olan Tofiq Həsənovun, xeyirxahlıq etdiyi çox-çox insanların ... xa- tirələrində, qeydlərində, söhbətlərində, arxiv sənədlə- rində, ömrə işıq tutan fotolarda, saralmış qəzet-dərgi səhifələrində oxuduqlarımızı, müşahidə etdiklərimizi, dinlədiklərimizi diqqətinizə yetiririk, inanırıq ki, vərəq- lədiyiniz bu sətirlər hər kəsə xoş ovqat bəxş edəcək. 4 GƏLƏCƏK NƏSLƏ ÖRNƏK ÖMÜR Akademik (1950), professor (1957), geologiya- mineralogiya elmləri doktoru (1936-cı ildə namizəd- lik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə et- miş), müxtəlif illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Neft Akademiyası) dekan, prorek- tor, direktor (rektor), AKP MK-da təlimatçı, şöbə mü- diri, MK katibi, Azərbaycan SSR Nazirlər Soveti səd- rinin müavini, Dövlət Plan Komitəsinin sədri, 1950- 1958-ci illərdə AMEA-nın Prezidenti, Bakı Dövlət Universitetində kafedra müdiri, Fəxri neftçi, 3 çağırış SSRİ Ali Sovetinin deputatı, Azərbaycan SSR Dövlət mükafatı laureatı, yüzlərlə elmi əsərlərin müəllifi, on- larla alim yetişdirmiş, nəhayət, dünyanın əksər ölkələ- rində neft mütəxəssisi kimi ad - san qazanmış Musa Mirzə oğlu Əliyev XX əsr Azərbaycan elm tarixinin parlaq səhifələrində öz yeri olan böyük şəxsiyyətləri- mizdən biridir. 5 1908-ci il aprelin 11-də Şamaxıda dünyaya göz açan Musa Mirzə oğlu Əliyevə tale möcüzəli bir sənət qismət etmişdi: geoloq idi – yer qabığının müxtəlif qatlarını araşdırmaqla və öyrənməklə, eləcə də elmi- miz, iqtisadiyyatımız üçün faydalı bir vasitəyə çevir- məklə elmi arzularını - istəklərini həyata keçirirdi. Allahın verdiyi bu imkandan xalqın ürəyində məhəb- bət qazanacaq səviyyədə yararlandı və unudulmaz bir iz qoydu. Musa Əliyev öz sahəsində neft elminə böyük yeniliklər gətirib. Geologiya elminin paleontologiya sahəsi (paleontologiya – həm də neftin yaranmasının əsaslarını verən, öyrənən elmdir) üzrə uğurlar qazan- maqla yanaşı, həm də böyük məktəb yaratmışdır. Hazırda bu sahədə çalışan alimlərimiz məhz onun davamçıları, yetirmələridir. Akademik Musa Əliyevin neft sənayesinin inkişafındakı, elmi təşkilatçılıq sahəsindəki müstəsna xidmətlərini gələcək nəslə örnək olaraq xatırlatmaq, belə parlaq bir ömürlüyü vərəqləmək, yenidən öyrən- mək gərəkliyinə ehtiyac duyduq. Elə bu səbəbdən də ―Musa Əliyev məktəbi‖nə gedən yolun səhifələrini gəlin birlikdə oxuyaq. Yolumuza akademikin doğulduğu Şamaxıdan başlayaq - 6 DAĞI, DAŞI, ÇƏMƏNİ - ŞEİR DOLU XƏZİNƏ Bakıdan 120 km məsafədə yerləşən Şamaxı! Şamaxı sözünü eşidincə - dilə gətirincə qeyri-ixtiyari klassik bir səsin – mərhum Gülağa Məmmədovun lirik səsinin sehrinə düşürsən – Səni necə anmayım, Atəşinə yanmayım, Başına dolanmayım - Laləli bulağına, Qız qalası dağına. Mehr salmışam axı, Heyran olmuşam axı, 1. ġamaxı Ģəhəri Qüvvət almışam axı, Şamaxı, ay Şamaxı! Şamaxı şəhərindən görünüş Necə sevməyim səni, Xaqanilər vətəni, Mehr salmışam axı, Dağı, daşı, çəməni - Heyran olmuşam axı, Şeir dolu xəzinə, Qüvvət almışam axı, Sənətinə, sözünə. Şamaxı, ay Şamaxı! Yəqin bu misraları oxuduqca bəstəkarın da aşıqsayağı musiqisi ürəyinizi coşdurur. O Şamaxı ki, oranın suyundan-çörəyindən