Ôèëîëîüèéà Ìßñßëßëßðè
Total Page:16
File Type:pdf, Size:1020Kb
Filologiya məsələləri, № 7, 2017 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI M.FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ÔÈËÎËÎÜÈÉÀ ÌßÑßËßËßÐÈ № 7 Топлу Азярбайъан Республикасы Президенти йанында Али Аттестасийа Комиссийасы тяряфиндян рясми гейдиййа- та алынмышдыр (Filologiya elmləri bюлмяси, №13). Азярбайъан Республикасы Ядлиййя Назирлийи Мятбу няшрлярин рейестриня дахил едилмишдир. Рейестр №3222. «Елм вя тящсил» Бакы – 2017 1 Filologiya məsələləri, № 7, 2017 Ъурналын тясисчиляри: Азярбайжан Милли Елмляр Академийасы Ялйазмалар Институту вя «Елм вя тящсил» няшриййаты РЕДАКСИЙА ЩЕЙЯТИ: академик Иса Щябиббяйли, академик Васим Мяммядялийев, академик Теймур Кяримли, АМЕА-нын мцхбир цзвц, ф.ü.е.д., проф. Низами Ъяфяров, АМЕА-нын мцхбир цзвц, ф.ü.е.д., проф. Мющсцн Наьысойлу, АМЕА-нын мцхbир цзвц, ф.ü.е.д., проф. Ябцлфяз Гулийев, ф.ü.е.д., проф. Вилайят Ялийев, ф.ü.е.д., проф. Fəxrəddin Veysəlli, ф.ü.е.д., проф. Гязянфяр Казымов, ф.ü.е.д., проф. Рцфят Рцстямов, ф.ü.е.д., проф. Надир Мяммядли, ф.ü.е.д., проф. İsmayıl Məmmədli, ф.ü.е.д., проф. Мясуд Мащмудов, ф.ü.е.д., проф. Buludxan Xəlilov, ф.ü.е.д., проф. İlham Tahirov, ф.ü.е.д., prof. Əzizxan Tanrıverdiyev, ф.ü.е.д., проф. Мцбариз Йусифов, ф.ü.е.д., проф. Гязянфяр Пашайев, ф.ü.е.д., проф. Ябцлфяз Ряъябли, ф.ü.е.д., проф. Nizami Xudiyev, ф.ü.е.д., проф. Ъялил Наьыйев, ф.ü.е.д., prof. Камиля Вялийева, ф.ü.е.д., prof. Азадя Мусайева, ф.ü.e.d. Paşa Kərimov, фil.ü.f.d., dos. Нязакят Мяммядли Бурахылыша мясул: академик Теймур Кяримли Ряйчи: filologiya elmləri doktoru, professor Надир Мяммядли Филолоэийа мясяляляри. Бакы, 2017, № 7 ISSN 2224-9257 © ”Elm və təhsil” nəşriyyatı, 2017 2 Filologiya məsələləri, № 7, 2017 DİLÇİLİK ÇİNGİZ QARAŞARLI Filologiya üzrə elmlər doktoru, professor [email protected] NOSTRATİK DİLÇİLİK NƏZƏRİYYƏSİ VƏ TÜRKLƏRİN VƏTƏNİ MƏSƏLƏSİ Ачар сюзляр: Ностратика, гядим тцркляр, диллярин гощумлуьу, дил аиляляри, тройалылар, туруккиляр Кей wордс: Ностартиъс, олд Туркс, ланэуаэе кинсщип, ланэуаэе фамилиес, Трожанс, Туруккис. Ключевые слова: Ностратика, древние тюрки, языковое родство, языковые родство, языковые семьи, троянцы, турукки Aralıq dənizi hövzəsində yunan və romalılardan öncə yaşamış xalq- ların kimliyinə dair avropalı alimlərin uzun araşdırmalarının yeganə nəticəsi budur ki, həmin regionun erkən sakinləri hindavropalı deyildilər. Yunanıs- tanın erkən sakinləri pelasqların, İtaliyada romalilardan əvvəl yaşamış et- ruskların, eyni soy-kökdən olmuş troyalıların hansı dildə danışdıqları hələ də sirr olaraq qalır. Lakin o da aydın duyulmaqdadır ki, bu sirr bir çox halarda həmin xalqların dil və yazıları ilə deyil, Qərb tədqiqatçılarının Avrasiyanın etnik tarixi haqqında qeyri-obyektiv yanaşmaları ilə bağlıdır. Əksər Avropa tədqiqatçıları bölgənin erkən etnik keçmişinə hindavropaçılıq prizmasından yanaşaraq, etnik gerçəkliklərə işıq sala biləcək bir çox dil faktlarını ya görmür, ya da görmək istəmirlər. Avropanın və Asiyanın etnik keçmişi haqqında oxşar baxışları payla- şan sovet alimləri də