Ar2018-990.Pdf

Ar2018-990.Pdf

«Keçmiş insan ruhunun Vətənidir» «Şor su» bulağı Bakı ­ 2018 Rasim Mədəd İsmayılov Dəyərli oxucular! Müəllifi olduğum «3837 gün» xatirə Rəyçilər: kitabından fərqli olaraq, «Ruhumun Vətəni» Abbas Abbasov. tarix və etnoqrafiya BDU­nun kafedra müdiri, professor, kitabında əməkdar müəllim. Qubadlı rayonundan, Poladlı kəndinin Şahbaz Şamıoğlu. tarixindən, bu kənddə Filologiya üzrə fəlsəfə doktoru, dosent. yaşayan «Heydər evi», «Cabbar evi», «Yaqub uşağı», «Ləzgi Məmmədli» nəsillərindən, onların adət­ənənələrindən, folklorundan, kollektivləşmə Kitabın üz qabığında poladlıların vaxtilə dövründə, Böyük Vətən «Şor su» bulağı ətrafında tikdiyi daxmalardan biri, Müharibəsi illərində, arxa qabığında «Daş armud»un indiki vəziyyəti, Qarabag savaşında ümumi fonda isə Poladlı kəndinin təbiəti göstərdikləri düşündüyüm kimi təsvir olunub. fədakarlıqlardan, kəndin tarixi abidələrindən, toponimlərindən, arxaik, dialekt və şivə sözlərindən bəhs edilir. Üzərində on ildən çox işlədiyim bu kitab doqquz fəsildən c «Ruhumun Vətəni» ibarətdir. Kitabda tarixi 648 səhifə, şəkilli, ağ­qara. mənbələrdən, yaşlı insanların maraqlı Bakı şəhəri, fikirlərindən, «NURLAR» Nəşriyyat ­ Poliqrafiya Mərkəzi xatirələrindən və müxtəlif illərdə çəkilmiş fotolardan İSBN: 978­9952­508­39­0 istifadə olunmuşdur. Kitabda dərc olunan tarixi məlumatların, nəsillər haqqında yazıların, maraqlı hadisələrin, toponimlərin, folklor nümunələrinin, arxaik, dialekt və şivə sözlərin toplanmasında Anamın çox böyük zəhməti olub. Anamın ruhu qarşısında baş əyir, kitabı onun əziz xatirəsinə ithaf edirəm. Nur içində yat gözəl Anam, nurlu Anam, Mələk Anam!!! itabda ömürlərinin sonuna qədər Zəngəzur mahalının (sonralar Qubadlı rayonunun) Poladlı kəndində yaşamış Alış baba ilə qardaşı Ziliş babanın söhbətlərinə, müxtəlif adamlardan eşitdiyim maraqlı hadisələrə, həmçinin, Kpoladlıların bu gün də işlətdiyi arxaik sözlərə xüsusi yer verilmişdir. Eyni zamanda kitabda Poladlı kəndinin ağsaqqallarından ­ İsmayılov Mədədin, İsmayılov Balakişinin, Heydərov Ağakişinin, Lətifov İsmayılın, Lətifov Musanın, Yusifov Məmmədin, Sadıqov Niftalının, Sadıqov İlyasın, Səfərov Sabirin; ağbirçəklərindən ­ İsmayılova Tellinin, İsmayılova Mələyin, İsmayılova Nigarın, Әsədova Gilənin, Heydərova Әzizin, Sofubəyli Zeynəbin, Səfərova Nuriyyənin, Məmmədova Həcərin; Dəmirçilər kəndinin ağsaqqallarından ­ Səmədov Səmədin, Səmədov Әbdülün, Salayev Fehruzun; ağbirçəklərindən ­ Allahverdiyeva Leylinin, Allahverdiyeva Nabatın və başqalarının müxtəlif vaxtlarda danışdıqları söhbətlərdən də istifadə olunmuşdur. Hal­hazırda onların əksəriyyəti dünyasını dəyişib. Müxtəlif vaxtlarda danışılan bu söhbətləri bir yerə toplayıb gələcək nəsillərə çatdırmaq, dünyasını dəyişmiş poladlıların xatirəsinə ən böyük hörmət əlamətidir. (Kitabda işlənən bəzi sözlər kənd adamlarının dilindən eşidildiyi kimi qələmə alınıb). 3 POLADLI HӘSRӘTİ Bilmirəm, dərdini çəkim, Yoxsa həsrətini... Ya gözlərimi yollara dikim Gözlərimlə yol çəkim. Gözləyim səni, Yoxsa, səndən əl çəkim? Bəlkə, uşaqlıq illərimin, Sənli günlərimin, Sənsiz günlərimin... Gözlərimin yaşıyla, Ağ kağız üzərində, Şəklini çəkim... Yox, bu da təsəlli deyil Mənə bu gün də. Sənin dərdini də çəkərəm, Həsrətini də... Sən olmadıqca, Gözlərimin önündə. Sənli günlərimin, Sənsiz günlərimin... Gözlərimin yaşıyla, Şəklini də çəkərəm! Təkcə əllərimi, Səndən çəkmərəm! Rasim Mədəd İsmayılov. Bakı, 2015­ci il. 4 «O torpağı ki, qoruya bilmədin, onu əkib­becərməyə