Iki Xalqin Oğlu Maqsud Şeyxzadə
Total Page:16
File Type:pdf, Size:1020Kb
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu İKİ XALQIN OĞLU MAQSUD ŞEYXZADƏ Anadan olmasının 110 illiyi münasibətilə məruzələr, məqalələr və fotolar Bakı - Elm və təhsil - 2019 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 28 fevral 2019-cı il 2 saylı qərarı ilə nəşr olunur Ön sözün müəllifi: Akademik İsa Həbibbəyli Toplayıb nəşrə hazırlayan Almaz Ülvi (Binnətova) və elmi redaktor: filologiya elmləri doktoru Rəyçilər: Naim KƏRİMOV Akademik (Özbəkistan) Yaşar QASIMBƏYLİ filologiya elmləri doktoru Gulnoz SATTAROVA filologiya üzrə fəlsəfə doktoru (Özbəkistan) Məsul katib: Gülşən Kəngərlinskaya AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi İki xalqın oğlu. Maqsud Şeyxzadə. Anadan olmasının 110 illiyi münasibətilə. Məruzələr, məqalələr və fotolar toplusu. - Bakı: Elm və təhsil , 2019. - 400 s. + illüstrasiyalar Təqdim olunan kitab Azərbaycan və Özbəkistan xalqlarının oğlu sa yılan şair və tədqiqatçı Maqsud Şeyxzadənin anadan olmasının 110 il liyinə həsr olunmuş məruzələr, məqalələr və fotolar toplusundan iba rətdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. ISBN 978-9952-8376-0-5 © AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, 2019 © Gülşən Kəngərlinskaya, 2019 İki xalqın oğlu Maqsud Şeyxzadə İSA HƏBİBBƏYLİ AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İKİ XALQIN GÖRKƏMLİ SƏNƏTKARI Görkəmli özbək şairi Maqsud Şeyxzadə keşməkeşli taleyə malik olan böyük mütəfəkkir ədəbi simalardan biri dir. O, Özbəkistanın qüdrətli şairi, Azərbaycanın tanınmış övladıdır. Maqsud Şeyxzadə üçün Özbəkistan da Azərbay can kimi doğma vətəndir. Bədii yaradıcılığa Azərbaycanda başlamış Maqsud Şeyxzadə Özbəkistanda məşhur sənətkar kimi şöhrət qazanmışdır. Maqsud Məsim oğlu Şeyxzadə 7 noyabr 1908-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. O, ilk təhsilini Ağdaşda “Əhmədiyyə” ibtidai məktəbində, daha sonra isə Muxtar Əfəndinin 1906-cı ildə açdığı “Rüşdiyyə” məktəbində al mışdır. Görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Nəriman Nərimanov 1918-ci ildə Ağdaşda ezamiyyətdə olarkən təşkil edilmiş bir tədbirdə 10 yaşlı Maqsud öz şeiri ni söyləmiş, bu hadisə ədibin diqqətini cəlb etmişdir. Nəri man Nərimanovun təqdimatı ilə “Kommunist” qəzetinin 1921-ci ilin 21 dekabr tarixli sayında 13 yaşlı Maqsudun üç şeiri dərc olunmuşdur. Bakı Darülmüəllimində - pedaqoji Məktəbində təhsil alan Maqsud Şeyxzadə Hüseyn Cavid, Abdulla Şaiqin dərs lərini dinləmiş, onlardan aldığı millət, ədəbiyyat və türkçü- з Anadan olmasının 110 illiyi münasibətilə məruzələr, məqalələr və fotolar toplusu lük ideyaları onun vətənpərvər gənc şair kimi formalaşma sında mühüm rol oynamışdır. Cəmi iyirmi yaşında ikən millətçi damğası ilə əvvəlcə Dağıstana, oradan da Özbəkistana sürgün edilmiş Maqsud Şeyxzadə qısa müddətdə özbək dilini öyrənmiş, bu dildə şeirlər və məqalələr yazmışdır. Özbək ədəbiyyatının gör kəmli klassiki Əlişir Nəvai haqqında yazıb mətbuatda çap etdirdiyi məqalə onun ədəbi mühitdə tanınmasına səbəb ol muşdur. Özbəkistan elmi-ədəbi mühiti Maqsud Şeyxzadənin yetişib formalaşmasında mühüm ədəmiyyətə malik olmuş dur. O, qısa müddət ərzində həm