Dambur Ifaçiliği Və Hayla Yaradiciliği

Total Page:16

File Type:pdf, Size:1020Kb

Dambur Ifaçiliği Və Hayla Yaradiciliği AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU ______________________________________________ LƏMAN VAQİFQIZI (SÜLEYMANOVA) DAMBUR İFAÇILIĞI VƏ HAYLA YARADICILIĞI BAKI – 2020 AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur. ELMİ REDAKTOR: fil.e.d. Əfzələddin ƏSGƏR RƏYÇİ: fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ Ləman Vaqif qızı Süleymanova. Dambur ifaçılığı və hayla yaradıcılığı. Bakı, “Elm və təhsil”, 2020, 264 səh. Monoqrafiyada Zaqatala və Balakən rayonlarında mövcud olan dambur ifaçılığı və hayla söyləyiciliyindən bəhs olunur. Kitabdan ali məktəblərin filologiya fakültələrinin bakalavr və magistr pillələrinin tələbələri, tədqiqatçılar – folklorşünaslar, etnoqraflar, musiqişünaslar istifadə edə bilərlər. folklor.az ISBN 978-9952-81-087-5 V 3202050000 Qrifli nəşr 098 – 2020 © Folklor İnstitutu, 2020 2 MÜNDƏRİCAT ÖN SÖZ ............................................................................. 3 I FƏSİL. DAMBUR HAQQINDA ÜMUMİ MƏLUMAT 1.1. Dambur musiqi alətini hazırlayan ustalar ...................... 13 1.2. Damburun hazırlanması texnikası ................................. 15 1.3. Damburun auditoriyası ................................................. 24 1.4. Hayla ifaçılığı və haylaçılar .......................................... 41 II FƏSİL. DAMBUR HAVALARI VƏ DEYİŞMƏLƏRİ 2.1. Dambur havaları ........................................................... 57 2.2. Dambur deyişmələri ..................................................... 71 2.3. Dambur və saz.............................................................. 77 2.4. Haylaçı Sənəmin aşıqlarla deyişmələri ......................... 81 III FƏSİL. DAMBUR İFAÇILARI HAQQINDA 3.1. Dambur ifaçıları ........................................................... 85 3.2. Meyçilər ....................................................................... 197 IV FƏSİL. ZAQATALA-BALAKƏN BÖLGƏSİNDƏ YAŞAYAN AZSAYLI XALQLARDA DAMBUR İFAÇILIĞI 4.1. Avarlarda dambur ifaçılığı............................................ 202 4.2. Saxurlarda dambur ifaçılığı .......................................... 214 QAYNAQLAR VƏ SÖYLƏYİCİLƏR............................. 222 NOTA KÖÇÜRÜLMÜŞ DAMBUR HAVALARI ........... 232 ŞƏKİLLƏR ....................................................................... 241 3 ÖN SÖZ Türk xalqlarının yaşadığı bütün coğrafi ərazilərdə möv- cud olan dambur dombra, dombura, dombrak, dambura kimi müxtəlif fonetik dəyişmələrə uğrayaraq qazax, qırğız, özbək, türkmən, noqay, qumuq və s. türk xalqları arasında bu gün də yaşamaqdadır. Bu alətin adına ayrı-ayrı klassiklərimizin əsər- lərində də rast gəlinir. Müasir dövrdə ayrı-ayrı etnoqrafik an- samblların tərkibinə daxil edildiyini nəzərə almasaq, dambur indi yalnız Zaqatala və Balakən rayonlarında fərdi ifaçılıq sə- viyyəsində qalmışdır. Zaqatala-Balakən bölgəsi Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə malik olan folklor bölgələrindən biridir. Burada Azərbaycan folklorunun bütün janrlarını müşahidə et- mək mümkündür. Hər folklor bölgəsi üçün aktiv olan folklor janrları vardır. Bu bölgə üçün tipik folklor örnəklərindən biri bayatıdır. Burada tənbura dambur, damburun müşayiəti ilə oxunan mahnılara isə Balakən rayonunda hayla1, qoşma, Za- qatala rayonunda isə bayatı, hayla, mahnı, mani/məni deyirlər. Bölgədə bayatı söyləmək əvəzinə hayla çağırmaq ifadəsi iş- lədilir. Hayla söyləyən insanlara haylaçı deyilir. Bəzən bu söz o insanların ləqəbinə çevrilir. Məsələn, Haylaçı Sənəm. Bölgədə