Elşad Eyvazov Üç dağ qoynunda yatan Tarovlum Kitab, dünyasını dəyişmiş tarovluların əziz xatirələrinə ithaf edilir. Sumqayıt - 2015 Elşad Eyvazov___________________________________________ Redaktor: Hüseyn Şərifov tarixçi Elşad Eyvazov “Üç dağ qoynunda yatan Tarovlum” Sumqayıt, «Azəri» nəşriyyatı, 2015, 296 səhifə. «Üç dağ qoynunda yatan Tarovlum» adıyla qələmə aldığım bu kitab Azərbaycanın qərb bölgəsində yerləşən Qubadlı rayonunun adı çəkilən kəndində yaşayan insanların həyatından, keçmiş tarixindən, insanların üz tutduğu inanc yerlərindən, düşmənə qarşı mübarizə aparmış oğullarının tarixi qəhrəmanlığından bəhs edir. Kitabda kənd- də qədim zamanlarda yaşamış nəsillərdən, onların törəmələrindən, ta- nınmış zəhmət adamlarından və ziyalı şəxslərindən məlumat ətraflı verilir. Kitabın araya-ərsəyə gəlməsində kənd sakinləri-Şəkərəliyev Xasay Ağakişi oğlu, Qədimalıyev Çərkəz Qulu oğlu, Eyvazov Maqsud Əli oğlu, Şahbazov Oqtay Ziyadxan oğlu, Qədimalıyev Bəkir Salman oğ- lu, Qədimalıyev Nemət Quluhüseyn oğlu, Məmmədov Xəlil Bayram oğlu, Cavadov İnqilab Qaytaran oğlu, Şahbazov Oruc İsrafil oğlu, Şahbazov Şamil Oktay oğlu, Şahbazov Vüqar Həsənalı oğlu və digər belə şəxslərə kənd haqqında dəyərli məlumatlar verdiklərinə görə dərin minnətdarlığımızı bildiririk. Kitab ingilis və rus dillərinə təcrümə edilərək çap olunacaq. Güman edirəm ki, kitab kütləvi şəkildə çap olunandan sonra oxu- cularım da müəllifə fikirlərini bildirəcəklər. Tel: (050) 336 34 68 (018) 658 23 20 Elektron ünvan:
[email protected] 525000 − 363 D M − 09413 “Azəri” няшриййаты, 2015 2 ___________________________Üç dağ qoynunda yatan Tarovlum «Tarixi təhrif etmək olmaz. Tarixdə hər şeyin öz yeri vardır. O nə sizdən, nə bizdən, nə də heç kəsdən asılı deyildir. Tarix obyektiv bir prosesdir. Bu obyektiv prosesə təsir etmək, müəyyən vaxt- larda onu zəiflətmək, gücləndirmək, məcrasından çıxarmaq olar. Müxtəlif hallar ola bilər. Amma bu obyektiv prosesi dayandırmaq və ona ciddi təsir göstərmək mümkün deyildir.