Təbiətdən Istifadənin Iqtisadiyyati

Total Page:16

File Type:pdf, Size:1020Kb

Təbiətdən Istifadənin Iqtisadiyyati RAİBƏ CƏFƏROVA TƏBİƏTDƏN İSTİFADƏNİN İQTİSADİYYATI (dərs vəsaiti) Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21.02.2014-cü il tarixli 222 saylı əmri ilə nəşr olunmuşdur. BAKI – 2014 1 downloaded from KitabYurdu.org Elmi redaktor: iqtisad elmləri doktoru F.Ə.MƏMMƏDOV Rəyçilər: akademik Z.Ə.SƏMƏDZADƏ iqtisad elmləri doktoru M.C.HÜSEYNOV. iqtisad üzrə fəlsəfə doktoru M.M.Məmmədov. iqtisad üzrə fəlsəfə doktoru N.A.HACIYEVA Cəfərova Raibə Məmmədbağır qızı. İqtisad üzrə fəlsəfə doktoru. Təbiətdən istifadənin iqtisadiyyatı. Dərs vəsaiti. Bakı – 2014. © Raibə Cəfərova - 2014 2 downloaded from KitabYurdu.org Böyük tövsiyələri ilə elmdə ilk addımlarımı atdığım, bu vəsaitin ərsəyə gəlməsində yaxından köməklik göstərib, dəyərli məsləhətlər verən hörmətli akademik Ziyad Səmədzadəyə böyük minnətdarlığımı bildirirəm. Raibə Məmmədbağır qızı Cəfərova 3 downloaded from KitabYurdu.org MÜNDƏRİCAT GİRİŞ .................................................................................7 FƏSİL I. TƏBİƏTDƏN İSTİFADƏNİN İQTİSADİYYATI FƏNNİNİN NƏZƏRİ ƏSASLARI 1.1. Təbiətdən istifadənin iqtisadiyyatı fəninin tarixi və mahiyyəti ..............................................11 1.2. Təbiətdən istifadənin iqtisadiyyatı fənninin predmeti, məqsəd və vəzifələri ............................17 1.3. Təbiətdən istifadənin iqtisadiyyatı fənninin tədqiqat metodları və elmlər sistemində mövqeyi ...............................................................19 1.4. Təbiətdən istifadənin iqtisadiyyatı fəninin metodiki əsasları ..................................................23 1.5. Təbiətqoruyucu və resursqoruyucu fəaliyyətdə biznes plan ...........................................................28 1.6. Təbii ehtiyatların istifadasində iqtisadiyyatın rolu .......................................................................31 1.7. Təbiətdən istifadənin iqtisadiyyatının ekoloji və iqtisadi əsasları ................................................35 FƏSİL II. TƏBİİ RESURSLARDAN KOMPLEKS İSTİFADƏNİN İQTİSADİ İNKİŞAFI 2.1. Təbii sərvətlər və onlardan istifadə edilməsinin perspektivliliyi .....................................................42 2.2. Yanacaq-energetika kompleksi ............................50 4 downloaded from KitabYurdu.org 2.3. Mineral resurslar və onlardan səmərəli istifadə edilməsi ...................................................59 2.4. Torpaq resursları, onlardan səmərəli istifadə edilməsi və mühafizəsi .........................................79 2.5. Su sərvətləri, onlardan səmərəli istifadə edilməsi və mühafizəsi .........................................93 2.6. Meşə sərvətlərinin ekoloji iqtisadi əhəmiyyəti və mühafizəsi .......................................................126 2.7. Qoruqlar, milli parklar və yasaqlıqların sosial- iqtisadi əhəmiyyəti və onların təbiətin mühafizəsində rolu ...............................................146 FƏSİL III. KƏND TƏSƏRRÜFATININ RESURS TƏMİNATI VƏ ƏRZAQ TƏHLÜKƏSİZLİYİ 3.1. Kənd təsərrüfatının resurs təminatı ......................170 3.2. Ərzaq təminatının təhlükəsizliyi ..........................184 3.3. Ərzaq resurslarının iqtisadi təhlükəsizliyi, ərzaq təminatı və milli təhlükəsizlik siyasəti .......201 3.4. Ərzaq resurslarının tarazlı inkişafı .......................212 FƏSİL IV. TƏBİİ EHTİYATLARIN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ ONLARDAN İSTİFADƏNİN İQTİSADİ SƏMƏRƏSİ 4.1. Təbii ehtiyatların iqtisadi qiymətləndiril- məsinin zəruriliyi və əhəmiyyəti ..........................223 4.2. Təbiətdən səmərəli istifadənin iqtisadi müxanizmləri .......................................................234 5 downloaded from KitabYurdu.org FƏSİL V. TƏBİƏTDƏN İSTİFADƏ SAHƏSİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 5.1. Təbii resurslardan istifadədə beynəlxalq əməkdaşlıq ...........................................................257 5.2. Azərbaycanın təbii resurslarından kompleks istifadədə beynəlxalq əməkdaşlığın rolu ..............262 Ədəbiyyat ...............................................................283 6 downloaded from KitabYurdu.org GİRİŞ Təbiətdən səmərəli istifadə edilməsi ekologiya və iqtisadiyyat elmlərinin iştirakı olmadan qeyri- mümkündür. Bu elm sahələrinə yalnız iqtisadçılar yox, həm də təbiətşünaslar və təbiətdən istifadə üzrə ixtisaslaşan mütəxəssislər də yiyələnməlidirlər. Bazar iqtisadiyyatı şəraitində istehsal sahələri- nin inkişafında, cəmiyyətin istehlak məhsullarına olan tələbatın ödənilməsində təbiətdən səmərəli isti- fadə olunması mühüm iqtisadi əhəmiyyət kəsb edir. Təbii resursların istehsal dövriyyəsinə cəlb olunması ərazinin əmək ehtiyatlarının zənginliyindən və isteh- sal vasitələrinin inkişaf səviyyəsindən asılı olaraq da- ha da intensivləşir. Cəmiyyətin ayrı-ayrı inkişaf dövrlərində istehsal vasitələrinin inkişaf səviyyəsin- dən asılı olaraq təbii resurslara təsir dairəsi bir-birin- dən kəskin şəkildə fərqli olmuşdur. Son illərdə elmi- texniki tərəqqinin inkişafı təbii resurslara təsir dairəsini daha da intensivləşdirmişdir. Müasir dövrdə cəmiyyətin və təbiətin qarşılıqlı əlaqələrinin inkişafı mərhələsində çoxsaylı ekoloji problemiərin həlli üçün əsas baza bütövlükdə, iqti- sadiyyatın tarazlı inkişafı, onun ekolojiləşdirilməsi 7 downloaded from KitabYurdu.org və səmərəli idarə olunmasıdır. Bununla əlaqədar son dövrdə ―Təbiətdən istifadənin iqtisadiyyatı‖ fənni formalaşmış və bu sahəyə təiəb artmaqdadır. Bu yeni fənnin yaradılmasında əsas məqsəd iqtisadiyyatın təbiətə təsirini hərtərəfli öyrənmək və təbiətdən sə- mərəli istifadənin əsas istiqamətlərini müəyyənləşdir- məklə ekoloji tarazlığın saxlanması yollarını müəy- yən etməkdən ibarətdir. Kursun tədrisində tələbələr təbiət və cəmiyyət hadisələrinin ümumi qanunauyğunluqları, istehsal sa- hələrinin formalaşmasında təbii şərait və resursların iqtisadi problemlərinə dair iqtisadi biliklərə yiyələ- nirlər. Eyni zamanda yer kürəsində və onun ayrı-ayrı regionlarında təbii resursların yerləşdirilməsi qanu- nauyğunluqları, təbii resursların təsnifatı, parametr- ləri, müxtəlif istehsal sahələrinin inkişafında iqtisadi qiymətləndirilməsi əsaslandırılır. Təbii resurslardan istifadə zamanı iqtisädi tarazlı inkişafın gözlənilməsi, ərzaq təminatının təhlükəsizliyi, təbiətdən istifadənin hüquqi əsasları, qlobal istiqamətləri, enerji resursla- rının iqtisadi potensialı ön plana çəkilmişdir. Eyni zamanda bioloji resursların iqtisadi qiymətləndiril- məsi, təbiətdən istifadənin ekoioji mahiyyəti, təbii resursların istifadəsi zamanı təbii mühitin mühafizəsi 8 downloaded from KitabYurdu.org sahəsində beynəlxalq əməkdaşlığın inkişafı kursun əsas məqsəd və vəzifələrindən hesab olunur. Dərs vəsaiti ―Təbiətdən istifadənin iqtisadiy- yatı‖ fənninin proqramına müvafiq olmaqla aqrar iq- tisadiyyat, ətraf mühit , təbiəti mühafizə və eko- logiya (coğrafi ekologiya, ümumi ekologiya və s.) ix- tisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutul- muşdur. Təbiətdən istifadənin iqtisadiyyatına dair ya- zılmiş dərs vəsaitindən ali məktəblərin iqtisad yö- nümlü bakalavr pilləsində oxuyan tələbələr, magist- rantlar, aspirantlar, təbiətin mühafizəsi sahəsində çalışan mütəxəsislər də istifadə edə bilərlər. Bu dərs vəsaitində yuxarıda adı çəkilən sahələr üzrə geniş məlumat verilməsə