damburun mövcudluğu sazın yoxluğu demək deyil. Burada dambur və saz yanaşı olaraq mövcud olmuşdur. Bizim hayla sənəti və dambur ifaçıları ilə tanışlığımız 2005-ci ildən başlayır. Həmin ilin avqust ayında Balakən ra- yonunun Tülü kəndində Dabax2 Nizami ilə görüşərək ondan xeyli material toplamışıq. Haylanın məhz canlı ifada, şəraitə, 1 Hayla – bayatı 2 Nizaminin soyadı Dabaxovdur. O, bölgədə Dabax Nizam (həmyerliləri ona Nizam deyə müraciət edirlər) kimi tanınır. Balakənlilər danışarkən soyad sonluqlarını atır- lar: Ata Bilal – Atayev Bilal, Alagöz Tacəddin – Alagözov Tacəddin və s. 4 əhval-ruhiyyəyə uyğunlaşdırılaraq yaradıldığını ilk dəfə o za- man müşahidə etmişik. Həmçinin damburçuların deyişməsini də ilk dəfə o zaman gördük. Damburçu Nizaminin öz oğlu İl- kinlə deyişməsinin şahidi olduq. Damburçuların deyişməsini canlı ifada hayla yaratmaq baxımından, bir növ, meyxanaçıla- rın deyişməsinə bənzətmək olar. Amma meyxanadan fərqli olaraq, haylada vulqar söz və ifadələrin işlədilməsi halları, damburçuların aqressiya nümayişi ilə qarşılaşmırıq. Dambur- çular, adətən, ədəb çərçivəsindən çıxmır, qayda-qanunu gözlə- yirlər. Deyişmənin maraqlı cəhətlərindən biri də budur ki, sözə başlayan damburçu hansı havada çalıb-oxuyursa, qarşı tərəf də məhz o havanın üstündə cavab verməlidir. Əgər ikinci tərəf qaydanı pozursa, bu, qarşı tərəfin və dinləyicilərin etirazına səbəb olur. Dambur sənətinin və onun ayrılmaz hissəsi olan hayla- nın, manilərin, haylaçıların, dambur havalarının öyrənilməsi Azərbaycan folklorşünaslığının ən vacib tələblərindən biridir. Dünyada baş verən və getdikcə artan qloballaşma səbəbindən klassik folklor və onun ayrı-ayrı janrları sıradan çıxmaq üzrə- dir. Belə bir təhlükə bölgədə hələ öz mövcudluğunu qoruyub saxlaya bilən dambur sənətini də təhdid edir. Yaşlı söyləyici- lərin verdikləri məlumatlarla şəxsi müşahidələrimizi müqayisə etdikdə günümüzdə bu sənətin get-gedə zəiflədiyini deyə bi- lərik. Məhz bu səbəb bizi damburçuluğu araşdırmağa, onun keçmişini və bu gününü bacardığımız qədər təsvir etməyə yö- nəltdi. Bu sənətin daha dərindən araşdırılması üçün ayrı-ayrı dambur ifaçılarının yaradıcılığının öyrənilməsini əsas şərtlər- dən biri hesab etdik. Odur ki, onların yaradıcılıqlarına kitabda müstəqil bir fəsil ayırdıq. Nəzərə alsaq ki, məşhur dambur ifaçılarının əksəriyyəti həyatda yoxdur və zamanında onlarla bağlı heç bir tədqiqat işi aparılmayıb, o zaman bu işin əhəmiyyəti aydın olar. Digər tə- 5 rəfdən, həyatda olan ayrı-ayrı sənətkarların yaradıcılığını öy- rənmək istəyən folklorşünas bütün bölgəni dərindən araşdır- mağa, söyləyicilərlə dəfələrlə görüşməyə məcburdur. Çünki bir dəfə görüşüb söhbət etməklə gözlənilən nəticəni almaq ol- mur. Hər söhbət zamanı damburçunun yaradıcılığının yeni cə- hətləri üzə çıxır. Bundan başqa, onların apardıqları məclislər- də iştirak etmək də zəruridir. Çünki məclis aparmaq qabiliyyə- tini və deyişmə bacarığını yalnız bu zaman müşahidə etmək mümkündür. Dünyasını dəyişən damburçuların yaradıcılıqlarını tədqiq etmək daha çətindir. Yaşayan damburçuların yaradıcılıqlarını öyrənmək üçün onların özləri ilə görüşüb söhbətləşmək və apardıqları məclislərdə iştirak etmək kifayət edirsə, dünyasını dəyişmiş sənətkarlarla bu mümkün deyil. Onları tanıyan, vax- tilə apardıqları məclislərin iştirakçıları olmuş yaşlı insanları tapıb onlarla söhbətləşmək lazımdır. Bu da uzun zaman və hövsələ tələb edən işdir. Dünyasını dəyişmiş dambur ifaçıları haqqında mümkün olduqca çox məlumat toplamağa çalışdıq. Onların məclisdə özlərini necə aparmaları, deyişmələrdəki bacarıqları, hansı havaları ifa etmələri, özlərinin