Insan Potensialına Əsaslanan Sosial Müəssisələr Azərbaycanda Davamlı
Total Page:16
File Type:pdf, Size:1020Kb
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində nəşr olunmuşdur Urxan Ələkbərov, Rəcəb Rəhimli, Ziyafət Həbibova, Murtəza Həsənov İNSAN POTENSİALINA ƏSASLANAN SOSİAL MÜƏSSİSƏLƏR AZƏRBAYCANDA DAVAMLI İNNOVATİV İNKİŞAF TEXNOLOGİYASI KİMİ BAKI – ELMİN İNKİŞAFI FONDU – 2018 Elmi redaktor: Akif Əlizadə AMEA-nın həqiqi üzvü Rəyçilər: Elman Nəsirov siyasi elmlər doktoru, professor Qorxmaz İmanov iqtisad elmlər doktoru, professor U.K.Ələkbərov, R.Z.Rəhimli, Z.Z.Həbibova, M.İ.Həsənov. İnsan potensia- lına əsaslanan sosial müəssisələr Azərbaycanda davamlı innovativ in- kişaf texnologiyası kimi. – Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2018. – 184 səh. Davamlı inkişaf hədəflərinə həm innovativ proseslər, həm də sosial məsuliyyət qaydala- rını qəbul və tətbiq edən sosial müəssisələr yolu ilə töhfə vermək olar. İnsan inkişafına əsasla- nan sosial müəssisələrin yaradılması və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbi- qi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, ölkənin iqtisadi, sosial və ekoloji təhlükəsizliyinin təmin olunması, davamlı inkişaf məqsədlərinin həyata keçirilməsin- də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda sosial müəssisələrin yaradılması, onlar üçün əl- verişli investisiya mühiti formalaşdırmaq yolu ilə icmaların iqtisadi inkişafına yardım etmək, sosial müəssisələrin tətbiqinin ölkə ərazisindəki icmaların inkişafına yardım edə biləcək mexa- nizm kimi işlənilib hazırlanması olduqca vacib məqamdır. Monoqrafiya ölkədə sosial müəssisələrin inkişaf etdirilməsinə, sosial təşəbbüskarlıq sa- həsində bilik və bacarıqların artırılmasına, icma səviyyəsində əhalinin sosial tələbatlarının da- ha dolğun ödənilməsi və davamlı ikişaf üçün əlverişli mühitin formalaşdırılması prosesində so- sial müəssisələrin rolunun və onların fəaliyyətinin səmərəliliyinin artırılmasına, o cümlədən so- sial müəssisələrin yaradılması ilə bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsinə kömək edəcək və bu sahədə çalışan müvafiq idarəetmə orqanlarının işçiləri, dövlət qulluqçuları, elmi işçilər, müxtəlif ixtisaslar üzrə təhsil alan tələbə, magistr və doktorantlar üçün faydalı olacaq- dır. Monoqrafiya Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində çap olunmuşdur: Qrant № EİF-2013-9(15)-46/41/5 Bu əsər 13 mart 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilmiş və əsərin qeydiyyatı haqqında 7981 nömrəli Şəhadətnamə (qeydiyyat nömrəsi: 04/C-7466-14) verilmişdir. ISBN: 978-9952-516-17-3 © Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2018 © U.K. Ələkbərov, R.Z. Rəhimli, Z.Z. Həbibova, M.İ. Həsənov, 2018 | 3 MÜNDƏRİCAT GİRİŞ ............................................................................................................................. 5 I fəsil. SOSİAL MÜƏSSİSƏLƏRİN FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİ SAHƏSİNDƏ VƏZİYYƏTİN MÜQAYİSƏLİ TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ ....................................................................................... 13 1.1. Davamlı inkişafın idarə edilməsində sosial müəssisələrin rolu ......... 13 1.2. İcma səviyyəsində sosial müəssisələrdən istifadə metodları .............. 29 1.3. İnkişaf etmiş ölkələrdə və MDB dövlətlərində sosial müəssisələrin təşkili və fəaliyyəti ............................................................... 58 II fəsil. AZƏRBAYCANDA SOSİAL MÜƏSSİSƏLƏRİN FƏALİYYƏTİ SAHƏSİNDƏ MÖVCUD VƏZİYYƏTİN ANALİTİK TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ ....................................................................................... 75 2.1. Sosial müəssisələr (sosial müəssisə anlayışının məzmunu, təzahür formaları, problem və perspektivləri) .................................................................... 75 2.2. Azərbaycanda sosial müəssisələrin yaranması və inkişafı perspektivləri (nəzəriyyə və təcrübə) ................................................ 86 2.2. Azərbaycanın sosial-iqtisadi inkişafı sosial müəssisələrin yaranmasının zəmini kimi ........................................................................................... 93 III fəsil. AZƏRBAYCANIN MÜXTƏLİF BÖLGƏLƏRİNDƏ SOSİAL MÜƏSSİSƏLƏRİN YARADILMASI VƏ İNKİŞAF ETDİRİLMƏSİ POTENSİALININ QİYMƏTLƏNDİRİLMƏSİ, PROBLEMLƏRİN MÜƏYYƏN EDİLMƏSİ ......................................................................................... 114 3.1. Sosial müəssisələrin yaradılması və inkişaf etdirilməsi sahəsində normativ-hüquqi, təşkilati-idarəetmə, iqtisadi əsasların və mövcud problemlərin təhlili ........................................................... 114 3.2. Azərbaycanın bölgələrində sosial inkişaf və sosial müəssisələrin yaradılması perspektivləri .......................................................... 