də, təbiətdən istifa- dənin iqtisadiyyatı və ekoloji məsələləri ətrafında ümumi nəzəri, metodoloji və elmi-metodiki məsə- lələr əhatə olunmuşdur. Qeyd etməliyik ki, təbiətdən istifadənin iqti- sadi və ekoloji əsasları hüquqi əsaslara da malikdir. Hüquqi əsaslar təbiətdən istifadə məsələsində xüsusi yer tutmaqla təbiətdən istifadə sahəsində iqtisadi və ekoloji biliklərin geniş təhlilinə ehtiyac yaradır. Kitabda təbiətdən istifadənin iqtisadi və ekolo- ji əsasları ilə bağlı bir çox məsələlər təhlil edilmişdir: 9 downloaded from KitabYurdu.org tarazlı inkişaf konsepsiyasının təbiətdən istifadənin tədqiqində yeri; ekoloji-iqtisadi tələblər və bu sahədə qanunauyğunluqlar; bazar münasibətlərinin təbiətdən istifadədə yeri və əhəmiyyəti; təbii ehtiyatların qiy- mətləndirilməsi; proqnozlaşdırılması və planlaşdırıl- ması; ekoloji və iqtisadi dəyərlərin qiymətləndiril- məsi; çirkləndirməyə görə ödəmələr; maliyyələşdir- mə və ekoloji sahibkarlıq; təbiətdən istifadənin idarə edilməsi və s. Dərs vəsaitində təhlil edilən mövzular, ayrı- ayrı məsələlər fənlərarası mahiyyət kəsb edir. Dərs vəsaitində müvafiq qüsurlara da rast gəl- mək olar. Kitab haqqında öz təklif və mülahizələrini nəşriyyat ünvanına göndərəcək oxuculara müəllif qabaqcadan öz minnətdarlıgını bildirir. 10 downloaded from KitabYurdu.org I FƏSİL TƏBİƏTDƏN İSTİFADƏNİN İQTİSADİYYATI FƏNNİNİN NƏZƏRİ ƏSASLARI 1.1. Təbiətdən istifadənin iqtisadiyyatı fənninin tarixi və mahiyyəti Azərbaycan dövləti daima təbiətin mühafizə- sinə, onun sərvətlərinin düzgün istifadə edilməsinə dövlət əhəmiyyətli bir məsələ kimi yanaşır və ona qayğı göstərir. İstehsal qüvvələrinin inkişafının, müasir miqyası və sürəti (tempi), ətraf mühitin mü- hafizəsi və təbii sərvətlərdən düzgün istifadə olun- ması məsələlərinə daha ciddi yanaşmağı tələb edir. Bu məsələ çox böyük iqtisadi və sosial əhəmiyyət kəsb edir. Çünki, söhbət, insanların sağlamlığının qorunmasından və müstəqil ölkəmizin milli sərvət- lərinin rasional istifadə olunmasından gedir. Bunlarla yanaşı, bu məsələ insanlığın, gələcək nəslin taleyini həll edir. Deməli, bu problemə kompleks surətdə, ümumdövlət mövqeyindən yanaşmaqla, ətraf mühitin vəziyyətini qətiyyətlə yaxşılaşdırmalı və bu işə nəza- rət gücləndirilməlidir. Bu məsələlərin kəskinliyi bir də onunla izah edilir ki, indiyə kimi istehsalat sahəsində təbiətdən istifadə prosesləri idarəetmə sistemində müstəqil bir ünsür kimi çıxış etməmişdir. Bəzən istehsalatın inkşafı məsələləri
Recommended publications
  • Issn 2224-0683 Труды Института Микробиологии
    1 ISSN 2224-0683 ТРУДЫ ИНСТИТУТА МИКРОБИОЛОГИИ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА, 2017, ТОМ 15, № 2 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MİKROBİOLOGİYA İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ, 2017, CİLD 15, № 2 TRANSACTION OF THE INSTITUTE OF MICROBIOLOGY OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES, 2017, VOLUME 15, № 2 BAKI - 2017 2 Kitab Azərbaycan Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitunun (Az1004, Bakı ş., M.Mushfiq 103.; Tel/fax (+994) 12 502-44-70; E-mail – [email protected]) Elmi Şurasının qərarı ilə 2003-cü ildən nəşr edilir. UOT 579.017.7-8 : 579.22-26 : 579.61-69 : 579.81-88 : 582.281-288 Redaksiya heyəti: Məmməd Əhəd oğlu Salmanov – biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Pənah Zülfiqar oğlu Muradov - biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Podqorski Valentin Stepanoviç – biologiya elmlər doktoru professor, akademik(Ukraina) Zurab Şalvoviç Lomtatidze – biologiya elmləri dokrotu, professor(Gürcüstan) İlham Müqbil oğlu Əzimov - baytarlıq elmləri dokrotu, professor Nəriman Məmməd oğlu İsmaylov - biologiya elmləri dokrotu, professor Xudaverdi Qənbər oğlu Qənbərov - biologiya elmləri dokrotu, professor Fəxrəndə Əmir qizi Sadiqova – tibb elmləri doktoru, professor Ramiz Kəbutər oğlu Səfərov - biologiya elmləri dokrotu, professor Fəridə Xosrov qızı Qəhrəmanova - biologiya elmləri dokrotu, professor Gülər Mircəfər qızı Seyidova – biologiya elmləri doktoru Rəyçilər B.