ELMİ ƏSƏRLƏR İSSN 2224-5529 Öhjkhgk777775555558777666 5555940X HUMANİTAR ELMLƏR SERİYASI
Total Page:16
File Type:pdf, Size:1020Kb
NAXÇIVAN DÖVLƏT UNİVERS İTETİ-1967 ELMİ ƏSƏRLƏR İSSN 2224-5529 öhjkhgk777775555558777666 5555940X HUMANİTAR ELMLƏR SERİYASI SCIENTIFIC WORKS THE SERIES OF THE HUMANITARIAN SCIENCES НАУЧНЫЕ ТРУДЫ СЕРИЯ ГУМАНИТАРНЫХ НАУК №1(66) NAXÇIVAN, NDU, “QEYRƏT”-2015 - 3 - НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТЕТИ. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66) ÍÀÊÙÆÙÛÂÀÍ ÑÒÀÒÅ ÓÍÛÂÅÐÑÛÒÉ. СЖЫЕНТЫФЫЖ WО РКС, 2015, № 1 (66) НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66) ƏDƏBİYYATŞÜNASLIQ ADİL BAĞIROV AMEA Naxçıvan Bölməsi e-mail: [email protected] UOT: 82.0 BƏDİİ ƏSƏR ADLARI Məqalə onomastik leksikanın ideonimlər qrupuna daxil olan nəzm əsərlərinin adlarının tədqiqinə həsr olunmuşdur. Məqalədə dilimizin leksik sistemində özünəməxsus yeri və mövqeyi olan nəzm əsərlərinin adları xalq şairi M.Araz və Naxçıvanda yaşayıb yaradan şairlərin şeir adlarından seçilmiş nümunələr əsasında qruplaşdırılmış və təhlil edilmişdir. Açar sözlər: poetik tapıntı, nəzm, nəsr, şeir adları, dağ adları. Key words: poetical finding, poetry, prose, poem names, mountain names Ключевые слова: поетическая находка, поэзия, проза, названия стихотворений, названия гор. Dünyanın bütün dillərində olduğu kimi Azərbaycan dilində də bədii əsəri səciyyələndirən əsas əlamətlərdən biri onun adı məsələsidir. İndiyə qədər çox az tədqiq olunmuş bədii əsər adları çox zəngin, rəngarəng, özünəməxsus leksik-semantik və qrammatik xüsusiyyətləri ilə xarakterizə olunan xüsusi adlardan biridir. Bu adların toplanması və elmi-linqvistik şəkildə tədqiqi ktematonimlərin öyrənilməsi və mahiyyətinin açılmasında mühüm əhəmiyyət kəsb edir. Ona görə bədii əsər adları onomastik tədqiqatın daim diqqət mərkəzində olmalıdır. Məlumdur ki, hər bir bədii əsərə janr xüsusiyyətləri, məzmunu və ümumi ruhu ilə bağlı ad verilir. Bədii əsərə ad vermə sənətkarlıq məsələsi, yazıçı və şairin fərdi yaradıcılıq üslubunun məhsuludur. Belə adlar asanlıqla başa gəlmir, qondarma, göydən düşmə olmur. “Ədəbiyyatşünaslıq və ədəbi tənqid bu məsələyə nəzər yetirməsə də, heç kəs inkar etməz ki, bədii əsərin adı da özü kimi xüsusi yaradıcılıq işidir” (4, s. 487). Bədii əsər adları yazıçı və şairin yaradıcılıq laboratoriyasında yaranır, dəfələrlə saf-çürük edilir, bədii fikir süzgəcindən keçirilir, müəllifin qarşıya qoyduğu ideyaya uyğun seçilir. Odur ki, bədii əsərə ad vermədə müəllif sərbəstdir. O yazdığı hər hansı şeirə, hekayəyə, povestə, romana, poemaya ad verərkən müəyyən nəzəri prinsipləri gözləyir. A.Qurbanov yazır ki, bədii əsərə ad vermədə aşağıdakı prinsiplərin gözlənilməsi vacib şərtlərdəndir: a) ad əsərin ideyasını özündə əks etdirməlidir; b) ad qəliz olmamalıdır; c) ad dilimizin öz sözləri əsasında yaranmalıdır; ç) ad əsərin mahiyyətindən doğmalıdır, qondarma olmamalıdır; d) bədii əsər adı milli xarakter daşımalıdır və s. (3, s. 440). Təcrübə göstərir ki, hər bir yazıçı və şair yazdığı əsərə əvvəlcədən ad qoyur, yaxud yazıb qurtardıqdan sonra ona ad verir və ya əvvəlcədən qoyduğu adı sonra dəyişə də bilir ki, bu da yaradıcılıq iztirablarından doğan ad olur və ədəbiyyatşünaslıqda ən məqbul sayılan prinsiplərdəndir. Bu