yaratdıqları havaların olub-olmaması məsələsini, yaddaşlarda qalan hay- lalarını, hətta zahiri görünüşlərinə qədər hər şeyi öyrənməyə çalışdıq. Ancaq sonda gəldiyimiz nəticə bu oldu ki, ifaçının özü ilə görüşmədən onun haqqında dolğun məlumat əldə et- mək mümkün deyil. Dünyasını dəyişmiş dambur ifaçılarının doğum və ölüm tarixlərini müəyyənləşdirmək, şəkillərini, vaxtilə keçirdikləri məclislərin video və yaxud audio kasetlərini əldə etmək istə- dik. Bunun üçün onların övladları ilə görüşdük. Bəzi hallarda törəmələri də onların doğum və ölüm tarixlərini bilmir, şəkil- lərini tapa bilmirdilər. Belə olduqda biz yanımızdakı bələdçi- lərlə qəbiristanlıqları gəzir, qəbirlərini tapa bildiyimiz ifaçıla- 6 rın qəbir daşlarından onların doğum və ölüm tarixlərini müəy- yənləşdirməyə çalışırdıq. İki dambur ifaçısı istisna olmaqla, heç bir ifaçının video və yaxud audio kasetini əldə edə bilmə- dik. Dünyasını dəyişən sənətkarların əldə etdiyimiz şəkillərini, müasir ifaçıların isə tərəfimizdən çəkilən şəkillərini kitabın son səhifələrində verməyi məqsədəuyğun saydıq. Bu işin aktual tərəflərindən biri də dambur havalarının, o havaların üstündə oxunan haylaların, manilərin qeydə alınması və nota köçürülməsidir. Biz işin birinci tərəfini görə bilsək də, musiqişünas olmadığımız üçün topladığımız havaların nota köçürə bilməzdik. Odur ki, AMEA Folklor İnstitutunun “Mu- siqi folkloru” şöbəsinin müdiri s.ü.e.d., prof. Nailə Rə- himbəyliyə müraciət etdik. Həmin şöbənin əməkdaşı s.e.ü.f.d. Kəmalə Atakişiyeva təqdim etdiyimiz havaların on ikisini nota köçürdü və biz bunları da kitaba daxil etmişik. Bunun üçün N.Rəhimbəyliyə və K.Atakişiyevaya təşəkkür edirik. Kitabın I fəslində damburun hazırlanması ilə bağlı veril- miş məlumatı s.ü.e.d., prof.Abbasqulu Nəcəfzadənin, Azərbay- can Respublikasının əməkdar incəsənət xadimi, musiqişünas Fəxrəddin Atayevin və Balakən rayonu Qabaqçöl uşaq musiqi məktəbinin direktoru Abduləli Muradovun emaillərinə göndərə- rək oxumalarını xahiş etdik. Bunun üçün onlara təşəkkür edirik. Biz dambur ifaçıları ilə dəfələrlə görüşmüş, onlardan bu musiqi aləti, onun düzəldilməsi, bölgədə vaxtilə məşhur olmuş dambur ifaçıları və onlarla bağlı xatirələr qeydə almış, dambu- run auditoriyası, dambur və mey3, dambur və nağara, eləcə də dambur və saz əlaqələri, dambur havaları, dambur deyişmələri, haylaçılar və hayla ifaçılığı, manilər və s. haqqında tədqiqatlar aparmış, bir neçə məqaləmizi müxtəlif elmi dərgilərdə nəşr et- dirmiş, Türkiyə Cümhuriyyətində keçirilən üç Beynəlxalq Elmi Konfransda məhz bu mövzu ilə
Recommended publications
  • Rayon Kənd Kürdəmir Rayonu Köhünlü Kəndi Zaqatala Rayonu
    Rayon K ənd Kürd əmir rayonu Köhünlü k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Mosul k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Qandax k əndi Zaqatala rayonu Mosul k əndi Zaqatala rayonu Mosul k əndi Zaqatala rayonu Mosul k əndi Zaqatala rayonu Mosul k əndi Zaqatala rayonu Mosul k əndi Zaqatala rayonu Mosul k əndi Zaqatala rayonu Mosul k əndi Z ərdab rayonu Çallı k əndi Z ərdab rayonu Burunlu k əndi Z ərdab rayonu Burunlu k əndi Z ərdab rayonu M əlikli kəndi Z ərdab rayonu M əlikli kəndi Z ərdab rayonu M əlikli kəndi Z ərdab rayonu M əlikli kəndi Z ərdab rayonu M əlikli kəndi Z ərdab rayonu M əlikli kəndi Z ərdab rayonu M əlikli kəndi Z ərdab rayonu M əlikli kəndi Z ərdab rayonu M əlikli kəndi
    [Show full text]
  • Payment Formatting Guidelines