boy alıb Şərq ədəbi-fəl- səfi dünyasında ucalan söz-sənət sahiblərinin adları da fikrimizdə bir andaca sıralanır: Fələki Şirvani, Xaqani 7 Şirvani, İmadəddin Nəsimi, Zeynalabdin Şirvani, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səh- hət, Məhəmməd Hadi..., daha sonra, ədəbiyyat aşiqi, ictimai xadim Məmməd Tağı Əlizadə Şirvani... Amma təkcə ədəbiyyat adamlarımı? Indi haqqında söz açacağımız, Şamaxı torpağı- nın yetirməsi olan akademik Musa Mirzə Mahmud oğlu Əliyev də klassiklər sırasında özünə yer almış ziyalılarımızdan, ölməzlərimizdəndir - o, geoloq, paleontoloq, stratiqrafçı, pedaqoq, alim, dövlət xadi- mi, ictimai xadim, humanist və xeyirxah şəxs ... kimi şərəfli bir yol keşmişdir - 78 illik bir ömür yolu! Bu qədər zəngin tərcümeyi-hal sahibi olmaq üçün ömür addımları nə qədər dərə - təpə, dağ-düz aşıb, enişli-yoxuşlu izlər keçib. Yollar onu çoxmu yo- rub, o yolda kimlərlə, nələrlə rastlaşıb, rastlaşdığı ha- disələr onu polad kimi sərtləşdiribmi, yoxsa, qəlbində humanist duyğuların yaşıl yarpağı çiçəkmi açıb?! Bir məsəldə deyildiyi kimi, mühit insanın həyat tərzini dəyişə bilər, amma xarakteri doğuluşdan olar, yəni, genetik kodlar özünü hökmən göstərər. İnsan qəlbi xarakterinə görə qələm çalar, - bunu da atalarımız deyib. M.Əliyevin yaşadığı ömrə işıq salarkən oradakı daha qalın xətləri izləməli olsaq, üst qatda görünənlər nə olar? – ali təhsil illəri, elmi uğurlar, pedaqoji fəa- liyyət, təşkilati işlər, deputatlıq kürsüləri, məsul vəzi- fələr - direktor, dövlət xadimi, akademiya preziden- ti..., humanist insan obrazı, xeyirxahlıq mücəssəməsi! Nəhayət, o dövrün vahiməli – qara qorxulu gecələrinin xofundan bir anda baş ağaran kabusu 8 vardı – Stalin rejimi, daha doğrusu, milli varlıqların, hisslərin, düşüncələrin qənimi və ya daha da konkretləşdirsək: milli beyin terroru. M.Əliyev EA Rəyasət Heyəti üzvləri ilə 1951 Musa Əliyev bütün uğurlarını belə dövrdə qa- zanıb – səksəkəli, qorxulu Stalin dönəmində dövlət xadimi olaraq başı üzərində Domokl qılıncı kimi asılı qalan hər an ölüm kabusu dolaşan dövrdə. 9 ŞAMAXIYA BAŞ ÇƏKMƏK İSTƏDIM... AMMA İÇƏRİŞƏHƏRƏ YOL ALDIM Şamaxı yollarını yüz dəfə gedib-gəlmişəm. Getdiyim məkanın yolu oradan keçib. Bu dəfə Şama- xıda dayanmaq, orada ziyarət edəcəyim yurd vardı, orada gördüklərimi qələmə almaq, davamında da artıq İçərişəhərdən görünüş arayıb-araşdırdığım Aşqabad səhifəsini yazacaqdım. Amma təəssüf ki, Musa Əliyevin nə doğulduğu Şamaxı şəhərində, nə də uşaqlıq illəri keçən uzaq Aş- qabaddakı evlərini ziyarət edə bilmədim, halbuki bu yazını başlamaq üçün ilk məqsədim, dediyim kimi, hər iki ocağı ziyarət etmək idi. Elə bu izlə başqa bir ünvan seçdim: gənc Musa Mirzə Mahmud oğlunun Aşqabaddan Bakıya gəldiyi ilk illər İşərişəhərdə yaşadığı evin, sonralar öz evinin yerləşdiyi Kolodeznaya (sonralar Ağamalıoğlu, hazır- da isə Leopold və Mstislav Rastropoviçlər adına), Kiçik Qala (Malaya Krepostnaya) küçələrindən yolu- mu saldım. İşərişəhərdəki Kolodeznaya küçəsində yerləşən ailə ocağı ilk uğurlarının şahidi olan ev olub. Yeri gəlmişkən, qonşularından biri Bakı Dövlət 10 Universitetinin