dil faktlarını düzgün dəyərləndirməmişlər. Buna ümumiləşdirici bir misal kimi bir sovet tədqiqatçısının etrusk dilindəki ars («arslan») sözünün türk dillərindəki arslan ilə eyni kökdən olduğuna dair qəribə yorumunu göstərmək yerinə düşər. Onun fikrincə, bu uyğunluq heç də etrusk və türklərin etnik qohumluğu ilə deyil, onların tarixi kontaktları ilə bağlı olmuşdur, yəni arslan türk dillərinə etruskların vətəni olmuş Anadolu- nun erkən dillərindən alınmış olmalıdır, çünki türklərin «vətəni» olan Mər- kəzi Asiyada aslanlar yaşamır [5, s.96]. 3 Filologiya məsələləri, № 7, 2017 Bu fikrin yanlışlığını və gülünclüyünü aşağıdakı iki əks arqumentdə aydın görmək olar: 1. Əgər ilk türklər Anadoluya, iddia olunduğu kimi, orta əsrlərdən gəlmədirlərsə, onlar bu ərazinin miladdan öncəki sakinləri etrusklarla necə kontaktda olar və onlardan söz ala bilərdilər? 2. Ən düşündürücü arqument isə budur ki, əgər hansısa türkdilli xalq miladdan öncəki çağlarda Anadoluda məskunlaşaraq, etrusklardan ars(lan) sözünü almışdırsa, bu söz Çinədək yayılmış çoxsaylı türk dillərinə necə daxil olmuşdur? Əgər miladdan öncə Anadoluda turklər mövcud olmuşlarsa, o zaman naməlum mənşəli sayılan etruskların özləri türk mənşəli ola bilməzdilərmi? Axı yalnız ars(lan) deyil, etrusk və türkləri birləşdirən onlarca sözlər dilçilərə məlumdur. Latın dilində turski adlanmış etrusklar nə üçün sanskrit və qədim İran dillərində turuşka/turuska adlanmış türklər olmasınlar? Bu vaxtadək hansı dilçi etrusk yazılarını oxuyaraq, onların türk mənşəli olmadıqlarını sübut etmişdir? Naməlum mənşəli sayılan bir dilin türkcə olmadığını iddia etmək, təbii olaraq, düzgün deyildir. Oxuculara təqdim olunan kitabda sirli sayılan etrusk mətnləri tərəfimizdən məhz qədim türk dillərində oxunur və bu isə miladdan öncə etruskların Anadoluda yaşamış əcdadlarının türk mənşəli olduqlarını heç də istisna etmir. Lakin tamamilə başqa tarixi məntiq və meyarlara malik sovet və Qərb müəlliflərinin «tanıdıqları» türklər yeni era daxilində Mərkəzi Asiyadan Qərbə, yəni Qafqaza, Kiçik Asiyaya, indiki İran ərazilərinə və s. yerlərə miqrasiya etmiş türklərdir. Onlar üçün Anadolunun ilk türkləri yaxın tarixi keçmişdə Kon- stantinopola və bütün Türkiyə ərazisinə yiyələnmiş türklərdir. Halbuki tarixi mənbələrin məlumatları və dil faktları başqa bir tarixi gerçəklikdən xəbər verir: Səlcuq türklərinin Anadoluya gəlməsindən, Konstantinopolun alınmasından hələ xeyli əvvəllər бу ъоьрафийада тцркляр йашамышлар. Öncə troyalıların türk olduqlarını bildirən VII-XV əsr Avropa qay- naqlarını xatırlatmaq yerinə düşər. Tarixi gerçəkliklərə daha yaxın olan qədim yunan, Roma, german və skandinav müəlliflərinin troyalıları açıq-aşkar türk he- sab etmələrini [20] qeyri-elmi sayan çağdaş avropalı yorumçular bu məlumat- ların əfsanələrdən gəldiyini sübut etməyə çalışmışlar. Birincisi, əfsanələrin юзля- ринин дя tarixi gerçəklikdən qaynaqlandığı йахшы мялумдур. «İliada»da troyalıların daşıdıqları qədim türk adları da bunu sübut edir. Onlara məxsus Priam, Alber, Askan, Dardan, Aytilla kimi onlarca şəxs adlarını həm də qədim türklərin daşıması troyalıların türk olmalarına dair deyilənlərin gerçəkliklə bağlılığını göstərir: qədim türk eposunun turanlı qəhrəmanı Priyam, hunların rəhbəri Askan, qədim və çağdaş türklərə məxsus Alper, Dardan, Aytilla və digər şəxs adlarını «İliada»da troyalılar daşımışlar. 