2 NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMĠ ƏSƏRLƏR, 2016, № 6(74) NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 6 (74) НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 6 (74) ƏDƏBĠYYATġÜNASLIQ HÜSEYN HƏġĠMLĠ Naxçıvan Dövlət Universiteti E-mail :
[email protected] UOT 82: 316. 3 UNUDULMUġ TƏRCÜMƏÇĠ ƏLƏKBƏR QƏRĠB NAXÇIVANLI Açar sözlər: Azərbaycan ədəbiyyatı, tərcüməçi, Ələkbər Qərib Naxçıvanlı Key words: Azerbaijan literature, translator, Alekper Garib Nakhchivanli Ключевые слова: Азербайджанская литература, переводчик, Алекпер Кариб Нахчыванлы Ələkbər Qərib Naxçıvanlı (Abbasov Ələkbər Tağı oğlu) 1910-30-cu illərdə ədəbi prosesdə yaxından iştirak edən istedadlı sənətkarlarımızdan biridir. Onun ―Ələkbər Qərib‖, ―Əliəkbər Naxçıvanlı‖ , ―Ələkbər Abbasov‖, ―Ə. Qərib‖ və digər imzalarla çap etdirdiyi roman, povest və hekayələr, publisistik və ədəbi-tənqidi məqalələr, müxtəlif xalqların ədəbiyyatından etdiyi tərcümələr istedad və zəhmətin, ciddi yaradıcılıq axtarışlarının məhsuludur. Təqdim olunan məqalədə ədibin tərcüməçilik fəaliyyətini ilk dəfə olaraq sistemli şəkildə nəzərdən keçirəcəyik Ələkbər Qərib Naxçıvanlı bədii, publisistik və tərcüməçilik fəaliyyətinə hələ Qori Müəl- limlər Seminariyasında 1909/1913-cü illərdə təhsil alarkən başlamışdır. Ədibin həmyerlisi və Qori Müəllimlər Seminariyasında tələbə yoldaşı, yazıçı-publisist Əli Səbri Qasımov sonralar təhsil illərini xatırlayarkən müəllimləri, məşhur pedaqoq və ədəbiyyatşünas Firudin bəy Köçərlinin bir çox tələbələri, o cümlədən Ələkbəri ədəbi yaradıcılığa həvəsləndirdiyini