Xaçmaz Xaçmaz Xaçmaz: Görüşlər, Düşüncələr
Nizami Xudiyev XAÇMAZ XAÇMAZ XAÇMAZ: GÖRÜŞLƏR, DÜŞÜNCƏLƏR... SEÇİLMİŞ ƏSƏRLƏRİ XI cild «Elm və təhsil» Bakı - 2014 2 Elmi redaktor: Yaqub Mahmudov AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor Rəyçi: Kamal Abdullayev AMEA-nın həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor Xudiyev N.M. Xaçmaz. Bakı, “Elm və təhsil”, 2014. Kitabda Azərbaycan rayonları içərisində xüsusi yeri olan, Azərbaycanın “Şimal qapısı” adlandırılan Xaçmazın tarixi keçmişinə nəzər salınır, əhalisinin etnik tərkibi, şəhərsalma mədəniyyəti, iqtisadiyyatı, arxeoloji material-larına aid mənbələr tədqiq olunur, Xaçmazda bu gün aparılan misilsiz quruculuq işlərinin inkişafından danışılır. “Heydər Əliyev və Xaçmaz”, “İlham Əliyev və Xaçmaz” bölmələrində isə Ulu öndərimizin və möhtərəm Prezidentimizin Xaçmaza uğurlu səfərlərindən söhbət açılır. Xaçmaz rayonu Azərbaycanın ən gözəl guşələrindən Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. biridir. Burada təbiət də gözəldir, torpaq da münbitdir və bunların hamısından əhəmiyyətli odur ki, buranın adamları da qəhrəmandır, fədakardırlar. Heydər Əliyev 4602000000 ---------------- qrıflı nəşr V 098 - 2014 © “Təhsil”, EİM, 2010 Biz Xaçmaz rayonunun timsalında bu gün Azər © “Elm və təhsil”, 2014 baycanda apardığımız siyasətin nəticələrini görürük. ilham Əliyev 4 BİR NEÇƏ SÖZ Bu gün Azərbaycan xalqı öz tarixinin ən məsul dövrünü yaşayır, dövlət müstəqilliyini möhkəmləndirmək, onu dönməz, əbədi etmək üçün səylə çalışır, ərazi bütövlüyünün bərpası yolunda məqsədyönlü tədbirlər həyata keçirir, gələcək xoş güzəranını təmin etmək məqsədilə misli görünməmiş nailiyyətlər əldə edir. Ülvi hisslərlə yaşayan hər birimiz arzu edirik ki, doğma ocağımızda daim işıq yansın, firavan yaşayaq, balalarımızın gələcəyi xoşbəxt olsun, ata-analarımız ahıl yaşlarında layiqli ömür sürsünlər. Bu həm də o deməkdir ki, dövlətimiz möhkəmlənsin, qloballaşan dünyaya daha yaxından inteqrasiya edərək tərəqqinin önündə getsin, insan hüquqları, qanunçuluq ali məqsədə çevrilsin, azad söz, azad insan, demokratiya gündən-günə inkişaf etsin, çiçəklənsin.
[Show full text]