ü.e.d.,prof. Fərayət Ramazan qızı Əhmədova B.ü.e.d.,dos. Svetlana Yusif qızı Qasımova B.f.d.,dos. Könül Fərrux qızı Baxşəliyeva F.D.dos. Ələddin Həsən oğlu Qədimova F.D. Gülrux Hacı qızı Dilbazi AMEA-nın Mikrobiologiya İnstitutunun elmi əsərləri. Bakı, 2017, c. 15, № 2, 74 s İSSN 2224-0683 Kitab müxtəlif elmi-tədqiqat institutlarında və ali məktəblərdə mikrobiologiya(tətbiqi, tibbi və baytarlıq), mikologiya, eləcə də ümumi biologiya və ekologiya sahələrində aparılan elmi tədqiqat işlərinin materialları əsasında hazırlanıbdır.
    [Show full text]
  • E718 March 1, 2003
    E718 March 1, 2003 REPUBLIC OF AZERBAIJAN STATE AMELIORATION AND IRRIGATION COMMITTEE Public Disclosure Authorized Attached to the Cabinet of Ministers INTERNATIONAL DEVELOPMENT ASSOCIATION Public Disclosure Authorized IRRIGATION DISTRIBUTION SYSTEM AND MANAGEMENT IMPROVEMENT PROJECT Public Disclosure Authorized ENVIRONMENTAL ASSESSMENT ENVIRONMENTAL MANAGEMENT AND MONITORING PLAN United Nations Food and Agriculture Organisation FINAL DRAFT March 1, 2003 Public Disclosure Authorized 01/03/03 IRRIGATION DISTRIBUTION SYSTEM AND MANAGEMENT IMPROVEMENT PROJECT ENVIRONMENTAL ASSESSMENT ENVIRONMENTAL MANAGEMENT AND MONITORING PLAN 1. INTRODUCTION 1.1 Background 1.2 Objective 1.3 World Bank Safeguard Policies 1.4 Methodology 1.5 Consultation Process 2. ENVIRONMENTAL POLICY, LEGAL & INSTITUTIONAL FRAMEWORK 2.1 Policy Context 2.2 Legal/Regulatory Framework for Environmental Management/Assessment 2.3 Institutional Framework for Environmental Management and Assessment 3. KEY NATURAL AND SOCIO-ECONOMIC PARAMETERS OF AZERBAIJAN 3.1 Natural Setting 3.2 Socio-Economic Factors Associated with Water Management and Irrigation 4. ANALYSIS OF BASELINE CONDITIONS 4.1 Description of Project 4.2 Analysis of Project Alternatives 4.3 Description of the Physical/Biological Environment 4.4 Description of Socio-Economic Context 4.5 Description of Stakeholders and Beneficiaries 5. ASSESSMENT OF PRINCIPAL ENVIRONMENTAL AND SOCIAL IMPACTS AND PROPOSED PREVENTIVE ACTIONS AND MITIGATION MEASURES 5.1 Anticipated Positive Social and Environmental Impacts 5.2 Anticipated
    [Show full text]
  • Administrative Territorial Divisions in Different Historical Periods
    Administrative Department of the President of the Republic of Azerbaijan P R E S I D E N T I A L L I B R A R Y TERRITORIAL AND ADMINISTRATIVE UNITS C O N T E N T I. GENERAL INFORMATION ................................................................................................................. 3 II. BAKU ....................................................................................................................................................... 4 1. General background of Baku ............................................................................................................................ 5 2. History of the city of Baku ................................................................................................................................. 7 3. Museums ........................................................................................................................................................... 16 4. Historical Monuments ...................................................................................................................................... 20 The Maiden Tower ............................................................................................................................................ 20 The Shirvanshahs’ Palace ensemble ................................................................................................................ 22 The Sabael Castle .............................................................................................................................................
