Veten Fedaileri 60X90 Sonuncu.Indd

Veten Fedaileri 60X90 Sonuncu.Indd

Gülniyar Qurban qızı Vətən fədailəri Zaqatalanın igid və mərd oğullarına həsr olunur “Renessans-A“ Bakı – 2019 1 Buraxılışa məsul: Aslan Cəfərov Ələddin Əsədzadə Gülniyar Qurban qızı. Vətən fədailəri. Bakı, “Renessans-A” Nəşriyyat Evi, 2019, 280 səh. Bu kitab Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsiz- liyinin təmin olunması yolunda mərdliklə vuruşan və Vətən uğrunda canlarından keçən Zaqatalanın ölməz oğullarının qəhrəmanlığına həsr olunmuşdur. ISBN 978-9952-21-078-1 © Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, 2019 2 “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konsti- tusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxan minlərlə soydaşımız mərdlik göstərərək canlarını qurban vermiş və şəhidlik zirvəsinə ucalmışdır. Həmin şəxslərin xatirəsi xalqımız və dövlətimiz tərəfindən həmişə böyük hörmət və məhəbbətlə yad edilir. Şəhidlərin əziz xatirəsinin əbədiləş- dirilməsi və şəhid ailələrinin mənəvi və maddi ehtiyaclarının ödənilməsi üçün müntəzəm olaraq tədbirlər həyata keçirilir. Dövlətimizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşu uğrunda şəhid olanların ailələrinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram: 1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 300 (üç yüz)manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin.[1] 2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd hər ilin dövlət büd- cəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, şəhid ailəsi üzvlərinin sayına bərabər bölünməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir; 2.2. hər şəhidə görə onun ailəsinə Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, 20 Yanvar şəhidinin ailəsi üçün və bu Fərmanın 1-ci bəndi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri, ən yüksəyi verilir. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqa- üdü”nün təyin olunması və ödənilməsi qaydalarını bir ay müddətində ha- zırlayıb təsdiq etsin; 3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 4. Bu Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 dekabr 2006-cı il № 493 3 Şəhidlər haqqında müdrik kəlamlar Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar...Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik. Bu, bizim millətimizin iftixarıdır. Heydər Əliyev Uğurlu siyasətin əsl səbəbi torpağa məhəbbətdir, xalqa məhəbbətdir. İlham Əliyev Ölümün gözünə dik baxan, şəhidliyi şərəflə qarşılayan insanlara əsarət təklif etmək boş və gülünc bir şeydir. Şeyx Şamil Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (Şəhidlik rütbəsinə) sevinir, aralarındaca, gəlib hələ özlərinə çatmamış ( Şəhid- lik səadətinə hələ nail olmamış ) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm – qüssə görməyəcəklərinə görə şadlıq edirdilər. Ali – Imran Surəsi (“ Imran ailəsi “) 4 Vətən Çağırır indi bütün milləti imdada Vətən, Dəyişilməz, ey oğul, cənnətə dünyada Vətən. Bizə meydan oxuyan bilməlidir birdəfəlik, Nə satılmaz, nə verilməz binədən yada, Vətən. Sinə altında gərək qəlb kimi hər an döyünə, Yana ulduz kimi hər sözdə, hər imzada Vətən. Vətən eşqindən ucalsın bütün istəklərimiz, Yaşasın arzuda, məqsəddə, təmənnada Vətən. Ulular uymadı var-dövlətə, yalnız dedilər: Ən böyük bəxşişimiz bizdən hər