müəllimi, ədəbiyyatşünas professor, əsərlərini həmişə sevə-sevə oxuduğumuz yazıçı Mir Cəlalın ailəsi, digər qonşuları musiqiçi Rastropoviçin ailəsi olub, indi həmin evlər yenidən tikilərək Leopold və Mstislav Rastropoviçlərin ev-muzeyinə çevrilmiş- dir, dünya şöhrətli violonçel çalan M.Rastropoviçin anadan olduğu və uşaqlıq illərini keçirdiyi ev). Həyatının yaradıcılıq baxımından ən parlaq dövrlərinə, elə o illərlə bağlı acılı-şirinli günlərinə, xa- tirələrlə dolu həyəcanlı anlarına yaşadığı bu evin daş divarları şahidlik edib. Yollarda izi, divarlarda ilıq duyğuların hənirtisi qalan ev. Ziyarətimin məqsədi, məhz bütün bunları görmək, duymaq, hiss etmək idi. ―Alimlər evi‖ yaşayış binası Sonralar, Musa Mirzə oğlu ailəsi ilə birgə Bəhram Gur fəvvarəsinin yanında 1946-cı ildə M. Hüseynov və S.Dadaşovun birgə layihələri əsasında tikilib təhvil verilən ―Alimlər Evi‖ nə köçdü. Gözəl Xəzərin bulvaryanı sahəsi, üst tərəf yolu funikulyorla başlayan Çəmbərəkənd təpəliyi, bir sözlə, şəhərin ən gözəl hissəsində geniş otaqları olan bir ev aldı. Bu ev Bakı Dövlət Universitetinin müəllim-professor heyəti üçün nəzərdə tutulmuşdu. 11 ÖMRÜN AŞQABAD SƏHİFƏSİ 1902-ci ilin 31 yanvarında, günorta saat 12.50 dəqiqədə Şamaxıda güclü zəlzələ baş verdi. Yeraltı təkanlar nəticəsində şəhərin altı üstünə çevrildi. Qəzetlərdə
Recommended publications
  • Azerbaijan on the International Arena
    Administrative Department of the President of the Republic of Azerbaijan P R E S I D E N T I A L L I B R A R Y Azerbaijan on the international arena Azerbaijan - UN Azerbaijan – European Union Azerbaijan - Council of Europe Azerbaijan - OSCE Azerbaijan - UNESCO Azerbaijan – OIC Azerbaijan – Guam Azerbaijan - NATO 1 Administrative Department of the President of the Republic of Azerbaijan P R E S I D E N T I A L L I B R A R Y Azerbaijan on the international arena Azerbaijan has been following an independent foreign policy since gaining independence in 1991. This policy aims at the strengthening and development of the state system and the protection of the national interests of Azerbaijan. Azerbaijan builds its foreign policy on the principle of respect to the international legal standards and norms, the state sovereignty and territorial integrity and the principles of nonintervention into the internal affairs. The foreign policy of Azerbaijan, adhering to these principles and speaking on behalf of the national interests targets such urgent issues as the risks and challenges to the national security and territorial integrity, sovereignty and independence of the republic and the prevention of the intervention of the Republic of Armenia. The major priorities of the foreign policy of Azerbaijan are the establishment of the regional peace and stability, the implementation of large transport and cooperation projects. The attraction of the foreign capital to the implementation of different projects on the development of the country's economics for more effective protection of the national interests plays a great role in the foreign policy of Azerbaijan in the present-day world.
