74 Humanitar 2016.Pdf

Total Page:16

File Type:pdf, Size:1020Kb

74 Humanitar 2016.Pdf 2 NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMĠ ƏSƏRLƏR, 2016, № 6(74) NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 6 (74) НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 6 (74) ƏDƏBĠYYATġÜNASLIQ HÜSEYN HƏġĠMLĠ Naxçıvan Dövlət Universiteti E-mail : [email protected] UOT 82: 316. 3 UNUDULMUġ TƏRCÜMƏÇĠ ƏLƏKBƏR QƏRĠB NAXÇIVANLI Açar sözlər: Azərbaycan ədəbiyyatı, tərcüməçi, Ələkbər Qərib Naxçıvanlı Key words: Azerbaijan literature, translator, Alekper Garib Nakhchivanli Ключевые слова: Азербайджанская литература, переводчик, Алекпер Кариб Нахчыванлы Ələkbər Qərib Naxçıvanlı (Abbasov Ələkbər Tağı oğlu) 1910-30-cu illərdə ədəbi prosesdə yaxından iştirak edən istedadlı sənətkarlarımızdan biridir. Onun ―Ələkbər Qərib‖, ―Əliəkbər Naxçıvanlı‖ , ―Ələkbər Abbasov‖, ―Ə. Qərib‖ və digər imzalarla çap etdirdiyi roman, povest və hekayələr, publisistik və ədəbi-tənqidi məqalələr, müxtəlif xalqların ədəbiyyatından etdiyi tərcümələr istedad və zəhmətin, ciddi yaradıcılıq axtarışlarının məhsuludur. Təqdim olunan məqalədə ədibin tərcüməçilik fəaliyyətini ilk dəfə olaraq sistemli şəkildə nəzərdən keçirəcəyik Ələkbər Qərib Naxçıvanlı bədii, publisistik və tərcüməçilik fəaliyyətinə hələ Qori Müəl- limlər Seminariyasında 1909/1913-cü illərdə təhsil alarkən başlamışdır. Ədibin həmyerlisi və Qori Müəllimlər Seminariyasında tələbə yoldaşı, yazıçı-publisist Əli Səbri Qasımov sonralar təhsil illərini xatırlayarkən müəllimləri, məşhur pedaqoq və ədəbiyyatşünas Firudin bəy Köçərlinin bir çox tələbələri, o cümlədən Ələkbəri ədəbi yaradıcılığa həvəsləndirdiyini vurğulayaraq yazmışdı: ―Firidun bəy bizdə ədəbiyyata böyük maraq oyatdığının nəticəsi olaraq Rəcəb Əfəndiyev, Ələkbər Abbasov (Qərib), Zülfüqar Ağakişibəyov və mən rus ədiblərindən Azərbaycan dilinə bir sıra əsərlər tərcümə etməyə və əsər yazmağa başladıq‖ (6, s.269). Ələkbər Naxçıvanlı (Abbasov) 1912-ci ildə rus sentimentalisti N.M. Karamzinin (1766- 1826) ―Bədbəxt Liza‖ əsərini dilimizə çevirmiş və həmin ildə Bakıda ayrıca kitabça kimi nəşr etdirmişdir (10). Həmin kitabçanın üzərində aşağıdakı qeyd var: ―Məktəb‖ jurnalının vəsaiti ilə çap olunur‖. ―Bədbəxt Liza‖ Azərbaycan dilində çap olunduqdan sonra jurnalın redaksiyası onu öz oxucularına göndərmişdir. Bu barədə jurnalın 7 dekabr 1913-cü il tarixli 19-cu sayında müvafiq məlumat vardır. Ədəbiyyatşünas Alməmməd Alməmmədov da 1982-ci ildə çapdan çıxmış ―Azər- baycan-rus ədəbi əlaqələri‖ kitabında bu fakta diqqət yetirmişdir (1, s.132). ―Bədbəxt Liza‖nın tərcüməsinin əvvəlində Ələkbər Qəribin ―Ə.Abbasov‖ imzası ilə verilmiş qısa qeydləri də vardır ki, bu da onun müəyyən ədəbi düşüncələrinin ifadəsi kimi maraq doğurur. İndiyədək tədqiq olunmadığını nəzərə alıb ―Bədbəxt Liza‖nın tərcüməsinə Ə.Abbasovun yazdığı qısa ―Müqəddimə‖ni bütövlükdə xatırladırıq: ―Rus ərbabi-qələmlərindən Qara Mirzə (N.M. Karamzin) ―Bədbəxt Liza‖ ünvanlı bir kiçik roman yazmışdır. Bu roman ən əvvəl Peterburq jurnallarının birində dərc olunmuşdu. Bir az müddət keçməmiş bu balaca əsər Rusiyada çoxlarının diqqətini cəlb etdi və müəllifinin adı cəmi aləmi-ürfanda başqa bir hörmət və mərhəmət ilə söy- lənirdi.Bu suzişli əsər sair lisanlara da tərcümə olunmuşdur.Bəndə də özümə cürət verib bu romanı lisanımıza tərcümə etdim ki, qarein yoldaşlarımı rus ədəbiyyatının şair və ədibi-şəhiri Puşkindən irəli sultanlıq edən Qara Mirzənin ruhuna, əfkarına, hissiyyatına ixtisarən aşina olsunlar.Qara Mirzə hekayəni başlamadan irəli Moskva şəhərinin ətraf və əknafı ilə də qareini aşina edir‖. 