NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ-1967 ELMİ ƏSƏRLƏR İSSN 2223-5124 TƏBİƏT ELMLƏRİ VƏ TİBB SERİYASI SCIENTIFIC WORKS SERIES OF NATURAL SCİENCES AND MEDİCİNE SCIENCES НАУЧНЫЕ ТРУДЫ СЕРИЯ ЕСТЕСТВЕННЫХ НАУК МЕДИЦИНЫ №7(72) 3 NAXÇIVAN, NDU, “QEYRƏT”-2015 NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2015, № 7 (72) NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2015, № 7 (72) НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2015, № 7 (72) BİOLOGİYA SALEH MƏHƏRRƏMOV AMEA-nın müxbir üzvü Naxçıvan Dövlət Universiteti
[email protected] UOT:635.91 QALXANƏK-DİRÇƏK BİTKİLƏRİNİN ANTİHELMİNT TƏSİRLƏRİ Açar sözlər: qalxanək, dirçək, antihelmint təsir, helmintlər, dərman bitkiləri Key words: qalxanek, dircek, antihelmint affect, helminths, medical plants Ключевые слова: караподиум, живучка, антигельминтное действие, гельминты, лекарственные растения Kimyəvi maddələr alınana qədər dərman bitkiləri ilə müalicə insan və heyvanları müxtəlif zərərvericilərdən mühafizə edən əsas vasitə olubdur. Müalicəvi əhəmiyyətə malik bitkilərin antihelmint təsirlərinin elmi əsasda araşdırılması da qədim tarixə malikdir. Tanınmış tacik alimi Əbu-Əli-İbn-Sina və onun tələbələri bir çox bitkilərin qurd xəstəliklərində tətbiq edilməsi və yüksək dərəcədə səmərə verməsi haqda məlumatlar verib [5]. Dərman bitkiləri patoloji prosesi aradan qaldırmaqla yanaşı orqanizmə stimuledici və kompleks təsir göstərir, müalicə zamanı simptomatik və patogenetik səmərəyə malik olur. Bitkilərin müalicəvi təsirini yaradan maddələrin təsiredici formasını saxlaması onların toplanma, qurudulma