V Naxçıvan Beynəlxalq Arıçılıq Konfransı 24-25 May 2019-Cu Il
- 0 - АЗЯРБАЙЖАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТЕТИ V NAXÇIVAN BEYNƏLXALQ ARIÇILIQ KONFRANSI 24-25 may 2019 Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 29 may 2019-cu il tarixli qərarı ilə (protokol № 10) çapa tövsiyyə olunmuşdur. NAXÇIVAN-2019 - 1 - Naxçıvan Dövlət Universiteti. V Naxçıvan Beynəlxalq arıçılıq konfransı. “Qeyrət” nəşriyyatı, 2019, 133 səh. BURAXILIŞA MƏSUL: MƏFTUN İSMAYILOV Naxçıvan Dövlət Universitetinin Elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent REDAKTOR: SAMİR TARVERDİYEV © NDU, “Qeyrət” nəşriyyatı, 2019 - 2 - NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ-2019 V NAXÇIVAN BEYNƏLXALQ ARIÇILIQ KONFRANSI PLENAR İCLAS SALEH MƏHƏRRƏMOV Naxçıvan Dövlət Universiteti NAXÇIVAN MR ARIÇILIQ TƏSƏRRÜFATLARINDA YAYILAN YOLUXUCU XƏSTƏLİKLƏRİN QARŞISININ ALINMASINDA DEVASTASİYA MEXANİZMİ Açar sözlər: devastasiya, arıçılıq, infeksion xəstəliklər, arı zərərvericiləri, nektar Key words: devastation, beekeeping, infectious diseases, bee pests, nectar Ключевые слова: девастация, пчеловодство, инфекционные болезни, вредители пчел, нектар Devastasiya – xəstəlik törədicilərinin inkişaf dövriyyələrinin bütün mərhələlərində mümkün olan mexaniki, fiziki, kimyəvi və bioloji üsullarla onlara təsir etməklə məhvinə, yaxud bioloji ölümünə istiqamətlənən kompleks tədbirdir. Devastasiya patogen helmintlərin və başqa yoluxucu xəstəlik törədicilərinin tamamilə məhv edilməsinin yeni prinsipidir. Devastasiyadan fərqli olaraq, profilaktika insan və heyvanların invaziya başlanğıcı ilə əlaqəsinə imkan verilməməsini nəzərdə tutan və onların
[Show full text]