Sosial Və Humanitar Elmlərin Müasir Problemləri
Total Page:16
File Type:pdf, Size:1020Kb
İSNN 2409-0859 Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əsərlər toplusu. № 24, 2019 ISSN 2409-0859 AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ SOSİAL VƏ HUMANİTAR ELMLƏRİN MÜASİR PROBLEMLƏRİ ELMİ ƏSƏRLƏR TOPLUSU BURAXILIŞ № 24 BAKI – 2019 1 İSNN 2409-0859 Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əsərlər toplusu. № 24, 2019 ISSN 2409-0859 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, mətbu nəşrlərin reyestrinə daxil edilmə nömrəsi: 3885, 25.05.2014-cü il. Ünvan: 1148, Azərbaycan, Bakı, Z.Xəlilov, 23, Bakı Dövlət Universiteti, 2 korpus, otaq 812, tel. 012 438 14 47, sayt http://sociology.bsu.edu.az/ E-mail: [email protected] Sosial və humanitar elmlərin müasir problemləri. Ali məktəblərarası elmi əsərlər toplusu. Buraxılış № 24. Bakı, 2019, 189 s. Redaksiya heyəti Rəbiyyət Nurullah qızı Aslanova, fəlsəfə elmləri doktoru, professor, BDU Əziz Bəşir oğlu Məmmədov, fəlsəfə elmləri doktoru, professor, BDU İzzət Əşrəf oğlu Rüstəmov, fəlsəfə elmləri doktoru, professor, BDU Rəna Fuad qızı İbrahimbəyova, psixologiya üzrə fəlsəfə doktoru, professor, BDU Zeynəddin Camal oğlu Hacıyev, fəlsəfə elmləri doktoru, professor, BDU Bəxtiyar Həmzə oğlu Əliyev, AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor, BDU Kamilə Ramiz qızı Əliyeva, psixologiya elmləri doktoru, professor, BDU Tatyana İvanovna Bilenko, fəlsəfə elmləri doktoru, professor, Droqobıç dövlət pedaqoji universiteti (Ukrayna) Sergey Nikolayeviç Volkov, fəlsəfə elmləri doktoru, professor, Penza texnoloji akademiyası (Rusiya) Ləzifə Nağı qızı Qasımova, pedaqogika elmləri doktoru, professor, BDU Hikmət Əbdul oğlu Əlizadə, pedaqogika elmləri doktoru, professor, BDU Qəmər Cəfər qızı Mürşüdlü, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, BDU Kəmalə Həsən qızı Pənahova, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, BDU Qızılgül Yasin qızı Abbasova, fəlsəfə elmləri doktoru, professor,baş redaktor, BDU Oqtay Hüseyn oğlu Hüseynli, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, məsul katib, BDU Daxil Cahangir oğlu Vəliyev, fəlsəfə üzrə fəlsəfə doktoru, redaktor müavini, BDU Vüsalə Kərəm qızı Musayeva, buraxılışa məsul redaktor, BDU Topluda müasir dövrün aktual problemlərindən bəhs olunur. Məqalələrdə müəlliflər tərəfindən qaldırılan məsələlərin geniş çeşidi dünyamızın tarix, fəlsəfə, politologiya, sosiologiya, pedaqogika, psixologiya, iqtisadiyyat, mədəniyyətşünasliq, sənətşünaslıq və digər sosial-humanitar sahələrdə baş verən proseslərə bir çox yeni aspektlərdən nəzər salmağa imkan verir. Toplunun materiallarından elmi işçilər, ali və orta ixtisas məktəblərinin humanitar fənləri tədris edən müəllimlər, tələbələr və aspirantlar faydalana bilərlər. Məqalələr müəlliflərin redaktəsi ilə çapa verilmişdir. 