Azərbaycan Respublikasının Bəzi Rayonlarının Inzibati Ərazi Bölgüsündə Qismən Dəyişikliklər Edilməsi Haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin: B a k ı ş ə h ə r i Binəqədi rayonu üzrə Xocəsən qəsəbə inzibati ərazi dairəsinin tərkibində faktik mövcud olan ərazi vahidi 28 May qəsəbəsi adlandırılsın və rayonun ərazi vahidləri siyahısına daxil edilsin. Ağdaş rayonu üzrə Birinci Aral və İkinci Aral kəndləri Xosrov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Birinci Aral kəndi mərkəz olmaqla, Birinci Aral kənd inzibati ərazi dairəsi yaradılsın. Cardam kəndi Nehrəxəlil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Cardam kənd inzibati ərazi vahidi yaradılsın. Mürsəl kəndi Şıxlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Mürsəl kənd inzibati ərazi vahidi yaradılsın. Tofiqi kəndi Şəmsabad kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Tofiqi kənd inzibati ərazi vahidi yaradılsın. Biləsuvar rayonu üzrə Ağayrı kəndi Kirovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Ağayrı kənd inzibati ərazi vahidi yaradılsın. Dərvişli kəndi Amankənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Dərvişli kənd inzibati ərazi vahidi yaradılsın. Əliabad kəndi Xırmandalı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Əliabad kənd inzibati ərazi vahidi yaradılsın. Ovçubərə kəndi Ağalıkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Ovçubərə kənd inzibati ərazi vahidi yaradılsın. Yuxarı Ağalı kəndi Ağalıkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Yuxarı Ağalı kənd inzibati ərazi vahidi yaradılsın. Xanlar rayonu üzrə Əlimədədli kəndi Quşqara kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Əlimədədli kənd inzibati ərazi vahidi yaradılsın.
[Show full text]