    [Show full text]
  • World Bank Document
    33581 THE WORLD BANK GROUP 2004 A THE WORLDBANKGROUP Headquarters 1818 H Street, N.W. Washington, D.C. 20433, U.S.A. NNUAL Public Disclosure AuthorizedPublic Disclosure Authorized Telephone: (202) 473-1000 Facsimile: (202) 477-6391 Website: www.worldbank.org M EETINGS Cable Address World Bank: INTBAFRAD IFC: CORINTFIN THE WORLD BANK GROUP IDA: INDEVAS OF MIGA: MIGAVEST THE B SUMMARY PROCEEDINGS OARDS Public Disclosure AuthorizedPublic Disclosure Authorized OF 2004 ANNUAL MEETINGS G OVERNORS OF THE OARDS OF OVERNORS B G Public Disclosure AuthorizedPublic Disclosure Authorized Summary Proceedings Washington D.C. October 3, 2004 Public Disclosure AuthorizedPublic Disclosure Authorized 3645_p00i-viii_FrontMatter.pdf 8/24/05 9:30 AM Page i THE WORLD BANK GROUP 2004 ANNUAL MEETINGS OF THE BOARDS OF GOVERNORS SUMMARY PROCEEDINGS WASHINGTON D.C. OCTOBER 3, 2004 3645_p00i-viii_FrontMatter.pdf 8/24/05 9:30 AM Page ii 3645_p00i-viii_FrontMatter.pdf 8/24/05 9:30 AM Page iii INTRODUCTORY NOTE The 2004 Annual Meetings of the Boards of Governors of the World Bank Group, which consists of the International Bank for Reconstruc- tion and Development (IBRD), International Finance Corporation (IFC), International Development Association (IDA), Multilateral Investment Guarantee Agency (MIGA) and International Centre for the Settlement of Investment Disputes (ICSID), held jointly with that of the International Monetary Fund, took place on October 3, 2004 in Washington D.C. The Honorable Lim Hng Kiang, Governor of the Bank and the Fund for Singapore, served as the Chairman. The Summary Proceedings record, in alphabetical order by member countries, the texts of statements by Governors, the reports and resolu- tions adopted by the Boards of Governors of the World Bank Group.
    [Show full text]
  • National Library As a Mediator in Promoting Azerbaijani Literature
    NATIONAL LIBRARY AS A MEDIATOR IN PROMOTING AZERBAIJANI LITERATURE Adila Tariyel Abdullayeva Head of department, Azerbaijan National Library, PhD in History [email protected] Milli Kitabxana Azərbaycan ədəbiyyatının təbliğində vasitəçi kimi Xülasə: Məqalədə Azərbaycan ədəbiyyatının təbliği istiqamətində Milli Kitab- xananın fəaliyyəti işıqlandırılmışdır. Burada həm ənənəvi, həm də electron vasitələrlə bədii ədəbiyyatın təbliği və qlobal informasiya mühitinə təqdim edil- məsi sahəsində görülən işlərdən bəhs edilmişdir.Bir il ərzində bədii ədəbiyyata dair kitab verilişi, ölkə ərazisində bədii ədəbiyyat və ədəbiyyatşünaslığa dair kitab nəşrinin vəziyyəti, xarici dillərə tərcümə problemləri, beynəlxalq kitab mübadiləsi v əsərgi-yarmarkalarda Azərbaycan ədəbiyyatının dünyaya təqdim edilməsi üzrə statistic təhlillər aparılmışdır. Национальная библиотека как посредник в продвижении азербайджанской литературы Резюме: В статье описывается деятельность Национальной библиотеки по продвижению азербайджанской литературы. Здесь говориться об активностибиблиотек в пропагандеи представлении художественной литературы в глобальной информационной среде, как традиционными, так и электронными средствами. Проведен статистический анализ по книговыдаче художественной литературыпо представлению азербай- джанской литературы на выставках-ярмарках и по международному книгообмену в течении года, а также исследован осостояние книжного издания по литературе и литературоведениив стране, и проблем пере- вода литературы на иностранные языки. Key words: Azerbaijani
    [Show full text]
  • Azerbaijan State Agricultural University
    AZERBAIJAN STATE AGRICULTURAL UNIVERSITY Name:Sahib Surname:Akhundov Patronymic:Ibrahim Date of birth:17.04.1952 Work phone (022)2661258 Моb:+994552904217 E-mail:[email protected] Faculty: Department:Department of Languages EDUCATION,ACADEMIC DEGREE AND ACADEMIC TITLES In 1973 graduated from the philological faculty of Ganja State University. Studied at the postgraduate course of the Institute of Literature named after Nizami of ANAS without leaving his labor activity. In 1983, he defended his dissertation on "Gasimbey Zakir's lyrics" and received a scientific degree. "Poetics of Zakibmay Zakir", "Ganja period of Ahmad Javad's life and work", "Science martyr" about the scientific-theoretical meetings of prominent writer and literary scholar Mir Jalal Pashayev, dedicated to the work of Ashig Alasgar He is the author of a monograph and about 100 scientific articles. He has been a member of the Azerbaijan Journalists 'Union since 1989 and the Azerbaijan Writers' Union since 1992. He is the author of more than 10 books. His works were performed in Ganja, Mingachevir, Agdam, Fuzuli State Drama Theaters, Shahbuz People's Theater in Nakhchivan, Ganja State Puppet Theater. His poems have been published in Ukraine, Iran and Turkey. He is an honored cultural worker of Azerbaijan. In 2015, he was awarded a Presidential Scholarship. EMPLOYMENT From September 1973 to June 1982 he worked as a teacher in Ujar district. From June 1982 to April 1989 he worked as a researcher at the Ganja Scientific Center of ANAS. From April 1989 to May 1997, he worked at the Azerbaijan Agricultural Academy (now the Azerbaijan State Agrarian University, first as a correspondent for the newspaper "For Personnel", and then as a teacher at the Department of Languages.
