Qaziqulu Abidələri
Total Page:16
File Type:pdf, Size:1020Kb
ŞAMİL NƏCƏFOV ANAR AĞALARZADƏ VAQİF ƏSƏDOV QAZIQULU ABİDƏLƏRİ Tovuzçay su anbarının tikintisi ilə əlaqədar olaraq Tovuz rayonunun Qazıqulu kəndində 2007-2009-cu illərdə aparılmış arxeoloji-epiqrafik tədqiqatların nəticələrinə həsr olunur Bakı – 2017 Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının 2017-ci il 17 mart (5 №-li protokol) tarixli qərarı ilə nəşr olunur. Elmi redaktor: Qoşqar Oruc oğlu Qoşqarlı tarix üzrə fəlsəfə doktoru Rəyçilər: Nəcəf Ələsgər oğlu Müseyibli tarix üzrə elmlər doktoru Müzəffər Maqsud oğlu Hüseynov tarix üzrə fəlsəfə doktoru Kitab AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Etnoarxeologiya” şöbəsində və “Yeni Tikinti Sahələrinin arxeoloji tədqiqi” sektorunda hazırlanmışdır. Şamil Nadir oğlu Nəcəfov, Anar Mirsəmid oğlu Ağalarzadə, Vaqif Arif oğlu Əsədov. QAZIQULU ABİDƏLƏRİ. Bakı: 2017, 232 səh. Kitab Tovuzçay su anbarının tikintisi ilə əlaqədar olaraq Tovuz rayonunun Qazıqulu kəndində 2007-2009-cu illərdə aparılmış arxeoloji-epiqrafik tədqiqatların nəticələrinə həsr olunmuşdur. Arxeoloji kəşfiyyat işlərinin nəticəsi olaraq ümumi sahəsi 160 ha-dan çox olan subasar ərazidə kəşfiyyat qrupu tərəfindən arxeoloji və epiqrafik abidələr tapılmış, qeydiyyata alınmışdır. Qeydə alınmış abidələr son tunc-ilk dəmir dövrünə aid (e.ə. II minilliyin sonu - I minilliyin əvvəli) nekropol, son orta əsrlərə aid (XVII-XVIII əsrlər) yaşayış yerləri və XVIII əsrin sonu – XX əsrin 20-30-cu illərini əhatə edən Qazıqulu müsəlman qəbristanlığından ibarət olmuşdur. Nekropolda və orta əsr yaşayış yerlərində əsaslı arxeoloji qazıntılar aparılmış, xeyli maddi nümunələr əldə edilmiş, dəfn adətləri öyrənilmiş, müsəlman qəbristanlığı isə ayrılmış müvafiq sahəyə köçürülmüşdür. ISBN 978-9952-8326-1-7 © Ş.N.Nəcəfov, A.M.Ağalarzadə, V.A.Əsədov, 2017 SHAMİL NAJAFOV ANAR AGHALARZADEH VAGİF ASADOV THE QAZİQULU MONUMENTS The book covers the results of archaeological, epigraphic investigations carried out in 2007-2009, in Qaziqulu village of Tovuz district in connection with the construction of the Tovuzchay reservoir Baku 2017 Published by decision of the Scientific Council of the Institute of Archeology and Ethnography of Azerbaijan National Academy of Sciences from 17 March 2017 (protocol №. 5) Scientific editor: Goshgar Oruj oghlu Goshgarli PhD in history Reviewers: Najaf Alasgar oghlu MuseYibli Doctor on Historical Sciences Muzaffar Magsud oghlu Husseinov PhD in history The book was compiled in the “Ethnoarchaeology” department and in the sector of “Archaeological investigation of new construction sites” of the Institute of Archaeology and Ethnography of ANAS. Najafov Shamil Nadir oghlu, Aghalarzadeh Anar Mirsamid oghlu, Asadov Vagif Arif oghlu. THE QAZİQULU MONUMENTS. Baku: 2017, 232 pp. The book deals with the results of archaeological and epigraphic investigations carried out in 2007-2009, in connection with the construction of the Tovuzchay reservoir in Qaziqulu village of Tovuz district. As a result of archaeological explorations in more than 160 ha of the flooded area the prospecting party found and registered archaeological and epigraphic monuments. The registered monuments include the