Qəbələ Qafqazin Incisi
ŞƏLALƏ MƏHYƏDDİNQIZI QƏBƏLƏ QAFQAZIN İNCİSİ Bakı–2009 Məsləhətçilər : Geologiya və Minerologiya elmləri doktoru, professor, şair Hikmət Mahmud Pedoqoji elmlər namizədi, dosent Knyaz Aslan Qəbələ rayon icra hakimiyyəti başçısının 1-ci muavini Abil Ağasəfov Redaktoru: Maşallah Quliyev “İcmal” qəzetinin məsul katibi Şəlalə Məhyəddinqızı QƏBƏLƏ QAFQAZIN İNCİSİ, Bakı- “Oğuz Eli”-2009, 256 səh. Kitabda Qəbələnin son illər ərzindəki inkişafından söz açılır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkə prezidenti İlham Əliyevin rayona səfərləri, aparılan sosial-iqtisadi siyasətin real mənzərəsi faktların dili ilə əks etdirilir. Burada eləcə də rayonun mədəni və təsərrüfat həyatı, tarixi abidələr və görkəmli ziyalıları haqqında söhbət açılır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabdan hər kəs Qəbələnin əsrarəngiz həyatı ilə bağlı məlumat ala bilər. 1206000000 Ş ----------------- 2009 036-09 © Şəlalə Məhyəddinqızı ÖN SÖZ İstedadlı qələm sahibi Şəlalə Məhyəddinqızının zəngin və geniş faktiki dəlillər əsasında qələmə aldığı bu kitab olduqca maraqlı və diqqətəlayiq bir əsərdir. Müəllif Qəbələnin qədim tarixi, onun elm, mədəniyyət və incəsənət sahələrində tanınmış böyük şəxsiyyətləri, o dövrün insanlarının həyat tərzi, Qəbələnin qədim tarixi abidələri barədə inandırıcı dəlillərlə oxucuya geniş və hərtərəfli məlumat verir. Kitabın əlyazmasını oxuduqca bu kitabın dərin məzmunlu, sadə və geniş oxucu dilində yazıldığının şahidi olursan. Zəngin faktiki materiallara söykənən bu kitab ən dəyərli əsərlərdən biri kimi diqqəti cəlb edir.
[Show full text]