    [Show full text]
  • Statesmen and Public-Political Figures
    Administrative Department of the President of the Republic of Azerbaijan P R E S I D E N T I A L L I B R A R Y CONTENTS STATESMEN, PUBLIC AND POLITICAL FIGURES ........................................................... 4 ALIYEV HEYDAR ..................................................................................................................... 4 ALIYEV ILHAM ........................................................................................................................ 6 MEHRIBAN ALIYEVA ............................................................................................................. 8 ALIYEV AZIZ ............................................................................................................................ 9 AKHUNDOV VALI ................................................................................................................. 10 ELCHIBEY ABULFAZ ............................................................................................................ 11 HUSEINGULU KHAN KADJAR ............................................................................................ 12 IBRAHIM-KHALIL KHAN ..................................................................................................... 13 KHOYSKI FATALI KHAN ..................................................................................................... 14 KHIABANI MOHAMMAD ..................................................................................................... 15 MEHDİYEV RAMİZ ...............................................................................................................
    [Show full text]
  • Filologiya Məsələləri, № 10 2018
    Filologiya məsələləri, № 10 2018 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI M. FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU FİLOLOGİYA MƏSƏLƏLƏRİ № 10 Топлу Азярбайъан Республикасы Президенти йанында Али Аттестасийа Комиссийасы тяряфиндян рясми гейдиййа- та алынмышдыр (Filologiya elmləri bюлмяси, №13). Азярбайъан Республикасы Ядлиййя Назирлийи Мятбу няшрлярин рейестриня дахил едилмишдир. Рейестр №3222. «Елм вя тящсил» Бакы – 2018 1 Filologiya məsələləri, № 10 2018 Ъурналын тясисчиляри: Азярбайжан Милли Елмляр Академийасы Ялйазмалар Институту вя «Елм вя тящсил» няшриййаты РЕДАКСИЙА ЩЕЙЯТИ: академик Иса Щябиббяйли, академик Васим Мяммядялийев, академик Теймур Кяримли, akademik Мющсцн Наьысойлу, akademik Низами Ъяфяров, АМЕА-нын мцхbир цзвц, ф.ü.е.д., проф. Ябцлфяз Гулийев, ф.ü.е.д., проф. Вилайят Ялийев, ф.ü.е.д., проф. Fəxrəddin Veysəlli, ф.ü.е.д., проф. Гязянфяр Казымов, ф.ü.е.д., проф. Рцфят Рцстямов, ф.ü.е.д., проф. Надир Мяммядли, ф.ü.е.д., проф. İsmayıl Məmmədli, ф.ü.е.д., проф. Мясуд Мащмудов, ф.ü.е.д., проф. Nizami Xudiyev, ф.ü.е.д., проф. Sevil Mehdiyeva, ф.ü.е.д., проф. Buludxan Xəlilov, ф.ü.е.д., проф. İlham Tahirov, ф.ü.е.д., prof. Əzizxan Tanrıverdiyev, ф.ü.е.д., проф. Мцбариз Йусифов, ф.ü.е.д., проф. Гязянфяр Пашайев, ф.ü.е.д., проф. Ябцлфяз Ряъябли, ф.ü.е.д., проф. Ъялил Наьыйев, ф.ü.е д., prof. Камиля Вялийева, ф.ü.е.д., prof. Азадя Мусайева, ф.ü.e.d. Paşa Kərimov, f.ü.f.d., dos. Нязакят Мяммядли Бурахылыша мясул: академик Теймур Кяримли Ряйчи: filologiya elmləri doktoru, professor Надир Мяммядли Филолоэийа мясяляляри. Бакы, 2018, № 10 ISSN 2224-9257 © ”Elm və təhsil” nəşriyyatı, 2018 www.
