Guney Azerb.Indd
Total Page:16
File Type:pdf, Size:1020Kb
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU MEHMET SARAY KUZEY VE GÜNEY AZERBAYCAN TÜRKLERİ TARİHİ «Şərq-Qərb» Bakı –2010 Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunur Layihənin rəhbəri və Y.M.Mahmudov ön sözün müəllifi : əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Mehmet Saray. Quzey və Güney Azərbaycan türklərinin tarixi. Bakı, «Şərq-Qərb», 2010, 724 səh. ISBN 978-9952-34-502-5 © AMEA Tarix İnstitutu, 2010 © «Şərq-Qərb» ASC, 2010 AZƏRBAYCAN TÜRKLƏRİNİN BÜTÖV TARİXİ Mehmet Sarayın “Quzey və Güney Azərbaycan türklərinin tarixi” əsərinə ÖN SÖZ Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Tarix İnstitutu qardaş Türkiyə Cümhuriyyətinin görkəmli tarixçisi professor, doktor Meh- met Sarayın “Quzey və Güney Azərbaycan türklərinin tarixi” əsərini nəşr edərək tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edir. Mehmet Saray bütün türk dünyasının görkəmli tarixçisidir. O, özünün tarixçi ömrünü təkcə Osmanlı imperatorluğu və Türkiyə Cümhuriyyətinin deyil, bütün türk dünyası tarixinin araşdırılmasına həsr etmişdir. İstanbul Universitetində mükəmməl tarix təhsili alan Mehmet Saray doktorluq dissertasiyası yazmaq üçün on ilə qədər (1968-1978) İngiltərədə yaşamış, Britaniya arxivləri və kitabxanalarında araşdırmalar apararaq ingilis dilində yazdığı “Türkmənlər imperializm dövründə” mövzu- sunda dissertasiyasına görə doktor elmi dərəcəsi almışdır. 1978-ci ildə Vətəninə dönüb məzunu olduğu İstanbul Universitetində elmi-pedaqoji fəaliyyətə başlayan Mehmet Saray türk dünyasının tarixşü- naslığını yeni və çox qiymətli tədqiqat əsərləri ilə zənginləşdirdi. Onun “Rus işğalı dönəmində Osmanlı dövləti ilə Türküstan xanlıqları ara- sındakı siyasi münasibətlər (1775-1875)”, “Əfqanıstan və türklər” kimi fundamental elmi araşdırmaları ümumtürk tarixşünaslığının mühüm nailiyyəti hesab oluna bilər. İngilis və rus dillərini mükəmməl bilən görkəmli alimin qələmindən indiyədək 30-a qədər monoqrafi ya və 150-dən çox elmi məqalə çıxmışdır. Məşhur alimin kitabları və elmi məqalələri türk və ingilis dillərində nəşr olunmuşdur. İntensiv elmi-pedaqoji yaradıcılıqla yanaşı Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzində çalışan, 2006-cı ildə bu quruma rəhbərlik edən, “Ortaq türk ədəbiyyatı”, “Ortaq türk tarixi”, “Ortaq türk söz- lüyü”, “Ortaq türk əlifbası” layihələrini irəli sürənlərdən biri olan Meh- met Saray yorulmadan türk dövlətləri, xalqları və toplumlarının birlik və qardaşlığını təbliğ edir. Dərindən inanıram ki, görkəmli alimin “Quzey və Güney Azərbaycan türklərinin tarixi” əsəri onun yaradıcılığının zirvəsidir. Çünki Mehmet 3 Saray görkəmli türkçü alim olaraq bu əsərində özünün (təkcə özününmü!?) dərin bir niskilinə, ürək ağrısına məlhəm qoydu: ikiyə bölünmüş böyük bir türk xalqının – Azərbaycan türklərinin bütöv tarixini ortalığa çıxardı. Etiraf edək ki, qədim və zəngin olduğu qədər də mürəkkəb, keçməkeşli tarix yaşamış Azərbaycan xalqının bütöv tarixini yazmaq, özü də hər cür tendensiyalardan uzaq olan gerçək bir tarix yazmaq hər tarixçinin işi deyil. “Quzey və Güney Azərbaycan türklərinin tarixi” əsərinin ən uğurlu cəhəti bundan ibarətdir ki, müəllif Azərbaycan