“Azərbaycan”.-2014.-18 Fevral.-N 35.-S.4
Total Page:16
File Type:pdf, Size:1020Kb
“Azərbaycan”.-2014.-18 fevral.-N 35.-S.4. Sabirabad - inkişaf və abadlıq məkanı Davamlı sosial-iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən Azərbaycan bu gün özünün müəyyən edilmiş hədəflərinə doğru inamla irəliləyir, ötən ili bütün sahələrdə böyük uğurlarla başa vurur. Son 10 ildə ümumi daxili məhsulun 3 dəfədən çox, dövlət büdcəsi gəlirlərinin 16 dəfə, sənaye məhsulları istehsalının 2,7 dəfə, strateji valyuta ehtiyatlarının 31 dəfə, daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcminin 18,4 dəfə, o cümlədən qeyri-neft sektoruna qoyulan investisiyaların 21,6 dəfə, orta aylıq əməkhaqqının 5,5 dəfə, pensiyaların 9,3 dəfə artması, 1 milyon 200 mindən çox yeni iş yerinin açılması, yoxsulluq səviyyəsinin 5,3 faizə enməsi ölkəmizdə elmi əsaslara söykənən və düşünülmüş inkişaf siyasətinin həyata keçirildiyini, sıçrayışlı sosial-iqtisadi inkişafa nail olunduğunu göstərir. Ötən il hər sahədə uğurlar qazanılıb Sürətli inkişaf dövrünü yaşayan, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçmiş Azərbaycan iqtisadiyyatı 2013-cü ildə də dinamik inkişafını davam etdirmiş və ötən ili yüksək sosial-iqtisadi göstəricilərlə, dayanıqlı inkişafa yönəlmiş mühüm tədbirlərin reallaşdırılması ilə başa vurmuşdur. Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin yanvar ayının 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələlər ətraflı müzakirə olundu, ölkə rəhbəri iqtisadiyyatın bütün sahələrindəki vəziyyəti geniş təhlil edərək gələcək vəzifələri müəyyənləşdirdi. Qeyd olundu ki, dünya iqtisadiyyatında böhran davam etsə də, respublikada həyata keçirilən uğurlu siyasət sayəsində əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də ümumi makroiqtisadi sabitlik qorunmuş, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafı təmin edilmiş, sahibkarlığın inkişafı, yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması sahəsində əsaslı işlər görülmüş, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır. 2013-cü il Sabirabad rayonu üçün də yaddaqalan olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovla söhbətimiz də bu barədə oldu. O dedi ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, indi elə bir problem yoxdur ki, Azərbaycan dövləti onu həll etmək iqtidarında olmasın. Prezidentin islahatlar kursu ölkəmizin inkişafını təmin edib. İqtisadiyyatın inkişafı bütün istiqamətlərdə genişmiqyaslı tədbirlərin görülməsinə şərait yaradıb. İqtisadi potensialımızın ildən-ilə artması, neftdən əldə edilən vəsaitdən düzgün istifadə olunması, büdcə gəlirlərinin durmadan çoxalması perspektivi imkanların daha da genişlənəcəyinə inamı artırır. Dövlət başçısının yürütdüyü iqtisadi inkişaf strategiyasının əsas qayələrindən biri regionların tarazlı inkişafına nail olmaqdır. Sabirabad rayonu da Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Dövlət proqramları çərçivəsində, həmçinin Kür-Araz daşqınlarından sonra həyata keçirilən yüksək səviyyəli abadlıq və quruculuq işləri bu diqqətin və qayğının bariz təcəssümüdür". Ötən il sabirabadlılar üçün ən yaddaqalan hadisə Prezident İlham Əliyevin rayona səfəri olmuşdur. Dövlət başçısı səfər çərçivəsində 8 obyektin açılışında və təqdimatında iştirak etmişdir. Şəhərin yenidən qurulmuş mərkəzi meydanı, orada ucaldılmış ulu öndərin abidəsi, Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün yeni tikilmiş üçmərtəbəli inzibati bina, 2013-cü ildə inşa olunmuş Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkında aparılan genişləndirmə və yenidənqurma işləri, Bulaqlı kəndində istifadəyə verilmiş 52 nəfərin çalışdığı müasir istixana kompleksi, Bakı-Sabirabad yolunun yenidən qurulması işləri ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirilmişdir. Prezident Sabirabad ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu barədə demişdir: "Çox işlər görülübdür. Sabirabad abadlaşır, gözəlləşir. Mən keçən dəfə iki il əvvəl olmuşam burada. Görürəm ki, çox böyük dəyişikliklər vardır. Gözəl binalar tikilir, köhnə binalar bərpa edilir, parklar salınır". Ötən il Sabirabadda iqtisadiyyatın bütün sahələrində 2012-ci illə müqayisədə daha yüksək nəticələrin əldə edilməsi ilə də əlamətdar olmuşdur. Belə ki, ötən il istehsal olunan məhsulun həcmi 299 milyon 843 min manat, sənaye məhsulu istehsalı 5 milyon 286 min manat, kənd təsərrüfatı məhsulları istehsalı 167 milyon 195 min manat təşkil etmişdir. Əhaliyə 602 min manat həcmində rabitə, 39 milyon 808 min manat həcmində pullu xidmət, 4 milyon 426 min manat həcmində nəqliyyat xidməti, 5 milyon 994 min manat həcmində iaşə xidməti göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 167 milyon 872 min manata çatmışdır. Əvvəlki illə müqayisədə 2013-cü ildə sənaye, kənd təsərrüfatı məhsullarının həcmi, rabitə, nəqliyyat, iaşə və pullu xidmətlər, pərakəndə əmtəə dövriyyəsi xeyli artmışdır. 