    PAYMENT FORMATTING GUIDELINES May 2019 Version 2019.1 PAYMENT FORMATTING GUIDELINES Welcome the the First Quarter 2019 Edition of the Payment Formatting Guidelines (PFG). • Address: Beneficiary address requests should be a physical • NOK: ADDITIONAL CONSIDERATIONS: Draft capability is address, PO Boxes are not recommended no longer available. • AED/ANY CURRENCY: Purpose Of Payment Code is • NZD: ADDITIONAL CONSIDERATIONS: NZD Payments to required regardless of currency. Thailand require a Purpose Of Payment. • AUD: High Value Account Number: 6 - 9 digits • PAB: Panamanian balboa (PAB) to Banco General S.A. • CLP: Registro Unico Tributario (RUT) Number: 9-digit Tax Suspended. Customers may send U.S. dollars in place of ID # in ‘SWIFT Branch Details’ field, (Without the word local currency. RUT). A valid RUT less than 9 digits, must be added with • PHP: ADDITIONAL CONSIDERATIONS: Payments to Bank preceding zeros. of the Philippine Island (BOPIPHMM) should now use the • CRC: IBAN should have 22: CRkk BBBC CCCC CCCCCCCC following SWIFT Code: BOPIPHMMTRY CC: Additional Tax ID instructions • RUB/ANY CURRENCY: Purpose Of Payment is highly • DKK: ADDITIONAL CONSIDERATIONS: Draft capability is recommended for all payments to Russia regardless of no longer available. currency. • JMD: Branch Routing Code - 8 • SCR: RECOMMENDED: Beneficiary IBAN: 31 Alpha Numerical Digits digits (3 digit bank code, 5 digit transit code) • SGD: ADDITIONAL CONSIDERATIONS: SGD-ACH • JPY: ADDITIONAL CONSIDERATIONS: JPY cannot be sent to Japan Post Bank (JPPSJPJ1) but USD and EUR are payments are only available for beneficiaries located in Singapore. accepted. • SGD: ADDITIONAL CONSIDERATIONS: Payments to • KES: RECOMMENDED: When making tax payment the remitter needs to include a 17 digit Payment Registration HSBC Singapore should use the following SWIFT Codes: Number (PRN) in filed 70 “RETAIL/PERSONAL” accounts use SWIFT HSBCSGS2.
    [Show full text]
  • Management Union of Medical Territorial Units” Public Legal Entity 1
    LIST of medical organizations subordinated to the "Management Union of Medical Territorial Units” Public Legal entity 1. Medical centers and Associations 1.1. Specialized Center for Angiology 1.2. Republican Perinatal Center 1.3. Republican Childrens' Dental Center 1.4. Republican Narcological Center 1.5. Republican Endocrinological Center 1.6. Siyazan Diagnostic and Treatment Center 1.7. Lankaran Diagnostic and Treatment Center 1.8. Shirvan Diagnostic and Treatment Center 1.9. Gabala Diagnostic and Treatment Center 1.10. Fuzuli Diagnostic and Treatment Center 1.11. Guba Diagnostic and Treatment Center 1.12. Gazakh Diagnostic and Treatment Center 1.13. Barda Diagnostic and Treatment Center 1.14. Jalilabad Diagnostic and Treatment Center 1.15. Zakatala Diagnostic and Treatment Center 1.16. Shamakhi Diagnostic and Treatment Center 1.17. Tovuz Hemodialysis and Diagnostic Center 2. In-patient facilities 2.1. Republican Clinical Hospital named after Academician M.A.Mirgasimov 2.2. Republican Child Clinical Hospital 2.3. Republican Hospital of Veterans 2.4. Republican Clinical Urological Hospital named after Academician Mirmammad Javadzadeh 2.5. Republican Psychiatric Hospital No 1 2.5.1. Labor Production Workshop at Republican Psychiatric Hospital No. 1 2.6. Interrregional Psychiatric Hospital No. 2 of Agdam region 2.7. “Azersutikinti” Hospital 2.8. Neurosurgery Hospital 2.9. Republican Dermatoveneric Dispensary 2.10. Medical Rehabilitation Hospital 2.11. Mental Health Center 3. Outpatient clinics 3.1. Writers' Polyclinic 4. Emergency medical care facilities 4.1. Emergency Medical Aid Station (EMAS) 4.1.1. EMAS Consulting Division (sanitation) 4.1.2. EMAS Shirvan Regional Facility 4.1.3. EMAS Salyan Regional Facility 4.1.4.
