D Ə D Ə Q O R Q U D a R a Ş D I R M a L a R I
Total Page:16
File Type:pdf, Size:1020Kb
1 D Ə D Ə Q O R Q U D a r a ş d ı r m a l a r ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya •Pedaqogika, Fəlsəfə və Psixologiya Bakı- 2012 ADPU-nun nəşriyyatı “Dədə Qorqud elmi-tədqiqat Mərkəzi”nin dərgisi R E D A K S İ Y A H E Y Ə T İ: Yusif Məmmədov, AMEA-nın müxbir üzvü, f.-r. üzrə e. d., prof. (sədr) Vilayət Əliyev, fil. üzrə e. d., prof.(sədr müavini) Ramazan Qafarlı, fil. üzrə e. d., prof. (məsul redaktor) Buludxan Xəlilov, fil. üzrə e. d., prof. Əzizxan Tanrıverdi, fil. üzrə e. d., prof. Fərrux Rüstəmov, pedaq. üzrə e. d., prof. Füzuli Bayat, fil. üzrə e. d., prof. Himalay Qasımov, fil. üzrə e. d., prof. İbrahim Bayramov, fil. üzrə e. d., prof. İramin İsayev, prof. Qəzənfər Paşayev, fil. üzrə e. d., prof. Mahmud Allahmanlı, il. üzrə e. d., prof. Muxtar Kazımov, fil. üzrə e. d., prof. Nizami Cəfərov, AMEA-nın müxbir üzvü, fil. üzrə e. d., prof. Nizami Xudiyev, fil. üzrə e. d., prof. Rəfail Hüseynov, AMEA-nın müxbir üzvü, fil. üzrə e. d., prof. Paşa Əfəndiyev, fil. üzrə e. d., prof. Seyfəddin Rzasoy, fil. üzrə e. d. Tərlan Novruzov, fil. üzrə e. d., prof. Zahid Xəlil, fil. üzrə e. d., prof. Cavad Heyət (İran) Faiq Çələbiyev, sənətşünaslıq doktoru, prof. (Rusiya) Fikrət Türkmən, doktor-prof. (Türkiyə) Osman Sərtqaya, doktor- prof. (Türkiyə) Pərixanım Soltanqızı, filologiya üzrə fəlsəfə doktoru Aynurə Əliyeva, elmi işçi Mehriban Sərdarova, elmi işçi (məsul katib) Dədə Qorqud araşdırmaları.- Bakı, ADPU-nun nəşriyyatı, 2012. - 310 s. “Dədə Qorqud Elmi-tədqiqat Mərkəzi”nin yeni dərgisinin ilk buraxılışında türk mədəniyyətinin tarixinə və ədəbi-nəzəri problemlərə həsr olunan apaşdırmalar top- lanmışdır. © Dədə Qorqud araşdırmaları - 2012 Redaktordan «Dədə Qorqud» kitabı Azərbaycan türklərinin dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən möhtəşəm abidələrdən biridir. Heç bir xalqda analoqu tapılmayan elə bir ədəbi sənət nümunəsidir ki, onda xalqımızın ilkin dünyagörüşündən başlamış orta çağla- rın tarixi hadisələrinə qədər əksər sosial ins- titutların izləri əks olunur. İlk növbədə Qaf- qaz türkünün milli xarakteri, psixologiyası, əski adət-ənənələri, dini, fəlsəfi görüşləri, əxlaqı, dövlət quruculuğu, qəhrəmanlıq salnaməsi, ailə münasibətləri (ər-arvad, ata- oğul), Vətənə, torpağa bağlılığı, qonşularla münasibətləri, ritualları, məişəti və yaşayış tərzinin əksər atributları, daxili və xarici düşmənlərlə mübarizəsi, müxtəlif təbəqələrə və yaş dövrlərinə məxsus insanlarının dav- ranışı, şifahi və yazılı dilinin tarixi özünə yer tapır. Epos dünya xalqlarının yaratdığı epik əsərlərdən həm strukturuna, həm də məzmununa görə əsaslı şəkildə fərqlənir. Elə bir dastan göstərmək olmaz ki, orada «Dədə Qorqud»da olduğu qədər bir-birindən seçilən xarakterlər iştirak etsin, hadisələr xalq məişətinə yaxın olsun, gerçəkliklə yoğ- rulsun. Dastanda mifoloji qatların çoxluğu- na baxmayaraq hadisələr reallığını itirmir. Dünya ədəbiyyatı xəzinəsində nə «Dədə Qorqud»adək, nə də ondan sonra sistemi, 3 DƏDƏ QORQUD ARAŞDIRMALARI süjet özəllikləri və poetik strukturuna ilə uyğunlaşan başqa əsərə rast gəlmirik. Onun üçün də «Dədə Qorqud» öz orijinal- lığı ilə dünyamızın yeni-yeni ölkələrini fəth