46 milyon 673 min manatlıq tikinti- quraşdırma işləri görülmüş, əsas kapitala yönəldilən investisiyaların həcmi 77 milyon 647 min manat olmuşdur. Rayonda sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsidir ki, iqtisadiyyatın əsas sahələrində qeyri-dövlət sektorunun xüsusi çəkisi artaraq kənd təsərrüfatında və nəqliyyatda 100 faiz, tikintidə 81,3 faiz, sənayedə 25,3 faiz olmuşdur. Ticarət xidmətinin 99,9 faizi, pullu xidmətin 68,8 faizi qeyri-dövlət sektorunun payına düşür. Ötən il rayon büdcəsi 26 milyon 327 min manat məbləğində proqnozlaşdırılmışdı. Büdcənin mədaxil hissəsinin proqnozuna 47 milyon 628 min manat və ya 180,9 faiz əməl edilmişdir. Proqnoza artıqlaması ilə əməl olunmasına səbəb rayonun sosial-iqtisadi inkişafına dövlət tərəfindən qoyulan investisiyalardır. Dövlət Proqramında nəzərdə tutulan bütün tədbirlər həyata keçirilib Azərbaycanda uğurla həyata keçirilən davamlı inkişaf strategiyasının mühüm həlqələrindən olan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları ölkənin bütün sahələrində ciddi inkişaf dinamikasına və keyfiyyət dəyişikliyinə təkan verən strateji sənədlərdir. Dövlət proqramlarında regionlarda yeni istehsal və emal müəssisələrinin yaradılması, infrastruktur təminatının və kommunal xidmətlərinin səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması nəzərdə tutulmuşdur. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun sözlərinə görə, ikinci Dövlət Proqramının icrası nəticəsində rayonda sosial-iqtisadi problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində əsaslı işlər görülmüş, bir sıra sosialyönümlü obyektlər tikilərək istifadəyə verilmiş, yeni yollar və körpülər tikilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Bu dövrdə 6 məktəb binası, 1 xəstəxana, 3 həkim və tibb məntəqəsi tikilmiş, 23 məktəb, 4 xəstəxana, 5 həkim və tibb məntəqəsi, 17 mədəniyyət obyekti əsaslı təmir edilmişdir. Rayon mərkəzində Dövlət Bayrağı Meydanı qurulmuş, maliyyə idarəsi üçün yeni üçmərtəbəli bina tikilmiş, rayon icra hakimiyyəti və dövlət müəssisələri yerləşən inzibati binaların fasadları müasir qaydada təmir olunmuş, rayon Mədəniyyət Evində əsaslı təmir işlərinə başlanılmışdır. Müasir tələblərə cavab verən 205 çarpayılıq mərkəzi rayon xəstəxanasının tikintisi davam etdirilir. Şəhərdə su və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmış, yeni asfalt və beton zavodları istifadəyə verilmişdir. Xatırladaq ki, ötən il Prezident İİham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında iki dəfə sərəncam imzalamışdır. Sərəncamlara əsasən Sabirabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, Dövlət Proqramında rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi, həmçinin iyirmi iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi məqsədilə Sabirabad Rayon İcra Hakimiyyətinə maliyyə vəsaiti ayrılmışdır. Dövlət başçısının bu sərəncamları rayonda sosial-iqtisadi inkişafın, quruculuq və abadlıq işlərinin sürətləndirilməsinə böyük təkan vermişdir. Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun 20 kilometrlik məsafəsi keçən ilin dekabr ayında istifadəyə verilmiş, yola 120 min kvadratmetr asfalt döşənmişdir. Ümumiyyətlə, son illər Sabirabadda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Rayon mərkəzində Heydər Əliyev prospektinə, Nəriman Nərimanov, İlham İsgəndərov, Vüqar Əhmədov, Mehdi İbrahimov küçələrinə, Müseyib Şərifzadə küçəsindən Kür çayı üzərində inşa olunan körpüyə qədər avtomobil yollarına 118 min 500 kvadratmetr asfalt döşənmişdir. Quruzma, Axısxa, Qaralı, Balvar, Qalağayın, Bulduq, Çöl Beşdəli, Zalqaraağac kəndlərində ümumi uzunluğu 26,2 kilometr olan kəndarası yollarda təmir işləri aparılmışdır. Hazırda Mürsəlli və Yaxa Dəllək kəndlərində ümumilikdə 8,7 kilometr uzunluğunda kəndarası yollarda da bu işlər aparılır. Uzunluğu 43 kilometr olan Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun isə əsaslı təmiri ilə əlaqədar məsələ qaldırılmışdır. Ötən il Sabirabadda 870 yeni iş yeri açılmışdır ki, bunun da 749-u daimidir. Ümumilikdə isə ikinci Dövlət Proqramı qəbul edildiyi müddət ərzində 175 müəssisə yaradılmışdır. Nəticədə 3232 yeni iş yeri açılmışdır ki, bunun da 2658-i daimiidir. Yeni müəssisələrin yaradılmasında və iş yerlərinin açılmasında dövlət tərəfindən verilən güzəştli kreditlər mühüm rol oynayır. Təkcə ötən il 66 layihənin həyata keçirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 1 milyon 830 min manat güzəştli kredit verilmiş və nəticədə