    [Show full text]
  • Rayon Kənd Abşeron Rayon Saray Qəsəbəsi Abşeron Rayon Saray Qəsəbəsi Abşeron Rayon Novxanı Kəndi Abşeron Rayon Sara
    Rayon K ənd Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Novxanı k əndi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Masazır k əndi Abşeron rayon Ceyranbatan q əsəbəsi Abşeron rayon Qobu q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Masazır k əndi Abşeron rayon Masazır k əndi Abşeron rayon Masazır k əndi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Novxanı k əndi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Hökm əli qəsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Novxanı k əndi Abşeron rayon Novxanı k əndi Abşeron rayon Masazır k əndi Abşeron rayon Ceyranbatan q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Xırdalan ş əhəri Abşeron rayon Masazır k əndi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Mehdiabad q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Masazır k əndi Abşeron rayon Masazır k əndi Abşeron rayon Masazır k əndi Abşeron rayon Masazır k əndi Abşeron rayon Mehdiabad q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Xırdalan ş əhəri Abşeron rayon Masazır k əndi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Masazır k əndi Abşeron rayon Masazır k əndi Abşeron rayon Masazır k əndi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon
    [Show full text]
  • “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin Tabeliyindəki Tibb Müəssisələrinin
    “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin S İ Y A H I S I 1. Elmi tədqiqat institutları 1.1. Milli Hematologiya və Transfuziologiya Mərkəzi 1.1.1. Mərkəzi Qan Bankının Gəncə bölməsi 1.1.2. Mərkəzi Qan Bankının Şəki bölməsi 1.1.3. Mərkəzi Qan Bankının Quba bölməsi 1.1.4. Mərkəzi Qan Bankının Sumqayıt bölməsi 1.1.5. Mərkəzi Qan Bankının Lənkəran bölməsi 1.1.6. Mərkəzi Qan Bankının Bərdə bölməsi 1.1.7. Mərkəzi Qan Bankının Şirvan bölməsi 1.1.8. Mərkəzi Qan Bankının Mingəçevir bölməsi 1.2. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu 1.3. Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiolo-giya İnstitutu 1.4. V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu 1.5. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 1.6. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu 1.7. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu 2. Tibbi mərkəzlər və birliklər 2.1. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi 2.2. Xüsusiləşdirilmiş Angioloji Mərkəzi 2.3. Respublika Perinatal Mərkəzi 2.4. Respublika Uşaq Stomatoloji Mərkəzi 2.5. Respublika Endokrinoloji Mərkəz 2.6. Siyəzən Müalicə-Diaqnostika Mərkəzi 2.7. Lənkəran Müalicə-Diaqnostika Mərkəzi 2.8. Şirvan Müalicə Diaqnostika Mərkəzi 2.9. Qəbələ Müalicə-Diaqnostika Mərkəzi 2.10. Füzuli Müalicə-Diaqnostika Mərkəzi 2.11. Quba Müalicə-Diaqnostika Mərkəzi 2.12. Qazax Müalicə-Diaqnostika Mərkəzi 2.13. Bərdə Müalicə-Diaqnostika Mərkəzi 2.14. Cəlilabad Müalicə-Diaqnostika Mərkəzi 2.15. Zaqatala Müalicə-Diaqnostika Mərkəzi 2.16. Şamaxı Müalicə-Diaqnostika Mərkəzi 2.17. Tovuz Hemodializ və Diaqnostika Mərkəzi 3. Stasionar müəssisələr 3.1.
    [Show full text]
  • The Sociolinguistic Situation of the Avar in Azerbaijan
    The Sociolinguistic Situation of the Avar in Azerbaijan John M. Clifton, Janfer Mak, Gabriela Deckinga, Laura Lucht, and Calvin Tiessen SIL International 2005 2 Contents Abstract 1. Background 2. Methodology 3. Results 3.1 Location Descriptions 3.1.1 The district of Balakǝn (Qabaqçöl) 3.1.2 The district of Zaqatala (Qǝbizdǝrǝ, Matsex, Car) 3.2 Descriptions of Key Social Domains 3.2.1 Education 3.2.2 Health 3.2.3 Religion 3.3 Language Proficiency 3.3.1 Vernacular 3.3.2 Azerbaijani 3.3.3 Russian 3.4 Domains of Language Use 3.4.1 Physical domains of language use 3.4.2 Functional domains of language use 3.4.3 Interpersonal domains of language use 3.5 Language Attitudes 3.5.1 Avar 3.5.2 Azerbaijani 3.5.3 Russian 3.6 Varieties of the Avar Language 3.7 Typology of Avar Individuals/Families 3.8 Vernacular Materials 4. Discussion 4.1 Language Use 4.1.1 Use of Azerbaijani in the future 4.1.2 Factors affecting the use of Avar in Baku 4.1.3 Factors affecting the typology of the Avar community 4.2 Language attitudes towards Russian 5. Conclusion Bibliography 3 Abstract This paper presents the results of sociolinguistic research conducted in June 1999 among the Avar people living in northwestern Azerbaijan. The goals of the research were to investigate patterns of language use, bilingualism, and language attitudes with regard to the Avar, Russian and Azerbaijani languages in the Avar community. Special attention was paid to developing a typology of individuals and families based on patterns of language use and language attitudes.