127 4 | 3.2.1. Gəncə-Qazax iqtisadi rayonunda sosial inkişaf və sosial müəssisələrin yaradılması perspektivləri ....................................... 127 3.2.2. Qax, Zaqatala, Balakən rayonlarında sosial inkişaf və sosial müəssisələrin yaradılması perspektivləri ....................................... 145 3.2.3. Lənkəran iqtisadi rayonunda sosial inkişaf və sosial müəssisələrin yaradılması perspektivləri ....................................... 151 NƏTİCƏ VƏ TƏKLİFLƏR .................................................................................... 163 İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT .................................................................. 168 Giriş | 5 GİRİŞ alqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə X müəyyənləşdirdiyi Azərbaycanın iqtisadi inkişaf strategiyası bu gün respublikaya inamla rəhbərlik edən Prezident İlham Əliyev tə- rəfindən uğurla davam etdirilir. Bu strategiyanın yeni dövrün tələbləri- nə uyğun əhəmiyyətli dərəcədə zənginləşdirilməsi milli iqtisadiyyatın regional və qlobal sınaqlara dayanıqlığını artırmış, sosial-iqtisadi isla- hatlarla müəyyən edilmiş məqsədlərə nail olunmasını, o cümlədən hə- min siyasətin əsasını təşkil edən əhalinin sosial vəziyyətinin yaxşılaş- masını təmin etmişdir. Bütün sahələrdə əldə olunmuş nailiyyətlər za- manın sınağından uğurla çıxmış, iqtisadiyyatın diversifikasiyası, sosial təşəbbüskarlıq, əhalinin idarəetmə proseslərinə cəlb edilməsi dövlət si- yasətinin əsas tərkib hissəsi kimi qəbul edilmiş və xalqımızın layiqli həyat səviyyəsinin təmin edilməsində alternativsiz siyasətin tərkib his- səsi olan yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafı, əhalinin ərzaqla etibarlı təminatı və ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilmiş dövlət proqramlarında n əzərdə tutulmuş kompleks tədbirlərin sistemli və vaxtında yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur. Məhz bu islahatların davamı olaraq 2016-cı ildə Azərbaycanda icma- ların davamlı inkişafının təmin olunmasının innovativ vasitəsi kimi sosial müəssisələrin təşkili və idarəolunması potensialının tədqiqi və qiymətləndirilməsini nəzərdə tutan «İnsan potensialına əsaslanan sosi- al müəssisələr Azərbaycanda icmaların davamlı innovativ inkişaf tex- nologiyası kimi» mövzusunda qrant layihəsi (Qrant № EİF-2013- 9(15)-46/41/5) Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən təsdiq edilmiş və yerinə yetirilmişdir. 6 | İnsan potensialına əsaslanan sosial müəssisələr ... Məsələnin aktuallığı aşağıda qeyd olunan bir sıra səbəblərlə bağlıdır. Birincisi, ərazilər müxtəlif olsa da, problemlər eynidir: mədəni və tarixi dəyərlərin qorunması, sosial-iqtisadi inkişaf üçün imkanların yaradılması və onların həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edil- məsı, ekoloji tarazlığın saxlanılması, sosial xidmətlərin yaxşılaşdırıl- ması və s. Yuxarıda sadalanan uğurlarla yanaşı, bu gün Azərbaycanda, xüsusilə kənd icmalarında və inzibati mərkəzlərdən uzaqda yerləşən kiçik yaşayış məntəqələrində məşkunlaşmış əhalidə sosial təşəbbüs- karlıq fəaliyyətini mükəmməl hesab etmək olmaz. Eyni zamanda yer- lərdə əhalinin sosial xidmətlərə çıxış imkanları məhduddur. Bu, hər şeydən əvvəl, yerlərdə sosial təşəbbüskarlığın artırılması üçün faktiki olaraq yeni ideya və modellərin olmaması ilə bağlıdır. Bu baxımdan icmaların davamlı inkişafının təmin olunmasının innovativ vasitəsi ki- mi sosial müəssisələrin tətbiqinin aktuallığı şübhə doğurmur. İkincisi, son illərdə yeni iş yerlərinin yaradılması və məşğulluq sahəsində respublikamızda çox böyük uğurlar əldə edilsə də, xüsusilə icma səviyyəsində işsizlik və daha doğrusu icmaların özü-özünü təmi- ni problemi hələ də qalmaqdadır. Bu gün Azərbaycanda yerlərdə xü- susilə gənclər arasında işsizlik problemi mövcuddur ki, bu da sosial vəziyyətə mənfi təsir edir, miqrasiya proseslərini gücləndirir. Bu ba- xımdan sosial-icma müəssisələrinin yaradılması və inkişaf etdirilməsi yerlərdə gənclərin işsizlik problemlərini səmərəli şəkildə həll etməyə kömək edə bilər, istedadlı və savadlı gənclərin böyük şəhərlərdəki im- kanlar naminə öz evlərini tərk etməməsi və öz potensiallarını doğma yerlərində reallaşdırması üçün şərait yaratmış olar. Üçüncüsü, yerlərdə sosial problemlərin əsas səbəblərindən biri icma səviyyəsində əhalinin gəlirlərinin aşağı səviyyədə olması ilə bağ- lıdır. Eyni zamanda, yerlərdə əhaliyə sosial xidmətlərin göstərilməsi- nin dövlət yardımlarına əsaslanan mövcud sistemi yerli potensialdan tam istifadə edilməsinə imkan vermir və bütün dünyada artıq bu təcrü- bədən imtina edilir. Yalnız dövlət yardımlarına ümid bəsləmək insan- Giriş | 7 larda arxayınçılıq və ələbaxımlıq əhval-ruhiyyəsi (psixologiyası) yara- dır, əhalinin yaradıcı potensialından səmərəli