BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ ВЕСТНИК БАКИНСКОГО УНИВЕРСИТЕТА NEWS OF BAKU UNIVERSITY ISSN 1609-0586 HUMANİTAR elmlər seriyası серия ГУМАНИТАРНЫХ НАУК series of HUMANITARIAN SCIENCES №4.2017 3 Baş redaksiya heyəti: Məhərrəmov A.M. (baş redaktor), Kazımzadə A.H. (baş redaktorun müavini), Əliyeva İ.N., Məmmədov Y.Ə., Əliyev İ.Ə., Əfəndiyev V.Ə., Xələ- fov A.A., Məmmədəliyev V.M., Paşayeva N.A., Quliyeva Ş.T. (məsul katib). Seriyanın redaksiya heyəti: Zeynalov İ.X. (redaktor), İsmayılov X.İ. (redaktorun müavini), Quliyeva S.Z. (məsul katib), Əliyeva İ.S., Qurbanov A.İ., Əlizadə Y.M., Rzayev A.Ə., Əzizov E.Z., Hacıyev A.C., Hacıyev S.T., İsmayılov X.İ., Vəliyev Ş.Q., Məmmədov C.Ə., Vəliyev M.T., Rüstəmov R.Ə. B.310.30.IV.1999 © «Bakı Universiteti Nəşriyyatı», 2017 4 BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ №4 Humanitar elmlər seriyası 2017 DİLÇİLİK UOT 46.21.07 AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRINDƏ PARALELİZMİN LİNQVOPOETİK XÜSUSİYYƏTLƏRİNİN TƏDQİQAT TARİXİ G.R.ABBASOVA Bakı Dövlət Universiteti
[email protected] Məqalədə Azərbaycan və ingilis dillərində paralelizmin linqvopoetik aspektdə tədqiqat tarixindən bəhs edilir. Linqvistik paralelizmin Azərbaycan və ingilis poeziyasında araşdırıl- ması müəyyən tarixi dövr keçmişdir. Bu dövr ərzində bir sıra dilçilər məsələyə linqvopoetik nöqteyi-nəzərdən yanaşaraq araşdırmış və bu sahədə öz tövhələrini vermişlər. Onların araş- dırmalarının nəticəsində paralelizmin və onun növlərinin Azərbaycan və ingilis poeziyasında işlənmə tezliyi və xüsusiyyətləri geniş şərh olunmuşdur. Açar sözlər: paralelizm, linqvopoetik xüsusiyyətlər, poeziya, tədqiqat tarixi, həmcins üzvlər. Azərbaycan və ingilis dillərində paralelizmin linqvopoetik xüsusiyyətlə- rinin araşdırılması müəyyən tarixi dövr keçmişdir. Linqvistik paralelizmi ayrı- lıqda Azərbaycan və ingilis poeziyasında tədqiqata cəlb edən alimlər onun linq- vopoetik xüsusiyyətlərinin müəyyənləşdirilməsində əsaslı araşdırmalar aparmış və əhəmiyyətli fikirlər söyləmişlər.