3 Bu kiçik qeydlər Ə. Qəribin rus ədəbiyyatına bələdliyini bir neçə cəhətdən səciy- yələndirməyə imkan verir. Hər şeydən öncə, diqqəti o məqam çəkir ki, Ə. Qərib yazıçı N.M. Karamzinin tatar mənşəli olmasına işarə edərək onun soyadını Qara Mirzə (Karamzin) kimi yazmışdır. Digər tərəfdən, N.M.Karamzinin sentimentalist yazıçı olduğunu nəzərə alaraq gənc mütərcim ―Bədbəxt Liza‖nı ―suzişli əsər‖ (yanıqlı, təsirli əsər- H.H.) saymaqla onun da bu səp- kidə qələmə alındığını məxsusi vurğulamışdır. ―Bədbəxt Liza‖ povestini oxumaqla N.M.Karam- zinin ―hissiyyatına aşina olmaq‖ barədəki qeyd də bu cəhətdən səciyyəvidir. Nəhayət, o da razılıq doğurur ki, Ələkbər Qərib Abbasov müqəddimədə N.M. Karamzini haqlı olaraq A.S.Puşkinə qədərki rus ədəbiyyatının ən məşhur siması kimi dəqiq qiymətləndirmişdir. Ə.Qəribin dilimizə çevirdiyi ―Bədbəxt Liza‖ tərcüməsi ilə tanışlıq müsbət təəssürat oyadır. Gənc mütərcim orijinalın ruhunu saxlamağa səy göstərmişdir. Əsərin sentimentalist qayəsi, emosional təhkiyə tərzi, lirik ovqatı, üslub özəllikləri tərcümədə əsasən qorunmuşdur.Təsəvvür naminə əsərdən bir parçaya nəzər salaq. Lizanın həyatının son anları, axırıncı sözləri tərcümədə belə ifadə olunmuşdur: ― - Anyuta, əzizim, bu pulları apar anama təslim et və ona deginən ki, mən bu böyük müsibətdə bir onun əleyhinə bulunmuşam. Zira adam cildinə girmiş səngdil heyvana... E..r... Ah, onun adını bilmək nə lazım? De ki, bir bivicdan adama mehr-məhəbbətim olduğunu ondan pünhan etdim və adam bivəfa olub, mənim haqqımda təcavüzlər etmişdir. Təvəqqe et ki, məni əfv buyur- sun. Allah-taala əvəz verəndir. İndi mən sənin əlini öpən kimi sən də möhtərəm anamın əlini öpüb, deyərsən, bədbəxt Liza sənin əllərini öpməyini istirham etmişdir. Və deginən ki, Liza... Burada özünü suya tulladı. Anyuta qışqırıb, aman istədisə də, vəli nicat verməkdən ümid kəsilmişdi‖ . Göründüyü kimi, mütərcimin seçib işlətdiyi sözlər və ifadələr ideya-bədii qayəni ümumən yaxşı əks etdirmişdir. Belə nümunələrin sayını artırmaq olar.Tərcüməçi bir çox səhifələrdə əsəri sadə üslubda çevirməyə, koloriti saxlamağa da nail olmuşdur. Bütün bunlar gənc mütərcimin yaradıcılıq uğuru sayıla bilər. Tərcümədə Ə.Abbasov bəzi ixtisarlar aparmışdır. Məsələn, povestin əvvəlindəki giriş xa- rakterli müfəssəl təsvir tərcümədə yoxdur. Bunu mütərcim kitaba yazdığı ön söz xarakterli qısa qeydlərdə bir cümlə ilə belə ümumiləşdirmişdir: ―Qara Mirzə hekayəni başlamadan irəli Moskva şəhərinin ətraf və əknafı ilə də qareini aşina edir‖.Tərcümənin bəzi səhifələrində isə mütərcimin həm ixtisarları, həm də əlavələri ilə qarşılaşırıq. Məsələn, Lizanın atası ilə əlaqədar bir cümlənin tərcüməsinə baxaq: Orijinalda: ―Но скоро по смерти его жена и дочь обедняли‖ (16). Burada deyilir ki, onun ölümü ilə (ölümündən sonra) arvadı və qızı yoxsullaşdılar, bədbəxt oldular. Tərcümədə: ―Bain həmə, neçə-neçə səbəblərə binaən onun vəfatından zövcəsi, sevgili qızı biçiz və fəğir qalmışdılar‖. Göründüyü kimi, tərcümədə ―neçə-neçə səbəblərə görə‖ ifadəsi artıqdır. Mütərcim bir çox məqamlarda rus dilindəki söz və ifadələrin Azərbaycan dilindəki paralelini, qarşılığını dürüst taparaq yerli-yerində işlətmişdir. Lakin o qədər də dəqiq seçilməyən bəzi söz və ifadələr də tərcümədə nəzərdən yayınmır. Məsələn, anası nəsihət zamanı Lizaya deyir: ―Лучше кормиться трудами своими и ничего не брать даром‖ (16). (Yaxşı olar ki, öz zəhmətimizlə dolanaq (ruzi qazanaq) və havayı heç nə qəbul etməyək‖). Ə. Abbasovun tərcüməsində həmin cümlə belə verilib:―Yaxşı olar ki, öz əlimizin zəhməti ilə ruzi qazanıb, güzəran edək və heç vaxt bir kimsədən müftə bir dinar da qəbul etməyək‖. Tərcümədə ―havayı heç nə qəbul etməyək‖ əvəzinə verilən ―müftə bir dinar da qəbul etməyək‖ ifadəsi özünü doğrultmur, çünki rus qadının dilində Şərq üçün səciyyəvi olan ―dinar‖ pul vahidinin işlənməsi yanlışdır. Bu deyilənlər Ə. Abbasovun uğurlu sayıla biləcək tərcüməsinin əhəmiyyətini azaltmır. Gənc mütərcim ümumən çətin bir işin öhdəsindən yaxşı gəlmişdir. 