    [Show full text]
  • Azərbaycanın Su Ehtiyatlarının
    İmanov F.Ә., Әlәkbәrov A.B. AZƏRBAYCANIN SU EHTİYATLARININ MÜASİR DƏYİŞMƏLƏRİ VƏ İNTEQRASİYALI İDARƏ EDİLMƏSİ Monoqrafiya “Azərsu” ASC-nin “Sukanal” Elmi-tədqiqat və Layihə İnstitutunun Elmi Texniki Şurasının 1 saylı 31 yanvar 2017-ci il tarixli və Bakı Dövlət Universitetinin Coğrafiya Fakültəsi Elmi Şurasının 1 saylı 8 fevral 2017-ci il tarixli və qərarı ilə çap olunur. Bakı – Mütərcim – 2017 UOT 551.48 Rәyçilәr: c.e.d., prof. MAHMUDOV R.N., Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin Hidrometeorologiya ETİ g.-m.e.d. İSRAFİLOV Y.H., AMEA-nın Geologiya vә Geofizika İnstitutu İmanov F.Ə., Ələkbərov A.B. AZƏRBAYCANIN SU EHTİYATLARININ MÜASİR DƏYİŞMƏLƏRİ VƏ İNTEQRASİYALI İDARƏ EDİLMƏSİ. – Bakı: Mütərcim, 2017. – 3 s . Monoqrafiya Azərbaycan52 Respublikasınınəh yerüstü və yeraltı su ehtiyatlarının kə- miyyət və keyfiyyət göstəricilərinin təhlilinə, ehtiyatlarına, istifadəsinə, müasir də- yişmələrinə həsr olunmuşdur. Göstərilmişdir ki, hazırda ölkənin transsərhəd çayla- rının sularından qonşu ölkələrdə də geniş istifadə edilir və onlar Azərbaycan ərazi- sinə çirkləndirilmiş vəziyyətdə daxil olur. Monoqrafiyada su ehtiyatlarının idarəçi- liyində inteqrasiyalı yanaşmanın effektivliyi şərh edilir. Kitabda Azərbaycanın su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi üzrə Milli Fəaliyyət Planı, daşqınların idarə edilməsi, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, bir sıra digər məsələlər haqqında da məlumat verilmişdir. Monoqrafiya ”Hidrometeorologiya”, “Hidrogeologiya”, “Su təsərrüfatı”, “Hidro- texnika”, “Ekologiya“ ixtisasları
    [Show full text]
  • Təbiətdən Istifadənin Iqtisadiyyati
    RAİBƏ CƏFƏROVA TƏBİƏTDƏN İSTİFADƏNİN İQTİSADİYYATI (dərs vəsaiti) Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21.02.2014-cü il tarixli 222 saylı əmri ilə nəşr olunmuşdur. BAKI – 2014 1 downloaded from KitabYurdu.org Böyük tövsiyələri ilə elmdə ilk addımlarımı atdığım, bu vəsaitin ərsəyə gəlməsində yaxından köməklik göstərib, dəyərli məsləhətlər verən hörmətli akademik Ziyad Səmədzadəyə böyük minnətdarlığımı bildirirəm. Raibə Məmmədbağır qızı Cəfərova 3 downloaded from KitabYurdu.org MÜNDƏRİCAT GİRİŞ .................................................................................7 FƏSİL I. TƏBİƏTDƏN İSTİFADƏNİN İQTİSADİYYATI FƏNNİNİN NƏZƏRİ ƏSASLARI 1.1. Təbiətdən istifadənin iqtisadiyyatı fəninin tarixi və mahiyyəti ..............................................11 1.2. Təbiətdən istifadənin iqtisadiyyatı fənninin predmeti, məqsəd və vəzifələri ............................17 1.3. Təbiətdən istifadənin iqtisadiyyatı fənninin tədqiqat metodları və elmlər sistemində mövqeyi ...............................................................19 1.4. Təbiətdən istifadənin iqtisadiyyatı fəninin metodiki əsasları ..................................................23 1.5. Təbiətqoruyucu və resursqoruyucu fəaliyyətdə biznes plan ...........................................................28 1.6. Təbii ehtiyatların istifadasində iqtisadiyyatın rolu .......................................................................31 1.7. Təbiətdən istifadənin iqtisadiyyatının ekoloji və iqtisadi əsasları ................................................35 FƏSİL II.
