Filologiya Məsələləri, № 13 2018
Total Page:16
File Type:pdf, Size:1020Kb
Filologiya məsələləri, № 13 2018 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI M. FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU FİLOLOGİYA MƏSƏLƏLƏRİ № 13 Топлу Азярбайъан Республикасы Президенти йанында Али Аттестасийа Комиссийасы тяряфиндян рясми гейдиййа- та алынмышдыр (Filologiya elmləri bюлмяси, №13). Азярбайъан Республикасы Ядлиййя Назирлийи Мятбу няшрлярин рейестриня дахил едилмишдир. Рейестр №3222. «Елм вя тящсил» Бакы – 2018 1 Filologiya məsələləri, № 13 2018 Ъурналын тясисчиляри: Азярбайжан Милли Елмляр Академийасы Ялйазмалар Институту вя «Елм вя тящсил» няшриййаты РЕДАКСИЙА ЩЕЙЯТИ: академик Иса Щябиббяйли, академик Васим Мяммядялийев, академик Теймур Кяримли, akademik Мющсцн Наьысойлу, akademik Низами Ъяфяров, АМЕА-нын мцхbир цзвц, ф.ü.е.д., проф. Ябцлфяз Гулийев, ф.ü.е.д., проф. Вилайят Ялийев, ф.ü.е.д., проф. Fəxrəddin Veysəlli, ф.ü.е.д., проф. Гязянфяр Казымов, ф.ü.е.д., проф. Рцфят Рцстямов, ф.ü.е.д., проф. Надир Мяммядли, ф.ü.е.д., проф. Ябцлфяз Ряъябли, ф.ü.е.д., проф. İsmayıl Məmmədli, ф.ü.е.д., проф. Мясуд Мащмудов, ф.ü.е.д., проф. Nizami Xudiyev, ф.ü.е.д., проф. Həbib Zərbəliyev, ф.ü.е.д., проф. Tofiq Hacıyev, ф.ü.е.д., проф. Sevil Mehdiyeva, ф.ü.е.д., проф. Buludxan Xəlilov, ф.ü.е.д., проф. İlham Tahirov, ф.ü.е.д., ф.ü.е.д., проф. Мцбариз Йусифов, ф.ü.е.д., проф. Гязянфяр Пашайев, ф.ü.е.д., проф. Ъялил Наьыйев, ф.ü.е д., prof. Камиля Вялийева, ф.ü.е.д., prof. Азадя Мусайева, ф.ü.e.d. Paşa Kərimov, f.ü.f.d., dos. Нязакят Мяммядли Бурахылыша мясул: академик Теймур Кяримли Ряйчи: filologiya üzrə elmlər doktoru, professor Надир Мяммядли Филолоэийа мясяляляри. Бакы, 2018, № 13 ISSN 2224-9257 © ”Elm və təhsil” nəşriyyatı, 2018 www. filologiyameseleleri. net 2 Filologiya məsələləri, № 13 2018 DİLÇİLİK NADİR MƏMMƏDLİ Filologiya üzrə elmlər doktoru, professor [email protected] “AZƏRBAYCAN DİLİ”NİN XX VƏ XXI ƏSRLƏRDƏ İDEOLOJİ İNTİBAHI Açar sözlər: ideoloji intibah, türk dili, Azərbaycan dili, dövlət dili, millət və dil, azərbaycançılıq ideologiyası, azərbaycançılıq və qloballaşma. Ключевые слова: идеологическое возрождение, тюркский язык, азер- байджанский язык, государственный язык, народ и язык, идеология азербайджанства, азербайджанство и глобализация. Key words: ideological revival, Turkic language, Azeri language, state lan-guage, people and language, ideology of Azerbaijanism, Azerbaijanism and globalization. XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq türk dünyası - türk xalqlarının milli müstəqillik mübarizəsi geniş vüsət alır. Milli ziyalıları- mızın, ara-sıra mətbuatın dilində «Azərbaycan dili» kəlməsi işlənirdisə, əsrin əvvəllərində müstəqil Azərbaycan Cümhuriyyəti dövlət dilinin adını türk dili olaraq rəsmiləşdirdi. O dövrün mətbuatında türk dili ifadəsi işlənsə də, əslində «Azərbaycan türkcəsi» anlaşılırdı; dövrün qrammatika kitablarında gah «azəri ləhcəsi», «Azərbaycan şivəsi» istilahları işlədilirdi. Ural-Altay ailəsinə mənsub türk-tatar budağına daxil olan dillərdən bəhs edərkən B.Çobanzadə qırğız lisanı, osmanlı türklərinin lisanı, çuvas lisanı və s. ilə yanaşı Azərbaycan lisanı adını çəkir (1). 