“Azərbaycan”.-2014.-18 Fevral.-N 35.-S.4
“Azərbaycan”.-2014.-18 fevral.-N 35.-S.4. Sabirabad - inkişaf və abadlıq məkanı Davamlı sosial-iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən Azərbaycan bu gün özünün müəyyən edilmiş hədəflərinə doğru inamla irəliləyir, ötən ili bütün sahələrdə böyük uğurlarla başa vurur. Son 10 ildə ümumi daxili məhsulun 3 dəfədən çox, dövlət büdcəsi gəlirlərinin 16 dəfə, sənaye məhsulları istehsalının 2,7 dəfə, strateji valyuta ehtiyatlarının 31 dəfə, daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcminin 18,4 dəfə, o cümlədən qeyri-neft sektoruna qoyulan investisiyaların 21,6 dəfə, orta aylıq əməkhaqqının 5,5 dəfə, pensiyaların 9,3 dəfə artması, 1 milyon 200 mindən çox yeni iş yerinin açılması, yoxsulluq səviyyəsinin 5,3 faizə enməsi ölkəmizdə elmi əsaslara söykənən və düşünülmüş inkişaf siyasətinin həyata keçirildiyini, sıçrayışlı sosial-iqtisadi inkişafa nail olunduğunu göstərir. Ötən il hər sahədə uğurlar qazanılıb Sürətli inkişaf dövrünü yaşayan, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçmiş Azərbaycan iqtisadiyyatı 2013-cü ildə də dinamik inkişafını davam etdirmiş və ötən ili yüksək sosial-iqtisadi göstəricilərlə, dayanıqlı inkişafa yönəlmiş mühüm tədbirlərin reallaşdırılması ilə başa vurmuşdur. Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin yanvar ayının 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələlər ətraflı müzakirə olundu, ölkə rəhbəri iqtisadiyyatın bütün sahələrindəki vəziyyəti geniş təhlil edərək gələcək vəzifələri müəyyənləşdirdi. Qeyd olundu ki, dünya iqtisadiyyatında böhran davam etsə də, respublikada həyata keçirilən uğurlu siyasət sayəsində əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də ümumi makroiqtisadi sabitlik qorunmuş, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafı təmin edilmiş, sahibkarlığın inkişafı, yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması sahəsində əsaslı işlər görülmüş, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır.
[Show full text]