STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018 Sərhədyanı mübahisə Şamil 1918-1920-ci illərdə RƏHMANZADƏ Azərbaycan-Gürcüstan AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi münasibətlərində
[email protected] əlverişsiz amil kimi Açar sözlər: 1918-1920-ci illər, Cənubi Qafqaz, millət-dövlətlər, Zaqatala dairəsi, Azərbaycan-Gürcüstan münasibətləri, torpaq mübahisələri, Mazımçay insidenti Key words: 1918-1920s, South Caucasus, the nation-state, Zagatala District, Azerbaijani-Georgian relations, land disputes, Mazymchay's incident Ключевые слова: 1918-1920-е годы, Южный Кавказ, нации- государства, Закатальский округ, азербайджано-грузинские отношения, территориальные споры, Мазымчайский инцидент 187 STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018 Giriş 1918-1920-ci illərdə özlərinin müstəqil varolma dönəmində Rusiyanın postimperiya dövlət qurumlarının qarşılıqlı münasibətlərinin tarixi haqlı ola- raq tarixçilərin, sosioloqların, politoloqların, hüquqşünasların diqqətini cəlb etməkdədir. Sözügedən illərdə Rusiya siyasi-hüquqi məkanında cərəyan edən proseslər imperiya hökuməti qismində sərt unifikasiyaedici strukturu aradan qaldırdı, bu isə öz növbəsində keyfiyyətcə yeni sosial-siyasi kon- fiqurasiyaların, o cümlədən imperiya periferiyasında "millət-dövlətlərin" meydana çıxmasına yol açdı. XVIII əsrin sonu – XIX əsrin əvvəllərində bu tip dövlətçiliyin meydana gəldiyi Avropada siyasi coğrafiyanın klassik "millət- ərazi-dövlət" triadası formulə edilmişdi: o, milli-siyasi identikliyi ərazi iden- tikliyi ilə sıx əlaqədə nəzərdən keçirirdi.