0 Аzərbaycan Milli Elmlər Akademiyasinin 70 illiyinə həsr olunur Almaz ÜLVĠ ELMĠN HAQQ ÇIRAĞI (akademik Musa Əliyevin həyatı, fəaliyyəti və dövrü) BAKI – 2015 1 AMEA Rəyasət Heyətinin qərarı ilə nəĢr olunur Elmi məsləhətçi: Akif ƏLĠZADƏ, akademik AMEA-nın Prezidenti Elmi redaktor: Ġsa HƏBĠBBƏYLĠ, akademik AMEA-nın vitse-prezidenti Rəyçi: Ġbrahim QULĠYEV, akademik AMEA-nın vitse-prezidenti Redaktoru: Ġsmayıl MƏMMƏDLĠ, fil.e.d., professor Kitabda akademik Musa Əliyevin həyatı, elmi, elmi- təşkilatı, ictimai və dövlət xadimi kimi fəaliyyəti, eləcə də dövründən bəhs olunur. ĠSBN 978-9952-495-95-9 ©”Elm” nəĢriyyatı ©Almaz Ülvi 2 Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 70 illiyinə ithaf olunur 3 Ön Söz Əvəzi Tarix boyu yerin-göyün yeddi qat dərinliklərindəki sehr – sirr dolu möcüzələr elmin gücü ilə kəşf olunub. Elə möcüzələr özü də elmi uğurların nəticəsidir. Milli elm kəhkəşanımızın ənginliklərində sayrışan topa-topa ulduzların işığı – alim ömrünün, alim əməyinin nuru əsrlərdir ki, bütün həyatımızı, dünyamızı öz sehrinin ağuşuna alıb. Bəli, elm qədimdən bəri az qala zaman- dan da sürətli yol qət edib. Azərbaycan Milli Elmlər Akademiyasının 70 ilinin zirvəsindəki dərinliklərin sirrinə bələd olmaq üçün yolu- muza çıraq kimi bir iz seçdik: akademik Musa Əliyevin ömrünə - həyatının enişli-yoxuşlu yollarına, elmi uğur- larına, elmi-təşkilatı qüdrətinə nəzər salmaqla həm də akademiyanın ilk onilliklərinə ekskurs etməli və sonrakı uğurlarımızın o illərdəki özülünün şahidi olduq. Bir alim ömrünə-taleyinə yazılan səhifələri vərəqləməklə ruhunu yad etdik və o illəri gözümüzdə, könlümüzdə bir daha yaşadıq, öyrəndik. Unudulmaz şəxsin fəaliyyəti müstəvisində həm akademikin öz ömrü – taleyi, həm də yaşadığı tarixin ictimai – siyasi ab-havası, XX əsr milli elm tarixində açılan hər yeni səhifənin bünövrə daşının qoyulması, XXI əsrə daşınan elmi-nəzəri təcrübələr bu kitabımızın qayəsi oldu. Akademikin həmkarlarının – dostlarının, tələbələ- rinin, qızı Rəna xanımın, bu gün Milli Akademiya Prezi- denti zirvəsindəki tələbəsi ak.Akif Əlizadənin, elmi – ya- radıcı fəaliyyəti ilə ustadına dərin ehtiramı olan Tofiq Həsənovun, xeyirxahlıq etdiyi çox-çox insanların ... xa- tirələrində, qeydlərində, söhbətlərində, arxiv sənədlə- rində, ömrə işıq tutan fotolarda, saralmış qəzet-dərgi səhifələrində oxuduqlarımızı, müşahidə etdiklərimizi, dinlədiklərimizi diqqətinizə yetiririk, inanırıq ki, vərəq- lədiyiniz bu sətirlər hər kəsə xoş ovqat bəxş edəcək. 4 GƏLƏCƏK NƏSLƏ ÖRNƏK ÖMÜR Akademik (1950), professor (1957), geologiya- mineralogiya elmləri doktoru (1936-cı ildə namizəd- lik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə et- miş), müxtəlif illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Neft Akademiyası) dekan, prorek- tor, direktor (rektor), AKP MK-da təlimatçı, şöbə mü- diri, MK katibi, Azərbaycan SSR Nazirlər Soveti səd- rinin müavini, Dövlət Plan Komitəsinin sədri, 1950- 1958-ci illərdə AMEA-nın Prezidenti, Bakı Dövlət Universitetində kafedra müdiri, Fəxri neftçi, 3 çağırış SSRİ Ali Sovetinin deputatı, Azərbaycan SSR Dövlət mükafatı laureatı, yüzlərlə elmi əsərlərin müəllifi, on- larla alim yetişdirmiş, nəhayət, dünyanın əksər ölkələ- rində neft mütəxəssisi kimi ad - san qazanmış Musa Mirzə oğlu Əliyev XX əsr Azərbaycan elm tarixinin parlaq səhifələrində öz yeri olan böyük şəxsiyyətləri- mizdən biridir. 