“Qarabağ Dünən, Bu Gün Və Sabah” 16-Cı Elmi-Əməli Konfransının Materialları Toplusu
Total Page:16
File Type:pdf, Size:1020Kb
QARABAĞ AZADLIQ TƏŞKİLATI “QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH” 16-cı elmi-əməli konfransının MATERİALLARI BAKI-2017 1 Redaksiya heyəti: fəlsəfə elmləri doktoru Əli Abasov, tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri doktoru Kərim Şükürov, tarix elmləri üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, iqtisadiyyat üzrə fəlsəfə doktoru Şamil Mehdi. QAT (Qarabağ Azadlıq Təşkilatı). “Qarabağ dünən, bu gün və sabah” 16-cı elmi-əməli konfransının materialları toplusu. Bakı, 2017, səh. 282 Buraxılış Azərbaycan-Ermənistan müharibəsi ilə əlaqədar 2017- ci il mayın 23-də keçirilən “Qarabağ dünən, bu gün və sabah” 16- cı elmi-əməli konfransının məruzə və çıxışlarının materiallarını əhatə edir. This edition covers theses of lectures and speeches o scientific- practical conference “Karabakh yesterday, today and tomorrow”, which was held on May 23, 2017, concerning to settlement of Azerbaijan-Armenia war. 2 Redaksiyadan Bu nəşrdə “Qarabağ dünən, bu gün və sabah” mövzusunda 16-cı elmi-əməli konfransının Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və onun birbaşa təcavüzü nəticəsində yaranmış Azərbaycan-Ermənistan müharibəsinin müxtəlif cəhətlərinə həsr olunan materialları toplanmışdır. Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə 2017-ci il 23 mayda Bakı şəhərində keçirilən bu konfransın da məqsədi Azərbaycan- Ermənistan münaqişəsinin yaranmasının kökləri və həlli perspektivləri haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdan, həmçinin taleyüklü problemə dair ədalətli və reallığa uyğun ümumi mövqe formalaşdırmaqdan ibarətdir. From Editorial These of reports of the 16th scientific- practical conference “Karabakh yesterday, today and tomorrow”, dedicated to Azerbaijan- Armenia war, arising from territorial claim and realizing aggression to Azerbaijan by Armenia? Were published in this edition. This conference is held on initiative of Organization of Karabakh Liberation on May 23, 2017 has a goal to infrom international public opinion about the root of origin and perspectives of settlement of Azerbaijan-Armenia conflicte and also too form common, fair and real position on this vital problem. От Редакцин В этом опубликованы материалы докладов 16-ый научно- практической конференции “Карабах вчера, сегодня и завтра”, посвященной Азербайджано-армянской войне, возникшей в результате территориальных претензий Армении к Азербайджану и ее прямой агрессии. Конференция, проводимая по инициативе Организации Освобождения Карабаха в городе Баку 23 мая 2917 года, преследует своей целью информирование международной общественности о корнях возникновения и перспективах разрешения Азербайджано-армянского конфликта, а также формирование общей, справедливой реалистичной позиции по этой жизненно важной проблеме. 