5. Az.Onomalogiyasinin Esaslari II.Pdf
Total Page:16
File Type:pdf, Size:1020Kb
SEÇİLMİŞ ƏSƏRLƏRİ AFAD QURBANOV Azərbaycan onomalogiyasının əsasları II cild Afad Qurbanov (1929–2009) Beynəlxalq və milli akademiyaların akademiki, Azərbaycanın görkəmli dilçi alimi, türkoloq və ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi və Azərbaycan Onomastika Elmi Məktəbinin banisi Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 121 saylı 07 mart 2019-cu il tarixli sərəncamı ilə çap olunur. Afad Qurbanovun “Seçilmiş əsərləri“ toplusunun hazırlanması üzrə məsul şəxslər: Akademik İsa Həbibbəyli Akademik Kamal Abdullayev Akademik Nizami Cəfərov Akademik Möhsün Nağısoylu Akademik Yaqub Mahmudov Afad Qurbanov. Azərbaycan onomalogiyasının əsasları. II cild (2 cilddə). Bakı, 2019. 432 səh. Monoqrafiyanın bu cildində konkret olaraq Azərbay- can onomalogiyası məsələləri araşdırılır. Burada Azərbay- canın antroponim, etnonim, toponim, hidronim, zoonim, kosmonim və ktematonimlərinin yaranma və inkişaf qanu- nauyğunluqları, onların dilin lüğət tərkibindəki mövqeyi və s. nəzəri-tətbiqi məsələlər təhlil olunur. Kitabdan universitet tələbələri, magistr, aspirant, elmi işçilər, müəllimlər, habelə bu sahə ilə maraqlanan geniş oxucu kütləsi faydalana bilər. Onomalogiyanın bütün sahələrini əhatə edən bu əsər rus, türk və ingilis dillərində nəşr olunmuşdur. ISBN 9 789952 835854 © Azərbaycan Milli Elmlər Akademiyası, 2019 www.afadgurbanov.az GİRİŞ Onomastikanın tədqiqi xalqın və onun dil tarixinin ətraflı öyrənilməsi deməkdir! Azərbaycan onomastikasının tədqiqi müasir dilçili- yin ən ümdə problemlərindəndir. Bu sahədə XX əsrin II yarısından başlayaraq xeyli tədqiqat işləri görülmüşdür. Hazırkı Azərbaycan ərazisi ilə yanaşı Qərbi Azərbaycanda (indiki Ermənistan), Cənubi Azərbaycanda (İran), Gürcüs- tan, Əfqanıstan və digər ölkələrdə olan minlərlə türk-Azər- baycan mənşəli onomastik vahidlər təhlilə cəlb edilmiş və onomastik elmi tədqiqatlarda linqvistik mövqedən çox gərəkli və dəyərli fikirlər söylənilmiş, əsaslı, inandırıcı mü- lahizələr irəli sürülmüşdür. Kəmiyyət və keyfiyyətcə böyük nailiyyətlər əldə edil- məsinə baxmayaraq, hələ də görüləsi işlər az deyildir. İstər nəzəri, istərsə də tətbiqi onomalogiya sahəsində öz həllini gözləyən aktual mövzular, problemlər saysız-hesabsızdır. Xalqımızın inkişaf tarixinin bütün dövr və mərhələlə- rinin öyrənilməsində etnonimlərin aydınlaşdırılmasının rolu olduqca əvəzsizdir. Təəssüflər olsun ki, mövcud ono- mastik tədqiqatların bir çoxunda qəbilə, tayfa hesab edilən çoxlu adlar sadalanır. Tarixi onomalogiya istiqamətində bu qeyri-dəqiqliyə son qoymağın vaxtı çatmışdır. İndi hər şey öz adı ilə çağırılmalı, öz keçmiş tarixi və düzgün ünvanı, məzmunu ilə açıqlanmalıdır. Belə bir tələb müasir elmin indiki inkişaf vəziyyətindən və ciddi tələblərindən irəli gəlir. Digər elm sahələrində olduğu kimi, birtərəfli, yaxud 9 AZƏRBAYCAN ONOMALOGİYASININ ƏSASLARI – II CİLD uydurma fikirlər onomastik tədqiqatları da faktı saxta- laşdırmağa yönəldə bilər ki, bu da elm üçün son dərəcə qorxulu təhlükə yaradar. Azərbaycan ölkəsi onomastik tərkibcə (xüsusi adla- rın məzmunu və sistemi) çox zəngin və rəngarəngdir. Bu xüsusiyyətlərin düzgün açıqlanması, xalqımızın tarixinin, mədəniyyətinin, elminin, dilinin keçmişinin öyrənilməsi böyük əhəmiyyət kəsb edər. Buna görə də onomastikadan bəhs edən onomalogiyanın − tədqiqatçı onomoloqların qarşısında olduqca böyük və məsuliyyətli elmi vəzifələr durur! 