bədii istedadı, həm də el mi qabiliyyəti ilə diqqəti cəlb etmişdir. Artıq XX əsrin qır xıncı illərində Maqsud Şeyxzadə Özbəkistanın görkəmli şairi və tanınmış elm xadimi kimi qəbul olunmuşdur. Maq sud Şeyxzadənin “Mirzə Uluğbəy” mənzum dramı ona bö yük şöhrət qazandırmışdır. “Mirzə Uluğbəy” dramı ədəbi şöhrətinə görə xalq şairi Səməd Vurğunun “Vaqif’ dramı ilə müqayisə edilə biləcək mükəmməl bir bədii əsər nümu nəsidir. Lakin ədəbiyyatda qazandığı böyük uğurlar həm də ona qarşı paxıllıq və qısqanclığı qüvvətləndirmişdir. Nəti cədə o, 1952-ci ildə həbs edilərək Sibirə sürgün edilmişdir. Lakin İosif Stalinin vəfatından sonra Maqsud Şeyxzadə ye nidən Özbəkistana qayıtmış, ömrünün sonunadək bu ölkədə yaşayıb-yaratmışdır. O, müasir özbək ədəbiyyatının canlı klassikinə çevrilmişdir. Şeirləri və mahnıları bütün Özbəki standa dillər əzbəri olmuşdur. Dram əsərləri Özbəkistan səhnəsinə böyük zinət gətirmişdir. Maqsud Şeyxzadə Özbəkistanı və vətəni Azərbaycanı ürəkdən sevməklə bərabər, həm də əsərlərində böyük il 4 İki xalqın oğlu Maqsud Şeyxzadə hamla vəsf etmişdir. “Daşkəndnamə” poemasındakı aşağı dakı misralar onun hər iki ölkəyə dərin ehtiramını və böyük sevgisini dolğun şəkildə mənalandırır: Dünyaya gəldim mən Azərbaycanda. Keçdi uşaqlığım bir gül məkanda. Nizami vətəni, Gəncə ölkəsi Doldurdu sinəmə şeir həvəsi. Anam Kür çayının şirin sədası Oyatdı könlümdə yazmaq havası Lakin şairliyim burda boy atdı Sır-Dərya sahili qəlbimə yatdı... Həzrət Nəvainin öpdüm əlini, Bəyəndim, bəslədim onun dilini. Özbək vadisində atımı sürdüm Sənət taleyimdən yox şikayətim, Burda çiçəkləndi şeirim, sənətim. Maqsud Şeyxzadə ilə xalq şairi Səməd Vurğunun dostluğu Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin qiy mətli səhifələrini təşkil edir. Maqsud Şeyxzadə özbək dilinin orfoqrafiyasını elmi şəkildə öyrənmiş, özbək ədəbiyyatı tarixini tədqiq edib ümumiləşdirici əsərlər yazmışdır. Özbək dili və ədəbiyya tından oxuduğu mühazirələr böyük maraqla qarşılanmışdır. O, görkəmli şair və böyük maarifçi kimi XX əsr özbək zi yalılarının yetişib formalaşmasında mühüm rol oynamışdır. Tanınmış özbək alimi və yazıçısı Naim Kərimovun “Maq- 5 Anadan olmasının 110 illiyi münasibətilə məruzələr, məqalələr və fotolar toplusu sud Şeyxzadə” romanı Özbəkistanda bu böyük sənətkara bəslənilən ümumxalq məhəbbətinin parlaq bədii ifadəsidir. Maqsud Şeyxzadə 1967-ci ilin 19 fevral günü (59 ya şında) Daşkənd şəhərində vəfat etmişdir. Azərbaycanın böyük oğlu Maqsud Şeyxzadə özünün bütün əsərlərini özbək dilində yazmışdır. Onun əsərləri Nə- bi Xəzri (“Mirzə Uluğbəy”), Eyvaz Borçalı (“Cəlaləddin Mənquberdi”), Nəriman Həsənzadə (“Daşkəndnamə”) tərə findən Azərbaycan dilinə tərcümə olunmuşdur. Xalq şairi Xəlil Rza Ulutürk də həmin əsərləri özbək dilindən Azər baycan dilinə çevirmişdir. Xəlil Rza Ulutürk həmçinin “Maqsud Şeyxzadənin yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası yazıb müdafiə etmişdir. Ölkəmizdə Maqsud Şeyxzadənin anadan olmasının 100 illik yubileyi geniş qeyd olunmuşdur. Maqsud Şeyxza- dənin 110 illiyinə həsr edilmiş Beynəlxalq elmi konfransda Azərbaycan və özbək alimlərinin elmi məruzələri dinlənil mişdir (14 noyabr 2018-ci il). Həmin konfransın materialları Azərbaycan Milli Elm lər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitu tunun Elmi Şurasının qərarı ilə bu kitabda nəşr edilir. Maqsud Şeyxzadənin zəngin bədii irsi müdriklik və insanlıq xəzinəsidir. Bu böyük sənətkarın əsərləri Özbəki standa olduğu kimi, Azərbaycanda da sevilir, oxunur və yüksək qiymətləndirilir. Hər iki xalqın görkəmli sənətkarı kimi böyük şöhrət qazanmış Maqsud Şeyxzadə ölməz əsərləri ilə əbədiyyət qazanmışdır. 