etməkdədir. Əgər Azərbaycan türkləri tarixdə yaşadıqları uzun çağlar ərzində digər bədii sənət nümunəsi yaratmayıb, təkcə «Dədə Qorqud»la ktfayətlənsəydi belə, öz böyüklüyünü, istedadının ecazkarlığını nümayiş etdirmiş olardı. Lakin xalqımızın həm şifahi, həm də yazılı ədəbiyyat ənənəsinin mayasında «Dədə Qorqud» durduğu üçün yaratdıqları Nizami, Nəsimi, Füzuli, Vaqif, Axundov, Sabir, Mirzə Cəlil, Səməd Vurğun, Bəxtiyar Vahabzadə zirvəsindədir. Stefan Sveyq sənətkar «ulduz»ların doğulduğu anları dün- yanın ən xoşbəxt günləri hesab edirdi. Bu mənada «Dədə Qor- qud» abidəsini yaradan xalqımız dünyamıza bir xoşbəxt an deyil, min, bəlkə də, iki min illik sevincli çağlar bəxş etmişdir. Çünki bu möhtəşəm abidə bir ildə, beş ildə yaranmayıb, neçə-neçə əsr ərzində formalaşıb. “Kitab”ın əlyazmasının üzərində qeyd olunduğu kimi, oğuz tayfalarının dilində yaranıb yazıya alındıqdan sonra müəyyən obyektiv və subyektiv səbəblər üzündən bir neçə yüz il yaddaş- lardan silinməsinə baxmayaraq, XIX əsrin əvvəllərində (1815) Avropada tapılması ilə yenidən doğulmuş, bütün dünyanı heyrətə gətirmişdir. Azərbaycan, anadolu türklərinin, türkmənlərin və qaqa- uzların ulu babaları - oğuzlar haqqında ilk yazılı tarixi mənbə Orxon-Yenisey daş kitabələri hesab edilir. «Göytürk imperator- luğu dövründəki türk ellərindən biri də doqquz boydan ibarət oğuzlar idi. Onlar VII əsrin II yarısı ilə VIII əsrin I yarısı ara- sında Tula çayı boyunda yaşayırdılar. Doqquzoğuzlar türk eli ilə birlikdə Göytürk dövlətinin əsasını təşkil edən ikinci ünsürdür. Bunlar göytürklərin siyasi xələfləri olan uyğurlar dövründə də eyni mahiyyətdə bir rol oynamışlar. Oğuzlara XI əsrdə türkmən 4 Redaktordan və türk deyilmişdir. «Oğuz» sözü dastanlarda xatirəsi yaşadılan əcdadlarının adı kimi xalq arasında uzun müddət işlədilmişdir. Oğuzlar orta çağlarda dünya tarixində böyük rolu olan səlcuq, atabəylər, qaraxanilər, osmanlı, ağqoyunlu və səfəvi kimi qüdrətli imperiyalar yaratmışlar. Lakin «Dədə Qorqud» dastanını oğuz- larla məhdudlaşdırmaq düz deyil. Başqa sözlə, «oğuz» adının tarix meydanında göründüyü əsrlərlə – VI –VII yüzilliklərdə durğunlaşdırmaq onu Qafqaz, Azərbaycan mühitindən ayırmaq təşəbbüsündən başqa bir şey deyil. Əslində oğuzların ulu baba- larının – hunların, saka türklərinin, massagetlərin, albanların ta- rixin müxtəlif aşırımlarında doğma ellərindən uzaqlaşıb yenidən geri dönmələri ilə gen yaddaşında yaşatdıqları dastanlaşmış tarixlərinin məhz yarandığı məkanda orta çağlarda yazıya alın- masıdır. Faktlar onu göstərir ki, Qafqazda və Yaxın Şərqdə yaşayan türklərin yazısı və ana dilli ədəbiyyatı çox qədim zamanlardan mövcud olmuşdur. Belə ki, XIV yüzillikdə Misirdə yaşamış, turk- səlcuq mənşəli Əbu-Bəkr ibn Abdullah ibn Aybək əd-Davadarinin məlumatından aydın olur ki, oğuzların erkən orta əsrlərə aid ya- zılı abidələri var idi. O, 1309-cu ildə tamamladığı «Dürər-ət ti- can və təvarix qürar əz-zaman», yəni «Şöhrətlilərin tarixindən mirvarilər» adlı ərəb dilində yazılmış kiçik həcmli xronikasında göstərir ki, Əbu Müslüm Xorasaninin (755-ci ildə öldürülmüş- dür) xəzinəsindən bir kitab tapılmışdır. Orta fars dilində yazılan bu kitab Ənuşirəvan Sasaninin (531-579-cu illərdə hakimiyyətdə olmuşdur) məşhur vəziri mərvli Buzurq Mihr Baxtxana məxsus imiş. Türk dilindən tərcümə olunan kitab «Ulu xan ata Bitigçi» ad- lanırdı. Harun-ər Rəşidin hakimiyyəti illərində (763-809) suriyalı Cəbrayıl Bəhtaşi tərəfindən ərəb dilinə çevrilmişdi. S.