xalqının tarixinə ümumtürk tarixinin tərkib hissəsi kimi baxır və bu tarixi türk dünyasının ümumi tarixi konteksində işıqlandırır. Mehmet Sarayın Azərbaycan xalqının tarixinə həsr etdiyi monoqrafi ya müəllifi n öz sözüdür, daha doğrusu alimin ilk mənbələrə əsaslanaraq apar- dığı elmi araşdırmaların nəticəsidir. Ölkəmizin əski çağlardakı təbii-coğrafi şəraitindən və qədim daş dövründən üzü bəri bütün tarixi dövrlərini əhatə edən iri həcmli və sanballı bir əsəri ortaya çıxarması Mehmet Sarayın böyük uğurudur. Bu əsər, eyni zamanda, görkəmli türk aliminin ümumtürk sevgisinin, böyük Azərbaycan xalqına olan dərin məhəbbətinin nəticəsidir. Mehmet Sarayın oxuculara təqdim etdiyimiz monoqrafi yası ilə bağlı belə bir cəhəti də xüsusi olaraq vurğulamağı özümə borc bilirəm. “Quzey və Güney Azərbaycan türklərinin tarixi” əsəri müəyyən mənada Azərbaycan xalqının tarixinə Türkiyə Cümhuriyyətindən baxışdır. Başqa sözlə, bu əsər qardaş türk tarixçisinin və geniş mənada türk tarixşünaslığının mövqeyi- dir. Bu baxımdan Azərbaycan oxucusu müəllifi n bir sıra məsələlərlə bağlı mövqeyindən təəccüblənməməli, bunu tariximizə Türkiyədən baxış kimi qiymətləndirməlidir. Məsələn, Azərbaycan tarixşünaslığında dərin elmi əsaslara söykənən belə bir fi kir formalaşmışdır ki, bizim xalqımız “Kitabi- Dədə Qorqud” dastanlarının yayıldığı dövrdə, artıq, müstəqil bir türk etnosu kimi formalaşmışdı. Bu baxımdan, əlbəttə, müəllifi n Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərini “türkmən dövlətləri” kimi təqdim etməsi Azərbaycan oxucusu tərəfi ndən, haqlı olaraq, birmənalı qarşılan- mayacaqdır. Əlbəttə, elmdə bu kimi fi kir ayrılıqlarının olması təbii haldır. Və Azərbaycan alimlərinin, bizim oxucuların elmdə tariximiz barədə belə fi kirlərin, mövqelərin də mövcud olduğunu bilmələri çox gərəklidir… Bununla belə, Mehmet Sarayın “Quzey və Güney Azərbaycan türklərinin tarixi” monoqrafi yasının başlıca məziyyəti, yuxarıda qeyd etdiyimiz kimi, ikiyə bölünmüş Azərbaycan xalqının tarixini, şimallı- 4 cənublu, bütöv halda qələmə almasıdır. Bir sözlə, görkəmli türk tarixçisi böyük fədakarlıq və elmi cəsarət göstərərək indiyədək görülməmiş bir işi uğurla başa çatdırmışdır. İnanıram ki, “Quzey və Güney Azərbaycan türklərinin tarixi” monoqrafi yası Azərbaycan xalqının bütöv tarixinin yaradılması yolunda atılmış uğurlu bir addımdır. Yuxarıda qeyd etdiyim kimi, bu qiymətli əsər Mehmet Saray elmi yara- dıcılığının zirvəsidir. Arzum budur ki, dərin ehtiram bəslədiyim və dostluq duyğuları ilə bağlı olduğum Mehmet Saray bu zirvəni tərk etməsin! Yaqub Mahmudov AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi 5 ÖNSÖZ Atatürk, Milli Mücadele yıllarında Ankara’ya bir Büyükelçi gönderen Azerbaycan Türklerinin bu hareketine son derece duygulanmıştı. Azerbay- can sefi rini kabulü esnasında söylediği şu sözler son derece manidar idi: “Rumeli ve Anadolu halkı, Azeri kardeşlerinin kalplerinin kendi kalpleri gibi çarptığını bilirler. Bunun için getirdiğiniz tuhfe-i selamın ne kadar derîn ve âlî bir hissin eseri olduğunu takdir eder ve bu selâmı alırken Azerbaycan Türklerinin de bir daha esarete düşmemeleri ve hukuklarının paymal edil- memesini temenni ve arzusunu izhar eylerler. Azerbaycan