5 1908-ci il aprelin 11-də Şamaxıda dünyaya göz açan Musa Mirzə oğlu Əliyevə tale möcüzəli bir sənət qismət etmişdi: geoloq idi – yer qabığının müxtəlif qatlarını araşdırmaqla və öyrənməklə, eləcə də elmi- miz, iqtisadiyyatımız üçün faydalı bir vasitəyə çevir- məklə elmi arzularını - istəklərini həyata keçirirdi. Allahın verdiyi bu imkandan xalqın ürəyində məhəb- bət qazanacaq səviyyədə yararlandı və unudulmaz bir iz qoydu. Musa Əliyev öz sahəsində neft elminə böyük yeniliklər gətirib. Geologiya elminin paleontologiya sahəsi (paleontologiya – həm də neftin yaranmasının əsaslarını verən, öyrənən elmdir) üzrə uğurlar qazan- maqla yanaşı, həm də böyük məktəb yaratmışdır. Hazırda bu sahədə çalışan alimlərimiz məhz onun davamçıları, yetirmələridir. Akademik Musa Əliyevin neft sənayesinin inkişafındakı, elmi təşkilatçılıq sahəsindəki müstəsna xidmətlərini gələcək nəslə örnək olaraq xatırlatmaq, belə parlaq bir ömürlüyü vərəqləmək, yenidən öyrən- mək gərəkliyinə ehtiyac duyduq. Elə bu səbəbdən də ―Musa Əliyev məktəbi‖nə gedən yolun səhifələrini gəlin birlikdə oxuyaq. Yolumuza akademikin doğulduğu Şamaxıdan başlayaq - 6 DAĞI, DAŞI, ÇƏMƏNİ - ŞEİR DOLU XƏZİNƏ Bakıdan 120 km məsafədə yerləşən Şamaxı! Şamaxı sözünü eşidincə - dilə gətirincə qeyri-ixtiyari klassik bir səsin – mərhum Gülağa Məmmədovun lirik səsinin sehrinə düşürsən – Səni necə anmayım, Atəşinə yanmayım, Başına dolanmayım - Laləli bulağına, Qız qalası dağına. Mehr salmışam axı, Heyran olmuşam axı, 1. ġamaxı Ģəhəri Qüvvət almışam axı, Şamaxı, ay Şamaxı! Şamaxı şəhərindən görünüş Necə sevməyim səni, Xaqanilər vətəni, Mehr salmışam axı, Dağı, daşı, çəməni - Heyran olmuşam axı, Şeir dolu xəzinə, Qüvvət almışam axı, Sənətinə, sözünə. Şamaxı, ay Şamaxı! Yəqin bu misraları oxuduqca bəstəkarın da aşıqsayağı musiqisi ürəyinizi coşdurur. O Şamaxı ki, oranın suyundan-çörəyindən boy alıb Şərq ədəbi-fəl- səfi dünyasında ucalan söz-sənət sahiblərinin adları da fikrimizdə bir andaca sıralanır: Fələki Şirvani, Xaqani 7 Şirvani, İmadəddin Nəsimi, Zeynalabdin Şirvani, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səh- hət, Məhəmməd Hadi..., daha sonra, ədəbiyyat aşiqi, ictimai xadim Məmməd Tağı Əlizadə Şirvani... Amma təkcə ədəbiyyat adamlarımı? Indi haqqında söz açacağımız, Şamaxı torpağı- nın yetirməsi olan akademik Musa Mirzə Mahmud oğlu Əliyev də klassiklər sırasında özünə yer almış ziyalılarımızdan, ölməzlərimizdəndir - o, geoloq, paleontoloq, stratiqrafçı, pedaqoq, alim, dövlət xadi- mi, ictimai xadim, humanist və xeyirxah şəxs ... kimi şərəfli bir yol keşmişdir - 78 illik bir ömür yolu! Bu qədər zəngin tərcümeyi-hal sahibi olmaq üçün ömür addımları nə qədər dərə - təpə, dağ-düz aşıb, enişli-yoxuşlu izlər keçib. Yollar onu çoxmu yo- rub, o yolda kimlərlə, nələrlə rastlaşıb, rastlaşdığı ha- disələr onu polad kimi sərtləşdiribmi, yoxsa, qəlbində humanist duyğuların yaşıl yarpağı çiçəkmi açıb?! Bir məsəldə deyildiyi kimi, mühit insanın həyat tərzini dəyişə bilər, amma xarakteri doğuluşdan olar, yəni, genetik kodlar özünü hökmən göstərər. İnsan qəlbi xarakterinə görə qələm çalar, - bunu da atalarımız deyib. M.