4 Onu da nəzərə alaq ki, Ə.Qəribin 1912-ci ildə N. M. Karamzinin ―Bədbəxt Liza‖ əsərini qısa ixtisarla dilimizə çevirərək nəşr etdirməsi Avropa sentimentalist nəsrindən Azərbaycan dilinə tərcümə olunmuş ilk əsər idi. Ə. Qəribin tərcüməçilik fəaliyyəti 1920/1930-cu illərdə daha ardıcıl və əhatəli xarakter daşımışdır. 1927-ci ilin sonlarından etibarən Bakıda nəşriyyat sistemində çalışan ədib həm müxtəlif bədii nümunələri məharətlə Azərbaycan dilinə çevirərək nəşr etdirmiş, həm də bir çox tərcümə kitablarının redaktoru olmuşdur. Ə.Qəribin diqqətəlayiq bədii tərcümələrindən biri məşhur rus ədibi M.Y.Lermontovun (1814-1841) ―Zəmanəmizin qəhrəmanı‖ romanıdır. Həmin tərcümə 1929-cu ildə Bakıda Azərnəşr tərəfindən nəşr olunmuşdur (12). Kitabın redaktoru tanınmış şair-tərcüməçi Əhməd Cavad idi. Onu da deyək ki, bu nəşr M.Y.Lermontovun ―Zəmanəmizin qəhrəmanı‖ romanının Azərbaycan dilinə ilk tərcüməsi deyildi. Müxtəlif vaxtlarda ədəbiyyatşünaslardan Ə. Səidzadə, L. Səmədova bu barədə fikir söyləmişlər. Prof.Şamil Qurbanov isə dəqiqləşdirmişdir ki, 1900-cü ildə Binəli bəy Qazi Arif Əfəndizadə Vaçnazi ―Zəmanəmizin qəhrəmanı‖nı dilimizə çevirib. Bu tərcümə barədə 1908-ci ildə ―İrşad‖ qəzeti də məlumat vermişdir. (11). Sonralar da bəzi ədəbiyyatşünaslarımız Binəli bəyin tərcüməsini maraqlı bir fakt kimi yada salmışlar. Bütün bunların müqabilində 2014-cü ilin oktyabrında, M.Y.Lermontovun təvəllüdünün 200 illiyi qeyd olunduğu bir vaxtda müxtəlif qəzetlərdə və saytlarda ―Zəmanəmizin qəhrəmanı‖nın Binəli bəy tərəfindən edilmiş tərcüməsinin guya yenicə tapılması barədə informasiya verilməsi təəssüf doğurur. Yuxarıda göstərdiyimiz kimi, M.Y.Lermontovun ―Zəmanəmizin qəhrəmanı‖ əsərinin Ələkbər Qərib tərəfindən Azərbaycan dilinə edilmiş tərcüməsi 1929-cu ildə Bakıda çap olunmuşdur. Tərcümənin çapını ədəbi ictimaiyyət maraqla qarşılamış, ümumən yüksək qiymətləndirmişdir. Gələcəyin məşhur akademiki, o zaman gənc ədəbiyyatşünas kimi tanınan Məmməd Arif Dadaşzadə Ə.Qəribin bu tərcüməsi ilə əlaqədar eyni adlı resenziya yazıb ―İnqilab və mədəniyyət‖ jurnalının 1929-cu ildəki 5-ci sayında ―FİRA‖ imzası ilə (―Arif‖ sözünün
Recommended publications
  • İlahə Hacıyevanın Elmi Məqalələrinin Siyahısı Publications Presentations Projects Conferences Seminars Honours and Awar
    İlahə Hacıyevanın elmi məqalələrinin siyahısı Publications 1) “Jalil Mammadguluzadeh’s Prosaic Language”, AUL, Scientific News, 2008, Presentations N: 3 Projects 2) Article: “Manifestation Forms of Association in Ramiz Rovshan poems”, Conferences “Philological Issues”, “Science Education”, Baku-2012, page 312 Seminars 3) “Love poems written under the influence of Nizami in the 19th century”, AUL, “ 18th Republic Scientific Conference Materials of PhD Students and Honours and awards Young Researchers”, 2nd cover, Baku 2013, page 48 Memberships 4) “The Comparison of Nizami’s “Khosrov and Shirin” couplet with Nakam’s References “Farhad and Shirin” couplet, “Philological Issues”, “Science and education”, Citations Baku-2013, page 386 Courses 5) “Usage form and methods of “Khamsa” tradition in Ismayil Bay Nakam’s Certifications work”, “Second international scientific conference of Young researchers”, Caucasus University, April 18-19, Baku-2014, page 250 6) “One of the poets following Nizami’s tradition Mirza Huseyn Bay Chaker’s life and work in the 19th century Azerbaijan Literature”, AUL, “Scientific News”, Baku-2014, page 19 7) “Сходства и разхождение от нормы в произведение “Лейли и Меджнун М.