    [Show full text]
  • Office 2007 XLSX TN Report Document
    Müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra vakansiyaların siyahısı No Rayon Məktəb Bölmə Fənn Vakant dərs yükü Vakant yerlərin sayı Həvəsləndirmə Tipi Yerləşdiyi rayon Ünvan Qəsəbə Balakən Balakən rayonu, Qabaqcol 83 Balakən Qabaqçöl qəsəbə Ü.Hacıbəyov adına Rus Biologiya 11 1 Yoxdur qəsəbəsi; Tel: 0503464434, tam orta məktəb 0506796397 Şərif kənd N.Davudov adına 1 nömrəli Kənd Balakən Balakən rayonu Şərif k.; Tel: 353 Balakən Rus Coğrafiya 10 1 H1 tam orta məktəb 0505696369, 0506897513 Balakən şəhər Nizami adına 1 nömrəli Şəhər Balakən Balakən şəhəri , Zərifə Əliyeva -25; 463 Balakən Rus Fizika 12 1 Yoxdur tam orta məktəb Tel: 0503668241 Kənd Balakən Balakən rayonu Meşəşambul k.; 464 Balakən Azərbaycan Fizika 11 1 H1 Meşəşanbul kənd tam orta məktəb Tel: 0505496756, 0703198221 Kənd Balakən Balakən şəhəri Qazbölük k.; Tel: 465 Balakən Azərbaycan Fizika 13 1 H1 Qazbölük kənd tam orta məktəb 0506456724, 0506416764 Kənd Balakən Balakən Roçəhməd yaşayış 466 Balakən Azərbaycan Fizika 8 1 H1 məntəqəsi; Tel: 0503593494, Roşəhməd kənd ümumi orta məktəb 0507918559 Kənd Balakən Balakən rayonu Xalatala k.; Tel:050 467 Balakən Azərbaycan Fizika 12 1 H1 Xalatala kənd tam orta məktəb 632-37-84 Balakən şəhər Nizami adına 1 nömrəli Şəhər Balakən Balakən şəhəri , Zərifə Əliyeva -25; 1249 Balakən Rus İbtidai sinif 72 4 Yoxdur tam orta məktəb Tel: 0503668241 Kənd Balakən Acılıqbinə k.; Tel: 420-13-88, 1438 Balakən Azərbaycan İnformatika 7 1 H1 Acılıqbinə kənd ümumi orta məktəb 0513690232 Şəhər Balakən S. Gözəlov 8; Tel: 0506210919, 1439 Balakən Balakən
    [Show full text]
  • (TABIB) Public Legal Entity
    List of healthcare facilities subordinated to the “Administration of the Regional Medical Divisions” (TABIB) Public Legal Entity 1. Scientific Research Institutes 1.1. National Hematology and Transfusiology Center 1.1.1. Ganja Branch of Central Blood Bank 1.1.2. Sheki Branch of Central Blood Bank 1.1.3. Guba Branch of Central Blood Bank 1.1.4. Sumgayit Branch of Central Blood Bank 1.1.5. Lankaran Branch of Central Blood Bank 1.1.6. Barda Branch of Central Blood Bank 1.1.7. Shirvan Branch of Central Blood Bank 1.1.8. Mingachevir Branch of Central Blood Bank 1.2. Scientific-Research Institute of Pediatrics named after K. Farajova 1.3. Scientific Research Institute of Cardiology named after J.Abdullayev 1.4. Scientific-Research Institute of Medical Prevention named after V. Akhundov 1.5. Scientific-Research Institute of Pulmonary Diseases 1.6. Scientific-Research Institute of Obstetrics and Gynecology 1.7. Scientific-Research Institute of Traumatology and Orthopedics 2. Medical centers and Associations 2.1. Scientific Surgical Center named after M. Topchubashov 2.2. Specialized Center for Angiology 2.3. Republican Perinatal Center 2.4. Republican Childrens' Dental Center 2.5. Republican Endocrinological Center 2.6. Siyazan Diagnostic and Treatment Center 2.7. Lankaran Diagnostic and Treatment Center 2.8. Shirvan Diagnostic and Treatment Center 2.9. Gabala Diagnostic and Treatment Center 2.10. Fuzuli Diagnostic and Treatment Center 2.11. Guba Diagnostic and Treatment Center 2.12. Gazakh Diagnostic and Treatment Center 2.13. Barda Diagnostic and Treatment Center 2.14. Jalilabad Diagnostic and Treatment Center 2.15.