    [Show full text]
  • Foreign Diplomatic Offices in the United States
    FOREIGN DIPLOMATIC OFFICES IN THE UNITED STATES AFGHANISTAN ARGENTINA Embassy of the Republic of Afghanistan Embassy of the Argentine Republic (Embassy ceased operations on August 28, 1997) 1600 New Hampshire Avenue NW., Washington, DC 20009 ALBANIA phone (202) 238–6400, fax (202) 332–3171 Embassy of the Republic of Albania His Excellency Guillermo Enrique Gonza´lez 2100 S Street NW., Washington, DC 20008 Ambassador E. and P. phone (202) 223–4942, fax (202) 628–7342 Consular Offices: His Excellency Dr. Fatos Tarifa California: Ambassador E. and P. Los Angeles Consular Offices: San Francisco Massachusetts, Boston Florida, Miami Texas, Houston Georgia, Atlanta ALGERIA Illinois, Chicago New York, New York Embassy of the Democratic and Popular Republic of Algeria Texas, Houston 2118 Kalorama Road NW., Washington, DC 20008 ARMENIA phone (202) 265–2800, fax (202) 667–2174 His Excellency Idriss Jazairy Embassy of the Republic of Armenia Ambassador E. and P. 2225 R Street NW., Washington, DC 20008 phone (202) 319–1976, fax (202) 319–2982 Iraqi Interests Section His Excellency Arman Kirakossian 1801 P Street NW., Washington, DC 20036 Ambassador E. and P. phone (202) 483–7500, fax (202) 462–5066 Consular Office: California, Los Angeles Akram J.M. Al Douri Counselor AUSTRALIA ANDORRA Embassy of Australia 1601 Massachusetts Avenue NW., Washington, DC Embassy of Andorra 20036–2273 Two United Nations Plaza, 25th Floor, New York, phone (202) 797–3000, fax (202) 797–3168 NY 10017 His Excellency Michael Thawley phone (212) 750–8064, fax (212) 750–6630 Ambassador E. and P. Jelena V. Pia-Comella Consular Offices: Charge´ d’Affaires California: ANGOLA Los Angeles Embassy of the Republic of Angola San Francisco 2108 16th Street NW., Washington, DC 20009 Colorado, Denver phone (202) 785–1156, fax (202) 785–1258 Georgia, Atlanta Her Excellency Josefina Pitra Diakite Hawaii, Honolulu Ambassador E.
    [Show full text]
  • Sutherland Philatelics SOVIET SATELLITES, REPUBLICS
    SUTHERLAND PHILATELICS, PO BOX 448, FERNY HILLS D C, QLD 4055 Page 1 SG Michel Year Air Imp Particulars MUH Mint MNG Fine Used Used Sutherland Philatelics PO Box 448 Ferny Hills D C, Qld 4055 Australia ABN: 69 768 764 240 website: sutherlandphilatelics.com.au e-mail: [email protected] phone: international: 61 7 3851 2398; Australia: 07 3851 2398 SOVIET SATELLITES, REPUBLICS, SUCCESSOR STATES List Structure: ARMENIA, AZERBAIJAN, BELARUS, GEORGIA, KAZAKHSTAN, KYRGYZSTAN, MOLDOVA, TAJIKISTAN, TRANSCAUCASIAN FEDERATION, TURKMENISTAN, UKRAINE, UZBEKISTAN, WEST UKRAINE, OTHER SATELLITES, POs ABROAD A separate List exists for the Baltic States [ESTONIA, LATVIA, LITHUANIA] To find an item in this list, please use Adobe's powerful search function. We obtain our stock from collections we purchase. We do not have a Russia / USSR supplier. We list all items we have in stock, including broken sets, and singles from sets. Prices subject to change without notice. Please note that GST (currently 10%) is applicable from 1 July 2000. International sales are GST free. The prices in this list INCLUDE GST All prices are in Australian dollars. E&OE CREDIT CARDS: VISA & MASTERCARD ACCEPTED -- MIN $30 SUTHERLAND PHILATELICS, PO BOX 448, FERNY HILLS D C, QLD 4055 Page 2 SG Michel Year Air Imp Particulars MUH Mint MNG Fine Used Used ARMENIA National Republic Russian Arms overprinted - imperforate 3 1B 1919 k. 60. k / 1k orange 37 31 3k Arms optd with Armenian monogram (without frame) (black) 12.75 National Motives - Arms, Mt Ararat, Spinning - unissued
    [Show full text]
  • 1 REPUBLIC of AZERBAIJAN on the Rights of the Manuscript ABSTRACT
