Filologiya Məsələləri, № 2, 2021
Total Page:16
File Type:pdf, Size:1020Kb
Filologiya məsələləri, № 2, 2021 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI M. FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU FİLOLOGİYA MƏSƏLƏLƏRİ № 2 Toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiy- yata alınmışdır (Filologiya elmləri bölməsi, №13). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. Reyestr №3222. «Елм вя тящсил» Бакы – 2021 – 1 – Filologiya məsələləri, № 2, 2021 РЕДАКСИЙА ЩЕЙЯТИ: академик Иса Щябиббяйли, академик Теймур Кяримли, akademik Мющсцн Наьысойлу, akademik Низами Ъяфяров, академик Rafael Hüseynov, АМЕА-нын мцхbир цзвц, фilologiya elmləri doktoru, проф. Ябцлфяз Гулийев, фilologiya elmləri doktoru, проф. Fəxrəddin Veysəlli, фilologiya elmləri doktoru, проф. Гязянфяр Казымов, фilologiya elmləri doktoru, проф. Рцфят Рцстямов фilologiya elmləri doktoru, проф. Əsgər Rəsulov, фilologiya elmləri doktoru, проф. Надир Мяммядли, фilologiya elmləri doktoru, проф. Мясуд Мащ- мудов, фilologiya elmləri doktoru, проф. Ябцлфяз Ряъябли, фilologiya elmləri doktoru, проф. Ъялил Наьыйев, фilologiya elmləri doktoru, проф. İsmayıl Məmmədli, фilologiya elmləri doktoru, проф. Nizami Xudiyev, фilologiya elmləri doktoru, проф. Həbib Zərbəliyev, фilologiya elmləri doktoru, проф. İlham Tahirov, фilologiya elmləri doktoru, проф. Tofiq Hacıyev, фilologiya elmləri doktoru, проф. Sevil Meh- diyeva, фilologiya elmləri doktoru, проф. Buludxan Xəlilov, фilologiya elmləri doktoru, проф. Мцбариз Йусифов, фilologiya elmləri doktoru, проф. Гязянфяр Пашайев, фilologiya elmləri doktoru, проф. Камиля Вялийева, фilologiya elmləri doktoru, проф. Азадя Мусайева, фilologiya elmləri doktoru Paşa Kərimov, фilologiya üzrə fəlsəfə doktoru, dos. Нязакят Мяммядли Redaktor: академик Теймур Кяримли Buraxılışa məsul: filologiya elmləri doktoru, professor Надир Мяммядли Филолоэийа мясяляляри. Бакы, 2021, №2 ISSN 2224-9257 © ”Elm və təhsil” nəşriyyatı, 2021 www. filologiyameseleleri.com – 2 – Filologiya məsələləri, № 2, 2021 DİLÇİLİK NADİR MƏMMƏDLİ Filolofiya elmləri doktoru, professor AMİU-nun Azərbaycan dili və pedaqogika kafedrası E-mail: [email protected] Ünvan: Bakı, A.Sultanova küç. ONLAYN İŞGÜZAR KOMMUNİKASİYA VƏ KOMPÜTER-İNTERNET DİSKURSU Xülasə Elektron təyinatına görə kompüter işgüzar kommunikasiyasının əsas baza əlamətidir. İnternet bir-birilə bağlı kompüter şəbəkələrinin qlobal sistemidir, müasir dünyada cəmiyyətin və insanın gündəlik həyat tərzində və fəaliyyətində ən mühüm faktora çevrilməklə, bəşəriyyətin vahid cəmiyyət modelini formalaşdırmaqdadır. Bu texnologiya təhsildə də faydalıdır, tələbələr dünyanın müxtəlif yerlərindəki həmkarları ilə əməkdaşlıq, fikir mübadiləsi apara, müxtəlif mədəniyyətlər haqqında məlumat əldə edə bilirlər. Məsafə artıq maneə deyil, əməkdaşlarla internet vasitəsilə səmərəli ünsiyyət qurmaq və məsələləri diqqətlə müzakirə etmək mümkündür. Kommunikasiya platformaları yalnız biznes üçün deyil, həm də əməkdaş- lığın artırılmasına kömək edir, bu da mükəmməl performansın yaxşılaşdırılmasına gətirib çıxarır. İşgüzar ünsiyyətdə internetin bəzi xidmətləri az rentabellidir. Məsələn, mesajların ötürülmə sürəti faydalıdır, lakin dərhal göndərilən