Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Sərhədinin Mühafizəsini Gücləndirmək Tədbirləri Haqqında Qərar № 560
Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında Qərar № 560 Bakı şəhəri, 16 oktyabr 1992-ci il «Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 27 avqust tarixli Fərmanının icrası üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikası ərazisinin inzibati sərhəd hüdudlarında sərhədboyu zona təyin edilsin: Xaçmaz, Qusar, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qazax, Ağstafa, Tovuz, Samux, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Fizuli, Beyləqan, İmişli, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Astara, Lənkəran, Şərur, Babək, Şahbuz, Culfa, Ordubad rayonları və Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri. 2. Sərhədboyu zonaya daxil edilsin: a) təyyarə meydanları: Naxçıvan, Cəbrayıl, Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Cəlilabad, Göytəpə, Lənkəran, Xaçmaz, Xudat, Qusar, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Ağstafa, Tovuz, Şəmkir: b) dəmiryol dayanacaq məntəqələri: . Bakı—Şərur sahəsi üzrə: İmişli, Vətəgə, 145 km platforma, Kələc, Daşburun, 172 km platforma, Bəhmənli, Bala Bəhmənli, Hacılı, 194 km platforma, Horadiz, 208 km platforma, Mərcanlı, 219 km platforma, Mahmudlu, 232 km platforma, Soltanlı, 239 km platforma, 242 km platforma, Xələfli, Xudafərin, Qumlaq, Həkərə, Xurama, Mincivan, 288 km platforma, 292 km platforma, Bartaz, Ağbənd, Alaməlik, 367 km platforma, Ordubad, Dəstə, Aza, 390 km platforma,
[Show full text]