Olduğu Kimi Görünən Insan
Total Page:16
File Type:pdf, Size:1020Kb
OLDUĞU KİMİ GÖRÜNƏN İNSAN Bakı – 2017 Olduğu kimi görünən insan Redaktor: Nazim Rza İsrafiloğlu, yazıçı-publisist, kinorejissor İxtisas üzrə redaktor: Fərhad Cabbarov, tarix üzrə fəlsəfə doktoru Tərtibçilər: Nigar İbrahimova, tarix üzrə fəlsəfə doktoru Güllü Cahangir, Customer Consultant NNIT Kitabın üzlüyündə: Vyana Milli kitabxanası. “Olduğu kimi görünən insan” Bakı, “Zərdabi LTD” MMC, 2017, 288 səh. Kitabda tarix bilimləri doktoru, professor Elmira Muradəliyevanın bilim- pedaqoji və ictimai yaşamda mövqeyi açıqlanır. Tələbəlik illərindən gü- nümüzədək onun yaşamı doğma Dövlət Universiteti ilə bağlıdır. Professor E.Muradəliyeva Azərbaycan tarixini gənclərimizə sevdirməsində böyük əməyi olan pedaqoqlardandır. Vaxtilə Əliyarlı tarix məktəbini uğurla keçmiş Elmira xanım artıq özünün bilim məktəbini yaradıb. Öz tələbələrinə qarşı diqqət və qayğı ilə yanaşan pedaqoq bir çox yetənəkli tələbəni bilim yoluna yönəldib. Onun başçılığı ilə tələbə bilim işindən başlayaraq dissertasiya pilləsinədək bilim işləri müdafiə olunub. Kitabda bu barədə tələbələri böyük sevgi ilə söz açır. Kitabda bilim-pedaqoji işi ilə yanaşı prof. E.Muradəliyevanın özəlliyini açan başqa mövzular da yer alıb. Belə ki, ölkədə gedən proseslərə o, laqeyd qalmayıb. Onun mövqeyi, düşüncələri ayrı-ayrı illərdə verdiyi intervülərdə də açıqlanır. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. ISBN 978 9952 504 69 9 © Elmira Muradəliyeva, 2017 © “Zərdabi LTD” MMC, 2017 2 İÇİNDƏKİLƏR Aydın yolun yolçusu (Nazim Rza İsrafiloğlu) ........................... 5 İllər... İllər… .............................................................................. 16 Tarix bilimimizin vizit kartı olan Əliyarlı məktəbi .................... 18 Vətəndaş təhsili .......................................................................... 50 Ödüllər ....................................................................................... 55 Yaşamda və peşədə mövqe ........................................................ 62 Buraxılışın 40 illiyi: gəncliyimizlə üz-üzə ................................. 82 Dünya azərbaycanlılarının V konqresi (İsveç, Malmö 2001) .... 87 BİBLİOQRAFİYA Monoqrafiyalar, toplular ............................................................ 92 Qaynaqların çapı, dərslik, tədris-metodik əsərlər ...................... 99 Bilim redaktoru və rəyçisi olduğu kitablar ................................ 101 Raport verdiyi önəmli bilim konqresləri, konfransları, simpoziumlar və kollokviumlar ................................................. 102 Filmoqrafiya. a) Bilim konsultantı olduğu sənədli-publisistik televiziya filmləri ....................................................................... 105 b) Sənədli-publisistik televiziya filmlərindəki və televiziya proqramlarındakı kommentariləri .............................................. 106 Ayrı-ayrı törənlərdə, forumlarda, prezentasiyalarda etdiyi çıxışları və ictimai-siyasi çalışmaları haqqında bilgilər ............. 106 Başçılıq etdiyi dissertasiyalar: a) tarix üzrə fəlsəfə doktoru ....................................................... 113 b) magistr ................................................................................... 