3 Akif Nağı Regionda geosiyasi dəyişikliklər və Qarabağ Cənubi Qafqaz regionuna da birbaşa toxunan geosiyasi dəyişikliklər müşahidə olunur. Azərbaycan, Türkiyə, İran, Rusiya arasında yeni bir ittifaqın, formatın Avropa tərəfindən prosesə müdaxilə olunmasa, yeni formata meyilli olan ölkələrdən hər hansı birinin prosesdən kənarlaşdırmaq cəhdi olmasa, yeni formatın yaranması real grünür. İttifaqa girmək istəyən dörd ölkədən hər birini ümumi maraqlar birləşdirir. Ən əsası İran, Rusiya və Türkiyəni Suriya ilə bağlı maraqları ciddi şəkildə yaxınlaşdıra bilər. Türkiyə və İran Rusiyaya doğru ilk addımlarını artıq atır: İran hərbi bazalarından Rusiyanın istifadəsi üçün şərait yaradır; Türkiyənin hətta “İncirlik” hərbi bazasını Rusiyanın ixtiyarına verə biləcəyi ilə bağlı fikirlər səsləndirilir. Türkiyənin Suriyada quru əməliyyatlarına qoşulması daha çox şeydən xəbər verir. Rusiyanın da müəyyən məsələlərlə bağlı addımlar atdığı bəllidir. Bu dəyişiklikləri ABŞ-ın regiondan çıxması, təsirinin azalması kimi dəyərləndirmək olmaz. ABŞ regionda qalır, təsir imkanlarını saxlayır. Lakin bütün bunların fonunda Rusiyanın regionda dominantlığı bir qədər də artacaqdır. Ən müsbət olan isə odur ki, Türkiyə və İran ilk dəfə regionda gedən proseslərə real müdaxilə etmək imkanı qazanırlar. Yeni format Dağlıq Qarabağ müharibəsinin sona yetməsi üçün yetərli ola bilərmi? Məsələ Rusiyanın geri çəkilmək ehtimalından, Türkiyə və İranın isə Azərbaycan maraqlarında təkid etmək istəyindən asılı olacaq. Rusiya Azərbaycanın torpaqlarını işğal edib və bunu Ermənistanın adı ilə həyata keçirib. Ona görə də Rusiyanın bu ərazilərdən çıxacağı real görünmür və yaxud məsələni başqa cür qoyaq: Rusiya nəyin müqabilində bu əraziləri tərk edə bilər? Hələlik heç nəyin. İndiki şəraitdə yalnız qismən tərketmədən shbət gedə bilər. Burada hətta tez-tez hallandırılan beş rayonun da qaytarılması real görünmür. Rusiya bu varianta yalnız regiona hərbi qüvvələrinin yerləşdirilməsi şərti ilə razılaşa bilər. Bu isə işğalın başqa formada davam etdirilməsi demək olacaqdır. Beş rayonun qytarılması və bunun müqabilində Dağlıq Qarabağdakı qondarma rejimə “aralıq”, hətta “yarım aralıq” (adının nə qoyulmasının heç fərqi yoxdur) statusunun verilməsi Azərbaycan üçün real fəlakət, Dağlıq Qarabağın, demək olar ki, “de- yure” itirilməsi demək olardı. Bu baş verərsə, qondarma rejimin beynəlxalq birlik tərəfindən tanınması və beynəlxalq hüququn subyektinə çevrilməsi üçün ciddi başlanğıc ola bilər. Digər tərəfdən, bu 4 erməni strategiyasının tam həyata keçməsi demək olardı. Ermənistan ötən əsrin 90-cı illərinin əvvəlində Dağlıq Qarabağı oşğal etdikdən sonra ətraf əraziləri tutdu və üzdəniraq “təhlükəsizlik zolağı” adı altında “status əvəzinə ərazi” düsturunu təklif etdi. ABŞ, Avropa, Rusiya tərəfindən müxtəlif adlar altında təklif olunan və hazırda masa üzərində saxlanılan variant bu erməni planının həyata keçirilməsindən başqa bir şey deyildir. Başqa bir tərəfdən, status məsələsinin müzakirəsi, ümumiyyətlə yanlış bir yanaşmadır. Burada da ermənilərin belə bir tezisi əsas götürülür ki, guya Dağlıq Qarabağ erməniləri öz statuslarını dəyişmək üçün hansısa hərəkata başlayıblar, “mübarizə” genişlənib və sair. Əslində isə, baş vermiç hadisənin mahiyyəti göz önündədir: Ermənistan Dağlıq Qarabağdakı ermənilərdən şirma kimi istifadə edərək Azərbaycana qarşı işğalçı müharibəyə başlayıb. Ona görə də indi status məsələsini qabartmağa heç bir ehtiyac yoxdur, Ermənistan sadəcə işğal etdiyi bütün ərazilərdən, Dağlıq Qarabağ və ətraf 7 rayondan çıxmalıdır. Bu dediklərimiz birinci Qarabağ müharibəsinin nəticələrinin dinc yolla aradan