10 I FƏSİL AZƏRBAYCAN DİLİ ONOMASTİK VAHİDLƏRİNİN TƏSNİFİ Elmi tədqiqatlar arenasında çoxdan təsdiq olunmuş- dur ki, əsaslı təsnifat aparmaq elmi tədqiqatın düzgün nə- ticələnməsinin mühüm amillərindəndir. Buna görə də hər bir materialın düşünülmüş təsnifi böyük elmi mahiyyət daşıyır. Başqa sahələrdə olduğu kimi, dil vahidlərinin təs- nifində, xüsusilə onomastik materialın bölgüsündə bir sıra qanunauyğun prinsiplərdən istifadə olunur. Bunlardan ən başlıcası dil materialının məzmun və əhatə dairəsinin nəzərə alınmasıdır. 1.01. ONOMASTİK MATERİALLARIN ƏHATƏ MASŞTABI Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan dili zən- gin və rəngarəng onomastik tərkibə malikdir. Bunu aydın görmək üçün aşağıdakı nümunələrə nəzər yetirək: “Atam Rzaqulu deyərmiş ki, mənim üç oğlum, bir qızım olacaqdır. Onlara bu adları qoyacağam: Qəhrəman, Rüstəm, Süleyman, Mahtaban. Atamın bu arzusu əmələ gəlir. Böyük oğlu Qəhrəman öz sağlığında, hələ uşaq ikən vəfat edir. Mənim təvəllüdümdən iki ay sonra özü də vəfat edir. Üç körpə uşağın pərvəriş, təlim və tərbiyəsi anam Dür- nisənin öhdəsinə düşür. Dayım Səfərəli Vəlibəyov (Zaqafqa- ziya seminariyasının müəllimi) bacısının bu ağır vəzifəsi- 11 AZƏRBAYCAN ONOMALOGİYASININ ƏSASLARI – II CİLD ni bir qədər yüngülləşdirmək məqsədilə böyük qardaşım Rüstəmi altı yaşında uşaq ikən yaşadığı Qori şəhərinə apa- rır. Orada öz yanında hazırladıb Tiflis şəhərində gimna- ziyaya qoyur. Mən də bacım Mahtabanla anamın himayə- sində, Seyidli kəndində yaşamağa başladıq. Seyidli kəndi indiki Ağdam şəhərinin bir hissəsidir. Uşaqlıq həyatımın böyük hissəsi bu kənddə keçmişdir” (S.S.Axundov). “Ra- zin qəsəbəsindəki “Şahin” idman kompleksi xalq tikintisi üsulu ilə, iməcilik zamanı əldə olunmuş vəsait hesabına yaradılmışdır” (“Bakı” qəzeti). “Zabrat qəsəbəsindəki 192 nömrəli məktəbin nəzdində fəaliyyət göstərən “Qaranquş“ düşərgəsi öz köhnə dostlarını yenidən qoynuna almışdır” (“Azərbaycan müəllimi” qəzeti). Misallardakı Rzaqulu, Qəhrəman, Rüstəm, Süleyman, Mahtaban, Dürnisə, Səfərəli, Vəlibəy şəxs adlarını bildirdiyi kimi, Seyidli kənd, Ağdam şəhər, “Şahin” idman kompleksi, “Qaranquş” düşərgəsi, “Bakı” və “Azərbaycan müəllimi” söz və söz birləşmələri qəzetlərin adlarıdır. Onomastik leksi- kamız geniş əhatəli olub, dil faktları ilə də son dərəcə zən- gindir. Burada vahidlərin semantik cəhətləri, struktural əlamətləri, yaranma yolları və başqa xüsusiyyətləri linq- vistik baxımdan diqqəti xüsusilə cəlb edir. 1.02. ONOMASTİK VAHİDLƏRİN BÖLGÜSÜ Dilin lüğət tərkibində onomastik leksikanın xüsusi mövqeyi olduğu kimi, buraya daxil olan vahidlər müxtəlif cəhətlərinə görə ayrı-ayrı sistem və ya yarımsistem təşkil edir. Lakin deməliyik ki, indiyə qədər dilçilik elmində bu vahidlərin ümumməqbul hesab edilən təsnifi verilməmiş- dir. İstər Azərbaycan dilçiliyində, istərsə də xarici ölkə el- mində onomastik vahidlərin təsnifində çoxmüxtəliflik var- 12 AZƏRBAYCAN ONOMALOGİYASININ ƏSASLARI – II CİLD dır. Belə ki, bəzi alimlər onomastika dedikdə, ancaq canlı varlıqların adlarının cəmini başa düşmüşlər. Rus onomo- loqu V.K.