113 PROFESSOR ELMİRA MURADƏLİYEVA HAQQINDA Cəmil Həsənli. Bizim Elmira xanım ......................................... 116 Əjdər Ağayev. Qeyrətli vətəndaş, vətənpərvər alim ................. 120 Hacı Həsənov. Gözəl insan, böyük vətənsevər, görkəmli tarixçi-alim ................................................................. 125 Азад Рзаев. Педагог и учёный ............................................... 127 Nabatali Qulamoğlu. Böyük zəka və yüksək əxlaq sahibi ....... 128 Гаджиага Рустамбеков. Хороший друг – это всегда хороший человек ...................................................................... 130 3 Olduğu kimi görünən insan Əli Kərimli. Tarix elmləri doktoru, professor Elmira Muradəliyevaya ......................................................................... 133 Камаля Бойтель. О моём друге и наставнике ..................... 134 Səadət Cahangir. Düşüncənin qovalandığı bu ölkənin alimi ... 136 Fərhad Cabbarov. Dəyərli müəllimim haqqında bir neçə söz ..... 139 Vasif Qafarov. Müəllimim və bilim başçım haqqında ............. 142 Нигяр Ибрагимова. Мой учитель ........................................ 145 Gülarə Əliyeva. Bilim başçımla görüşlərimiz .......................... 147 Самира Рафизаде. Мой первый и единственный научный руководитель ............................................................ 150 Фуад Агаев. Эльмира ханум в моей жизни .......................... 158 BDU-nun Tarix fakültəsinin 011 qrupunun tələbələri. Настоя- щий педагог и гражданин ....................................................... 160 Leyla Məcidova. Tarix elminin iftixarı .................................... 165 PROFESSOR ELMİRA MURADƏLİYEVANIN SEÇİLMIŞ ƏSƏRLƏRİ Azərbaycan milli şüurunun qatlarında Rusiya işğalı ................. 170 «Difai» firqəsi və Gəncənin Azərbaycanda milli mücadilənin mərkəzinə çevrilməsi tarixinə dair ............................................. 177 Труд, посвященный 90-летию Бакинского Государст- венного Университета ............................................................. 185 Из истории бакинского нефтяного бизнеса: мотивы поведения представителей азербайджанской буржуазии на рубеже XIX-XX веков ........................................................ 193 Влияние нефтяного бума конца XIX в. на этносоциаль- ный облик Баку ........................................................................ 199 Участие бакинского нефтяного капитала в создании ме- ждународного Нобелевского фонда премий ......................... 203 Формирование и состав городского населения ................... 212 The golden age of Azerbaijan's towns ....................................... 230 4 AYDIN YOLUN YOLÇUSU Böyük türk şairi və düşüncə adamı Mövlanə Cəlaləddin Ru- minin ayrı-ayrı dillərə çevrilmiş «Məsnəviyi Şərifi» əsəri yeddi yüz ildən artıqdır ki, aktuallığını bu günədək qoruyub saxlamış və bəşər tarixinin ölməz əsərləri sırasında yer tutmuşdur. Ortaq türk mədəniyyətinin parlaq və əvəzolunmaz şəxsiyyəti olan Ruminin gözəl deyilmiş düşündürücü bir kəlamı var. O deyir: «Ya olduğun kimi görün, ya da göründüyün kimi ol». Bu sözlər böyük anlam daşıyır. Dərindən düşündükdə bəlli olur ki, dünya, elə belə insan- ların üzərində