late Bronze - early Iron Age (end of the II - early 1st millennia B.C.) necropolis, the late medieval (XVII-XVIII centuries) settlements and the Qaziqulu Muslim cemetery covering end of the 18th - 20-30s of the XX centuries. Fundamental archaeological excavations were carried out in the necropolis and medieval settlements, considerable material samples were obtained, burial customs were studied and Muslim cemetery was moved to the suitable area. ISBN 978-9952-8326-1-7 © Ş.N.Nəcəfov, A.M.Ağalarzadə, V.A.Əsədov, 2017 GİRİŞ Azərbaycan ərazisində arxeoloji qazıntıların digər bir istiqaməti də yeni tikinti sahələrinin arxeoloji tədqiqi proqramına əsasən həyata keçiri- lir. Bu istiqamətdə 2007-2009-cu illərdə Tovuz rayonu ərazisində arxeoloji qazıntılar aparılmış, epiqrafik tədqiqatlar həyata keçirilmişdir. Tədqiqatlar Meliorasiya və Su Təsərrüfatı ASC və Tkiilməkdə olan Meliorasiya və İrri- qasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən Tovuz rayonunun Qazıqulu kəndi ərazisində, Tovuz və Axınca çayları üzərində tikiləcək su anbarının inşaası ilə bağlı subasar ərazidə aparılmışdır. 2012-ci ilə qədər bu kəndin adı Qazqulu adlanırdı. Azərbaycan Pespublikası Prezidentinin 7 mart 2012-ci il tarixli fərmanı ilə Qazqulu kəndi Qazıqulu adlandırılmış- dır. Bu kənd Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsinə daxildir. Qazıqu- luda çöl tədqiqat işləri Tovuzçay su anbarının inşaası ilə əlaqədar tikinti işlərindən əvvəl və bu işlərin gedişatı zamanı həyata keçirilmişdir. Arxeo- loji tədqiqatlar su anbarının əhatə etdiyi 160 ha ərazidə aparılmışdır. Ar- xeologiyaya dair proqram 2 mərhələ çərçivəsində müəyyənləşdirilmişdir ki, bunun da ikinci mərhələsi sırf arxeoloji qazıntı işlərini əhatə etmişdir. Birinci mərhələdə aparılmış arxeoloji kəşfiyyat işləri zamanı arxeolo- ji abidələrin varlığının vizual müəyyənləşdirilməsi ilə bağlı ilkin çöl tədqi- qat işləri icra olunmuş, arxeoloji baxımdan şübhəli yerlər kimi qeydə alın- mış sahələrdə kəşfiyyat xarakterli çöl tədqiqat işləri yerinə yetirilmiş, hə- min sahələrdə kiçik ölçülü yoxlama qazıntı işləri aparılmışdır. AMEA Ar- xeologiya və Etnoqrafiya İnstitutu ilə yuxarıda qeyd etdiyimiz rəsmi qu- rumlar arasında bağlanmış müqaviləyə əsasən İnstitutun arxeoloji ekspe- disiyası 2007-ci ilin sentyabrın 25-dən oktyabrın 30-dək fasiləsiz olaraq To- vuzçay su anbarının əhatə edəcəyi dəryaçanın ərazisində arxeoloji-epiqra- fik kəşfiyyat işlərini həyata keçirmişlər. Arxeoloji kəşfiyyat işlərinin həya- ta keçirilməsində əsas məqsəd və ekspedisiyanın qarşısında duran vəzifə Tovuzçay su anbarının tikintisi ilə bağlı onun əhatə etdiyi ərazidə su altın- da qalacaq və ya anbarın ərazisinə düşəcək yerlərdə arxeoloji, epiqrafik abidələri qeydə almaq, onların planını çıxartmaq, müvafiq yerlərdə mədə- ni təbəqənin qalınlığını yoxlamaq və öyrənmək məqsədilə şurflar qoy- 5 maq, müşahidələr aparmaqdan ibarət idi. Bu kiçikmiqyaslı qazıntılar və müşahidələr abidələrin ərazisini, tipini, dövrünü öyrənmək baxımından əhəmiyyət daşıyırdı. Arxeoloji kəşfiyyat işlərinin nəticəsi olaraq ümumi sahəsi 160 ha-dan çox olan subasar ərazidə arxeoloji kəşfiyyat qrupu tərə- findən arxeoloji və epiqrafik abidələr tapılmış, qeydiyyata alınmışdır. Qeydə alınmış abidələr son tunc-ilk dəmir dövrünə aid (e.