mesajda strateji bir səhvin qarşısını almaq qeyri-mümkündür – bu, yazılı formadır, səhvlərin olması, lakin düzəldilə bilməməsi məqbuldur. E-poçtda spam problemləri anlaşılmazlıq, vaxt, pul və resursların itkisinə səbəb olan kiçik və böyük münaqişələr yarada bilir. Kommunikasiya informasiya mübadiləsinə əsaslanır, prosesin özü göndərənin və alanın texnologiyası, xüsusiyyətləri mədəniyyət amilləri, işgüzar ünsiyyət protokolları ilə müşayiət edilir, mahiyyət yalnız sosial, peşəkar qarşılıqlı münasibətlər və ya kommunikasiyanın baş verdiyi məqsədyönlü fəaliyyət kontekstində anlaşılır. Elmdə bu yeni obyektin analizinin adekvat metodlarının empirik axtarışı aparılır. Virtual diskurs, elektron diskurs və diskurs anlayışlarının tədqiqatlarına əsaslansaq, kompüter-diskursu və kompüter-internet diskursu məfhumlarını eyniləşdmək olmaz. Virtuallıq, elektron rabitənin kompüter-internet – 3 – Filologiya məsələləri, № 2, 2021 diskursun əsas diferensial əlamətlərindən biri olması şübhə doğurmur. Ünsiyyət, dil fəaliyyəti prosesi, danışıq yolu – diskurs müasir dilçilikdə mənaca mətn anlayışına yaxındır, lakin ünsiyyət daha dinamikdir, zamana uyğunlaşır, bunun əksi – mətn əsasən statik obyektdir, dil fəaliyyətinin nəticəsi kimi başa düşülür. İnternet ünsiyyətinin əsasında anonimlik dayanır, heç kəs burada olduğu qədər sərbəst deyil – özünə istədiyi qədər vaxt ayıra bilir, hətta tanınmağını istəmədiyi halda başqa bir şəkil paylaşır, uydurma personaj rolu oynayır, həyatda utancaq, hətta qorxaq olan insan burada öz qabiliyyətlərini, bacarıqlarını göstərir və s. Virtual kommunikasiya yeni bir dil deyil, elektron mesajların yazılma prinsipləri fərqlidir; təqdimat tərzi istifadəçinin və onun alıcısının yaşından, əxlaqından, düşüncə tərzindən asılıdır. İşgüzar ünsiyyət, internet necə istifadə olunmasından asılı olaraq, münaqişəyə də səbəb ola bilər. İşgüzar kommunikasiyada istifadə olunan şəbəkə etiketi adi nəzakət qaydasının elektron aspektlərini təşkil edir. Bu qaydalar işgüzar mühitdə kommunikasiyanın müxtəlif janrları üçün unifikasiya olunurlar. Açar sözlər: işgüzar kommunikasiya, veb-sayt, kompüter-internet diskurs, şifahi və yazılı diskurs, mətn, elektron poçt, virtual, kompüter jarqon terminləri. İnternet bir-birilə bağlı kompüter şəbəkələrinin qlobal sistemidir, müasir dünyada cəmiyyətin və insanın gündəlik həyat tərzində və fəaliyyətində ən mühüm faktora çevrilməklə, bəşəriyyətin vahid cəmiyyət modelini formalaşdırmaqdadır. İstənilən işgüzar kommunikasiyanın effektiv inkişafı əhəmiyyətli dərəcədə ondan asılıdır. İnternet yeni texnologiyalar və tamamilə fərqli həyat tərzi yaratdı. Əslində dəyişikliklər o qədər geniş, qlobaldır ki, internetdən sonra dünyaya gələnlər üçün keçmiş günləri, həyatı başa düşmək, demək olar ki, mümkün deyil. Elektron təyinatına görə kompüter işgüzar kommunikasiyasının əsas baza əlamətidir, onun xüsusiyyətlərinin daha ətraflı nəzərdən keçirilməsi kontekstində internet ünsiyyətinin polifonik xarakterini göstərmək xüsusi əhəmiyyət kəsb edir. Bu ünsiyyət növü məsafədən məlumat-baza xarakterinə malikdir: internet bir-birindən uzaq olan insanları məkan və zaman baxımından qovuşdurur, onların arasında bir sıra texniki vasitələrlə qarşılıqlı əlaqə