haqda danışan Y.Seyidov yazır ki, “Əsərlərin əksəriyyətinin adları əvvəlcədən, yəni mövzu seçilərkən, əsərin əhatə dairəsi, planı yazıçının təxəyyülündə canlanarkən meydana gəlir, təxminən əsərin yaranmağa başlaması ilə eyni ana düşür və kağızda ilk söz olur. Belə adlar, fikrimizcə, daha uğurlu, bədii və mənalı görünür. Onlar yazıçının həmin mövzu üzrə yaradıcılıq ehtiraslarının coşduğu dövrə düşür, bədii yaradıcılıq məhsulu olur. Bu vaxt ad nisbətən asan tapılır, əslində onu axtarmaq lazım gəlmir, o, kəşf olunur” (4, s.487). İnsanın adı onun xarakterini ifadə etdiyi kimi əsərin adı da müəllifin ədəbi kimliyini xarakterizə edir, onun yaradıcılıq potensialını, sənət dünyasının nəyə qadir olduğunu üzə çıxarır, əsərin ədəbi taleyini müəyyənləşdirir. Ümumilikdə bədii əsərin adı əsərin ən dolğun, mənalı hissəsi sayılır. - 4 - Bədii əsər nəşr olunduqdan sonra adı ilə tanınır, kataloqlarda əksini tapır. İnsan doğularkən onun adı sənədlərdə rəsmiləşdiyi kimi, bədii əsərin də adı onun nəşrindən sonra təsdiqlənir, yazıçının tərcümeyi- halına möhürlənir, yaddaşlara yazılır. Yazıçı yaxşı bilir ki, “oxucunun və ya tamaşaçının nəzərini birinci növbədə, bədii əsərin adı cəlb edir. Əsərin adı oxucunu, tamaşaçını, bir növ aşağıdakı hadisələrə hazırlayır, onda maraq oyadır. Bu cəhətdən bədii əsərin adı reklam xarakteri daşıyır. O, nə qədər yığcam, bitkin, mənalı, əsərin məzmun və ideyasına uyğun olsa, oxucunu tamaşaçını bir o qədər də maraqlandırar” (1, s. 168). Odur ki, hər bir müəllif çalışır ki, əsərin adı dilimizin qrammatik qanunlarına uyğun, uğurlu, diləyatım, bədii dildə simvola çevrilə bilən, leksik-semantik cəhətdən məzmunlu, mənalı, bitkin və diqqətəlayiq olsun. Azərbaycan ədəbiyyatında bədii əsər adlarının fondu çox zəngindir. Bu adlar kəmiyyətcə üstünlük təşkil edir, müxtəlif söz və söz birləşmələrindən ibarət olur, leksik tərkibinə, sintaktik quruluşuna, xarakterik linqvistik əlamətlərinə, forma və məzmununa görə diqqəti cəlb edir. Ədəbiyyatımızda bədii əsər adlarına nəzm əsərlərinin adları, nəsr əsərlərinin adları və dram əsərlərinin adları daxildir. Söz yox ki, bir məqalə daxilində bədii əsər adlarını əhatə etmək, onların verilmə səbəbi, leksik-semantik xüsusiyyətlərini təhlil etmək imkan xaricindədir. Odur ki, yazının həcmini nəzərə alaraq nəzm əsər adlarının bəzi xarakterik xüsusiyyətləri haqda fikir və mülahizələrimizi bildirmək istəyirik. Məlumdur ki, tarix boyu Azərbaycan dili və ədəbiyyat tarixində müxtəlif janrlarda saysız- hesabsız poeziya nümunələri yaradılmış, hər bir əsərə bir-birindən mənalı, yadda qalan adlar verilmişdir. Bu adlar müəllifin adına möhürlənmiş, şeirdə şairin şəxsiyyəti görünmüş, kimliyi bilinmiş, imzası yaşamışdır. Məsələn, “Məni candan usandırdı...”, “Söz”, “Padişahi-mülk” qəzəlləri dilə gəldikdə şeir, sənət aləminin ustadı Mövlanə Məhəmməd Füzuli, “Hayıf ki, yoxdur” dedikdə gözəllik aşiqi Molla Pənah Vaqif, “Dağlar” dedikdə ustad sənətkar Aşıq Ələsgər, “Azərbaycan” dedikdə istedadlı şair Səməd Vurğun, “Bakı, sabahın xeyir” dedikdə nəğməkar şair İslam Səfərli, “Vətən mənə oğul desə...” dedikdə xalq şairi Məmməd Arazın adı yaddaşlarda əksini tapır. Şeir adları şair təxəyyülünün məhsuludur. Odur ki, şeirə adqoyma hər bir sənətkardan işıqlı zəka, obrazlı düşüncə, poetik