2 İSNN 2409-0859 Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əsərlər toplusu. № 24, 2019 HUMANİTAR ELMLƏR FƏLSƏFƏ MÜASİR ELMİ İDRAKDA TARİXİ VƏ MƏNTİQİ METODLARIN VƏHDƏTİ dos. Kəmalə Pənahova BDU-nun Fəlsəfə kafedrasının müdiri [email protected] Açar sözlər: elmi idrak, metod, tarixilik metodu, məntiqilik metodu, dialektika. Key words: scientific cognition, method, historicity, logicality, dialectics. Ключевые слова: научное познание, метод, исторический метод, логический метод, диалектика. Metod məqsədə çatmaq üçün istifadə olunan müəyyən üsullar ilə insanların nəzəri və praktiki fəaliyyətini tənzimləyən müəyyən prinsip və qaydaların məcmusudur. Metod obyektiv və subyektiv momentlərin vəhdətindən ibarətdir. Metodun obyektiv tərəfini dərk olunmuş qanunauyğunluqlar, subyektiv tərəfini isə bu qanunauyğunluqlar əsasında gerçəkliyin tədqiq olunması və praktiki dəyişdirilməsi üsulları təşkil edir. Metod məhz bu kəşf olunmuş qanunauyğunluqlar əsasında gerçəkliyin dərk olunmasına, onun dəyişdirilməsinə və yeni nəticələır əldə edilməsinə imkan verən üsulların dialektik vəhdətidir. Ümumelmi nöqteyi-nəzərdən metod dedikdə artıq məlum olan materialdan yeni bilik əldə etməyə imkan verən üsul və əməliyyatların məcmuu nəzərdə tutulur. Məhz köhnə materialla iş zamanı yeni biliyin əldə edilməsi metodun fərqləndirici cəhətidir. Elmi metod nəzəri əsaslandırılmış normativ idraki vasitədir. Bu qarşıya qoyulmuş vəzifəni həll etmək üçün alət və vasitələrin cəmidir. Metod fəaliyyət üsulu olmaqla yanaşı, həm də biliyin xüsusi formasıdır. Həmin biliyin isə spesifikliyi bundadır ki, o, tədqiqat obyekti haqqında informasiya mənbəyi rolunu oynamaqla yanaşı, həm də subyektin obyektə mədsədyönlü təsirinin norması kimi çıxış edir. Elmi idrak adi idrakdan yalnız tədqiqat obyektinə görə deyil, həm də istifadə etdiyi metodlara görə fərqlənir. Adi idrakdan fərqli olaraq elmi idrak ancaq nəzəri cəhətdən dərk edilmiş metodlardan istifadə etdiyi üçün şeylərin və proseslərin mahiyyətinə nüfuz etmək və buna görə də onları nəzərı çəhətdən mənimsəmək imkanı qazanır. Əlbəttə, adi idrak prosesində də müəyyən metod və üsullardan geniş istifadə olunur, lakin elmi idrakın gedişində istifadə olunan metodlardan fərqli olaraq onlar elmi təfəkkür qanunları ilə uyğunluğa gətirilmədikləri kimi, nəzəri cəhətdən də təfsir oluna bilmirlər (2,11). Məqsədyönlü fəaliyyət göstərən insan nəzəri və praktiki fəaliyyətində müxtəlif metodlardan istifadə edir. Metod özündə inikas və praktika kimi iki ünsürü birləşdirərək, həm gerçəkliyin obyektiv qanunlarının inikası ilə, həm də bu qanunların tələbləri əsasında təbiət və cəmiyyətin praktiki dəyişdirilməsi imkanları ilə bağlıdır. İdrak tarixinin və elmin inkişaf xüsusiyyətlərinin öyrənilməsi göstərir ki, istənilən inkişaf etmiş elm tədqiqat prosesində idrak obyektinə yanaşma üsul və metodlarının bütöv sistemindən istifadə edilir. Dünyanın ayrı-ayrı sahələrini öyrənən konkret elmlərdə tətbiq olunan xüsusi-elmi və ümumelmi metodların məcmusu həmin konkret elmlərin metodologiyasını əmələ gətirir (6, 71). Əslində elmi idrakın vəzifəsi predmetlərin və hadisələrin daxili təbiətini, mahiyyətini, onların fəaliyyət və inkişaf qanunlarını aşkara çıxarmaqdan ibarətdir. Lakin mahiyyət, qanunlar hadisələrin səthində deyildir, bunları aşkara çıxartmaq üçün elmin və praktikanın uzun sürən 3 İSNN 2409-0859 Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əsərlər toplusu. № 24, 2019 mürəkkəb inkişafı prosesində bütöv bir elmi– tədqiqat üsulları işlənib hazırlanmışdır. Bu üsullar ən ümumi əhəmiyyətə malik olub, gerçəkliyin ən müxtəlif hadisələri araşdırılarkən hər hansı elmə tətbiq edilə bilər. Elmi