ə.II minilliyin sonu - I minilliyin əvvəli) nekropol, son orta əsrlərə aid (XVII-XVIII əsrlər) yaşayış yerləri və XVIII əsrin sonu – XX əsrin 20-30-cu illərini əhatə edən Qazıqulu müsəlman qəbristanlığından ibarət olmuşdur. İkinci mərhələdə, Tovuzçay su anbarının əhatə etdiyi subasar ərazi- yə təsadüf edən abidələrdə -Qazıqulu son tunc-ilk dəmir dövrünə aid nek- ropolunda və orta əsr yaşayış yerlərində 2008-ci ilin 26 may-27 iyul tari- xində geniş və kiçik həcmli arxeoloji qazıntı işləri aparılmışdır. Bu mərhə- lə isə 2008-ci ilin iyul – 2009-cu ilin fevralında Qazıqulu müsəlman qəbris- tanlığının köçürülməsi ilə əlaqədar olaraq etnoarxeoloji, antropoloji və epiqrafik tədqiqatlarla yekunlaşmışdır. Qeydə alınmış abidələrdə əsaslı tədqiqatlar 2008-ci ilin may ayından başlanılmışdı. Arxeoloji qazıntılar və müsəlman qəbristanlığında köçürmə işi ilə bağlı antropoloji, epiqrafik araşdırmalar AMEA AEİ tərəfindən ya- radılmış ekspedisiya qrupu tərəfindən (Ş.N.Nəcəfovun rəhbərliyi, A.M.Ağalarzadə, V.A.Əsədov, Z.C.Hacılı, D.A.Kiriçenko, Ə.İ.Əbdürrəh- manov, Y.M.Danyalovun iştirakı ilə) həyata keçirilmişdir. Ümumilikdə, arxeoloji qazıntı işlərinin əsasını təşkil edən ikinci mər- hələdə son tunc-ilk dəmir dövrünə aid Qazıqulu nekropolunda geniş, orta əsrlərə aid iki yaşayış yerində isə kiçikmiqyaslı arxeoloji qazıntı işləri apa- rılmış, müsəlman qəbristanlığı tamamilə yeni sahəyə köçürülmüş, bunun nəticəsində isə Azərbaycanın qədim və orta əsrlər tarixinin bəzi problem- lərinin həllinə işıq salan xeyli maddi mədəniyyət qalıqları aşkar edilmiş, epiqrafik, etnoqrafik və antropoloji məlumatlar toplanılmışdır. 6 I FƏSİL ƏRAZİNİN TƏBİİ-COĞRAFİ ŞƏRAİTİ VƏ ARXEOLOJİ CƏHƏTDƏN ÖYRƏNİLMƏSİ 1.1. ƏRAZİNİN TƏBİİ-COĞRAFİ ŞƏRAİTİ Tovuzçay hövzəsi sakinlərinin tarixini və mədəniyyətini öyrənmək- dən əvvəl, bu hövzə sakinlərinin qədim dövrlərdən yaşayıb yaratmış ol- duğu yerlərin təbii şəraitinə və ərazinin zənginliyinə diqqət yetirmək yeri- nə düşərdi. Azərbaycanın Gəncə-Qazax bölgəsi, ümumiyyətlə Kür sahili ərazilər müxtəlif dövrləri əhatə edən arxeoloji abidələrlə zəngindir. Bu bölgənin əlverişli iqlim şəraiti, bol su mənbələri, münbit torpağı ərazinin lap qə- dimlərdən insan məskəni üçün əlverişli olduğundan xəbər verir. Düzənlik və qismən dağətəyi zonadan ibarət bu bölgə dəniz səviy- yəsindən 150-600 metr yüksəklikdə yerləşir. Bu bölgədən Kiçik Qafqaz dağlarının şərq silsiləsinin bir hissəsi keçir [30, s.5-6]. Bu silsiləni Gəncə, Qarabağ, Murquz dağları təşkil edir. Ağstafa çayından Kür çayına kimi qərbdən–şərqə doğru uzanan və bir silsilə təşkil edən Gəncə və Murquz dağlarının cənub tərəfi hündür və sıldırımlı, şimal tərəfi isə enişli və uzundur. Şimal tərəfi bir-birindən meşə örtüyü olan dərələrlə ayrılır ki, bu dərələrdən fasiləsiz olaraq Kür, Şəmkir, Zəyəm, Gəncə və Kürək çayları- nın suları axır [30, s.6]. Kiçik Qafqazın qərb və şərq silsilələrini birləşdirən dağlardan biri də Şah dağıdır. Şahdağla Murovdağ arasındakı böyük dərələrdən çoxlu dağ çayları axaraq Kürə qovuşurlar. Bunlar Ağstafa, Tovuz, Axınca, Zəyəm, Kürək, Şəmkir və Gəncə çaylarıdır [30, s.6; 40, s.8-9]. Öyrənilən ərazi Tovuzçay və Axıncaçay hövzələrini əhatə edir.