ELMİ ƏSƏRLƏR Научные Труды Scientific Publications
Total Page:16
File Type:pdf, Size:1020Kb
p-ISSN: 2410-5619 e-ISSN: 2663-9998 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU ELMİ ƏSƏRLƏR Научные труды Scientific publications №2 (9), iyul-dekabr 2019 27.07.2015-ci idə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Mətbu nəşrlərin reyestri”nə (22/9) daxil edilmişdir. Fransada Beynəlxalq İSSN Mərkəzində qeydiyyatadan keçmişdir. BAKI – 2019 AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının 16 dekabr 2019-cu il tarixli 6 saylı iclasının qərarı ilə çap olunur. Baş redaktor: Aybəniz ƏLİYEVA-KƏNGƏRLİ AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Redaksiya heyəti: İsa HƏBİBBƏYLİ Aleksandr QRUŞA Azərbaycan MEA-nın vitse-prezidenti, Belarus Milli EA Kitabxanasının direktoru, akademik tarix üzrə fəlsəfə doktoru, dosent Teymur KƏRİMLİ Şirin İBRAİMOVA Azərbaycan MEA-nın Humanitar Elmlər Qırğızıstan EA Mərkəzi Elmi Kitabxana- Bölməsinin akademik-katibi, Məhəmməd sının direktoru Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Umutkan MUNALBAYEVA Qazaxıstan Milli Akademik Kitabxanasının Paşa KƏRİMOV baş direktoru, pedaqogika üzrə elmlər AMEA-nın Məhəmməd Füzuli adına doktoru, professor Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər Nadir İSMAYILOV doktoru BDU-nun “Biblioqrafıyaşünaslıq” kafedra- sının müdiri, pedaqogika üzrə fəlsəfə Nailə SƏMƏDOVA doktoru, dosent AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin Firəngiz HUSEYNOVA tədqiqi şöbəsinin müdiri, filologiya üzrə AMEA-nın Məhəmməd Füzuli adına elmlər doktoru Əlyazmalar İnstitutunun Elektron resurslar şöbəsinin müdiri, jurnalın məsul katibi Gülbəniz BABAXANLI AMEA-nın Hüseyn Cavidin Ev Muzeyinin Cavid CƏFƏROV direktoru, filologiya üzrə elmlər doktoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Çap kitablarının Nikolay KALYONOV tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə Rusiya EA Təbiət Elmləri Kitabxanası, doktoru, dosent texnika üzrə elmlər doktoru Qutiyera CƏFƏROVA Oleq ŞORİN AMEA-nın Məhəmməd Füzuli adına Rusiya EA Təbiət Elmləri Kitabxanasının Əlyazmalar İnstitutunun Kitabxana və elmi direktoru, texnika üzrə fəlsəfə doktoru informasiya şöbəsinin müdiri AR Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin 31.03.2017-ci il tatixli (Protokol №06-R) qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilmişdir. 2 Nüşabə Araslı. “Yeddi gözəl” Əmin Yümni tərcüməsində //Elmi əsərlər, 2019,2(9), iyul-dekabr, s.3-9. ƏDƏBİYYATŞÜNASLIQ. Mətnşünaslıq. Mənbəşünaslıq. Folklorşünaslıq. UOT 821.512.162 Nüşabə Araslı AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Bakı ş.,Hüseyn Cavid pr.,115 e-mail: [email protected] “YEDDİ GÖZƏL” ƏMİN YÜMNİ TƏRCÜMƏSİNDƏ Nizami yaradıcılığı türk xalqları içərisində orta əsrlərə xas sərbəst tərcümə vasitəsilə də yayılaraq şöhrətlənmişdir. Hələ XIV əsrdən başlayaraq “Xəmsə”yə daxil olan poemalar qismən və bütöv şəkildə türk dillərinə tərcümə edilmiş, türk məsnəvi müəllifləri Nizami məsnəvilərində yer alan müəyyən fəsil və rəvayətləri türkcəyə çevirərək əsərlərinə daxil etmişlər. Bununla yanaşı, xalq sənətkarları, ravi və məddahlar da