Qarabağda Yaşayış Məntəqələrinin Adlarının Və Inzibati Mənsubiyyətinin Tarixi
Total Page:16
File Type:pdf, Size:1020Kb
Qarabağda yaşayış məntəqələrinin adlarının və inzibati mənsubiyyətinin tarixi Qarabag.com, 1823-cü ildən 2020-ci ilə qədər Qarabağın bütün yaşayış məntəqələrin tarixi adları və inzibati mənsubiyyətlərini göstərən tam siyahısını hazırladı. Siyahı tərtib olunarkan Rusiya İmperiyası və Sovet İttifaqı dövrünə aid 6 rəsmi sənəddən istifadə olunub. 1) 1823-cü ildə Gürcüstanın Baş İdarəedicisi Ermolovun əmri ilə, həqiqi dövlət müşaviri Moqilevski və Polkovnik 2-ci Ermolov tərəfindən tərtib edilmiş Karabağ vilayətinin təsviri. Tiflis, 1866 il. 2) 1856-cı il üçün Qafqaz təqvimi. Tiflis, 1855 il. 3_cü bölüm, səh. 362-441. 3) Kondratenko E. 1917-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1916 il. Statistika bölümü, səh. 46-65. 4) Azərbaycanın yaşayış yerlərinin siyahısı. Narkomprod nəşri. 1917 və 1921-ci ilərin kənd-təsərufat siyahıyaalma materiallarına əsasən. Bakı, 1922 il. Səh. 24-36, 42-45, 83-89. 5) Azərbaycan SSRi İnzibari-ərazi bölgüsü. Bakı, 1964 il. Səh. 12-15, 42-45, 63-65, 80-83, 105-108, 144-154. 6) Azərbaycan SSRi İnzibari-ərazi bölgüsü. Bakı, 1979 il. Səh. 17-18, 35, 41-42, 53-56, 63-64, 81-82, 112-117. Azərbaycan dilindəki müasir yaşayış məntəqələrin adları “Qarabağ və ətraf bölgələri Azərbaycan Respublikası, Rəsul Həsən, 2020” xəritəsinə uyğun verilmişdir. Yaşayış məntəqələrin tarixi adları cədvəlin sütunlarında göstərilən illərdə inzibati ərazi bölgüsünə görə göstərilir.