qurulub, belə insanlara güvənir, duruş gətirir, yaşa- yır. Deyirlər ki, belə insanlar azdır. Olduqca az. Ola bilsin. Nə mən saymışam, nə də başqa birisi. Çünki, bu gerçəkdən də zor bir iş. Doğrusu, olamaz bir çalışma. Görünür, qızılın başlıca dəyərlə- rindən biri də onun azlığı və çətin tapılmasındadır. Odur ki, ger- çək dəyərinin yüksək olması da elə bununla bağlıdır. Gerçək ya- şamda olduğu kimi. Ancaq az da olsa, belə insanlar yaxşı ki, var. Onlara mən də rast gəlmişəm. Yaşam və yaradıcılığımın ayrı-ayrı dönəmlərində. Belə insanlar mənə güc verib, özümə inam duyğusu aşılayıb, ger- çəklikləri üzə çıxarmaqda yardım ediblər, əllərindən gələni əsir- gəməyiblər. Doğru-düzgün yolda olduğumu dönə-dönə bildirib- lər. Gördüyüm işləri, yaradıcılıq uğurlarımı dəyərləndirməyi də unutmayıblar. Yoluma su səpməkdən də çəkinməyiblər. «Toz-to- zanaq» olmasın deyə. Ayrı-ayrılıqda onların hər biri ilə bağlı söz açmaq, gördüklərimi, bildiklərimi söyləmək istəyində bulunuram. O insanların hər biri gerçək dəyərindən də artıq dəyərlidir mənə. Çağı yetişdikcə, yaddaşımın dərin qatlarına baş vuracaq, gördük- lərimi, bildiklərimi, eləcə də eşitdiklərimi tələsmədən, ardıcıllıqla sayğılı oxuculara çatdırmağa çalışacağam. Bilənlər bilsə də, qoy bilməyənlər də bilsin. İndi söz açacağımız insanı isə çoxları tanı- yır. Tanımayanlar isə, bu fani dünyada çox şey itiriblər. Çünki, ulu Tanrının yaratdığı belə insanları, düşünürəm ki, hər kəs tanı- malıdır. Odur ki, bir daha tanış olaq: 5 Olduğu kimi görünən insan Elmira Muradəliyeva. Tarix elmləri doktoru, professor, tanın- mış siyasi-ictimai xadim, maraqlı və dəyərli monoqrafiyaların ya- zarı, bir sıra sənədli-publisistik televiziya filmlərinin bilim kon- sultantı. Tələbələrin sevimlisi, gənc bilim insanlarının yetişməsin- də və sonrakı gəlişməsində əlindən gələni əsirgəməyən böyük pe- daqoq. Ən başlıcası isə, «ya olduğun kimi görün, ya da göründü- yün kimi ol» fəlsəfəsinin klassik örnəyi. Cəlaləddin Rumi Mövlanənin yüz illər öncə söylədiyi bu dü- şüncənin günümüzdə də yaşarılı olmasının başlıca nədənlərindən biri, bəlkə də birincisi, düşünürəm ki, çağdaş dünyada Elmira Mu- radəliyeva kimi hər baxımdan bütöv insanların var olmasıdır. Özəl- liklə Elmira xanıma gəldikdə isə, bu düşüncə, məndə illər boyu et- diyimiz əməkdaşlıq prosesində formalaşdı və sonucda bütünlüklə özünü doğrultdu. Əməkdaşlığın çevrəsi isə olduqca geniş idi. Əməkdaşlığımızın, dostluğumuzun özülü 1996-cı ildə qoyul- du. Bir az da aydın və konkret desək, «Odlu məmləkət»də. Elmi- ra xanımla bağlı gərəyincə bilgilərim olsa da, ilk vizual tanışlıq elə o ildə Bilim Akademiyasının tarix institutunda baş tutdu. O çağda heç düşünməzdim ki, bu qısa tanışlıq sonrakı dönəmdə baş- lanan, gündən-günə genişlənən əməkdaşlığın, böyük dostluğun, qardaşlığın özülünü qoymuş olacaq. Dost, qardaşlıq dedim, yenə də yadıma Cəlaləddin Ruminin sözləri düşdü. O deyir: «Ey mərd insanlar! Ağlınızı başınıza toplayın, özünüzə yaxşı dostlar, uyğun yoldaşlar tapın». Çünki, «könül hər dostdan bir qida alır». «Odlu məmləkət» filmindən çox deyilib, çox da yazılıb. O sı- radan onun bir neçə il sonra işıq üzü görmüş monoqrafiya varian- tından da. Odur ki, onlarla bağlı nəsə demək, danışmaq, yazmaq istəyində bulunmuram.