Nizami əsərlərini mənsur şəkildə nəql etməklə geniş xalq kütlələrinə çatdırmışlar. Gəncə ustadının poemalarının nəsrlə yazılı tərcümələri isə XVI əsrdən meydana çıxmağa başlamışdır. Belə tərcümə abidələri içərisində Əmin Yümninin 1872-ci ildə Nizaminin “Yeddi gözəl” əsərinin “Tərcümeyi-“Həft peykər” adlı türkcə nəsri tərcüməsi daha çox məşhurdur. Özündən əvvəl yaranan orta əsr tərcümələri kimi bu əsər də indiki mənada başa düşülən tərcümə olmayıb, bir çox mütərcim əlavə və ixtisarları ilə orijinaldan fərqlənir. Məqalədə təhlilə cəlb olunan əsərdən onun müəllifinin Nizami yaradıcılığı və ümumiyyətlə, klassik Şərq şeiri ilə yaxından tanış olan ədəbi şəxsiyyət və istedadlı el sənətkarı olduğu anlaşılır. Açar sözlər: Nizami Gəncəvi, Əmin Yümni, “Yeddi gözəl”, tərcümə, nəsr Orta əsr türk epik şeirində Nizami əsərlərini bilavasitə tərcümə edilərək yazılan beyt və parçalarla yanaşı, şairin “Xəmsə”yə daxil poemaları tam şəkildə türk dilinə tərcümə edilərək böyük sənətkarın zəngin ədəbi irsinin xalq içərisində geniş yayılmasında böyük əhəmiyyət daşımışdır. Belə tərcümələr içərisində mənsur şəkildə olan nümunələr xüsusilə diqqətəlayiq olub xalqın Nizami sənətinə olan maraq və sevgisinin daha da artması ilə nəticələnmişdir. Nizami əsərlərinin nəsrlə tərcüməsinə hələ XVI əsrdən başlanmışdır. Mənbələr şairin “Sirlər xəzinəsi” əsərinin XVI əsrdə Üskublu Şəm tərəfindən mənsur şəkildə tərcümə edilərək şərh olunduğunu göstərir. Əldə olan nəsr şəklində tərcümələr içərisində 1872-ci ildə “Yeddi gözəl”in Əmin Yümni tərəfindən edilmiş türkcə tərcüməsi daha çox məşhurlaşmışdır. Tərcümeyi-“Həft peykər” başlıqlı bu əsər adından da göründüyü kimi, əsasən, Nizami poemasının tərcüməsi olub, əvvəlcə şifahi ədəbiyyatın nümunəsi kimi yaranarmış, sonradan nəşr olunmuşdur. Əsər və ixtisarlar edilməsi ilə orijinaldan seçilən əsərdən Əmin Yümninin təcrübəli xalq sənətkarı olması anlaşılır. Əmin Yümni variantında orijinaldakı rəsmi giriş hissələri, o sıradan tövhid, minacat, kitabın yazılma səbəbi, Əlaəddin Körpə Arslan şahın mədhi, sözün tərifi, şairin oğlu Məhəmmədə nəsihəti kimi bölmələr tərcüməsiz qalmışdır. Tərcümə Bəhramın anadan olması ilə başlayır. Bəhramın uşaq ikən Yəmənə göndərilməsi, Neman şahın onun üçün saray tikdirmək məqsədilə memar Simnarı dəvət etməsi, memarın ehtiyatsız danışmaq ucbatından cəzalandırılması, Bəhramın gur ovlamaqda məharəti, şiri, əjdahanı öldürməsi, onun igidliklərinin Nemanın əmrilə Xəvərnəqin divarlarına həkk olunması, Bəhramın Xəvərnəqdə yeddi iqlim padşahının qızlarının şəkillərini görməsi və onları saraya gətirməsi, Yezdəgerdin ölümü, Bəhramla Fitnə macərası, sonradan Bəhramın saray əylən- 3 Nüşabə Araslı. “Yeddi gözəl” Əmin Yümni tərcüməsində //Elmi əsərlər, 2019,2(9), iyul-dekabr, s.3-9. cələrinə uyub dövlət işlərindən uzaqlaşması, Çin xaqanının hücumu, Bəhram şahın qoca çobana təsadüf etməsi, onun sərgüzəştindən ibrət götürüb vəziri cəzalandırması, yeddi dustağı dinləməsi və bəzi digər səhnələr Nizami poemasından olduğu kimi, daha doğrusu Nizaminin “Yeddi gözəl” əsərinə uyğun şəkildə tərcümə edilmişdir. Əsər Bəhramın mağarada yox olması ilə sona çatır. Qızların