övlada: Vətən! Vətən eşqindən alar Bəxtiyar öz qüdrətini Döyünər qəlbi kimi hər yeni misrada Vətən. Bəxtiyar Vahabzadə 5 Müəllifdən Mən türkəm, ləzgiyəm, kürdəm, talışam,- Bu Azərbaycanın balasıyam mən. Vətən göylərində alıcı quşam, Yurdun alınmayan qalasıyam mən. Gəlin bölünməyək doğmaya, yada – Hamı bir ağacın yarpağıyıq biz. Axı hər birimiz başdan-ayağa, D o ğ m a A z ə r b a y c a n t o r p a ğ ı y ı q b i z . Fikrət Qoca Bu kitabı hazırlamaqla özümü daha bir vətəndaşlıq borcumu yerinə yetirmiş sayıram. Birinci “80 il xalqın xidmətində” kitabını hazırlamaqla bir kitabxanaçı kimi kitabxananın tarixi, inkişafı, işçiləri haqqında məlu- mat toplamaq və oxuculara çatdırmaqla, ikincisi kəndimiz, nəslimiz haqqında məlumat toplayıb araya-ərsəyə gətirməklə “Mənim yurdum, məkanım”, üçüncüsü rayonumuzun Böyük Vətən müharibəsində işti- rakını əks etdirən “Zaqatala – Böyük Vətən müharibəsində” kitabını, dördüncü “Zaqatalanın kitabsevərləri” məlumat kitabçasını hazırlamaqla, beşincisi Zaqatala xalq teatrının rejissoru Bayram Qurbanovun həyat və yaradıcılığına həsr olunmuş “Yaradan və yarıdan insan” adlı kitabları- mın oxuculara çatdirmaqla öz vətəndaşlıq borcumu yerinə yetirmişəm. Bu gün mən xalqımızın ən yaralı dərdi – Qarabağ müharibəsi, bu müharibədə Zaqatala əhalisinin iştirakı və bu yolda gənclərimizin mü- 6 barizəsi, qəhrəmanlıq yolu, şəhidlik zirvəsi haqqında məlumat toplamaq və ictimaiyyətə çatdırmaq məsələsini şəhidlər qarşısında ən müqəddəs borc sayıram. Bu məsələ haqda bir sıra yazılar (istər bədii, istər sənədli) hazırlanıb çap olunub. Bu müəlliflərin içərisində hörmətli alimimiz Həşim İsmayılovun “Zaqatala şəhidləri”, həmyerlimiz şair Mustafa Camalın “Muxax şəhidləri”, “Sabunçunu yaşadanlar” əsərləri sanballı, dəyərli, kifayət qədər dolğundur. İş prosesində toplanmış materialların çoxluğu və bunlara olunmalı əlavələrin zəruliyi məni vadar etdi ki, materialları kəndlər üzrə, itkin düşən əsgərlərin siyahısını əlavə etməklə sistemləşdirim. Şəhidlər bizə ölümün nə qədər yaxın olduğunu, dünyanın necə aldadıcı və yalan olduğunu göstərdilər. Eyni zamanda vətənin müqəd- dəsliyini candan əziz olduğunu bizə sübut etdilər. İynə-quyu hesabı bir dünya qurularkən , Bu yolda tökülmüş bir damla tərim olsa , İkincilər ilklərlə cənnətdə olarkən, Allahım, səflərində mənim də yerim olsa. Mən şəhidlər qarşısında borcumu hansı səviyyədə yerinə yetirəcəm bilmirəm. Bir bunu deyə bilərəm ki, şəhidlərin xatirəsinə çəkdiyim zəhmət onların halal xoşu olsun. 7 Vətən fədailəri Azərbaycanın Milli Qəhrəmanlarının həyatı ibrət məktəbi, mədəniyyət mənbəyidir. Heydər Əliyev Əsgər müqəddəsdir, çünki o, müqəddəs torpa- ğımızın keşikçisidir. Əsgərin vətənə olan məhəbbə- ti öz borcunu şüurla anlaması, vətən üçün canından keçməyə hazır olmasıdır. Bu keyfiyyətlər nə içdiyi andın, nə imzaladığı müqavilənin, nə yazdığı təcüme- yi-halın mətnində olur. Bu ancaq əsgərin qəlbində olur, ana südü ilə onun qanına hopur. Vətən sevgisi, vətən məhəbbəti zamanla insanın qəlbinə öz toxumlarını səpir. Bu toxumlardan cücərən, sevgilərdən tutuşan qığılcım daim közərir. Şəhidlər! Onlar Vətənin qiymətini canlarından keçməklə verdilər. Vətənin bir bayraq olduğunu zənn edərək rənginə qanları ilə rəng qatdılar. Vətən sözünü eşitdikdə gözlərinə işıq gəldi, qollarına qüvvət. Yaralı vətənin