həyata keçirir. Yaxın zamanlaradək elektron rabitənin funksiyasını telefon yerinə yetirirdi, ünsiyyət mürəkkəb məsələ idi, bahalı telefon zəngləri və ya uzun səfərlər tələb olunurdu, internet zənglərin dəyərini, birmənalı, azaltdı, hətta sıfıra endirdi. İnternetin yayıldığı vaxtdan işgüzar kommunikasiya – insanların bir-biri ilə əlaqə qurması, faylların mübadiləsi əməkdaşlığı tamamilə dəyişdi, kommunikantlar indi səfər xərcləri olmadan videokonfrans ünsiyyəti qura bilirlər. Bütün məsələ effektiv komanda işində və yaxşı əməkdaşlıqdadır, internetin inteqrasiyası sayəsində dünyanın müxtəlif yerlərindən daha yaxşı işgüzar ünsiyyət – 4 – Filologiya məsələləri, № 2, 2021 qurmaq mümkündür. Bu texnologiya təhsildə də faydalıdır, tələbələr dünyanın müxtəlif yerlərindəki həmkarları ilə əməkdaşlıq, fikir mübadiləsi apara, müxtəlif mədəniyyətlər haqqında məlumat əldə edə bilirlər. Məsafə artıq maneə deyil, əməkdaşlarla internet vasitəsilə səmərəli ünsiyyət qurmaq və məsələləri diqqətlə müzakirə etmək mümkündür. Fakt budur ki, sürətli və etibarlı internet bağlantısı təşkilat, xüsusilə də qlobal auditoriyaya istiqamətlənmiş işgüzar kommunikasiya üçün vacib bir aktivdir. İnternet kommunikasiyası lazım olduqda daha sürətli və səmərəli platformaların köməyi ilə müxtəlif layihələrdə asanlıqla əməkdaşlıq etməyə imkan yaradır, onların həyata keçirilməsinin müddətini azaldır və ən vacibi – vəsaitə qənaət olunur. Bu da layihələrin keyfiyyətinə və ümumi səmərəliliyinə müsbət təsir göstərir və işgüzar ünsiyyət, əməkdaşlıqda yaxşı nəticələr əldə edilir. İnternetin dəyərini digər mövcud rabitə vasitələri ilə müqayisə etsək, qiymətin əhəmiyyətli dərəcədə az olduğunu görürük – onlayn kommunikasiya daha qənaətlidir və səmərəli qarşılıqlı əlaqə yaratmağa imkan verir. Təcrübə göstərdi ki, internet hətta pandemiya şəraitində, insanların təhlükəsizlik məqsədləri üçün karantinə riayət etməsi zamanında lazım olan vəziyyətdən çıxmağı asanlaşdırdı. Bütün bunlar səmərəli işgüzar ünsiyyətdə internetin mühüm rolunu aydın şəkildə göstərir. Şübhə yoxdur ki, rəsmi sayt, elektron marketinq, onlayn kommunikasiya biznesinin uğur qazanmasında və artmasında həlledici rol oynayır. Kommunikasiya platformaları yalnız biznes üçün deyil, həm də əməkdaşlığın artırılmasına kömək edir, bu da mükəmməl performansın yaxşılaşdırılmasına gətirib çıxarır. İşgüzar ünsiyyət, internet necə istifadə olunmasından asılı olaraq, münaqişəyə də səbəb ola bilər. Elektron poçt işgüzar ünsiyyətdə internetin ən populyar tətbiqlərindən biridir, həm daxili, həm də xarici kommunikasiyada geniş istifadə olunur: e-poçt istifadəçilərə hər zaman və müxtəlif şəraitlərdə ünsiyyətə imkan verir, bu da sorğu, söhbət və digər mühüm məlumatların izlənilməsində effektiv bir yoldur. İşgüzar kommunikasiyada internetin ən əhəmiyyətli daxili istifadə növlərindən biri yalnız müəyyən bir təşkilatın üzvləri üçün mövcud olan veb-saytdır; icma bülleteni və işçilər üçün zəruri, faydalı olan forma, məlumat və digər resurslara daxil olmaq üçün bir mənbə kimi xidmət edir. Müasir dövrümüzdə, demək olar ki, hər sahədə asılı olduğumuz və həyatımızı onsuz təsəvvür edə bilmədiyimiz bir vaxtda internet işgüzar kommunikasiya və marketinq strategiyalarına güclü