Çalğı Alətlərilə Bağlı Yaradıcılıq Ömrü
Total Page:16
File Type:pdf, Size:1020Kb
ÇALĞI ALƏTLƏRİLƏ BAĞLI YARADICILIQ ÖMRÜ (Səadət Abdullayevanın xatirəsinə) Bakı – 2018 Məsləhətçi, elmi redaktor, ön sözün müəllifi : Zemfi ra Qafarova Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Müəllif və tərtibçi: Rahid Rəhmanov Çalğı alətlərilə bağlı yaradıcılıq ömrü. (Səadət Abdullayevanın xatirəsinə). Bakı: Nurlar, 2018. – 328 s. Kitabda tanınmış musiqişünas, etnoorqanoloq və pedaqoq, sənət şü- naslıq üzrə elmlər doktoru, professor Səadət Abutalıb qızı Abdullayeva- nın həyat və yaradıcılığının əsas tarixləri, ömrünün önəmli günləri qeyd olunur, təhsil illəri, elmi-pedaqoji fəaliyyəti işıqlandırılır. Dərc olunmuş əsərləri, tədris-metodiki və elmi-kütləvi işləri, kitablarının məzmunu və onlara yazılan rəylər, dissertantlara elmi rəhbərliyi, rəsmi opponentliyi, re- daktoru olduğu kitablar və dərs vəsaitləri haqqında məlumat verilir. Onun Azərbaycan musiqişünaslığına gətirdiyi elmi yeniliklər, araşdırmalarının təcrübi əhəmiyyəti, alətşünaslığa, təsviri sənətə dair tövsiyələri, musiqimiz və çalğı alətlərimizə aid fi kirləri açıqlanır. Namizədlik və doktorluq disser- tasiyalarının dəyərləndirilməsi, əsərlərində verilən məlumatların tədqiqat- çıların işlərində istifadəsi, elmi işlərinə edilən istinadlar, həmkar larının yaradıcılığı və şəxsiyyəti barədə baxışları şərh olunur. Kitab musiqişünaslar, tədqiqatçılar, doktorantlar, biblioqrafl ar və ge- niş oxucu kütləsi üçün nəzərdə tutulub. ISBN: 978-9952-508-82-6 © R. Rəhmanov, 2018 ÖN SÖZ Məlum bir həqiqətdir ki, hamımızın fəxr etdiyi Üzeyir Ha- cıbəyli məşhur “Leyli və Məcnun”, “Koroğlu” operaları, ”O ol- masın bu olsun”, “Arşın mal alan” musiqili operettaları ilə Azər- baycan bəstəkarlıq məktəbinin əsasını qoyub. “Azərbaycan xalq musiqisinin əsasları” əsəri musiqisevərlərin masaüstü kitabına çevrilib. Bəstəkarın zəngin yaradıcılığı isə musiqişünaslığın mü- hüm tədqiqat sahəsini təşkil edir. Onun çıxışlarında və məqalələrində xalq musiqisinin müxtə- lif janrlarının öyrənilməsi barədə qeyd etdiyi tövsiyələrinə tələ- bələri və ardıclıları biganə qalmadılar. Muğamlarımız, aşıq sənə- timiz, xalq mahnı və rəqslərimiz müstəqil şəkildə araşdırıldı. Dahi Üzeyir bəyin və onun məktəbinin yetişdirdiyi Qara Qa- rayev, Fikrət Əmirov, Niyazi, Cövdət Hacıyev, Əfrasiyab Bədəl- bəyli, Səid Rüstəmov, Əşrəf Abbasov, Soltan Hacıbəyov, Tofi q Quliyev, Rauf Hacıyev, Cahangir Cahangirov, Süleyman Ələs- gərov, Şəfi qə Axundova, Hacı Xanməmmədov, Zakir Bağırov, Arif Məlikov, Aqşin Əlizadə, Xəyyam Mirzəzadə, Ramiz Mus- tafayev, Vasif Adıgözəlov, Ramiz Mirişli, Tofi q Bakıxanov, Azər Rzayev, Nəriman Məmmədov, Musa Mirzəyev, Oqtay Zülfüqa- rov, Emin Sabitoğlu, Firəngiz Əlizadə, Məmməd Quliyev, Nazim Əliverdibəyov, Oqtay Kazımi, Polad Bülbüloğlu, Telman Hacı- yev, Sevda İbrahimova, Azər Dadaşov, Qalib Məmmədov, İsma- yıl Hacıbəyov, Sərdar Fərəcov, Cəlal Abbasov, Rəhilə Həsənova və başqalarının yaradıcılığı, bəstələdikləri opera, balet, simfonik, kamera-instrumental, instrumental və vokal əsərləri tədqiqata cəlb olundu. Dövrün sınaqlarından çıxmış çalğı alətlərimizin öyrənil- məsi də diqqətdən kənarda qalmadı. Bu işə Azərbaycan Dövlət 4 Çalğı alətlərilə bağlı yaradıcılıq ömrü Konservatoriyasını (indiki Üzeyir Hacıbəyli adına Bakı Mu- siqi Akademiyası) “Azərbaycan xalq musiqisi” ixtisası üzrə ilk məzunlarından (1962) olan Səadət Abdullayeva böyük həvəslə qoşuldu. Bu, heç də təsadüfü deyildi. O, hələ konser- vatoriyada oxuyarkən çalğı alətlərinə böyük maraq göstərirdi. Onun buraxılış diplom işi bu mövzuda idi. Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda əmək fəaliyyətinə başlayanda elmi işini də bu istiqamətdə da- vam etdirdi. Əlbəttə, Səadət Abdullayevanın bir elmi işçi kimi yetişmə- sində institutun Musiqi şöbəsinə rəhbərlik edən Qubad Qasımo- vun, burada çalışan Əminə Eldarova, Elmira Abbasova, Əhməd İsazadə və Bayram Hüseynlinin yaratdıqları işgüzar şəraitin rolu az olmayıb. Təbii ki, Səadət Abdullayeva institut nəzdində fəaliyyət gös tərən aspiranturaya daxil olanda, dissertasiya işinin mövzu- su kimi “Azərbaycan xalq çalğı alətləri”ni seçdi. Bilirdi ki, çalğı alətlərimiz haqqında tutarlı əsər hələ də yazılmayıb. Səadət xanım sənətşünaslıq üzrə namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafi ə edərək, milli çalğı alətlərimiz üzrə ilk elmlər namizədi oldu. Elmi yaradıcılığını yeni iş yerində – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında davam etdirdi. Burada da o, təd- qi qatlarını çalğı alətlərimiz haqqında Respublikamızın müxtəlif guşələrində məşhur çalğıçılardan, musiqi tariximizə yaxşı bələd olan şəxslərdən topladığı məlumatlar əsasında aparırdı. Paytaxt- da və rayon mərkəzlərində yerləşən muzeylərin eksponatları ilə tanış olurdu. Maddi-mədəniyyət abidələrinə, orta əsr musiqişü- naslarının risalələrinə, klassik poeziya nümunələrinə və səyyah- ların qeydlərinə böyük önəm verirdi. Çox keçmir ki, Səadət xa- nım yazdığı məqalə və kitablarına görə alətşünaslıq üzrə öncül mütəxəssis kimi tanınır. Səadət Abdullayevanın xatirəsinə 5 Bir qayda olaraq, araşdırmalarını musiqişünaslığımızda yetə- rincə əks olunmayan məsələlərə yönəldirdi və nəticədə bir sıra elmi yeniliklərə nail olurdu. Onun tədqiq etdiyi məsələlər, əsasən Azərbaycan ərazisində yayılan çalğı alətlərinin tarixi, quruluşu, xətti ölçüləri, səsdüzümü, akustik xüsusiyyətləri, türk məkanında eyni tipli alətlərin müqayisəsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşməsi ilə əlaqədar idi. Səadət Abdullayeva ən məhsuldar musiqişünaslarımızdan sa- yılırdı. O, çalğı alətlərimizə aid 11 kitabın, dərc olunan yüzdən çox məqalənin müəllifi idi. Onun elmi işlərinin praktiki əhəmiyyətinin bariz göstəricisi dissertasiyasında, məqalə və kitablarında verilən məlumatların sıradan çıxmış milli çalğı alətlərimizin bərpa edilməsində istifadə edilməsidir. Bu alətlərin yenidən “həyata” qaytarılmasında, na- mizədlik dissertasiya işinin elmi rəhbəri olduğu Məcnun Kərimdə böyük inam yaratdı. Bakı Musiqi Akademiyası nəzdində yaradı- lan elmi-tədqiqat laboratoriyasında birgə çalışdılar. Çox keçmir ki, Məcnun Kərimin bərpa etdiyi bərbət, rud, Şirvan tənburu, rü- bab, çogur və b. alətlər bədii rəhbər olduğu “Qədim musiqi alət- ləri ansamblı”n tərkibində səsləndi. Elmi yaradıcılıqla yanaşı, Səadət Abdullayeva Üzeyir Ha- cıbəyli adına Bakı Musiqi Akademiyasında xalq musiqisinin müx təlif fənləri üzrə mühazirə oxuyur, məşğələlər aparırdı. Onun müəllimlik fəaliyyətinin keyfi yyət