Əlizadənin qənaətinə görə, «VIII əsrdə ərəb dilinə tərcümə edilən bu əsər ağızlarda dolaşan şifahi ədəbiyyat - folklor dilindən tərcümə edilə 5 DƏDƏ QORQUD ARAŞDIRMALARI bilməzdi. O, yazılı bir əsər olmalı idi. Deməli, hələ o vaxt «Dədə Qorqud kitabı»nın müəyyən hissələri mövcud imiş...» Bunu «Dədə Qorqud»un hissələri kimi qələmə vermək həqiqətdən uzaq olsa da, onun variantı, yaxud müəyyən boylarla səsləşən müstəqil oğuznamələr olması şübhəsiz idi. “Dədə Qorqud” elmi-tədqiqat mərkəzi (laboratoriya- sı) ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə məhz “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi ərəfəsində ya- radılmışdır. 1997-ci il 20 aprel tarixli Prezident fərmanından sonra respublikanın hər yerində olduğu kimi, universitetimizdə də yubileyə hazırlıq işləri başlanmış və ali təhsil ocaqları ara- sında ilk irimiqyaslı elmi konfrans məhz ADPU-da təşkil olun- muşdur. Bütün fakultələrdə “Dədə Qorqud” dərsləri keçilmiş, elmi məcmuələr, toplular çap edilmişdir. Görülən tədbirlərin ən mühümü isə 2000-ci ilin dekabr ayında “Dədə Qorqud elmi- tədqiqat mərkəzi”nin (laboratoriyası) yaradılması olmuşdur. İctimai elmlər sahəsi üzrə uzun illər fəaliyyət göstərən üç problem laboratoriyasının bazası əsasında təşkil edilən “Dədə Qorqud elmi-tədqiqat mərkəzi”nin ilk rəhbəri prof. Bulud- xan Xəlilov olmuşdur. Həmin çağdan başlayaraq universitetdə “Dədə Qorqud” məcmuəsi nəşrə başlamış və bu günədək 28 bu- raxılışı işıq üzü görmüşdür. 2011-ci ilin oktyabrından mərkəzə prof. Ramazan Qafar- lı rəhbərlik edir. Bu ildən kollektiv dərginin adını dəyişmək məcburiyyətində qaldı. Ona görə ki, AMEA-nın Folklor İnstitu- tunda fəaliyyət göstərən “Dədə Qorqud” şöbəsinin nəşr etdirdi- yi toplu da “Dədə Qorqud” adlanırdı. “Dədə Qorqud elmi-tədqiqat mərkəzi”ndə dünya mədəniyyətinin şah əsərlərindən sayılan “Kitabi-Dədə Qor- qud” eposu, qədim türk yazılı abidələri və folkloru bir neçə istiqamətdə hərtərəfli araşdırılır. 6 Redaktordan Mərkəz müvafiq olaraq üç bölməyə ayrılır.“Onamastika, di- alektologiya, etimalogiya” bölməsinə uzun illər AMEA-nın müx- bir üzvi, prof. A.Qurbanov rəhbərlik etmişdir. Hazırda bölmədə dörd elmi işçi (A.Əliyeva, B.Məmmədov, M.Seyidov, Ə.Cəfərov) və iki böyük laborant (G.Balayeva, M.Əliyeva) çalışırlar. 1990- cı ildə R.Qafarlının rəhbərliyi ilə yaradılmış “Folklorşünaslıq” problem laboratoriyasının bazası əsasında 1997-ci ildə “Folk- lor, etnoqrafiya, mifologiya” bölməsi təşkil edildi. Bölməyə əvvəl prof. M.Həkimov, sonra isə prof. P.Əfəndiyev rəhbərlik et- mişdir. Bölmədə iki böyük elmi işçi (P.Hüseynova, X.Əliyeva), iki kiçik elmi işçi (Ş.Allahverdiyeva, S.Babayeva), bir bö- yük laborant (Ü.İsmayılova) işləyir. Pedaqogika, psixologi- ya, fəlsəfə” bölməsinə son illərədək prof. F.Rüstəmov rəhbərlik etmişdir. Bölmədə bir baş elmi işçi (Oqtay Pza), üç kiçik elmi işçi (T.Əsgərova, M.Sərdarova, S.Məmmədova), beş böyük labo- rant (S.Muradova, N.İsmayılova, N.Qurbanova M.Abdullayeva, G.Mehdizadə) fəaliyyət göstərirlər. Son iki ildə bölmə əməkdaşları “Dədə