dəyməz, o torpağı ki, əkib­becərmədin, onu qorumağa dəyməz». Anar. ÖN SÖZ NӘSLİMİZİN ÖVLADLARINA! Әziz oxucum, nəslimizin davamçısı! Bu kitabı vərəqlədikcə səninlə birlikdə neçə illər əvvələ boylanacağıq. Nəsildən­nəslə ötürülərək yaddaşlara həkk olunmuş bəzi məqamlara baş vuracağıq. Ulu babaların bizə miras qoyub getdiyi milli­mənəvi dəyərləri gələcək nəsillərə çatdırmaq üçün ixtiyar qocaların söz boxçasından tapdığım folklor nümunələrinə sığal çəkəcəyik. Boxçanın dərinliklərində ilişib qalan, artıq yaddaşlardan silinmək təhlükəsi ilə üzləşən və yazılı ədəbiyyatda heç vaxt işıq üzü görməyən maraqlı hadisələri bircə­bircə gözdən keçirəcəyik. Eyni zamanda, Zəngəzur mahalından, qəhrəmanlar diyarı olan Qubadlı ra­ yonundan, dağlar qoynunda yerləşən Poladlı kəndindən, bu yerlərin keçmi­ şindən, indisindən, kəndimizin dünya görmüş ağsaqqal babalarından, ağbirçək nənələrindən söhbət açacağıq. Onların adət­ənənələrindən bəhs edən müxtəlif yazılarla tanış olacağıq. «Heydər evi», «Cabbar evi», «Yaqub uşağı» və «Ləzgi Məmmədli» (sonralar bu nəsil «Sadıq uşağı» da adlandı­ rılmışdır) nəslinin söz boxçasından «oğurladığımız» maraqlı məlumatları bu kitab vasitəsilə gələcək nəsillərə çatdıracağıq... Tarixin müxtəlif dönəmlərini nəzərdən keçirdikcə görürük ki, illər, əsrlər ötməsinə baxmayaraq biz bir ağacın budaqları, bir nəslin davam­ çılarıyıq. Keçmişin adət­ənənələrini, xeyirxahlıq və müdrikliyini gələcək 5 nəsillərə çatdıran babalarımız deyib: «Qol­budaqlı ağac həmişə kölgəli olar!» Bu ağacın kölgəsi ildən­ilə böyüyərək təxminən 1700­cü illərdən indiki dövrümüzə qədər gəlib çatmışdır. Yaddaşlarda xatirə kimi qoru­ nub saxlanan və nəsildən­nəslə ötürülən «Heydər evi», «Cabbar evi», «Yaqub uşağı», «Ləzgi Məmmədli» nəslinin Poladlı kəndinə gəldiyi dövrə diqqət yetirsək, görərik ki, həmin dövrdən iki əsrdən çox vaxt keçib. Bu nəsillər haqqında ömürlərinin sonuna qədər Poladlıda yaşayan dədə­babalarımızdan da eşitmişdim. Hal­hazırda həyatda olan poladlılar bu tarixin təxminən XVIII əsrin sonlarına gedib çatdığını deyir. Ona gö­ rə də insanlar tarixdə baş verənləri mütləq yazmalı və yaşatmalıdır ki, gələcək nəsillər bundan hər zaman bəhrələnə bilsin. Әks halda bir­birini əvəz edən illər nə vaxtsa onlara adət­ənənələri, milli­mənəvi dəyərləri unutduracaqdır... Әziz qardaşım! Poladlı və poladlılardan bəhs edən bu kitab kəndimizdən çox­çox uzaqlarda ­ Bakı şəhərində yazılıb. Camaatın yurd­yuvasından didərgin düşdüyü, dünya görmüş Poladlı ağsaqqallarının, ağbirçəklərinin ək­ səriyyətinin həyatdan köçdüyü bir vaxtda belə bir kitabı ərsəyə gətirmək çətin olduğu qədər də məndən məsuliyyət tələb edib. Bu kitabı yazmaq həm də mənim üçün şərəfli bir iş olub. Ona görə şərəfli olub ki, bu mirası gələcək nəsillərə çatdırmaq vəzifəsi mənim üzərimə düşüb... Kitabın ərsəyə gəlməsi üçün müxtəlif ünvanlarda yaşayan poladlıların qapısı döyülüb. Onlarla uzun­uzadı söhbətlər edilib. Kitabda onların adi məişət söhbətlərində işlətdikləri sözlərdən geniş istifadə olunub (həmin sözlərin izahı ilə «Arxaik, dialekt və şivə sözlərin izahli lüğəti» fəslində tanış ola bilərsiniz: səh. ­ 617). Әziz qardaşım! Sənin üzərinə düşən iş daha məsuliyyətlidir. Sabah nəslimizin soy­ kökünü yaşatmaq bu ənənəni gələcək nəsillərə ötürmək səndən asılıdır. Әgər sən bu missiyanı layiqincə yerinə yetirə bilsən, onda gələcək nəsil­ lər «yeddi arxaya dönən»indən gerini çox asanlıqla xatırlayacaq. Onlar ulu babaları haqqında ətraflı məlumat toplaya biləcək. Әks halda bir neçə onillikdən sonra hər birimiz nəslimizin yaddaş səhifələrindən sili­ nib gedəcək, gələcək nəsillərə yaşadağımız dövrün tarixi, adət­ənənə­ ləri barədə heç nə çatdıra bilməyəcəyik. Unutmamalıyıq ki, biz bir ağacın budaqlarıyıq! Bu ağacın budaqları dünya durduqca şaxələnəcək, kölgəsi daha da böyüyəcək. Kim bilir hələ, gələcək nəsil yaşı dəqiq bilinməyən bu ağacın kölgəsində daha neçə yü­ zilliklər yaşayacaq, neçə nəsillər yola salacaq. 