Г.Чакера и Н.Генджеви”, “Збірник наукових праць” Гілея: науковий вісник”, (ISSN) - 2076-1554, 27.08.2014 8) “The compliance with Nizami’s “Khamsa” topics in Fadai’s “Bakhtyyarname”, International scientific conference material named “Eatern Folk Literature: tradition and modernity”, Baku-Science 2014. 9) “Similarities and differences between Nizami and Mirza Huseyn Bay Chaker’s Leyli and Majnun couplets”, “Risale” collection of articles, November 19, 2014 10) “Social and political motives of independence period in Bakhtiyar Vahabzadeh poesy”, “Science-Education” Baku-2014, N 6 11) “Adherence to traditions and deviation from standard norms in Hagiri Tabrizi’s “Leyla and Majnun” of Hagiri Tabrizi’s “Leyla and Majnun” poem”, Turkish Studies International Periodical for the Languages, Literature and History of Turkish or Turkic Volume 10/12 Summer 2015, p.
    [Show full text]
  • Sədərək Seçki Dairəsi Şərur Rayonu Üzrə 1 Axaməd Bələdiyyəsi 2
    Azərbaycan Respublikasında seçki keçiriləcək bələdiyyələrin siyahısı 1 saylı Şərur - Sədərək seçki dairəsi Şərur rayonu üzrə 1 Axaməd bələdiyyəsi 2 Qorçulu bələdiyyəsi 3 Kürkənd bələdiyyəsi 4 Kürçülü bələdiyyəsi 5 Yengicə bələdiyyəsi 6 Alışar bələdiyyəsi 7 Xələc bələdiyyəsi 8 Düdəngə bələdiyyəsi 9 Zeyvə bələdiyyəsi 10 Cəlilkənd bələdiyyəsi 11 Mahmudkənd bələdiyyəsi 12 Oğlanqala bələdiyyəsi 13 Dəmirçi bələdiyyəsi 14 Kərimbəyli bələdiyyəsi 15 Maxta bələdiyyəsi 16 Şəhriyar bələdiyyəsi 17 Muğanlı bələdiyyəsi Sədərək rayonu üzrə 18 Qaraağac bələdiyyəsi 19 Heydərаbad bələdiyyəsi 20 Sədərək bələdiyyəsi 2 saylı Şərur seçki dairəsi 1 Şərur bələdiyyəsi 2 Gümüşlü bələdiyyəsi 3 Havuş bələdiyyəsi 4 Yeni Havuş bələdiyyəsi 5 Həmzəli bələdiyyəsi 6 Məmmədsabir bələdiyyəsi 7 Muğancıq Mehrab bələdiyyəsi 8 Sərxanlı bələdiyyəsi 9 Yuxarı Yaycı bələdiyyəsi 10 Ərəbyengicə bələdiyyəsi 11 Tumaslı bələdiyyəsi 12 Aşağı Daşarx bələdiyyəsi 13 Arbatan bələdiyyəsi 14 Dərvişlər bələdiyyəsi 15 Çəmənli bələdiyyəsi 16 Qarahəsənli bələdiyyəsi 17 Aşağı Aralıq bələdiyyəsi 18 Tənənəm bələdiyyəsi 19 Axura bələdiyyəsi 20 Qarxun bələdiyyəsi 21 Aşağı Yaycı bələdiyyəsi 22 İbadulla bələdiyyəsi 23 Qışlaqabbas bələdiyyəsi 24 Siyaqut bələdiyyəsi 25 Kosacan bələdiyyəsi 26 Yuxarı Daşarx bələdiyyəsi 27 Dərəkənd bələdiyyəsi 28 Püsyan bələdiyyəsi 29 Xanlıqlar bələdiyyəsi 30 Ələkli bələdiyyəsi 31 Vərməziyar bələdiyyəsi 32 Çərçiboğan bələdiyyəsi 33 Yuxarı Aralıq bələdiyyəsi 34 Çomaxtur bələdiyyəsi 35 Danyeri bələdiyyəsi 36 Dizə bələdiyyəsi 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi Babək
    [Show full text]
  • Arpaçay Vadisinin Tunc Dövrü Arxeoloji Abidələri
    AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİ ZEYNƏB QULİYEVA ARPAÇAY VADİSİNİN TUNC DÖVRÜ ARXEOLOJİ ABİDƏLƏRİ “Elm və təhsil” Bakı – 2014 1 AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 11 sentyabr 2014-cü il tarixli10/11 nömrəli qərarına (protokol №10) əsasən nəşr olunur Elmi redaktor və ön sözün müəllifi: V.Baxşəliyev AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Rəyçilər: V.