idrak metodunun elmin inkişafı üçün müstəsna əhəmiyyəti vardır. Həqiqi elmi idrak metodu alimin yaradıcı fəaliyyətinə düzgün istiqamət verməklə öz tədqiqat sahəsində həqiqi biliklərə yiyələnmək üçün ən qısa və optimal yolu seçməkdə ona yaxından kömək göstərir. Tədqiqatçını nəzəri nəticələrə və həqiqi ümumiləçdirmələrə gətirib çıxaran elmi təfəkkür xaotik surətdə, nizamsız şəkildə deyil, tamamilə ciddi qaydada, müəyyən qanunauyğunluqlar əsasında baş verdiyindən hər tədqiqatçı qarşıya qoyduğu məqsəd və vəzifələri düzgün dərk etməli və onları reallaşdırmağın üsul və yollarını aydın görməlidir (2,11). Məlumdur ki, elmi idrak metodunun seçilməsi hər şeydən əvvəl idrak obyektinin xarakteri ilə müəyyən olunur. Lakin elmin müəyyən sahəsinə tətbiq olunan metod digər elmlərə də nüfuz edə bilər. Metod obyektiv gerçəkliyə və onun qanunlarına əsaslanmalıdır. Bütün maddi törəmələr obyektiv surətdə, insandan kənarda və onun şüurundan asılı olmadan mövcud olduqları halda, idrak metodları təbiətin özündə mövcud deyildirlər, onlar insanın gerçəkliyi öyrənməsinə əsaslanan mənəvi fəaliyyəti olub, ancaq insan şüurunda mövcuddurlar (3,75). İdrakın inkişaf qanunlarını, onun dialektikasını anlamaq üçün proses haqqındakı konkret biliyin əldə edilməsi prosesində tarixi ilə məntiqinin qarşılıqlı münasibətini aydınlaşdırmaq lazımdır. Tarixi dedikdə prosesin özünün inkişafı nəzərdə tutulur. Məntiqi isə tarixinin inkasıdır. Məntiqi metodla tarixi tədqiqat metodu arasındakı ümumi cəhət ondadır ki, tarixi nədən başlayırsa, fikrin gedişi də ondan başlayır. Məntiqi yanaşma olmadan tarixi yanaşma –kordur, tarixisiz isə məntiqi-predmetsizdir. Məntiqi yanaşma hadisənin inkişaf prosesinin öyrənilməsinə əsaslanır, məqsədi də onun mahiyyətini aşkara çıxarmaqdır. Tarixi ilə məntiqinin vəhdəti bu momentləri əhatə edir: 1) inkişaf etməkdə olan obyektin qarşılıqlı münasibətini (onto-tarixi), bu obyektin nəzəriyyəsinin formalaşma tarixini (epistimo- tarixi və tarixi-məntiqi), tədqiq olunan obyektin tam inkişaf fazasında nəzəriyyələri (xüsusi- məntiqi), insan təfəkkürünün inkişaf məntiqini (ümumi-məntiqi); 2) obyektin tarixinə onun yüksək inkişaf səviyyəsindən baxmaq tələbi, bu zaman iki aspekti nəzərə almaq lazımdır; predmetin təkamülünün özünün qanunlarının inkişafı və obyektin tarixinin məntiqi rekonstruksiyasının başlanğıcı və ardıcıllığı problemi; 3) əvvəlki nəzəriyyələrin tənqidinin tarixi və məntiqi metodlarının münasibəti; 4) nəzəri sistemin açıqlığı. Tarixi və məntiqinin ontoloji əsasları qismində ontologiyanın əsas kateqoriyaları (varlıq, reallıq, qeyri-varlıq, substansiya, materiya, hərəkət, məkan, zaman) və determinizmin, sitemliliyin, inkişafın, dünyanın vəhdətinin ümumfəlsəfi prinsipləri nəzərdən keçirilir. Əsaslandırılır ki, elmin indiki inkişaf səviyyəsində fundamental sahələrdə elə elmi-tədqiqat proqramları rəqabətə davamlı olur ki, onlar “ möhkəm nüvəsinin” tərkibinə inkişaf prinsipini daxil edirlər. Nəticədə belə tədqiqat proqramlarının reallaşması zəruri olaraq tarixi və məntiqinin vəhdəti prinsipinə müvafiq həyata keçirilməni zəruri edir. Tarixi ilə məntiqinin vəhdəti problemi nisbətən yeni fəlsəfi problemlər sırasına daxildir. Avropa fəlsəfəsində bu problemin qoyulmasının və həllinin iki üsulu məlumdur: