Qərbi Azərbaycan: Tarixi Həqiqiətlər Və Ya Ermənistanin Etnik Təmizləmə Siyasəti
Total Page:16
File Type:pdf, Size:1020Kb
İBRAHİM BAYRAMOV QƏRBİ AZƏRBAYCAN: TARİXİ HƏQİQİƏTLƏR VƏ YA ERMƏNİSTANIN ETNİK TƏMİZLƏMƏ SİYASƏTİ BAKI - 2012 Bas məsləhətçi: Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Elmi redaktorlar: Süleyman Məmmədov, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Həsən Mirzəyev, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor İsrafil Məmmədov, tarix elmləri namizədi Rəyçilər: Vilayət Əliyev filologiya elmləri doktoru, professor Əli Məmmədov, tarix elmləri doktoru, professor Mayıs Əmrahov, tarix elmləri doktoru, professor Redaktor: Nazim Mustafa, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun baş elmi işçisi İbrahim Bayramov. Qərbi Azərbaycan: Tarixi həqiqətlər вә ya Ermənistanın etnik təmizləmə siyasəti, Bakı: 2011,288səh. Kitabda indi Ermənistan adlandırılan Qərbi Azərbaycanın tarixi coğrafiyasından, etnik tərkibindən, rusların və ermənilərin Qərbi Azərbaycan ərazisinə köçürülməsi tarixindən, ermənilərin azərbaycanlı lara qarşı törətdikləri soyqırımından və onların deportasiyasından bəhs olunur. Eyni zamanda kitabda Qərbi Azərbaycanın toponimlərinin soyqırıma məruz qalması, tarixi abidələri, yaşayış məntəqələri üzrə* azərbaycanlıların miqdarı haqqında da məlumat verilir. Tarixi faktlar və mənbələr əsasında yazılmış bu kitab tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 4800000000 2012 0.67 © Çıraq 2012 © İ.Bayramov Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi- etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir. HEYDƏR ƏLİYEV, AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ İrəvan Ermənistanın paytaxtı kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır və süni şəkildə Ermənistana verilmişdir. Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir İLHAM ƏLİYEV, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ DÜZƏLİŞ S.№ Səhifə Getmişdir Oxunmalıdır si 1 Titul səhifə Tarixi həqiqiətlər Tarixi həqiqətlər 2 2 Bakı: 2011 Bakı: Çıraq, 2012 3 35 825000 82500 4 39 H. Verdiyev H.Verdiyeva 5 41 2.690 20.073 3 Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həy! keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız a məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərh: gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar iı Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tari: etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalır xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdı viran edilmişdir. HEYDƏR ƏLİYE AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDE İrəvan Ermənistanın paytaxtı kimi Azərbaycan dövləti tərəfindən 1918 ildə verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlı idi. Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır və süni şəkildə Ermənista verilmişdir. Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik i Bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənş toponimlərdir İLHAM ƏLİYE AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDEN DÜZƏLİŞ S.№ Səhifə Getmişdir Oxunmalıdır si 1 Titul səhifə Tarixi həqiqiətlər Tarixi həqiqətlər 2 2 Bakı: 2011 Bakı: Çıraq, 2012 3 35 825000 82500 4 39 H. Verdiyev H.Verdiyeva 5 41 2.690 20.073 Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi- etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir. HEYDƏR ƏLİYEV, AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ İrəvan Ermənistanın paytaxtı kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır və süni şəkildə Ermənistana verilmişdir. Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir İLHAM ƏLİYEV, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ DÜZƏLİŞ S.