Əliyev AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor H.Qədirzadə AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Varlığına hər zaman ehtiyac duyulan əziz valideyinlərimizin unudulmaz xatirəsinə ithaf edirəm. Kitabın çap olunmasına göstərdiyi maliyyə dəstəyinə görə qardaşım Hacı Yusif Kərim oğlu Quliyevə minnətdaram. Zeynəb Quliyeva. Arpaçay vadisinin Tunc dövrü arxeoloji abidələri. Bakı: Elm və təhsil, 2014, 192 səh. Monoqrafiya Şərqi Arpaçayın Naxçıvan Muxtar Respublikası ərazisinə daxil olan vadisində yerləşən Tunc dövrü abidələrinə həsr olunmuşdur. Əsərdə arxeoloji qazıntılar zamanı Arpaçay abidələrindən aşkar edilən materiallar və muzey fondlarında saxlanılan maddi mədəniyyət nümunələrinin bir qisminin müqayisəli təhlili verilmiş, onların qrafik təsviri və fotoşəkillərindən ibarət albom, həmçinin Şərur rayonunun arxeo-coğrafi xəritəsi əks olunmuşdur. Monoqrafiyadan Azərbaycan, o cümlədən Naxçıvan tarixinin öyrənilməsində, ümumiləşdirici əsərlərin, dərs vəsaitlərinin, xüsusi nəşrlərin hazırlanmasında, tələbələrin kurs və buraxılış, magistrlərin dissertasiya işlərinin yazılmasında istifadə edilə bilər. 4504000000 грифли няшр N098 2014 © Zeynəb Quliyeva 2014
    [Show full text]
  • Firudin Həsən Oğlu Rzayev Naxçivan
    FİRUDİN HƏSƏN OĞLU RZAYEV NAXÇIVAN MAKROTOPONİMLƏRİNİN LİNQVİSTİK XÜSUSİYYƏTLƏRİ Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Rəyasət Heyətinin 13 iyul 2018–ci il (protokol № 16) 16/10 №-li qərarı ilə çapa təqdim edilmişdir. NAXÇIVAN- 2019 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİ, İNCƏSƏNƏT, DİL VƏ ƏDƏBİYYAT İNSTİTUTU Baş məsləhətçi: İ.M.HACIYEV AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor Elmi redaktor: A.M.BABAYEV Filologiya elmləri doktoru, professor Elmi rəyçi: Ə.A.QULİYEV AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor F.H.RZAYEV. Naxçıvan makrotoponimlərinin linqvistik xüsusiyyətləri. Bakı: ADPU nəşr. 2019, 244 s. Monoqrafiyada Naxçıvan ərazisindəki makrotoponimik sistemin oykonim, oronim, hidronimik adarın tarixi məlumatlardakı yeri, daşıdığı mənalar, bu mifik inancların əski mənbə və salnamələrdə yeri ətraflı tədqiq edilmişdir. Bu makrotoponimlərə daxil olan adlar arxiv materialları və qaynaq məlumatları əsasında linqvistik təhlilə cəlb edilmiş, qədim sözlər qruplaşdırılmışdır. Onların prototürk-Azərbaycan dili elementləri olduğu lüğətlər əsasında tədqiq edilmiş, dilimizin əski dövrlərinə dair yeni tarixi faktlar elmi cəhətdən sübut edilmişdir. Naxçıvan makrotoponimlərinin yayım arealı və ümumtürk onomastik vahidləri ilə müqayisəli təhlil edilərək, dilimizin ilkin ifadə imkanları elmi baxımdan əsaslandırılmışdır. Kitab elmi tədqiqatla məşğul olan aspirant, dissertantlar və digər elmi təbəqələrin nümayəndələri, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulur. 2 GİRİŞ Ən qədim sivilizasiya
    [Show full text]
  • Azər¬Bay¬Can Mil¬Li Elm¬Lər Aka¬De¬Mi¬Ya¬Si
    AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FƏLSƏFƏ VƏ SOSİOLOGİYA İNSTİTUTU ISSN 2219-9810 (Print) ELMİ ƏSƏRLƏR BEYNƏLXALQ ELMİ-NƏZƏRİ JURNAL 2020, №2/35 SCIENTIFIC WORKS THE INTERNATIONAL SCIENTIFIC AND THEORETICAL JOURNAL Jurnalın indekslənməsi / Indexed by . 2 Fəlsəfə və Sosiologiya İnstitutu ELMİ ƏSƏRLƏR Beynəlxalq elmi-nəzəri jurnal. 2006-cı ildən nəşr edilir. ISSN (Print) 2219-9810 Jurnal 17 fevral 2006-cı ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir (№ 1704). «Elmi əsərlər» beynəlxalq elmi-nəzəri jurnal öz fəaliyyətini Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın qərarları, öz əsasnaməsi və beynəlxalq standartların tələblərinə əsasən təşkil edib. Jurnalın əsas məqsədi Azərbaycan elminin inkişaf etməsi üçün layiqli töhfələr vermək, fəlsəfə, politologiya, siyasi elmlər, psixologiya və sosiologiya üzrə aparılan tədqiqatları öz səhifələrində işıqlandıraraq dünya elmini onlarla tanış etmək, geniş elmi müzakirələrə səbəb ola biləcək problemlərin fənlərarası yanaşma müstəvisində araşdırılmasının nəticələrinin, alim və tədqiqatçılar arasında elmi diskussiya yaradacaq postneoklassik elmin paradiqmaları, yenilikləri barədə araşdırmaların geniş yayılmasına vəsilə olmaqdır. Məqalələr Azərbaycan, rus, türk və ingilis dillərində, ildə 2 dəfə dərc olunur. Jurnalda müəlliflərin şəxsi maraqlarını əks etdirən, elmi-nəzəri, praktik nəticəsi olmayan məqalələr qəbul edilmir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər sırasındadır. © Elmi əsərlər 2020 SCIENTIFIC
