Naxçıvan- İslam Mədəniyyətinin Paytaxtıdır
Total Page:16
File Type:pdf, Size:1020Kb
Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Səməd Vurğun adına Mərkəzi Kitabxana Naxçıvan- İslam mədəniyyətinin paytaxtıdır (Biblioqrafik vəsait) Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən 2018-ci il Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunması münasibəti ilə. Bərdə 2018 Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı akı şəhərində 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı tədbirlərin lazımi səviyyədə keçirilməsini təmin etmək məqsədilə qərara alıram: 1. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın: Təşkilat Komitəsinin sədri Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri Təşkilat Komitəsinin üzvləri Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü Səyyad Salahlı – Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü Aynur Sofiyeva – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü Əsgər Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Natəvan Qədimova – Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Məmməd Qəribov – Naxçıvan Muxtar Respublikasının təhsil naziri Azad Cabbarov – Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü Dağbəyi İsmayılov – Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) baş direktorunun müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü Urxan Ələkbərov – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü Vasim Məmmədəliyev – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü Vasif Eyvazzadə – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Əsgər İsmayılov – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüqar Babayev – Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi 2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi Naxçıvan şəhərinin 2018- ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirlər planını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 2 iyun 2016-cı il. Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri Naxçıvan haqqında Naxçıvan dünyanın ən qədim şəhər məskənlərindən biridir. Şərqdə və bütün dünyada ən qədim şəhərlərdən biri hesab olunur. Orta əsr tarixçisi Stefan Orbelyani Naxçıvanın e.ə. 1539-cu ildə şəhər olduğu haqda məlumat vermişdir. Sistemləşdirilmiş yazılı mənbələr, Naxçıvan ərazisindən arxeoloji qazıntılar zamanı əldə olunan arxeoloji materiallar, məhşur Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələr sübut edir ki, Naxçıvan şəhərinin 5 min il yaşı vardır. Tarixin müxtəlif mərhələrində yadelilərin işğalı altına keçməsinə, dağıdıcı müharibələr meydanına çevrilməsinə baxmayaraq, Naxçıvan öz tarixi-mədəni simasını qoruyub saxlamışdır. 1917-ci ilin onlarından ermənilərin Naxçıvana qarşı ərazi iddialarının xüsusilə güclənməsi 1918-ci ilin əvvəllərində real təhlükəyə çevrildi. 1920-ci ildə Rusiya ilə Ermənistan arasında imzalanmış hərbi-siyasi sazişə görə Azərbaycan torpağı olan, Zəngəzurun verilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi Naxçıvanın muxtariyyəti məsələsini gündəliyə gətirdi. 1921-ci il 16 martda bağlanmış Moskva və 1921-ci il 13 oktyabrda bağlanmış Qars müqavilələri Naxçıvanın taleyinin həll edilməsində böyük əhəmiyyətə malik oldu. 1924-cü il fevralın 9-da Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Diyarı naxçıvan Muxtar Respublikasına çevrildi. Naxçıvan ərazisindən arxeloji qazıntılar zamanı əldə olunan materiallar, Bəşər sivilizasiyasının ilkin beşiklərindən hesab olunan Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələr sübut edir ki, Naxçıvan şəhərinin 5 min il yaşı var. Unikal iqlimi, təbii imkanları qədim zamanlardan Naxçıvana şöhrət gətirib, burada oturaq həyatı şətləndirib. XII yüzillikdə Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvan möhtəşəm tarix-mədəniyyət yadigarları ilə zəngindir. Müsəlman Şərqində ilk dəfə qadının şərəfinə ucaldılan Möminə xatın türbəsi, Yusif Küseyiroğlu məqbərəsi və digər abidələr burada memarlıq məktəbinin banisi Əcəmi Naxçıvani zəkasının izləri ölkəmizin hüdudlarından kənarda da özünü göstərmişdir. Naxçıvanın tarixinə qısa baxış Naxçıvan dövləti Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq Kiçik Qafqazın cənubunda hər tərəfdən çılpaq dağlarla əhatə olunmuş çökık,“çuxura” bənzər relyef formasındadır. 