    [Show full text]
  • General Information
    Administrative Department of the President of the Republic of Azerbaijan P R E S I D E N T I A L L I B R A R Y GENERAL INFORMATION CONTENTS I. General information about the country ............................................................................................ 2 National Holidays ................................................................................................................................... 3 II. AZERBAIJAN STATE SYMBOLS ................................................................................................. 4 1. (Constitution article) Article 23 ........................................................................................................ 4 2. National Flag ...................................................................................................................................... 5 3. National Emblem ................................................................................................................................ 6 4. National Anthem ................................................................................................................................ 7 III. STATE STRUCTURE AND POLITICAL SYSTEM ................................................................... 8 1. President of the Republic of Azerbaijan .......................................................................................... 9 2. The Legal System of the Republic of Azerbaijan .......................................................................... 10 3. The Legislative Power .....................................................................................................................
    [Show full text]
  • MÖVZUSUNDA II RESPUBLİKA ELMİ KONFRANSININ M a T E R İ a L L a R I (24 Dekabr 2020-Ci Il)
    TƏBİƏT VƏ ELM beynəlxalq elmi jurnal Jurnal İMPAKT FAKTORLUDUR _________________________________________________________________ «TƏBİƏT ELMLƏRİNİN ƏSASLARI» MÖVZUSUNDA II RESPUBLİKA ELMİ KONFRANSININ M A T E R İ A L L A R I (24 dekabr 2020-ci il) NATURE AND SCIENCE International scientific journal Journal has IMPACT FACTOR ________________________________________________________________ M A T E R I A L S OF THE II REPUBLICAN SCIENTIFIC CONFERENCE ON «FUNDAMENTALS OF THE NATURE SCIENCES» (24 December, 2020) Bakı – 2020 – Baku TƏŞKİLAT KOMİTƏSİ SƏDR: Eldar Qasımov – tibb elmləri doktoru, professor SƏDR MÜAVİNLƏRİ: Mübariz Hüseyinov – “Təbiət və elm” beynəlxalq elmi jurnalın baş redaktoru Elçin Hüseyn – biotibb elmləri doktoru MƏSUL KATİB: Dürdanə Hümbətova – filologiya üzrə fəlsəfə doktoru, dosent ÜZVLƏR: İbrahim Cəfərov – AMEA-nın müxbir üzvü Elşad Qurbanov – AMEA-nın müxbir üzvü Zöhrab Qarayev – tibb elmləri doktoru, professor İbadulla Ağayev – tibb elmləri doktoru, professor Maarif Cəfərov – fizika-riyaziyyat elmləri doktoru, professor Elçin Ağayev – tibb elmləri doktoru, professor Eldar Məsimov – fizika-riyaziyyat elmləri doktoru, professor Aytəkin Axundova – biologiya üzrə fəlsəfə doktoru, dosent THE ORGANIZING COMMITTEE CHAIRMAN: Eldar Gasimov – doctor of medical science, professor DEPUTY CHAIRMAN: Mubariz Huseinov – editor -in - chief of the international scientific journal "Nature and science" Elchin Huseyn – doctor of biomedical sciences EXECUTIVE SECRETARY: Durdana Humbatova – PhD in philology, docent MEMBERS: Ibrahim Jafarov
    [Show full text]
  • Earth Observation – Space Technology