    [Show full text]
  • An Open Letter from World-Wide Poets Addressed to United Nations
    1 An open letter from World-wide Poets addressed to United Nations Secretary-General Ban Ki-moon, President of the European Commission José Manuel Barroso, and President of the United States, Barack Obama. Dear Sirs, After more than a century of systematic crimes such as genocide, slavery, sexual abuse, war crimes, and discrimination, being a Hazara still appears to be a crime in Afghanistan and Pakistan. As recently as Thursday, January 10, 2013, more than one-hundred Hazara were killed in an organized terrorist attack on the city of Quetta, Pakistan. In the past few years, more than a thousand Hazaras were killed in similar attacks in Pakistan alone. Today, even in their homeland, Afghanistan, Hazaras are not safe. Every year, they are attacked by Afghan Kuchis who are backed by the Taliban and the Afghan government. Hazara roads are blocked by Taliban gunmen. Hazara cars are halted and its passengers are killed. In the center of Afghanistan, where a huge population of Hazaras are marginalized, they do not have access to basic legal rights. They still suffer systematic discrimination and Taliban attacks. As a result, millions of Hazaras have fled to numerous countries as refugees or asylum seekers, frequently living in terrible conditions. The Hazara indigenous people made up nearly 67 percent of the population of Afghanistan prior to the 19th century. In that century, they were subjected to genocide and enslavement twice. They were forced to flee most of their land, located in the south of modern Afghanistan. More than 60 percent of them were killed and thousands were sold as slaves.
    [Show full text]
  • Truth Is Immortal
    1 Ministry of Culture and Tourism of the Republic of Azerbaijan HAVVA MAMMADOVA KHODJALY: MARTYRS AND WITNESSES Armenian terrorism as an integral part of the international one Baku 2006 2 Az.83.3 H 12 Translator: Aliyev Javanshir Aziz oglu Editor: Rahimova Vusala Novruz gyzy Proof-reader: Valiyev Hafiz Heydar oglu Havva Mammadova: Khodjali: Victims and Witnesses. Publishing House "House of Tales", Baku 2005, 248 pp. In this book there are used of materials, submitted by the Ministry of State Security of Azerbaijan Republic, the State Committee on affairs of the citizens taken prisoners, disappeared without a trace and taken hostage of Kodjali district Executive Power. The illustrations are taken from the photo archive of Azerbaijan State News Agency (AzerTadj) and the individual albums of the inhabitants of Khodjali. ISBN 9952-21-023-X © Havva Mammadova, 2006 © Ministry of Culture and Tourism of the Republic of Azerbaijan 2006 3 BY THE AUTHOR "Heroic and courageous sons of our nation fighting for the sake of protection of our lands have become martyrs. But the Khodjaly tragedy has significant place in all of these events. From one hand it's a sample of faith of each Khodjaly inhabitant to own land, nation and Motherland. From other hand, it's a genocide caused by the nationalistic and barbarian forces of Armenia against Azerbaijan as well as an unprecedented expression of bigotry" Heydar Aliyev Khodjaly... In 1992 the name of this ancient settlement of Azerbaijan spread all over the world and the tragedy happened here remained in the history of mankind as one of the most murderous events.