1827-ci ilin ortalarında Naxçıvan diyarı Rusiya imperiyasının tərkibinə keçdikdən sonra inzibati mahallara bölünmüşdür. 1828-ci ildə Naxçıvan xanlığındakı Naxçıvan və Ordubad dairələrində, Xok, Dərələyəz, Əylis, Dəstə, Çənnəb və Biləv mahalları yaradılmışdır. Çar Rusiyası 18-ci yüz illikdə Qafqazı o cümlədən də Cənubi Qafqaz ərazilərini ələ keçirməklə burada inzibati coğrafi bölgülər aparmış, topoqrafiq xəritələr çəkmiş məntəqələr arası çapar yollarını bərpa etmişdir. Rusiya imperiyası tərəfindən Cənubi Qafqazda ipək sənayesini inkişaf etdirmək məqsədi ilə Carbalakən-Nuxa və Xankəndi-Ordubadda barama qurdları (kümçülüyü) saxlanması tədbirlərini həyəta keçirmək məqsədi ilə “möcüzəvi” tut ağaclarının əkilb becərilməsinə diqqət artırılmışdır. 1829-cu ildə Şəki və Ordubadda kənd təsərrüfatının ipəkçilik sahəsi olan İpəkqurdu Manufakturaları yaradılmışdır. 1843-cü ildə Şəkidə Təcrübə-İpəkçilik Məktəbi açılmışdır ki, orada ilk kənd təsərrüfatı mütəxəssisləri hazırlanmışdır. 1841-ci ilin 1 yanvar tarixindən Çar Rusiyası tərəfindən Cənubi Qafqazda Naxçıvan qəzası yaradılmışdır. 1847-ci ildə Cənubi Qafqazda kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə Kəndli Əsasnaməsi adlı hüquqi sənədlər toplusu nəşr olunmuşdur. 1850-ci ildə isə Tiflisdə Qafqaz Kənd Təsərrüfatı Cəmiyyəti dövlət qurumu yaradılmışdır. Naxçıvan qəzası İrəvan quberniyasına tabe etdirilməklə ərazisinin sahəsi 4378 kvadrat kilometr (verst), əhalisi 86 min 878 nəfər(1896-cı ilin st.məl.), türk müsəlmanları 86 faiz təşkil etmişdir. 1849-cu ilin 9 iyun tarixindən Naxçıvan qəzası müstəqillik qazanaraq İrəvan quberniyası tərkibində qalmışdır. Naxçıvan qəzasına 1850-60-cı illərdə Tiflisdən və Bakıdan Şuşa(Gorus)- Naxçıvan-İrəvan poçt-çapar yolu çəkilmiş, məntəqələrdə at dəyişmə xidmət stansiyaları yaradılmışdır. 1859-cu ildə Cənubi Qafqazdakı şəhər tipli yaşayış yerlərində yaşıllaşdırma işləri aparılaraq Bakıda Qubernator Bağı, Naxçıvanda isə Padşahlıq Bağında ağac tingləri əkilərək ora su çəkilmişdir. Belə yaşıllaşdırma işləri Yelizavetapolda da (Gəncədə) aparılmışdır. 1840-ci ildə Naxçıvanda ilk qəza məktəbi və 1879-cu ildə isə üç siniflik rus-tatar məktəbi açılaraq, müdiri Məmmədtağı Sidqi (1854-1903) olmuşdur. Azərbaycanda kənd təsərrüfatı işləri ilə məşğul olan ilk mütəxəssis, görkəmli rus torpaqşünası V.V.Dokuçayev(1846-1903) ilə təbiətşünas H.Zərdabi(1842- 1907) olmuşdur. 1875-ci ildə ağranom ixtisaslı ziyalı M.H.Zərdabi tərəfindən “Əkinçi” qəzeti nəşr olunmağa başlamışdır. Həmin illərdə Naxçıvanda ziyalılardan Mirzəmməd bəy Bəktaşi, Məmmədtağı Sidqi, Şahbazağa Kəngərli, Kərbəlayi Musa və başqaları tərəfindən “müqəddəs ağac” adı ilə təbliğ edilən tut tinglərinin əkilib becərilməsi ümumxalq işinə çevrilmişdir. 1887-ci ildə Naxçıvanda xeyriyyəçi ziyalı Balabəy Əlibəyov şəxsi həyətindəki Diyari-Tarixi Keçmişimiz adlı ölkəşunaslıq muzeyində, barama qurdlarını tut ağacı budaqları üzərində nümayiş etdirmişdir. 1892-ci ildə Cəhridə xəstəxana açılmış və 1905-ci ildə Naxçıvan şəhərinə köçürülməklə 14 çarpayılıq olmuşdur. XX əsrin əvvəllərində Naxçıvan şəhərində 4 karvansara, 12 buzxana, 1 zorxana, 5 məktəb (mədrəsə), 2 xəstəxana (azarxana), gömrük, poçt-teleqraf və jandarma məntəqələri olmuşdur. Bundan başqa şəhərdə Cümə və məhəllə