6 Bəli, hər ötən gün bir tarixə çevrilir. Әgər o tarix yazılmırsa və nəsil­ dən­nəslə ötürülmürsə, yavaş­yavaş illərin burulğanında yox olub gedir. İndi mən bir­birini əvəz edən nəsillərin təxminən iki yüz ildən çox ya­ şadığı bir zaman kəsiyindən boylanıram. Bu məsafəni diqqətlə addım­ lamaq, qarıc­qarıc gəzmək üçün güvənə biləcəyim yeganə yer, yenə də ixtiyar qocalardır. Onların yaddaş boxçası mənim üçün həm yazılmamış tarix kitabı, həm də bir ensiklopediyadır. Әziz qardaşım! İndi mən bu «canlı ensiklopediya»ları bircə­bircə vərəqləməklə, Po­ ladlı və poladlılar haqqında öyrənə bildiklərimi gələcək nəsillərə çatdır­ mağa çalışacam... Aforizm: Bundan sonra hara gedəcəyini bilmək üçün, buna qədər haradan gəldiyini bilməlisən. (Әbu Turxan) 7 POLADLI VӘ POLADLILAR ETNOQRAFİK BÖLGӘ Mövzu ilə bağlı yazıya başlamaq üçün ilk növbədə qısa tarixi faktlara nəzər yetirməklə Qubadlı bölgəsi və ən nəhayət, Poladlı kəndinin mey­ dana gəlməsi səbəblərinə aydınlıq gətirmək istəyirəm. Daha sonra isə Poladlı və poladlılar haqqında dünyagörmüş qocalardan bizə miras qalan dəyərləri, maraqlı hadisələri, onların addım­addım gəzib dolaşdığı yer­ lərin şirin xatırələrini sizlərə çatdıracağam. Qarabağ bəylərbəyliyinin ərazisində XVIII əsrin ortalarında iki xan­ lıq ­ Gəncə və Qarabağ xanlığı meydana gəldi. Qubadlı bölgəsi Qarabağ xanlığının tərkibinə daxil oldu. Osmanlı istilası dövründə Qubadlı əsasən iki inzibati ərazi vahidinin ­ Bərgüşad və Həkəri nahiyyəsinin tərkibində idi. Ancaq xanlıqlar dövründə bu bölgə Qarabağ xanlığının üç mahalı ­ Qaraçorlu, Bərgüşad və Püsyan mahalının arasında bölüş­ dürüldü. Bərgüşad mahalı Araz çayının sol sahilində, Qarabağ xan­ lığının cənub­qərb hissəsində qərar tutdu. Qubadlının daxil olduğu Bərgüşad mahalı 1840­cı il inzibati­ərazi isla­ hatına qədər Qarabağ əyalətinin tərkibində qaldı. 1841­ci ilin əvvəlində bu əyalətin yerində Xəzər vilayətinin tərkibində, əvvəlcə Qarabağ, sonra isə Şuşa qəzası yaradıldı. 1846­cı ildə Xəzər vilayəti Şamaxı quberniyasına çevrildi. Zəlzələdən sonra isə mərkəz Bakıya köçürüldü. Bu quberniya Bakı quberniyası adlandırıldı. 1868­ci ilədək Zəngəzur, o cümlədən Qubadlı, Şuşa qəzasının daxilində Bakı quberniyasının tərkibində qaldı. Zəngəzur və Qarabağın qədim

View Full Text

Details

  • File Type
    pdf
  • Upload Time
    -
  • Content Languages
    English
  • Upload User
    Anonymous/Not logged-in
  • File Pages
    648 Page
  • File Size
    -

Download

Channel Download Status
Express Download Enable

Copyright

We respect the copyrights and intellectual property rights of all users. All uploaded documents are either original works of the uploader or authorized works of the rightful owners.

  • Not to be reproduced or distributed without explicit permission.
  • Not used for commercial purposes outside of approved use cases.
  • Not used to infringe on the rights of the original creators.
  • If you believe any content infringes your copyright, please contact us immediately.

Support

For help with questions, suggestions, or problems, please contact us