Ar2019-727.Pdf
Şöhrət Səlimbəyli SON KƏŞFİYYAT, SON DÖYÜŞ Qəhrəman döyüşçü Araz Pirimovun həyatından ştirixlər V KİTAB BAKI – “Avropa” nəşriyyatı. 2019 Redaktoru: Mahmud Allahmanlı filologiya üzrə elmlər doktoru, professor S-93. Şöhrət Səlimbəyli. Son kəşfiyyat, son döyüş. Qəhrəman döyüşçü Araz Pirimovun həyatından ştirixlər. Bakı. 2019, “Avropa” nəşriyyatı. 232 səh. S 4702060106 qrifli nəşr 8032-2019 © “Avropa” nəşriyyatı. 2019 ARAZ ƏHMƏD OĞLU PİRİMOV GÜLABLIDAN BAŞLANAN YOL PROLOQ ƏVƏZİ İsti onu tamam taqətdən salmışdı. Elə hey ora-bura çırpınır, ayağa qalxmağa çalışırdı. Uşaqlara diqqətlə baxandan sonra onların həlak olduğunu anladı. Gecənin qaranlığında silahlı adam, nəhayət ki, gücünü toplayıb avtomatın darağını yerinə sala bildi. Əlindəki yol çantasını axtarırdı. Araz çox çətinliklə yaxınlıqdakı ağaca tərəf sürünüb, söykəndi, çantanı açıb binti çıxarıb var gücü ilə ayağındakı yarasını sarıdı. Silahlı adam bir əli ilə ağacdan yapışıb, dalbadal havaya atəş açdı, amma hər tərəfdə əvvəlki kimi sakitlik hökm sürürdü. Canlı varlığın görünmədiyi bu gecə onu da vahiməyə salmışdı. Yenə havaya işıqsaçan güllələrdən atəş açdı. ...Kənddəki atəş səsləri getdikcə artır və güclənirdi. Qulağına Gülablıdan, Abdaldan ora-bura qaçan adamların ayaq səsləri gəlir, gah çığırtılar eşidilir, gah da bu səsləri vahiməli gecənin səssizliyində yarpaqların xəfif xışıltısı əvəz edirdi. Saata baxdı, beşə işləyir. Hava işıqlaşırdı. Hər tərəf füsunkar görünür, bu gün müharibə elə bil hər yerə əbədi sükut çökdürmüşdü. Bircə güllə belə atılmırdı. Almaniyada hərbi xidmətdə olanda əsgər dostlarına 4 danışardı ki, Qarabağda, bizim Gülablıda hər fəslin öz rəngi olur. Qarabağda hər fəsildə güllərin rəngi dəyişsə də, adamların mərdliyi dəyişmir. *** Çoxlarınız Ağdamın Gülablı və Abdal kəndlərini görməmisiniz. Bu kəndlər Şuşa şəhərinin aşağı hissəsində, dağlar qoynunda, bağlı-bağatlı bir yerdə və erməni kəndlərinin qonşuluğunda yerləşirdi.
[Show full text]