    [Show full text]
  • İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2019
    AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2019 AZS 882:2020 Rəsmi nəşr BAKI – 2020 Azərbaycan Respublikası Dövlət Azərbaycan Standartlaşdırma İnstitutunun Statistika Komitəsi kollegiyasının 2020-ci il 03 fevral tarixli 202323400016 2019-cu il 27 noyabr tarixli 10/4 nömrəli nömrəli əmri ilə təsdiq edilərək dövlət standartı qərarı ilə təsdiq edilmişdir kimi qeydiyyata alınmış və standartlaşdırma üzrə dövlət fonduna daxil edilmişdir AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI ___________________________________________________________________________ İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2019 AZS 882:2020 ___________________________________________________________________________ Azərbaycan Respublikasının Milli Məclisinin Aparatı ilə razılaşdırılmışdır Təsnifat T.Y.Budaqovun rəhbərliyi ilə Y.X.Yusifov, V.H.Məmmədəlizadə, L.H.Salamzadə və F.E.Qocayev tərəfindən işlənib hazırlanmışdır. İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2019 AZS 882:2020 GİRİŞ “İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2019”un hazırlanmasında əsas məqsəd son illərdə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə baş vermiş dəyişiklikləri nəzərə almaqdan ibarətdir. “İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2019” Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi kollegiyasının 2013-cü il 10 aprel tarixli 10/1 saylı qərarı və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2013-cü il 30 may tarixli 51 saylı əmri ilə təsdiq edilmiş “İnzibati Ərazi Bölgüsü Təsnifatı”nın
    [Show full text]
  • Page 1 Müasir Dövr 87 Tarix Və Onun Problemləri, No 3 2014 GÜNAY
    Miiasir dijor 87 Tarix va onun problemlari, Ns 3 2014 GUг{АY AýURovA Ваh Diiylat Uпiyersiteti, еlпi isgi е -m oil : g lltray. ilsur оч а(Ф,rп ail.ru хх oSR BALAKaN RАYо]ч}jryUN iгqziвдтi экдzi BoLGUStj ча aHALrSп\IIN YERLэ ýMaSr Дgоr siizlar: Ваlаkап, iпzibati Ьdlgй, ahaliпitl yerlasmasi, say diпaпoikast Ключевьtе слова: Балакен, аd.мuнuсlпраl?luвное dеленuе, раз.меu4енuе ltаселенuя Кеу wоrds:Ваlаkап, admiпistratiye structure, settlemeпt of рорulаtiоп, dупаtпiсs of populatiol,t Maqalada ХХ asr аrziпdа ,Ваlаkап rауоlluпuп ahalisitliп say diпаtпikам vа yerlaslпasi masalalari tadqiq edilir. Qaza idaraetma sislemi laýv edildikdaп sопrа yararlcп1 rayot'lut,l inzibctti idaraetma sistelпiпda ча ahalisiпitl mаskuпlаsплсtsmdа ciddi dayisiklik bas vermaпlisclil,. Rауопutа tabii coýrafi saraiti ahaliпill mаskuпlаsrпаslпl qartlaпdirir уа пхаýЁuliууаtiпi formalasdu,t, Girig: ХХ эsr эrziпdэ Balakan rауопuпuп Гоrmаlаýmаsl, inzibati эrаzi bбlgiisti, эhalinin mэskuпlаýmаsl чэ say dinamikastnda, эhаliпiп mэgýuliууэtiпdэ Ьаý vеrэп dэуiqikliklэr mэqаlаdэ oz эksiпi tapmrgdrr. 1. Мiiчzчпuп tadqiqinda istifada оlчпmu; mапЬаlаr. а) Rауопuп inzibati- эrаzi bolgiisiinii oyranmak iigi.in istifadэ olunan эsаs mэпЬэlэr 1933, l96f уа |977-ci illэrа aid SSRi чэ АzэrЬаусап SSR-in inzibati arazi bolgiisiinii gоstэrэп toplular, 1999-cu ilэ aid Azarbaycan Respublikasrnrn inzibati erazi bolgiisiinii эks etdiran mапьаlэrdir. Daha dolýun mапЬэlэrdэ, mэsэlэп, 19ЗЗ, 1961,|9"19, 1999 чэ 2009-сu illэrэ aid materiallarda kэпdlаriп (kэпd ;urаlаrtпtп) siyahrsr чеrilir. Bu malumatlar kэпdlэгdэ illэr iizrэ эhаliпiп maskunlagmastnr miiqayisэli ;akilda tэhlil еtmэk imkanr уаrаdrr. 2. Rауопuп formalaýmaýl tarixindan. Gоrkэmli tarixgimiz Y.M.Mahmudlu yazff : "Azarbaycanln bu Ьоlgэsiпdа iskit (skiГ)-sak dочriiпdэп baglayaraq ti.irk tarixinin btiti.in qatlarrndan dэriп izlэг qalrb. "Daý Oýuz"dan yadigar qalan "Daý tz", qrpgaqlardan yadigar qalan "Qtpgak " kэndi buradadrr.