duyum, az sözlə çox fikir ifadə etmək prinsipi tələb edir. Bu baxımdan xalq şairi Məmməd Arazın şeir adları ədəbiyyata yüksək bədiilik gətirən vasitələrdən biri kimi qüvvətli üslubi imkanlara malikdir. M.Araz şeirlərinə ad verərkən bu məsələyə yaradıcılıqla yanaşmış, hər bir adın milli səciyyəsinə, bitkin, yığcam olmasına, konkret və dərin məna tutumuna diqqət etmişdir. Onun şeirlərinin adı estetik məziyyətinə, məna çalarına görə oxucunu özünə çəkir. Oxucu şairin nə demək istədiyini, şeirin nədən bəhs etdiyini şeirin adından oxuyur. Məsələn: “Bu millətin dərdi-səri”, “Ayağa dur, Azərbaycan!”, “Ata millət, ana millət, ağlama”, “Azərbaycan-dünyam mənim”, “Vətən mənə oğul desə...”, “Ya rəbbim, bu dünya sən quran deyil”, “Bu millətə nə verdik ki?”, “Şahım, qılıncına söykənim”, “Məndən ötdü, qardaşıma dəydi”, “Babək qılıncı”, “Bizi Vətən çağırır” kimi şeir adları xalqın tarixi taleyi, azadlıq uğrunda mübarizəsi ilə bağlı olduğunu diktə edir. “Ana yurdum, hər daşına üz qoyum”, “Dağlar”, “Dağlar məni tanımadı”, “Dağlar küsüb”, “Qanadlı qayalar”, “Dağlara çağırış”, “Həkim çay”, “Ağlayan qayalar”, “Daş qartal”, “Daş harayı”, “Murova qar yağdı”, “Qızıl qaya”, “Məmməd Araz qayası”, “Çoban çörəyi, çoban ürəyi”, “Bu yerlər, o yerlər”, “Çinarla söhbət” kimi şeir adlarında ana təbiətin gözəllikləri tərənnüm olunur, insana saflıq, təmizlik, gözəllik, əzəmət, vüqar verən dağ adları sərgilənir. Şairin “Söznən zarafat eləmə”, “Artıran söz qədrini”, “Yoxdu sözüm, yoxdu daha”, “Yoxdu” kimi şeir adlarında sözə yüksək qiymət verilir, sözün hikməti və qüdrəti oxucuya çatdırılır, “Təəssüfə-təəssüf”, “Bu tərifə inansam”, “Qurd xasiyyəti”, “Bir natiqə tövsiyə” və s. şeir adlarında cəmiyyətdə özünü gəstərən mənfiliklərə qarşı etiraz səsləri ucalır (2, s. 318). Məmməd Araz şeirlərinin adı poetik tapıntıdır. Onun şeir adlarında yaradıcılıqla bərabər, elinə, obasına, xalqına olan məhəbbəti, obrazlılıq, bədiilik əksini tapmış, şeir adları yığcam, düşünülmüş söz və söz birləşmələri əsasında verilmişdir. Məsələn: “Yaşamağa nə var ki?”, “Mən Araz şairiyəm”, “Ad günümə”, “Ay allah”, “Ata ocağı”, “Şuşada bir gecə”, “İnsan qayalar”, “Şöhrətə atılan güllə”, “Yurdumuzun qızları”, “Ağarma, saçım, ağarma!”, “Nənəmin kitabı”, “Bulaq başında”, “Qonşu gəlini”, “Səhər-səhər”, “Dənizçi”, “Kəklik”, “Ayrılıq”, “Şeirim”, “Ötən günlər”, “Durnaları dönməz oldu”, “Əl dəydi, çaxmaq daşıyam”, “Gecə nağılı”, “Vəsiyyət”, “Haqqın yoxdu, haqqın var”, “Nə bilim” və s. kimi şeir adlarında şair qəlbinin çırpıntıları duyulur. - 5 - Bu hal şairin “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Qayalara yazılan səs”, “Atamın kitabı” kimi poema adları üçün də xarakterikdir. M. Araz “Üç oğul anası” poemasının adını real həyatdan götürmüş müharibədə (1941-1945-ci illərdə) üç oğlunu itirən, gözləri yol ayrıcında qalan ağsaçlı ananın həyəcan və iztirablarını poemanın adında oxucuya çatdırmışdır. Müəllifin “Atamın kitabı” poema adı da zəhmətkeş atanın keçdiyi həyat yolu, günü-güzəranı haqda çox şey deyir (2, s. 318). Araşdırmalar sübut edir ki, istər xalq şairi M.Araz, istərsə də digər şairlər vətən torpağından, onun şəhərindən, kəndindən, dağından, daşından ilham alıb əsərlərinə uyğun adlar seçir, adın məna dəyərinə, yığcam və aydın olmasına ciddi fikir verirlər.