göstəricisini professor Süley- man Ələsgərovla birgə yazdığı “Azərbaycan xalq çalğı alətləri və orkestrləşdirmə” dərs vəsaitinin nəşri ilə qiymətləndirmək olar. Səadət Abdullayevanın milli musiqişünaslıq elminə verdiyi ən böyük töhfəsi isə rus (2000) və Azərbaycan dillərində (2002) yazdığı “Azərbaycan xalq çalğı alətləri (musiqişünaslıq və orqa- noloji tədqiqat)” monoqrafi yası oldu. Bununla da o, mütəxəssis- lərin yekdil qənaətinə görə, müasir Azərbaycan alətşünaslığının əsasını qoydu. 6 Çalğı alətlərilə bağlı yaradıcılıq ömrü Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attesta- siya Komissiyası Səadət xanıma professor elmi adına layiq gö - rəndə əsasən bu əsəri nəzərə almışdı. Az sonra həmin monoqra- fi ya əsasında yerinə yetirdiyi dissertasiya işinə görə isə ona sənətşünaslıq doktoru elmi dərəcəsi də verildi. Səadət Abdullayevanın rəhbərliyilə çalğı alətləri üzrə onlar- ca mütəxəssis yetişdi. Onların arasında Türkiyə vətəndaşları da var idi. Onun arzusu, doğma yurdunun zəngin mədəniyyətinin vur- ğunu kimi, çalğı alətlərimizi və instrumental musiqimizi Res- publikadan kənarda da tanıtdırmaq idi. Bu yolda irəli sürdüyü ilk təşəbbüs “Azərbaycan instrumental musiqisi” kitabının Moskva- da nüfuzlu “Muzıka” nəşriyyatında çap olunması (1990) ilə hə- yata keçdi. “İrs-Наследие” Beynəlxalq jurnalda müxtəlif dillərdə dərc olunun məqalələrlə (2002-2015-ci illər) ənənəvi çalğı alətlərimizi dünyaya tanıtdırır. 2016-cı ildə mətni Azərbaycan, ingilis və rus dillərində verilən “Azərbaycan çalğı alətləri dünyanı valeh edir” kitabını nəşr etdirir. Son əsəri isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin musiqi aləminə və onun ölməz “Xəmsə”si, qəzəllə- ri əsasında bəstəkarlar tərəfi ndən bəslənən əsərlərin şərhi verilən “Nizamidə musiqi, musiqə Nizami” adlı monoqrafi yası idi. Azərbaycan Bəstəkarlar İttifaqı həmişə Səadət Abdullaye- vanın fəaliyyətini yüksək qiymətləndirib. İttifaqın “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi üzrə Mədəniyyət və Tu- rizm Nazirliyinin dəstəyi ilə “Şərq və Qərb” nəşriyyatında onun yetişdirməsi olan Seyran Qafarovun “Səadət Abdullayeva” adlı broşürü nəşr olunub, Bəstəkarlar İttifaqının üzvləri üçün nəzərdə tutulan “Prezident təqaüdünə” layiq görülüb. Səadət Abdullayevanın xatirəsinə həsr olunan “Çalğı alətlərlə bağlı yaradıcılıq ömrü” kitabda (müəllifi və tərtibçisi musiqişü- nasın ömür-gün yoldaşı Rahid Rəhmanovdur) çox böyük sevgi Səadət Abdullayevanın xatirəsinə 7 və səliqə ilə fədakar musiqişünasın həyat və yaradıcılığının əsas cəhətləri işıqlandırılır. Təqdim olunan kitab quruluş və məzmununa görə çox ma- raqlıdır. Kitabda S.Abdullayevanın təhsil illəri, elmi və pedaqo- ji fəaliyyəti izlənilib, ömrünün önəmli günləri qeyd edilib, elmi, tədris-metodiki və populyar işlərinin biblioqrafi yası, nəşr olunan kitablarının şərhi və onlara yazılan rəylər verilib. Kitabda onun elmi rəhbərliyi ilə yerinə yetirilən və sənət- şünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan dissertantların soyadları, rəsmi opponent kimi çıxış etdiyi dissertasiya işlərinin adları, elmi redaktoru olduğu əsərlərin siyahısı yer alıb. S.Abdullayevanın elmi-pedaqoji fəaliyyəti haqqında məlu- mat verən mənbələr göstərilib, əldə etdiyi yeniliklər, elmi-təd-