Çiçakov yazır: “Canlı varlıqların xüsusi adlarını öyrənən elmə onomastika deyilir”.1 Bu qeyri-elmi fikrə əsaslanılsa, onomastik vahidlər tam əhatə oluna bilməz. Türkoloji dilçilikdə də bəzən toponimika onomastikaya aid edilməyib onunla bərabərhüquqlu şöbə kimi göstərilir. Ümumiyyətlə, ümumi dilçilikdə onomastik tərkib haqqında istiqamətverici dəqiq konsepsiya olmadığı kimi, türkoloji dilçilikdə də onomastik vahidlərin konkret təsni- finə təsadüf edilmir. Dilin başqa vahidlərində olduğu kimi, onomastik lek- sikanın da təsnifində müəyyən prinsiplərə əsaslanmaq la- zımdır. Onomastik vahidlər təsnif edilərkən başlıca olaraq məna və məzmun nəzərə alınmalıdır. Belə ki, eyni xarak- terə malik və eyni səciyyəli mənanı bildirən onomastik va- hidlər xüsusi cərgədə və müəyyən başlıq altında qruplaş- dırılır. Deyilən cəhətlər nəzərə alınaraq dilimizdəki xüsusi sözləri − onomastik vahidləri hələlik aşağıdakı müstəqil qruplara bölmək olur: 1. Antroponimlər 5. Zoonimlər 2. Etnonimlər 6. Kosmonimlər 3. Toponimlər 7. Ktematonimlər 4. Hidronimlər Bu qruplar arasında antroponim və toponimlər kə- miyyətcə daha geniş yer tutur. İlk dövrlərdən başlamış onomastika qrupları arasında möhkəm və qarşılıqlı əlaqə olmuş və indi də bu əlaqə mövcuddur. 1 В.К.Чичаков. Из истории русских имен, отчеств, фамилий. Учпедгиз. М., 1959. с.5. 13 II FƏSİL AZƏRBAYCAN ANTROPONİMLƏRİ Müasir Azərbaycan dili zəngin antroponimik leksika- ya malikdir. Azərbaycan onomastik mənbələrində antro- ponimik kateqoriyalara dair külli miqdarda dil faktları özünü göstərir. Nümunə üçün bədii parçalara nəzər salaq: “Bunun gö- zünün ağı-qarası Fərman adında bircə oğlu var idi” (Ə.Haq- ver diyev). “Bu cavan qız − Həsənova Mənzər ali təhsildən son- ra uzun illər zəhmət çəkib qalın bir əsər yazmış, alimlər məc- lisinə təqdim etmişdir” (M.Cəlal). “Hər adamın iki-üç ləqə bi var: Baftalı Səməd, Tın-tın Səfər, Qur-qur Əlikram, Sayıq Mura- dəli, Tuluq Kərim, Xaşal Məsim” (Əfqan). “Nazir ona Sabirin şeirlərindən əlavə sual verdi” (M.Cəlal). “O vaxt İsrafil İsra- filzadə söz istəməmişdi, indi kim idi ona söz verən?” (Əfqan). “Müəllim jurnalı yoxlayır, adları oxuyurdu: Murad Həsənzadə, Zərifə Əli qızı, Qurban oğlu, Ədalət Teymurlu...” (M.Cəlal). Bu misallardakı fərqləndirilən Fərman, Mənzər, Həsə- nova, Baftalı Səməd, Tın-tın Səfər, Sabir, İsrafilzadə, Əli qızı, Qur ban oğlu, Teymurlu və sair sözlərin dildəki funksiya və semantikası eyni deyildir. Bunlarin hər biri müəyyən məq- səd üçün işlənir və xüsusi vəzifə daşıyır. Elə buna görə də antroponim anlayışına şəxslə bağlı hər bir xüsusi ad ka- teqoriyası daxildir. Məsələn, şəxs adları, familiyalar, ata adları, ləqəblər, təxəllüslər və titullar. Bu xüsusi ad kateqoriyalarının hər birinin özünəməx- sus yaranma mənbəyi və səbəbləri vardır. Məsələn, şəxs adı, əsasən, ata-ana tərəfindən verilir. Familiya azərbaycanlılarda, 14 AZƏRBAYCAN ONOMALOGİYASININ ƏSASLARI – II CİLD əsasən, ata tərəfindən keçir. Azərbaycan dilində hər bir şəxsin antroponimik modelində ata adı mütləq öz əksini tapır. Ləqəb şəxsə ata-ana tərəfindən deyil, başqaları tərəfindən verilir. Təxəllüsü, əsasən, bədii yaradıcılıqla məşğul olan sənətkarlar özləri seçir. Titul şəxsə ancaq