    1 Earth Observation – Space Technology Rustam B. Rustamov, Saida E. Salahova, Maral H. Zeynalova and Sabina N. Hasanova Institute of Physics, Azerbaijan National Academy of Sciences, ENCOTEC –Engineering & Consulting Technologies, Institute of Botany, Azerbaijan National Academy of Sciences, Architecture and Construction University/ENCOTEC LLC, Baku, Azerbaijan 1. Introduction For monitoring of the Earth thousands of satellites have been sent into space on missions to collect data related different spheres of the Earth investigations and studies. Today, the ability to forecast weather, climate, and natural hazards, environmental monitoring and ecological issues depend critically on these satellite-based observations. Based on this data it is possible to gather satellite images frequently enough to create the model of the changing planet, improving the understanding of Earth's dynamic processes and helping society to manage limited resources and environmental challenges. Earth observations from space open and makes requirement to address scientific and societal challenges of the future. Space technologies play the significant role in the sustainable development in national, regional and global level. Modern and advances of the Earth observation techniques are taking a great importance amongst existing traditional technologies. Radar remote sensing is one of the new Earth observation technologies with promising results and future. Interferometric SAR (InSAR) is a sophisticated radar remote sensing technique for combining synthetic aperture radar (SAR) complex images to form interferogram and utilizing its phase contribution to land topography, surface movement and target velocity. Presently considerable applications of InSAR technique are developed. It is an established technique for precise assessment of land surface movements and generating high quality digital elevation models (DEM) from spaceborne and airborne data.
    [Show full text]
  • Coğrafiya Və Təbii Resurslar, №1 (7), 2018
    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Institute of Geography named after acad. H.A.Aliyev, ANAS Azərbaycan Coğrafiya Cəmiyyəti Azerbaijan Geographical Society Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri COĞRAFİYA VƏ TƏBİİ RESURSLAR Proceedings of the Azerbaijan Geographical Society GEOGRAPHY AND NATURAL RESOURCES 2018 №1 (7) Coğrafiya və təbii resurslar, №1 (7), 2018 BAŞ REDAKTOR: akademik Ramiz Məmmədov REDAKSİYA HEYƏTİ: c.e.d., prof. Fərda İmanov (baş redaktorun müavini), akademik Axmetkal Medeu (Qazaxıstan), akademik Qərib Məmmədov, akademik Məmməd Salmanov, c.e.d., prof. Tapdıq Həsənov, c.e.d. Zakir Eminov, c.e.d. Rəna Qaşqay, c.e.d. Hüseyn Xəlilov, c.e.d. Yaqub Qəribov, c.e.d. Rza Mahmudov, c.ü.f.d. Nazim Bababəyli, c.ü.f.d. Məhərrəm Həsənov, c.ü.f.d. Mirnuh İsmayılov (məsul katib), a.e.ü.f.d. Mətanət Əsgərova, p.e.ü.f.d. Oqtay Alxasov Redaktor: Zahid Əhmədov Buraxılışına məsul: Mail Xəlilov Kompüter tərtibatçısı: Emil Cəbrayılov Jurnal AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda yığılmış və səhifələnmişdir. Redaksiyanın ünvanı: AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ 1143, Bakı ş., H.Cavid pr., 115 Telefon: (+99412) 539 3376 www.gsaz.az *** EDITOR-IN-CHIEF: academician Ramiz Mammadov EDITORIAL BOARD: Dr. geog., prof. Farda İmanov (deputy of editor-in-chief), academician Akhmetkal Medeu (Kazakhstan), academician Garib Mammadov, academician Mammad Salmanov, dr. geog., prof. Tapdyg Hassanov, dr. geog. Zakir Eminov, dr. geog. Rena Gashgay, dr. geog. Huseyn Khalilov, dr. geog. Yagub Garibov, dr. geog. Rza Mahmudov, PhD geog. Nazim Bababeyli, PhD geog. Maharram Hassanov, PhD geog. Mirnuh İsmayilov (executive secretary), PhD agr.
    [Show full text]