    REPUBLIC OF AZERBAIJAN On the rights of the manuscript ABSTRACT Of the dissertation for the degree of Doctor of Philosophy SCIENTIFIC AND THEORETICAL PROBLEMS OF 1960- 1980S AZERBAIJANI LITERARY CRITICISM Specialty: 5716.01- Azerbaijan literature Field of science: Philology Applicant: Afat İlyas Rafiyeva Sumgayit – 2021 of 1 Literature of Azerbaijan and Foreign Countries. Scientific supervisor: Doctor of Science in Philology, assoc.prof Mahammadali Bayram Mustafayev Official opponents: Academician, Doctor of Science in Philology, professor Isa Akbar Habibbayli Doctor of Science in Philology, professor Nizami Gasim Khalilov Doctor of Science in Philology, assoc.prof Pasha Ali Karimov Dissertation Council - FD 2.24 of Supreme Attestation Commission under the President of the Republic of Azerbaijan operating at Sumgait State University. Chairman of the Dissertation council: Doctor of Science in Philology, professor ______________ Ramazan Salam Mammadov Scientific Secretary of the Dissertation council: Doctor of Philosophy in Philology, assoc.prof. _____________ Boyukkhanım İbrahim Eminli Chairman of the scientific seminar: Doctor of Science in Philology, assoc. prof. ______________ Nigar Valish İsgandarova GENERAL CHARACTERISTICS OF THE WORK 2 Actuality of the topic and the degree of research. Azerbaijani literary-theoretical thought has created its own traditions after M.F.Akhundzade. By revealing the sources and main stages of our literary and artistic thinking, the life and work of individual literary figures, the typology of literary stages and periods, defining literary- theoretical criteria, creative principles, literary-aesthetic values, formulating scientific concepts the literary criticism has proved itself. Nowadays, he study of the literary process within the scope of literary criticism is a serious task. To take national literary heritage as the subject of research, Azerbaijan literary criticism needs to proceed from the unity of both Eastern and Western literary values.
    [Show full text]
  • Humanitarian Balkan Research. 2020. Т. 4. № 3(9) 64 UDC 316
    Mammadov Mehmanali Alekper, Rzayeva Zahida Tofig sociological FULL-TEXT RESOURCES OF THE PROJECT TYPE ... sciences UDC 316: 304:94(479.24) DOI: 10.34671/SCH.HBR.2020.0403.0014 FULL-TEXT RESOURCES OF THE PROJECT TYPE CREATED IN THE PRESIDENTIAL LIBRARY OF THE OFFICE OF THE PRESIDENT OF THE REPUBLIC OF AZERBAIJAN AS AN INNOVATIVE RESOURCE TYPE OF ELECTRONIC LIBRARY © 2020 Mammadov Mehmanali Alekper, Associate Professor, Department of Library Studies Rzayeva Zahida Tofig, associate professor of the department of document resources and information retrieval systems Baku State University (1148, Azerbaijan, Baku, Z.Khalilova St., 23, e-mail: [email protected]) Abstract. One of the main issues addressed in this article is the use of new library information technologies and automation processes in libraries. For the first time in the history of library work in the country, topical issues, large-scale tasks and tasks in this area are examined in detail. The State Program emphasizes the problem of updating the libraries of the republic, raising them to the level of the most modern electronic libraries in the world, and the Presidential Library was noted as the executor of many tasks. The article analyzes the activities of the Presidential Library of the Administrative Department of the President of the Republic of Azerbaijan in the field of new technologies, the creation of an electronic library and provides a brief overview of the created innovative full-text resources of the project type in this library. Keywords: Presidential electronic library, electronic resource, electronic collection, full text resource, thematic site. ПОЛНОТЕКСТОВЫЕ РЕСУРСЫ ПРОЕКТНОГО ТИПА, СОЗДАННЫЕ В ПРЕЗИДЕНТСКОЙ БИБЛИОТЕКЕ УПРАВЛЕНИЯ ДЕЛАМИ ПРЕЗИДЕНТА АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ КАК ИННОВАЦИОННЫЙ РЕСУРСНЫЙ ТИП ЭЛЕКТРОННОЙ БИБЛИОТЕКИ © 2020 Мамедов Мехманали Алекпер оглу, доцент кафедры библиотековедения Рзаева Захида Тофиг кызы, доцент кафедры ресурсов документов и информационно-поисковых систем Бакинский государственный университет (1148, Азербайджан, Баку, ул.