qaldırılması variantıdır. Lakin prosesin məhz bu yolla gedəcəyi ehtimalı sıfıra bərabərdir. Onda qalır yeni müharibə variantı. Yeni geosiyasi dəyişikliklər, regionda qüvvələr nisbətinin dəyişməsi buna imkan verirmi? Birinci Qarabağ müharibəsinin başlanması daha çox xarici amillərlə bağlı idi. ABŞ bu cür etnik müaribələrə SSRİ-nin dağlıma prosesini sürətləndirən vasitə kimi baxırdı. Ona görə də ABŞ rəhbərliyi 1988-1993-cü illər ərzində Dağlıq Qarabağ ətrafında münaqişə və müharibənin alovlanmasına hər cəhdlə təkan verir, Ermənistan tərəfinin açıq şəkildə dəstəkləyirdi. Bu yöndə 1989 və 1991-ci illərdə ABŞ Konqresinin iki qərəzli qərarı qəbul olundu, sonra isə 1992-ci ildə “907-ci düzəliş” deyilən sənəd ortaya gəldi. Rusiya da bu cür lokal müharibələrdə maraqlı idi. Rəsmi Moskva bu cüür müharibələrə keçmiş SSRİ məkanında itirilmiş mövqelərin bərpası üçün vasitə kimi baxırdı. İndiki məqamda ABŞ üçün oxşar maraqların yoxa çıxdığını demək olar. ABŞ Rusiyanın dağılmasında, parçalanmasında maraqlı deyil. Parçalanmış Rusiya böyük bir region üçün onlarla yeni problemin meydana gəlməsi ilə nəticələnə bilər. ABŞ Rusiyada özünə uyğun bir hakimiyyətin yaranması və bu hakimiyyət vasitəsilə böyük bir ölkənin idarə olunması, nəzarətdə saxlanılmasında maraqlıdır. Ermənistanı öz daxili əyalətlərindən biri kimi idarə edən, tam təsir dairsəində saxlayan, 5 Azərbaycanda da kifayət qədər təsir imkanları olan Rusiya da yeni müharibənin alovlanmasında maraqlı deyil. Azərbaycan Rusiya və ABŞ-ın iradəsinin əksinə olaraq müharibəyə başlaya bilərmi? İran, Türkiyə və Rusiyanın Suriyada maraqlarının üst- üstə düşməsi, hərbi əməkdaşlıqlarının genişlənməsi bu sualın müsbət cavablandırlıması üçün azacıq ümidlər yaradır. Rusiya Suriyaya digər maraqları ilə yanaşı həmin regionda son dayaq məntəqəsi kimi baxır. Türkiyə Suriya ilə sərhəd ərazilərində kürd faktorunun təhlükəli həddə çatmasından narahatdır. İran Suriyada hazırkı hakimiyyətin və yaxud varisliyin təmin olunmasında maraqlıdır. Bu üç dövlətin ciddi maraqlarla bir-birinə bağlanması Azərbaycana xeyir gətirə, Qarabağda müharibənin başlaması üçün zəmin ola bilər. Azərbaycan bu mürəkkəb, amma əlverişli vəziyyətdən yararlanmalıdır və ya yararlana bilər. Azərbaycan bu günə qədər ABŞ və Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tutacağını, ortaq məxrəcə gələrək obyektiv həll variantı təklif edəcəklərinə ümid bəsləyib və diplomatik səylərini bu istiqamətə yönəldib. Lakin bu taktika özünü doğrultmadı, 2 super dövlət ortaq mövqeyə gələ bilmədilər, daha doğrusu, belə bir ortaq mövqeyə gəldilər ki, status-kvon qorunub saxlanılmalıdır. Bu isə Azərbaycanın maraqlarına cavab vermir. Digər tərəfdən, dünyada belə bir fikir hökm s2ürür ki, planetimizin istənilən yerində ortaya çıxan münaqişəni, mübahisəni bu iki dövlət həll edə bilər, ya da heç kəs həll edə bilməz. Bütün digər ölkələr sanki adi müşahidəçi rolundadırlar. Azərbaycan da bu tezisə tabe olaraq, ümidlərini ABŞ və Rusiyaya bağlayıb. Hadisələrin inkişağı bu düsturun, formulun sındırılmasında doğru gedir. Türkiyə və İranın da bu yeni prosesin təşəbbüskarları sırasında şansları kifayət qədərdir. Bunu deyərkən Türkiyə və ya İranın Azərbaycan tərəfindən müharibəyə müdaxiləsini nəzərdə tutmuruq. Türkiyə və İran Rusiyanın, müəyyən