söylədiyi nağıllar da bəzi məzmun əlavələri və dəyişikliklərə baxmayaraq, Nizami əsərindəki nağılların sərbəst tərcüməsidir. Bəhramın Xəvərnəqdə şəklini gördüyü yeddi şahzadə gözələ vurulması fəsli məzmunca eyni olsa da, müəllifin təhkiyəsindəki rəvayətvari üslub, xalq ədəbiyyatına xas ifadələrin işlənməsi ilə orijinaldan seçilir. Nizami əsərində oxuyuruq: ﺧﺎﻧﮫ ای دﯾﺪ ﭼﻮن ﮔﻨﺞ ﭼﺸﻢ ﺑﯿﻨﻨﺪه زو ﺟﻮاھﺮ ﺳﻨﺞ ھﻔﺖ ﭘﯿﮑﺮ در او ﻧﮕﺎﺷﺘﮫ ﺧﻮب ھﺮ ﯾﮑﯽ زان ﺑﮫ ﮐﺸﻮری ﻣﻨﺴﻮب دﺧﺘﺮ راج ھﻨﺪ ﻓﻮرک ﻧﺎم ﭘﯿﮑﺮی ﺧﻮﺑﺘﺮ ز ﻣﺎه ﺗﻤﺎم دﺧﺘﺮ ﺧﺎﻗﺎن ﺑﮫ ﻧﺎم ﯾﻐﻤﺎﻧﺎز ﻓﺘﻨﮫ ﻟﻌﺒﺘﺎن ﭼﯿﻦ و ﻃﺮاز دﺧﺖ ﺧﻮارزﻣﺸﺎه ﻧﺎزﭘﺮی ﮐﺶ ﺧﺮاﻣﯽ ﺑﺴﺎن ﮐﺒﮏ دری دﺧﺖ ﺳﻘﻼب ﺷﺎه ﻧﺴﺮﯾﻦ ﻧﻮش ﺗﺮک ﭼﯿﻨﯽ ﻃﺮاز روﻣﯽ ﭘﻮش دﺧﺘﺮ ﺷﺎه ﻣﻐﺮب آذرﯾﻮن آﻓﺘﺎﺑﯽ ﭼﻮ ﻣﺎه روز اﻓﺰون دﺧﺘﺮ ﻗﯿﺼﺮ ھﻤﺎﯾﻮن رای ھﻢ ھﻤﺎﯾﻮن و ھﻢ ﺑﮫ ﻧﺎم ھﻤﺎی دﺧﺖ ﮐﺴﺮی ز ﻧﺴﻞ ﮐﯿﮑﺎوس درﺳﺘﯽ ﻧﺎم و ﺧﻮب ﭼﻮ ﻃﺎوس دو ﯾﮑﯽ ﺣﻠﻘﮫ ﺣﻤﺎﯾﻞ ﺑﺴﺖ ﮐﺮده اﯾﻦ ھﻔﺖ ﭘﯿﮑﺮ از ﯾﮏ دﺳﺖ در ﻣﯿﺎن ﭘﯿﮑﺮی ﻧﮕﺎﺷﺘﮫ ﻧﻐﺰ ﮐﺎن ھﻤﮫ ﭘﻮﺳﺖ ﺑﻮد وﯾﻦ ھﻤﮫ ﻣﻐﺰ (3, 723-724) “((Orada) xəzinəyə bənzər bir otaq gördü ki, görənin gözü (sanki) onunla cəvahir ölçürdü...Orda yeddi gözəl şəkli yaxşıca çəkilmişdi. Onların hər biri bir ölkəyə mənsub idi. Hind racının Furək adlı qızının şəkli bütöv aydan gözəl idi, Xaqanın qızı Yəğmanaz Çin və Təraz gözəllərinin fitnəsi, Xarəzmşahın qızı Nazpəri, yerişi dağ kəkliyinə (yerişinə) bənzəyirdi. Səqlab şahının qızı Nəsrinpuş, Çin tərazlı rumi geyimli Məğrib şahının qızı Azəryun, Günün artan ayı kimi bir günəş! Humayun düşüncəli Qeysər qızı, həm özü Humayun (xoşbəxt), həm adı Humay. Keykavus nəslindən olan Kəsranın qızının adı Dorsəti, özü tavus kimi gözəl.)” Əmin Yümni öz tərcüməsində sərbəstliyə geniş yer vermiş, sözlərin dəqiq mənasından daha çox Nizaminin dediklərini sadə xalq danışıq dilində anlaşılan məcazi anlamda işlədərək oxuculara daha aydın bir tərzdə təqdim edir. Tərcümədən belə anlaşılır ki, “Birdən-birə yeddi gözələ aşiq olan Bəhram onlara elə vuruldu ki, səbr və qərarı əlindən getdi, bihuş olub yerə yıxıldı. Bir saatdan sonra huşa gəlib o şəkillərə heyran-heyran baxdı. Baxışlarını qaldırıb yuxarı baxanda gördü ki, hərəsinin başının üstündən bir lövhə asılıb. Qabağa gedib əvvəlinci lövhəni əlinə aldı, oxuyanda gördü ki, qızın adı Nurəkdi. O, hind padşahının qızıdır. İkinci qız Nemandır və o, Çin xaqanının qızıdır, üçüncüsünün adını Pəri yazıblar ki, o, Xarəzm padşahının qızıdır. Dördüncüdə Nəsrinpuş yazılıb – Səqlab şahının qızıdır. Beşinci lövhədə Dürrəstə yazılıb - Kəsra padşahının qızıdır. Altıncı lövhədə Humay yazılıb – Rum Qeysərinin qızıdır. Yeddinci lövhə Azəryuna aiddir, Məğrib padşahının qızıdır1. Ancaq belə qeydlərə baxmayaraq əsas məzmun mütərcim tərəfindən saxlanılmış və tərcü- mə əsər haqqında türk ədəbiyyat həvəskarlarında aydın təsəvvür yarada bilmişdir. Qeyd etdiyimiz kimi, mütərcim müdaxiləsi, təsvir olunan əhvalatlara münasibət və şərh mahiyyətli qeydlərə geniş yer verilməsi bu əsərin tərcüməsinin əsas səciyyəvi cizgilərini təşkil 1 Bu parça bilavasitə Əmin Yümni tərcüməsindən deyil, mətni ərəb əlifbasından müasir yazıya köçürən fəlsəfə doktoru Mehri Məmmədovanın 1991-ci ildə nəşr etdiyi “Yeddi gözəl” kitabından götürülmüşdür. 4 Nüşabə Araslı. “Yeddi gözəl” Əmin Yümni tərcüməsində //Elmi əsərlər, 2019,2(9),