1936-cı ildə rəsmi Moskva «türk dili» adını «Azərbaycan dili» ilə əvəzləməyi qərar verir. Sovetlər Birliyinin tərkibində olan Azərbaycan Sovet Sosialist Respublikası heç bir əks təsir, təzyiq göstərmədən bu adı qəbul edir. Məhz o zamandan etibarən yazılan fundamental elmi-tədqiqat əsərlərində, qrammatika dərsliklərində «Azər- baycan dili», «Müasir Azərbaycan dili» ifadəsi işlənir. 1991-ci ildə Sovetlər İttifaqının süqutu ilə Azərbaycan xalqı yenidən öz müstəqilliyini əldə etdi. Şübhəsiz ki, müstəqilliyin ən mühüm atributlarından biri dil məsələsidir. Hakimiyyətə gələn Xalq Cəbhəsi dövlət dilinin Azər- baycan dili yox,türk dili ilə əvəz olunmasını, beləliklə tarixi həqiqətin «geri qaytarılması»na təşəbbüs edir. 22 dekabr 1992-ci il tarixli Milli Məclisin iclasında dövlət dilinin adı müzakirəyə çıxarılır. «Azərbaycan Respublika- 3 Filologiya məsələləri, № 13 2018 sının dövlət dili türk dilidir» qərarı səsə qoyulur və lehinə 27 səslə qələbə qa- zanılır. Bütün dövlət strukturları, orta və ali məktəb dərsliklərində Azərbay- can kəlməsi türk sözü ilə əvəz olunur. Bu əvəzolunma ictimaiyyət tərəfindən narazılıqla qarşılanır.Azərbaycanşünaslıq nəzəriyyəsinin əsasını qoyanlardan biri akademik N.Cəfərov «Azərbaycın dili»nin «türk dili» ilə əvəz edilməsini düzgün hesab etmir: a) iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandı- rılması özünü doğrultmur və təcrübədə onları istər-istəməz ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi – Türkiyə türkcəsi) adlandırmaq lazım gəlir; b) Azərbaycan ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar (talışlar, ləzgilər, tatlar, kürdlər və s.) «Azərbaycan dili»nin «türk dili» adlandırılmasından hər hansı halda narahat olurlar, bir sıra qüvvələr isə bundan istifadə edərək «xırda müstəqillik» hisslərini qızışdırırlar; c) «Azərbaycan dili» adlı artıq neçə on illərdir ki, uğurla işlənir, kifayət qədər işlənmə təcrübəsi qazanmışdır (2, 529). Məsələnin ciddiliyini nəzərə alan Ümummilli lider H.Əliyev xalqın və dövlətin adı ilə bağlı müzakirələr keçirir. Müzakirədəki giriş nitqində məsə- lənin qaranlıq nöqtələrinə aydınlıq gətirir: «1921-ci ildə qəbul olunmuş ilk Azərbaycan Konstitusiyasında dövlət dili ilə bağlı heç bir maddə yoxdur. 1937- ci ildə də qəbul edilmiş Azərbaycan Konstitusiyasında dövlət dili haqqında heç bir maddə olmayıbdır. 1956-cı ildə Azərbaycan Respublikasının Ali Soveti 1937-ci ildə qəbul olunmuş Konstitusiyaya dövlət dilinin Azərbaycan dili ol- ması barədə maddə əlavə edib... 1977-1978-ci illərdə biz yeni Konstitusiyanı qəbul edərkən bu məsələ, şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz yeni Konstitusiyada Azərbaycan Dövlət dilinin Azərbaycan dili olması barədə maddə hazırladıq… Mən həmin Konstitusiyanı hazırlayan komissiyanın sədri idim və bu işlərə rəhbərlik edir- dim. 1978-ci ildə, səhv etmirəmsə, aprel ayında biz Konstitusiyanı qəbul etdik. Həmin Konstitusiyada yazıldı ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir» (3, 116-117). Tanınmış ziyalılar, elm və mədəniyyət xadimlərinin iştirakı ilə 1995- ci ilin noyabrın əvvəllərindən müzakirələrə başlandı. Milli kimlik və milli di- lin adı, Azərbaycan milli ideologyası problemi ilə bağlı məsələlər mübahisəli olaraq qalırdı. Azərbaycançılıq ideologiyası əsaslandırılarkən, «Azərbaycan dili» və «Azərbaycan