nisgili onlardakı intiqam hissini daim alov- landırdı. Çünki onların Vətəni yaralıdır. Yaralı Vətəni olan xalq heç vaxt xoşbəxt ola bilməz. Vətən anadır deyirlər, xalq da onun övladı. Şəhid verən ana necə xoşbəxt ola bilər? Analar şəhid verməyə bilməz, çünki Vətəni yad əllərdədir. Vətən darda olanda oğulların 8 qeyrəti üzə çıxır. Düşmən ayağında tapdanmış torpaq- ların uğrunda tökülmüş qan Vətəni yaşadır. Bu qan şəhidlik zirvəsinə ucalmış igidlərin ölümdən sonrakı ömrünü uzadır. Ölüm sözü nə qədər dəhşətli səslənsə də şəhid ölümündən azacıq da olsa, təskinlik tapırsan. Çünki adi ölümdən fərqli olaraq o şəxslər hansısa ali bir məqsəd, yol uğrunda həyatla vidalaşıblar. Onlar Azərbaycanın müqəddəs torpaqları uğrunda həyatla vidalaşmış və canlarından keçmişlər. Təki Vətən sağ olsun, xalqımız, anamız, bacımız, uşaqlarımız sağ ol- sun. Bizim sahib olduğumuz ən ali vəzifələrdən biri müqədəs torpaqlarımız uğrunda mübarizədir. Müstəqil Azərbaycan dövlətinin indiyədək qorunub saxlanılmasına görə yalnız şəhidlərimizə borcluyuq. Dövlətimizin və torpaqlarımızın qorunmasında zaqatalalıların da öz xidmətləri var. Vətənimizin başını duman alanda, analarımızın ürəyi qubar edəndə yur- dumuzun ən igid oğulları cəbhəyə yola düşmüşdür . Zaqatala əhalisi bu günə kimi 200-ə yaxın şəhid vermiş, onlardan 48 nəfəri itkin düşmüşdür. Respublikamızın azadlığı, müstəqilliyi uğrunda başlanan xalq hərəka- tının önündə gedən zaqatalalılar bu mübarizənin ilk şəhidlərini hamıdan qabaq verdilər. Bakıda 1990-cı ildə 20 Yanvar qırğınından əvvəl Zaqatalada imperiya əsarətinə qarşı qalxan iki nəfər azərbaycanlı gənc rus əsgərinin avtomat gülləsinə tuş gəldi və bu günə kimi Azərbaycanın zaqatalalı oğulları şəhid olmaqdadırlar. 24.11.1998-ci ildə 2 nəfər – Hüseynov Nizami Oruc oğlu və İsayev Bayram Abdulla oğlu şəhid oldular. Zaqatalanın ilk şəhidləridir bunlar. Onların hər biri bizim iftixarımız, gələcək nəsillərimizə bir örnəkdir- 9 lər. Onların hər birini tanımaq, tanıtmaq hər kəsin borcudur. Müharibə uzandıqca torpaq uğrunda, düşmən əlinə torpaq keçdikcə və torpaqların saxlanması, qo- runması uğrunda müharibə aparıldıqca şəhidlərin sayı artır. Əbədi müharibələr yoxdur. Bir gün gələcək tor- paqlarımız azad olacaq, qələbə gününü qeyd edəcə- yik, düşmənin dağıtdığı hər şeyi yenidən quracağıq. Rahat,rəvan həyatımıza qovuşacağıq. Bu zaman bizə bu rahatlığı bəxş etmiş şəhidlərimiz ehtiram əlaməti olaraq daim anılacaq, bütün bu olub keçənlər gələ- cək nəsillərə

View Full Text

Details

  • File Type
    pdf
  • Upload Time
    -
  • Content Languages
    English
  • Upload User
    Anonymous/Not logged-in
  • File Pages
    280 Page
  • File Size
    -

Download

Channel Download Status
Express Download Enable

Copyright

We respect the copyrights and intellectual property rights of all users. All uploaded documents are either original works of the uploader or authorized works of the rightful owners.

  • Not to be reproduced or distributed without explicit permission.
  • Not used for commercial purposes outside of approved use cases.
  • Not used to infringe on the rights of the original creators.
  • If you believe any content infringes your copyright, please contact us immediately.

Support

For help with questions, suggestions, or problems, please contact us