ELMİ ƏSƏRLƏR İSSN 2224-5529 öhjkhgk777775555558777666 5555940X HUMANİTAR ELMLƏR SERİYASI SCIENTIFIC WORKS THE SERIES OF THE HUMANITARIAN SCIENCES НАУЧНЫЕ ТРУДЫ СЕРИЯ ГУМАНИТАРНЫХ НАУК №5(70) NAXÇIVAN, NDU, “QEYRƏT”-2015 NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2015, № 5 (70) NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2015, № 5 (70) НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2015, № 5 (70) ƏDƏBİYYATŞÜNASLIQ HÜSEYN HƏŞİMLİ E-mail :
[email protected] UOT:82.0 FƏRHAD AĞAZADƏNİN “ƏDƏBİYYAT MƏCMUƏSİ” DƏRSLİYİNDƏ AZƏRBAYCAN ƏDƏBİYYATI MƏSƏLƏLƏRİ Açar sözlər: Azərbaycan ədəbiyyatı, Fərhad Ağazadə, “Ədəbiyyat məcmuəsi” Key words: Azerbaijan literature, Farhad Agazade, “Adabiyyat majmuasi” Ключевые слова: Азербайджанская литература, Фархад Агазаде , «Эдебият меджмуеси» Fərhad Ağazadə (1880-1931) iyirminci əsrin ilk otuz ilində Azərbaycan pedaqoji, filo- loji, mədəni və ictimai mühitinin məşhur şəxsiyyətlərindən biridir. Tanınmış ziyalının fəaliyyətinin mühüm bir qolu ədəbiyyatşünaslıqla bağlıdır. Bu məqalədə biz bir sahəyə - F.Ağazadənin “Ədəbiyyat məcmuəsi” dərsliyində klassik söz sənətimizin dəyərləndirilməsi məsələlərinə diqqət yetirəcəyik. 1912-ci ildə Bakıda İsa bəy Aşurbəylinin “Kaspi” mətbəəsində Musa Əsgərzadənin redaktorluğu ilə çap olunmuş “Ədəbiyyat məcmuəsi” adlı 370 səhifəlik dərslik Fərhad Ağazadənin gərgin əməyinin, çoxsahəli çalışmalarının nəticəsi kimi ortaya çıxmış, böyük ma- raq doğurmuşdur. “Bu məcmuə Azərbaycanda dünya ədəbiyyatının tədrisi və tədqiqi, ümumən ədəbi, pedaqoji fikir, eləcə də ədəbi əlaqələr