milləti»nin vacibliyi irəli sürülür. Milli ideologiyanın hər hansı bir adla («türkçülük», «azərbaycançılıq», «islamçılıq» və s.) adlan- dırılması müəyyən əhəmiyyət kəsb etsə də, iki faktorun həlli mühüm əhə- miyyət daşıyır: millətin və dilin adı. Millət və dilin adına aydınlıq gətirildik- dən sonra, bütün hallarda milli ideologiya bu iki amil əsasında təşəkkül tapacaq, yəni bir xalqın etnik kimliyi və milli dili nədirsə, müəyyən mənada onun milli ideologiyası da odur. 4 Filologiya məsələləri, № 13 2018 Bu baxımdan bəzi alimlərin (məsələn, N.Cəfərov, S.Xəlilov və b.) azərbaycançılığın mahiyyətinə uyğun olaraq Azərbaycan milləti və Azərbay- can dilini müdafiə etmələri başa düşüləndir. Çünki «Azərbaycan dili»nin varlığı və Konstitusiyada öz əksini tapması «azərbaycançılıq» ideologiya- sının mövcudluğundan bəhs etmək üçün ən vacib ideoloji amildir. Konstitut- siyada «Azərbaycan dili»nin öz əksini tapacağı real həyatın qanunauy- ğunluğu ilə bağlıdır. «Azərbaycançılıq» və «türkçülüy»ün sintezindən çıxış edənlər (mə- sələn, H.Həsənov, Y.Qarayev, K.Abdulla, Anar, Q.Kazımov) hesab edirlər ki, Azərbaycan dilinin “Türk dili”, «Azərbaycan türk dili», «Azəri türk dili», «Azərbaycan türkcəsi» şəklində olması daha məqsədəuyğundur və daha yax- şı olardı. Və bu adların hamısının düzgün olması qənaətinə gəlirlər: «Dili- miz, əlbəttə ki, türk dilidir… Amma bəlkə onu Azərbaycan dili adlandıraq, daha düzgün olar?! Elədir ki var, dilimiz həm də Azərbaycan dilidir. Azər- baycan türk dili necə? Şübhəsiz, o da doğrudur. Dilimiz Azərbaycan türk dilidir… Eyni dilin üç adı? Təəccüblənməyə tələsməyək. Niyə də yox?! Bu adların heç biri digərini inkar etmir» (K.Abdulla). Hər halda ən azı elmi ictimaiyyətə məlumdur ki, bir çox obyektiv səbəblərə görə Azərbaycan və Türkiyə türklərinin minilliklər boyu paylaşdıqları türk dili sonralar müxtəlif yönümdə inkişaf etmişdir. Bu isə daha çox ədəbi dilin formalaşmasında öz təsirini göstərir. Lakin ədəbi dilin fərqli istiqamətdə inkişaf etdiyi dövrlərdə belə Türkiyə ilə Azərbaycanın əksər təbəqləri arasında dil ayrılığı olma- mışdır, bu gün də yoxdur. Anar Rzayev: «Mən yenə də, əvvəllərdə olduğu kimi, dilimizin Azər- baycan türkcəsi, yaxud Azəri türkcəsi adlanmasının tərəfdarıyam. «Azərbay- can türk dili», «Azəri türk dili» söz birləşmələrini də məqbul sayıram. Bu söz birləşmələrində «türk» kəlməsi dilimizin əsrlərdən gələn ənənəvi adıyla bağlıdırsa, «Azərbaycan», yaxud «Azəri» kəlmələri dilimizi Türkiyə türkcə- sindən fərqləndirmək üçündür». İki gün davam edən yekun nəticə belə olur: 1) türk dili, 2) Azərbaycan türk dili və ya Azərbaycan türkcəsi; 3) Azərbaycan dili. Müzakirələrin 5 no- yabr 1995-ci il tarixli yekun iclasında Ümummilli Lider H.Əliyev çıxışında deyir: “... 1978-ci ildə qəbul edilmiş Konstitusiyada Azərbaycan dövlət dili Azərbaycan dili yazıldığına görə və on illər müddətində Azərbaycan dili hə- yatımızın hər yerində bərqərar olduğuna görə biz layihənin 23-cü mad- dəsində yazdıq ki, «Azərbaycanın dövlət dili Azərbaycan dilidir» (3, 147- 148). H.Əliyev tarixi köklərimizə, keçmişimizə hörmətlə yanaşaraq bildirir: «Bizim mənəvi haqqımız var deyək ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb, özünəməxsus adı götürüb və dövlət dili səviyyə- sinə çatıb. İndi