№ Səhifə Getmişdir Oxunmalıdır si 1 Titul səhifə Tarixi həqiqiətlər Tarixi həqiqətlər 2 2 Bakı: 2011 Bakı: Çıraq, 2012 3 35 825000 82500 4 39 H. Verdiyev H.Verdiyeva 5 41 2.690 20.073 i 3 ÖN SÖZ Azərbaycan deyəndə Şimali Azərbaycan, Cənubi Azərbaycan yada düşür. Bu gün də Qərbi Azərbaycan termini coğrafi məhfum kimi yaranmışdır. Qərbi Azərbaycan indi Ermənistan adlanan ərazi məhfumu mənasında işlənir. Azərbaycanşünaslıqda onu ilk dəfə bir termin kimi tarix elmləri doktoru, professor Süleyman Əliyarov işlətmişdir: «Şırak» adından yaranan anlayış sonralar Şiraküvez, Şırakavan, Şurakel (Şurakil) şəklində işlənmişdir. «Şiröküvəz» («Şırəkəyəz»?) yazılışı fonetika baxımından qərbi azərbaycanlıların (kursiv mənimdir - İ.B.) işlətdikləri «Dərələyəz», «Əngəlöyüd» (Əngələyüz) yer adlarının sonluğu ilə uzlaşıb səsləşir» [22, s. 15]. 1988-ci ildə azərbaycanlılar indiki Ermənistandan-tarixi-etnik torpaqların dan deportasiya edildikdən sonra Qərbi Azərbaycan coğrafi məhfumu sıx-sıx işlədilməyə başladı və beləliklə, bu gün Ermənistan respublikası coğrafi məfhumunu tam əvəz edə bilir. Qərbi Azərbaycan adını özündə ehtiva edən bu sətirlərin müəllifinin «Qərbi Azərbaycan toponimlərinin tərkibində işlənən söz və coğrafi terminlər lüğəti» [Bakı, «Elm», 2000], «Qərbi Azərbaycanın türk mənşəli toponimləri» [Bakı, «Elm», 2002], «Qərbi Azərbaycan toponimləri sistemi» [Bakı, «Elm», 2005], «Qərbi Azərbaycan şivələrinin leksikası» [Bakı, «Elm və təhsil», 2011], H.Mirzəyevin «Qərbi Azərbaycanın Dərələyəz mahalı [Bakı, «Elm», 2004]», Ə.Ələkbərlinin «Qərbi Azərbaycan» I c., Vedibasar mahalı [Vedi və Qarabağlar rayonları], [Bakı, «Ağrıdağ» 2000], «Qərbi Azərbaycan», II c., [Zəngibasar, Qə- mərli və Ellər rayonları], [Bakı, «Ağrıdağ», 2002], «Qərbi Azərbaycan abidə ləri» I [Bakı, «Nurlan», 2006], «Qərbi Azərbaycanın dialektoloji lüğəti» [Bakı, «Ağrıdağ», 2009] kitabları nəşr olunmuşdur. Qərbi Azərbaycan deyəndə İrəvan və Gümrü şəhərləri, Vedibasar, Zəngibasar, Göyçə, Dərələyəz, Dərəçiçək, Zən gəzurun Meğri, Gorus, Sisyan, Qafan bölgələri, Ağbaba gözlərimizin önündə canlanır. Qərbi Azərbaycan tariximizin bir parçasıdır: Ürək ağrıdan, qəlb göynədən parçası. Bu torpaqlarda Dədə Qorqud qopuz çalıb, söz qoşub, igidlərə ad verib, Koroğlu qarı düşmənə daş atıb, Aşıq Ələsgər dağlarımızı, buz bulaqlarımızı, güllü-çiçəkli torpağımızı vəsf edib, oxşayıb, tərənnüm edib. Qərbi Azərbaycan torpağı Azərbaycan elminə görkəmli şəxslər - ictimai xadimlər, elm, mədəniyyət, ədəbiyyat və incəsənət aləmində öz sözü olan şəxslər bəxş etmişdir [59]. VII əsr ədəbi abidəsi olan «Kitabi-Dədə Qorqud» dastanının coğrafi mühiti həm də Qərbi Azərbaycanla bağlıdır. Dastanda adı çəkilən Şirökuvən, Altuntaxt, Göyçə gölü oğuz qəhrəmanlarının doğma yurdları olmuşdur və bu ərazilər indi Ermənistan adlanan Qərbi Azərbaycanın ərazisi daxilində yerləşir . Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri olmuş, ermənilər isə xaricdən bu ərazilərər köçürülmüşdür. Məhz bunun nəticəsidir ki, tarixən, 4 yəni 1991-ci ilə kimi ərazinin toponimlərindən 90 %-dən çoxunu türk mənşəli toponimlər təşkil edirdi (Ətrafli məlumat üçün bax: İ.Bayramov. Qərbi Azərbay canın türk mənşəli toponimləri, Bakı, 2002). XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilə kimi Qərbi Azərbaycan ərazisində olan türk mənşəli oykonimlərin, oronimlərin və hidronimlərin adları dəyişdirilərək ermənıləşdırilmiş və ya ruslaş- dırılmışdır. 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsinin nəticəsi olaraq ermənilər İrandan, Türkiyədən bu ərazilərə köçürülmüşdür. Bu tarixi faktlar erməni [85] və rus [83] mənbələrində öz əksini aydın şəkildə tapmışdır. Burada yaşayan azərbaycanlılar isə zaman-zaman - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Sovet hakimiyyəti dövründə azərbaycanlıların indiki Ermənistandan dövlət səviyyəsində, özü də SSRİ adlanan nəhəng imperiya tərəfindən deportasiyası köçürmə adı ilə həyata keçirilmişdir. SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də «Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» 4083 saylı, 1948-ci il martın 10-da isə həmin qərara əlavə olaraq qəbul edilən «Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında» 754 saylı qərarlarına əsasən 150 min azərbaycanlı tarixi-etnik torpaqlarından - Ermənistandan deportasiya edilmişdir. 1988-1991-ci illərdə isə SSRİ dövlətinin himayəsi altında Ermənistan dövləti Qərbi Azərbaycandan - indiki Ermənistan ərazisindən 250 mindən artıq azərbay canlını ata-baba torpaqlarından