6 İki xalqın oğlu Maqsud Şeyxzadə Almaz ÜLVİ filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Azərbaycan- Türkmənistan-Özbəkistan ədəbi əlaqələr ” şöbəsinin müdiri MAQSUD ŞEYXZADƏ ŞƏXSİYYƏTİ AZƏRBAYCAN-ÖZBƏK ƏDƏBİYYATLARI ARASINDA MƏNƏVİ KÖRPÜDÜR Azərbaycan torpağının işıqlı oğlu Maqsud Şeyxzadə Öz bəkistan ədəbiyyatının, elminin məşhur filosof şairi, dramaturqu, ustad tərcüməçisi, böyük alimi, görkəmli pedaqoqu, dilçisi, tən qidçisi, folklorşünası və ədəbiyyatşünasıdır. Özbək xalqı, özbək torpağı onu öz balasıtək bağrına basmış, şöhrətləndirmişdir. Maqsud Şeyxzadə elə bir həyat - elə bir ömür yaşamışdır ki, bu tale iki qardaş - iki qandaş xalqın yüzilliklər dolu ədəbi əlaqələr tarixinin canlı varisi, mənəvi körpüsü olmuşdur. Maqsud Şeyxzadə soy kökü ilə Qazaxın Salahlı kəndin dəndir - Səməd Vurğun yurdundan. Özü isə Ağdaş rayonunda doğulmuşdur. Vaxtilə atası Məsim Şeyxzadə Tbilisidə tibb mək təbini bitirib Ağdaş rayonunda işləməyi qərarlaşdırır (və ya gön dərilir). Anası Fatma xanım da qadın gimnaziyasında təhsil al mış ziyalı idi. Bu rayonda təzə yurd salan gənc ailədə beş uşaq doğulub boya-başa çatır. 1908-ci il noyabrın 7-də doğulan Maqsud ailənin ilk övla dı olur. O, ilk təhsilini Ağdaşda - məşhur ziyalı Muxtar Əfəndi nin açdığı "Rüşdiyyə" məktəbində alır. Sonra isə Bakı semina 7 Anadan olmasının 110 illiyi münasibətilə məruzələr, məqalələr və fotolar toplusu riyasını bitirir (1920-25). O seminariyanı ki, orada Abdulla Şaiq, Hüseyn Cavid, Cabbar Əfəndizadə, Mədinə xanım Qiyasbəyli, xalq müəllimi Cəmo bəy Cəbrayılbəyli kimi tanınmış ziyalılar dərs deyirdilər. Maqsud Şeyxzadə də məhz həmin müəllimlər dən dərs almışdı. Seminariyanı bitirdikdən sonra isə gənc Maqsud iki il Da ğıstanda (1925-27) müəllimlik kimi işləməyə göndərilir, əslində sürgün olunur. 1928-ci ildə - gəncliyin coşub - çağlayan, milli hisslərinin cilovlanmadığı vədəsində imperiya ideoloqlarının əmri ilə üç illiyə Qafqazdan sürgün olunmuşdur. SSRİ-nin istə nilən şəhərində yaşamaq şansını özü seçməli olanda o, bu məc buriyyətlə əlaqədar Özbəkistanı - Daşkənd şəhərini seçmiş və bütün ömrünü ora bağlamışdır. Onun yaradıcı fəaliyyətinə nəzər saldıqda, görürsən ki, Vətən sıxıntısı gənc Maqsudun qəlbində sirli bir guşəyə çəkilmiş və yazıb-yaratmaq eşqi ilə yeni həyata başlamışdır. Tanınmış nəvaişünas alim, Daşkənd Dövlət Universitetinin professoru Su- yima Qəniyeva tədqiqatlarında göstərir ki, Maqsud Şeyxzadə özbək ədəbiyyatı tarixini öyrənmək üçün Nəvaidən başlamışdır. Maraqlı nüans odur ki, gənc pedaqoq Nəvai poeziyası inciləri içərisindən Vətən məhəbbətli, Vətən dərdli şeirləri seçib tərcümə etmişdir. Bu tarix 1928-ci ilə Özbəkistana gəldiyi ilə təsadüf edir. XX əsrdə - özbək ədəbiyyatşünaslığında Nəvai haqqında ilk sanballı