Türklerinin dert- leri kendi dertlerimiz ve sevinçleri kendi sevinçlerimiz gibi olduğu için, onların muratlarına nâil olmaları, hür ve müstakil olarak yaşamaları bizi pek ziyade sevindirir”. Yıllar sonra, Azerbaycan’ın istiklâline yeniden ka- vuşmasında ve bu günlere gelmesinde büyük emeği geçen Haydar Aliyev sık sık “Türkiye ve Azerbaycan Cumhuriyetleri aynı milletin kurduğu iki devlettir. Biz kardeşiz. Birimizin üzüntüsü veya sevinci hepimizi üzer veya sevindirir” derdi. Atatürk’ün, Azerbaycan Türklerinin istiklâli için, Haydar Aliyev’in aynı milletin evlatları olduğumuz için gösterdiği büyük alâka ve heyecanı gördükten sonra akla şöyle soruların gelmesi mümkündür: Kapı komşu yaşadıkları halde, acaba, Azerbaycan Türkleri ile Anadolu Türkle- rinin bir devlet çatısı altında birleşmeleri niçin mümkün olmamıştır? Veya bu birleşmeye mâni olan faktörler neler olmuştur? Ayrıca, Azerbaycan tarihi nasıl dramatik bir seyir takip etmişti de böyle bir birleşme müm- kün olmamıştır? 1828 Türkmençay Andlaşması ile Rusya ve İran arasında paylaşılan Azerbaycan’ın kaderi nasıl bir seyir takip etti? Rus ve Sovyet hâkimiyetinde Kuzey Azerbaycan Türklerinin durumları nasıldı? İran ida- resinde kalan Güney Azerbaycan Türklerinin ekonomik ve kültürel hayatı nasıl gelişti? Bugün, istiklâline yeniden kavuşan Azerbaycan Türklerinin durumları nedir? Adı üzerinde bir Türk ülkesi olan Karabağ meselesi ile kimler uğraşmaktadır? Ve bu hususta Türkiye’deki bilgilerin sağlık dere- cesi nedir? Bu ve bunlara benzer daha pek çok soruların sorulması mümkündür. Bütün bu soruların cevabını ise, ancak, Azerbaycan tarihini kısaca tetkik et- tikten sonra vermenin mümkün olacağına inanıyoruz. Fakat, burada, hemen şu hususu belirtmekte fayda vardır. Bugün, 30 milyonu aşan Türk nüfusun yaşadığı Kuzey Azerbaycan ve Güney Azerbaycan hakkında Türkiye’de doğru dürüst ilmi bir araştırma yapılmamıştır. Eskiden yazılan üç ilmi ma- 6 kale vardır ki, bunlardan ikisi rahmetli hocam A. Z. V. Togan’a, diğeri de rahmetli F. Sümer’e ait olup, Azerbaycan’ın Türkleşmesi devrini anlatmak- tadırlar. İşte bu boşluğu doldurmak üzere, burada, kardeş Azerbaycan’ın dramatik tarihi hakkında ana hatları ile bilgi vermeye çalıştık. İlk çalışmayı rahmetli Turgut Özal’ın tavsiyesi ile yapmış, Kuzey Azerbaycan’ın istiklâline yeniden kavuşması dolayısıyla kardeş Azerbay- can halkı hakkında bilgi veren bir kitap yazmıştım. Fakat, 1992-1996 ara- sında T. C. Dışişleri Bakanlığı’na bağlı TİKA teşkilatında, kardeş cumhu- riyetlenden sorumlu “Eğitim ve Kültür Koordinatörü” ve başdanışman ola- rak vazife gördüğüm yıllarda Azerbaycan bilim adamları ile sıkça istişare edip, yeni bilgiler ve belgeler elde ettim. Ayrıca, kardeş cumhuriyetlerin bilim adamları ile “Ortak Tarihimiz, Ortak Edebiyatımız, Ortak Alfabemiz ve Ortak Lugatlarımız” konularında yaptığımız çalışmalar esnasında yap- tığımız tartışma ve değerlendirmelerden, daha önce elde ettiğimiz belgeler- den sonra her kardeş cumhuriyetin tarihini daha geniş bir şekilde yazmak zaruretini hissettim. Diğer taraftan, Azerbaycan tarihinin bölünmez bir par- çası olan Güney Azerbaycan hakkında da yeterli bilgi vermek mecburiyeti ortaya çıktı. Güney Azerbaycan tarihi ele alınırken, her