    [Show full text]
  • İnzibati-Ərazi Vahidləri
    Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────── İnzibati-ərazi vahidləri MÜNDƏRİCAT I. İnzibati-ərazi vahidləri haqqında ümumi məlumat ......................................................................... 4 II. Bakı şəhəri .......................................................................................................................................... 9 1. Ümumi məlumat .............................................................................................................................. 9 2. Tarix ................................................................................................................................................. 9 3. Əcnəbi səyyahların Bakı haqqında görüşləri ............................................................................. 18 4. Xəzər dənizi ................................................................................................................................... 20 5. Şirvanşahlar sarayı ....................................................................................................................... 21 6. Qız qalası ........................................................................................................................................ 26 7. Qobustan ........................................................................................................................................ 27 8. Neft Daşları ...................................................................................................................................
    [Show full text]
  • Azərbaycan Respublikasinda Fəaliyyət Göstərən Maliyyə Institutlarinin Məlumat Kitabçasi
    AZƏRBAYCAN RESPUBLİKASINDA FƏALİYYƏT GÖSTƏRƏN MALİYYƏ İNSTİTUTLARININ MƏLUMAT KİTABÇASI BAKI 2017 ©2017. Mərkəzi Bank. İnformasiya texnologiyaları departamenti. Azərbaycan Respublikası Mərkəzi Bankı № Adı Tranzit hesab Kod VÖEN SWIFT Kodu Telefon, faks Ünvan Bakı şəhər, AZ1014, AR Mərkəzi Bankı AZ74NABZ01451700000000001944 501004 9900071001 NABZAZ2C +994124931122; R.Behbudov küçəsi, 32 Yevlax şəhəri, H.Əliyev 1. MB Yevlax Ehtiyat Mərkəzi AZ74NABZ01451700000000001944 501015 9900071001 NABZAZ2C +994124931122; prospekti, 82 Quba şəhəri, H.Əliyev 2. MB Quba Regional Mərkəzi AZ74NABZ01451700000000001944 510501 9900071001 NABZAZ2C +994124931122; prospekti +994222569050; Gəncə şəhəri, 3. MB Gəncə Ərazi Idarəsi AZ74NABZ01451700000000001944 502865 9900071001 NABZAZ2C +994222569051; M.A.Abbaszadə küçəsi, 49 +994252950015; Biləsuvar şəhəri, Heydər 4. MB Biləsuvar Ərazi Idarəsi AZ74NABZ01451700000000001944 503013 9900071001 NABZAZ2C +994252932453; Əliyev küçəsi, 2d +9943652194; Naxçıvan şəhəri, Nağı 5. MB Naxçıvan MR İdarəsi AZ88NABZ01451700000000012944 502906 0200087741 NAXCAZ21 +9943650275; Əliyev küçəsi-1 ©2017. Mərkəzi Bank. İnformasiya texnologiyaları departamenti. Azərbaycan Respublikasında fəaliyyət göstərən və AZİPS sisteminə üzv olan təşkilatların rekvizitləri № Adı Hesab nömrəsi Kod VÖEN SWIFT Kodu Telefon, faks Ünvan Azərbaycan Respublikası Mərkəzi Bankı (ARMB), Dövlət qurumları və Bank olmayan kredit təşkilatları Bakı şəhər, AZ1014, 1. AR Mərkəzi Bankı AZ74NABZ01451700000000001944 501004 9900071001 NABZAZ2C +994124931122; R.Behbudov küçəsi,
    [Show full text]