    [Show full text]
  • YENİ KİTABLAR Annotasiyalı Biblioqrafik Göstərici
    YENİ KİTABLAR Annotasiyalı biblioqrafik göstərici 2014 № 2 BAKI - 2014 YENİ KİTABLAR Annotasiyalı biblioqrafik göstərici 2014 № 2 BAKI - 2014 Baş redaktor : K.M.Tahirov fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Tərtibçilər: L.Talıbova, L.Bağırova Yeni kitablar: biblioqrafik göstərici /baş red. K.Tahirov; tərt. ed.: L.Talıbova [və b.]; M.F.Axundov adına Azərbаycаn Milli Kitabxanası.- Bakı, 2014.- № 2.- 271 s. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2014 Göstərici haqqında M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası 2006-cı ildən “Yeni kitablar” adlı annotasiyalı biblioqrafik göstərici nəşr etməyə başlamışdır. Vəsaiti hazırlamaqda məqsəd oxucu və mütəxəssisləri Milli Kitabxanaya daxil olan yeni ədəbiyyatla tanış etməkdir. 2007-ci ildən etibarən bu biblioqrafik vəsait rüblük hazırlanır. Milli Kitabxananın hazırladığı “Yeni kitablar” annotasiyalı biblioqrafik göstəricinin bu buraxılışında 2014- cu ilin aprel ayından iyun ayınadək kitabxanaya daxil olmuş 1189 ədəbiyyat öz əksini tapmışdır. Adətən materiallar bölmələrin daxilində əvvəlcə Azərbaycan dilində, sonra rus və xarici dillərdə əlifba sırası ilə düzülmüşdür. Göstəricidən istifadəni asanlaşdırmaq məqsədi ilə müəlliflərin və sərlövhələrin əlifba göstəricisi də verilmişdir. Nəşrlə bağlı arzu və rəylərini Milli Kitabxanaya bildi- rən mütəxəssislərə əvvəlcədən öz təşəkkürümüzü bildiririk. Ünvan: AZ-1000 Bakı şəh., Xaqani küç. 29. E mail: [email protected] URL: www.anl.az 3 Riyaziyyat 1. Ar2014/2 Qasımov, E.A. Bəzi qarışıq məsələlərin həllinə 45 inteqral çevirmələrin tətbiqi [Mətn]: riyaz. üzrə elm. d-ru dər. dis. avt.: 1211.01 /Elmağa Qasımov; AMEA, Riyaziyyat və Mexanika İn- tu.- Bakı, 2014.- 44 s. 2. Ar2014/1 Məmmədov, K.K. Dəyişənlərinin bir hissəsi 20 tam qiymətlər alan bəzi xətti proqramlaşdırma məsələlərinin tədqiqi və həll üsullarının işlənməsi [Mətn]: riyaz. üzrə fəls.
    [Show full text]
  • Naxçıvan Dialekt Və Şivələrinin Lüğəti
    NAXÇIVAN DİALEKT VƏ ŞİVƏLƏRİNİN LÜĞƏTİ AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 21 aprel 2017-ci il tarixli 05/15 nömrəli (pr.№5) qərarı ilə çapa məsləhət görülmüşdür. Əbülfəz Quliyev Nuray Əliyeva Naxçıvan-2017 Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Elmi redaktor: İbrahim BAYRAMOV filologiya üzrə elmlər doktoru, professor Rəyçi: Rəşad ZÜLFÜQAROV filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Aman oğlu Quliyev, Nuray Yadigar qızı Əliyeva. Naxçıvan dialekt və şivələrinin lüğəti. Naxçıvan, “Əcəmi” nəşriyyatı, 2017, 296 səh. Kitabda Naxçıvanın ayrı-ayrı rayon və kəndlərində işlədilən dialekt sözlər toplanmış, onların mənası dəqiqləşdirilmiş, işlənmə məqamları aydınlaşdırılımışdır. Toplanan bu sözlər dilimizin tarixini, xalqımızın çox-çox qədimlərə gedib çıxan keçmişini, həyatını, məişətini özündə əks etdirir. Belə sözləri dialekt və şivələrdən seçmək, onların semantikasını müəyyənləşdirmək dilimizin keçmişinə də işıq tutur, dil tariximizi öyrənmək üçün mühüm faktlar verir. Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutlmuşdur. Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir. Qrant № EİF-KETPL-2-2015-1(25)-56/55/5 4700000000 053-2017 “Əcəmi” 2017 2 ÖN SÖZ Naxçıvan Muxtar Respublikası Azərbaycanın ən qədim bölgələrindən biridir. O, Araz çayının sol qolu olan Naxçıvan çayının sahilində yerləşir. Ərazisinin təxminən 70 %-i dəniz səviyyəsindən 1000 m yüksəklikdədir. Regionun zəngin təbiəti və əlverişli coğrafi mövqeyi qədim zamanlardan insanların burada məskən salmaları üçün şərait yaratmışdır. Ərazidən tapılan maddi-mədəniyyət nümunələri və arxeoloji abidələr bu yaşayış məskəninin 500-300 min illik bir tarixə malik olduğunu göstərməkdədir. Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Cənubi Qafqazın ən cənub rayonlarından olub, Kiçik Qafqazın cənub-qərb hissəsində yerləşir. Ərazisi simal və şimal-şərqdən Ermənistan, cənub və cənub-qərbdən İran İslam Respublikası və Türkiyə ilə həmsərhəddir.