    [Show full text]
  • Azerbaijan in the International Arena
    Administrative Department of the President of the Republic of Azerbaijan P R E S I D E N T I A L L I B R A R Y AZERBAIJAN IN THE INTERNATIONAL ARENA I. JOINING OF AZERBAIJAN TO THE SYSTEM OF INTERNATIONAL RELATIONS ........................................................................................................................................... 2 II. FOREIGN POLICY PRIORITIES OF THE REPUBLIC OF AZERBAIJAN .............. 3 III. REGIONAL AND BILATERAL DIMENSION ............................................................... 4 IV. ON LEGAL STATUS OF CASPIAN SEA ........................................................................ 6 V. MULTILATERAL RELATION........................................................................................... 7 1. Azerbaijan – United Nations ...................................................................... 7 2. Azerbaijan – OSCE ..................................................................................... 9 3. Azerbaijan – Council of Europe ............................................................... 10 4. Azerbaijan – NATO ................................................................................... 16 5. Azerbaijan – European Union .................................................................. 19 6. Azerbaijan – OIC ....................................................................................... 21 7. Azerbaijan – GUAM .................................................................................. 23 8. Azerbaijan – UNESCO .............................................................................
    [Show full text]
  • Foreign Diplomatic Offices in the United States
    FOREIGN DIPLOMATIC OFFICES IN THE UNITED STATES AFGHANISTAN His Excellency Lionel A. Hurst Embassy of the Republic of Afghanistan Ambassador E. and P. 2341 Wyoming Avenue NW 20008 Consular Office: Florida, Miami phone 234±3770, fax 328±3516 ARGENTINA Mr. Yar Mohammad Mohabbat Embassy of the Argentine Republic First Secretary, Charge d'Affaires ad interim 1600 New Hampshire Avenue NW 20009 Consular Office: New York, New York phone 939±6400 ALBANIA His Excellency Raul Enrique Granillo Ocampo Embassy of the Republic of Albania Ambassador E. and P. 1511 K Street NW, Suite 1000, 20005 Consular Offices: phone 223±4942, fax 628±7342 California, Los Angeles His Excellency Lublin Dilja Florida, Miami Ambassador E. and P. Georgia, Atlanta Consular Offices: Illinois, Chicago Massachusetts, Boston New York, New York Texas, Houston Texas, Houston Tourism Office: ALGERIA Florida, Coral Gables Embassy of the Democratic and Popular Republic of Algeria ARMENIA 2118 Kalorama Road NW 20008 Embassy of the Republic of Armenia phone 265±2800, fax 667±2174 2225 R Street NW 20008 His Excellency Ramtane Lamamra phone 319±1976, fax 319±2982 Ambassador E. and P. His Excellency Rouben Robert Shugarian Ambassador E. and P. Iraqi Interests Section Consular Office: California, Los Angeles 1801 P Street NW 20036 AUSTRALIA phone 483±7500, fax 462±5066 Embassy of Australia Dr. Khairi O. T. Alzubaidi 1601 Massachusetts Avenue NW 20036 Minister phone 797±3000, fax 797±3168 ANDORRA His Excellency Andrew Sharp Peacock Embassy of Andorra Ambassador E. and P. Two United Nations Plaza, 25th Floor Consular Offices: New York NY 10017 California - Los Angeles, San Francisco phone 212±750±8064, fax 750±6630 Colorado, Denver His Excellency Juli Minoves Triquell Georgia, Atlanta Ambassador E.
    [Show full text]