Əliyevin yaşadığı ömrə işıq salarkən oradakı daha qalın xətləri izləməli olsaq, üst qatda görünənlər nə olar? – ali təhsil illəri, elmi uğurlar, pedaqoji fəa- liyyət, təşkilati işlər, deputatlıq kürsüləri, məsul vəzi- fələr - direktor, dövlət xadimi, akademiya preziden- ti..., humanist insan obrazı, xeyirxahlıq mücəssəməsi! Nəhayət, o dövrün vahiməli – qara qorxulu gecələrinin xofundan bir anda baş ağaran kabusu 8 vardı – Stalin rejimi, daha doğrusu, milli varlıqların, hisslərin, düşüncələrin qənimi və ya daha da konkretləşdirsək: milli beyin terroru. M.Əliyev EA Rəyasət Heyəti üzvləri ilə 1951 Musa Əliyev bütün uğurlarını belə dövrdə qa- zanıb – səksəkəli, qorxulu Stalin dönəmində dövlət xadimi olaraq başı üzərində Domokl qılıncı kimi asılı qalan hər an ölüm kabusu dolaşan dövrdə. 9 ŞAMAXIYA BAŞ ÇƏKMƏK İSTƏDIM... AMMA İÇƏRİŞƏHƏRƏ YOL ALDIM Şamaxı yollarını yüz dəfə gedib-gəlmişəm. Getdiyim məkanın yolu oradan keçib. Bu dəfə Şama- xıda dayanmaq, orada ziyarət edəcəyim yurd vardı, orada gördüklərimi qələmə almaq, davamında da artıq İçərişəhərdən görünüş arayıb-araşdırdığım Aşqabad səhifəsini yazacaqdım. Amma təəssüf ki, Musa Əliyevin nə doğulduğu Şamaxı şəhərində, nə də uşaqlıq illəri keçən uzaq Aş- qabaddakı evlərini ziyarət edə bilmədim, halbuki bu yazını başlamaq üçün ilk məqsədim, dediyim kimi, hər iki ocağı ziyarət etmək idi. Elə bu izlə başqa bir ünvan seçdim: gənc Musa Mirzə Mahmud oğlunun Aşqabaddan Bakıya gəldiyi ilk illər İşərişəhərdə yaşadığı evin, sonralar öz evinin yerləşdiyi Kolodeznaya (sonralar Ağamalıoğlu, hazır- da isə Leopold və Mstislav Rastropoviçlər adına), Kiçik Qala (Malaya Krepostnaya) küçələrindən yolu- mu saldım. İşərişəhərdəki Kolodeznaya küçəsində yerləşən ailə ocağı ilk uğurlarının şahidi olan ev olub. Yeri gəlmişkən, qonşularından biri Bakı Dövlət 10 Universitetinin müəllimi, ədəbiyyatşünas professor, əsərlərini həmişə sevə-sevə oxuduğumuz yazıçı Mir Cəlalın ailəsi, digər qonşuları musiqiçi Rastropoviçin ailəsi olub, indi həmin evlər yenidən tikilərək Leopold və Mstislav Rastropoviçlərin ev-muzeyinə çevrilmiş- dir, dünya şöhrətli violonçel çalan M.Rastropoviçin anadan olduğu və uşaqlıq illərini keçirdiyi ev). Həyatının yaradıcılıq baxımından ən parlaq dövrlərinə, elə o illərlə bağlı acılı-şirinli günlərinə, xa- tirələrlə dolu həyəcanlı anlarına yaşadığı bu evin daş divarları şahidlik edib. Yollarda izi, divarlarda ilıq duyğuların hənirtisi qalan ev. Ziyarətimin məqsədi, məhz bütün bunları görmək, duymaq, hiss etmək idi. ―Alimlər evi‖ yaşayış binası Sonralar, Musa Mirzə oğlu ailəsi ilə birgə Bəhram Gur fəvvarəsinin yanında 1946-cı ildə M. Hüseynov və S.Dadaşovun birgə layihələri əsasında tikilib təhvil verilən ―Alimlər Evi‖ nə köçdü. Gözəl Xəzərin bulvaryanı sahəsi, üst tərəf yolu funikulyorla başlayan Çəmbərəkənd təpəliyi, bir sözlə, şəhərin ən gözəl hissəsində geniş otaqları olan bir ev aldı. Bu ev Bakı Dövlət Universitetinin müəllim-professor heyəti üçün nəzərdə tutulmuşdu. 11 ÖMRÜN AŞQABAD SƏHİFƏSİ 1902-ci ilin 31 yanvarında, günorta saat 12.50 dəqiqədə Şamaxıda güclü zəlzələ baş verdi. Yeraltı təkanlar nəticəsində şəhərin altı üstünə çevrildi. Qəzetlərdə
Details
-
File Typepdf
-
Upload Time-
-
Content LanguagesEnglish
-
Upload UserAnonymous/Not logged-in
-
File Pages251 Page
-
File Size-