    [Show full text]
  • İncəsənət Və Mədəniyyət Problemləri Jurnalı
    AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА MEMARLIQ VƏ İNCƏSƏNƏT İNSTİTUTU INSTITUTE OF ARCHITECTURE AND ART ИНСТИТУТ АРХИТЕКТУРЫ И ИСКУССТВА İncəsənət və mədəniyyət problemləri Beynəlxalq Elmi Jurnal N 2 (76) Problems of Arts and Culture International scientific journal Проблемы искусства и культуры Международный научный журнал Bakı - 2021 Baş redaktor: ƏRTEGİN SALAMZADƏ, AMEA-nın müxbir üzvü (Azərbaycan) Baş redaktorun müavini: GULNARA ABDRASİLOVA, memarlıq doktoru, professor (Qazaxıstan) Məsul katib : RAMİL QULİYEV, sənətşünaslıq üzrə fəlsəfə doktoru (Azərbaycan) Redaksiya heyətinin üzvləri: ZEMFİRA SƏFƏROVA – AMEA-nın həqiqi üzvü (Azərbaycan) RƏNA MƏMMƏDOVA – AMEA-nın müxbir üzvü (Azərbaycan) RƏNA ABDULLAYEVA – sənətşünaslıq doktoru, professor (Azərbaycan) SEVİL FƏRHADOVA – sənətşünaslıq doktoru (Azərbaycan) RAYİHƏ ƏMƏNZADƏ - memarlıq doktoru, professor (Azərbaycan) VLADİMİR PETROV – fəlsəfə elmləri doktoru, professor (Rusiya) KAMOLA AKİLOVA – sənətşünaslıq doktoru, professor (Özbəkistan) MEYSER KAYA – fəlsəfə doktoru (Türkiyə) VİDADİ QAFAROV – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent (Azərbaycan) Editor-in-chief: ERTEGIN SALAMZADE, corresponding member of ANAS (Azerbaijan) Deputy editor: GULNARA ABDRASSILOVA, Prof., Dr. (Kazakhstan) Executive secretary: RAMIL GULIYEV Ph.D. (Azerbaijan) Members to editorial board: ZEMFIRA SAFAROVA – academician of ANAS (Azerbaijan) RANA MAMMADOVA – corresponding-member of ANAS (Azerbaijan) RANA ABDULLAYEVA – Prof., Dr. (Azerbaijan)
    [Show full text]
  • An Open Letter from World-Wide Poets Addressed To
    1 An open letter from World-wide Poets addressed to United Nations Secretary-General Ban Ki-moon, President of the European Commission José Manuel Barroso, and President of the United States, Barack Obama. Dear Sirs, After more than a century of systematic crimes such as genocide, slavery, sexual abuse, war crimes, and discrimination, being a Hazara still appears to be a crime in Afghanistan and Pakistan. As recently as Thursday, January 10, 2013, more than one-hundred Hazara were killed in an organized terrorist attack on the city of Quetta, Pakistan. In the past few years, more than a thousand Hazaras were killed in similar attacks in Pakistan alone. Today, even in their homeland, Afghanistan, Hazaras are not safe. Every year, they are attacked by Afghan Kuchis who are backed by the Taliban and the Afghan government. Hazara roads are blocked by Taliban gunmen. Hazara cars are halted and its passengers are killed. In the center of Afghanistan, where a huge population of Hazaras are marginalized, they do not have access to basic legal rights. They still suffer systematic discrimination and Taliban attacks. As a result, millions of Hazaras have fled to numerous countries as refugees or asylum seekers, frequently living in terrible conditions. The Hazara indigenous people made up nearly 67 percent of the population of Afghanistan prior to the 19th century. In that century, they were subjected to genocide and enslavement twice. They were forced to flee most of their land, located in the south of modern Afghanistan. More than 60 percent of them were killed and thousands were sold as slaves.
    [Show full text]
  • The Independence Period Poetry of Azerbaijan and “Kitabi Dede- Gorgud”
    BEST: International Journal of Humanities, Arts, Medicine and Sciences (BEST: IJHAMS) ISSN (P): 2348-0521, ISSN (E): 2454-4728 Vol. 5, Issue 02, Feb 2017, 59-68 © BEST Journals THE INDEPENDENCE PERIOD POETRY OF AZERBAIJAN AND “KITABI DEDE- GORGUD” NIZAMI MURADOGLU Research Scholar, National Academy of Sciences of Azerbaijan, Institute of Folklore, Azerbaijan ABSTRACT The subject of article has been organized with the poems which published in various magazines and books appealing to the characters and the motifs of “The Book of Dede Gorgud”, by our poets after Azerbaijan gained its independence (1991). The subject is wide, urgent and comphrensive that is why learning of poems that written on this sphere are considered as an important direction. One of the important directions which connect the poetry with folklore in independence period of Azerbaijan is to bring the characters and motifs of the epos “The Book of Dede Gorgud” to the poetry. In this period in the poetic activities of the poets the usage from the epos of Dede Gorgud is seen clearly. Using from the characters and motifs of the Dede Gorgud majority of the poets try to show their connection of poetical thinking style with the folk literature. The poems by master poets such as Shahriyar, Mammad Araz, Bakhtiyar Vahabzade, Sohrab Tahir, Sabir Rustamkhanli, Ramiz Rovshan, Zalimkhan Yagub, Vagif Bayat, Fikret Goja, Musa Yagub and many young poets assume a special importance. The scientific innovations of investigation are to learn the characters and motifs of “The Book of Dede Gorgud” from the modern scientific-theoretical aspect in Azerbaijan independence period poems.
    [Show full text]