4 Filologiya məsələləri, № 7, 2017 Yunanıstanın ellinlərdən əvvəlki sakinləri pelasqların да daşıdıqlaры Ergin, Egey, Danay, Gerey, İnax və onlarca digər mifoloji şəxs adlarını мящз qədim türklər daşımış və hələ də daşımaqdadırlar. Bütün bunlar hansı bir tarixi gerçəklikdən xəbər verir? Həmin gerçək, 1930-cu illərin məşhur sovet dilçisi akademik N.Y.Marrın aşağıdakı fikrində aydın ifadə olunur. O, Aralıq dənizi sahillərində türkcənin yunan və latıncadan daha əvvəllər danışıldığını yazırdı [130, s.119].Anadoluda troyalıların mövcud olduqları zaman kəsiyində — e.ə. III-II minilliklərdə qonşu ərazilərdə də türklərin məskunlaşdıqları mənbələrdə əksini tapır. “Bibliya” və “Tюvrat”a əsasən Mesopotamiyadan — Yafəsdən qaynaqlanan türklər [2, s.41] də, e.ə. II mi- nillikdə Mesopotamiyanın şimalında Zaqros dağlarında yaşamış turukkular [2, s.7] da, kral Sarqonun daş kitabələrində bölgənin xalqları arasında adı çəkilən turkilər (tourki) də eyni xalqı – Ön Asiya türklərini bildirmişdir. E.ə. 2200-cü illərdə akkad kralı Naram — Sinə qarşı müharibə aparan иттифагда йер алан turkilər [2, s.92] məhz türklərin əcdadları idi. Bunu sübut etmək üçün çox da uzağa getməyə gərək yoxdur. Çünki elə qədim hind dillərində türklər turukka (prakritcə) və turuşka (sanskritcə) adlanırdılar [36, s.258]. Bu etnonimlərin turuşka variantını latın dilində etruskları bildirən turski-ни хатырладыр. Məlum olduğu kimi turuskilər, yəni etrusklar troyalıların nəsilləri idilər.Türkiyəli tədqiqatçı S.Bayram Ön Asiyanın Mari mətnlərində adı çəkilən turkiləri türklər hesab etməkdə haqlıdır. Burada turkilərin Tiquna diyarında yaşadıqları, başçıları Lidaya ilə birlikdə döyüşlərdə iştirak etdikləri təsvir olunur [2, s.169].Şumer və akkad dillərinə çox sayda türkizmləri vermiş xalq məhz həmin turkilər/turukkilər/turukkalar deyildilərmi? Məhz həmin zaman kəsiyində, miladdan öncə III-II minilliklərdə Anadoluda yaşamış troyalıların türk adlarını daşıması və qədim Avropa mənbələrində onların türklər hesab olunması aşkar göstərir ki, həmin çağlarda Azərbaycan, Mesopotamiya və Anadolu ərazilərində çox qədimdən türklər yaşamışlar. «Avesta» və «Şahnamə»də türklərə, turanlılara aid olunan Turyana və Turan [91, s.88] ölkə адлары да məhz Тройа иля сясляшир.Türklərin Ön Asiyada çox erkən çağlardan mövcudluğu zaman-zaman avropalı tədqiqatçıların diqqətini çəkmişdir. Misal üçün, ingilis alimləri İ.Lloyd və Q.Çayld turanlıların təxminən on iki min il öncə Dəclə və Fərat çayları hövzəsində yaşadıqlarını, dünya sivilizasiyalarının yaranmasında böyük rol oynadıqla- rını yazırlar [1, s.55].Avropa və sovet dövrü elmi ədəbiyyatında türklərin Ön və Kiçik Asiya, Azərbaycan və Avropanın erkən tarixindən təcrid olunaraq, Mərkəzi Asiya mənşəli sayılmalarına zidd olan ciddi dil faktları vardır. Nostratik dilçilik nəzəriyyəsi türklərin Avrasiya mədəniyyətinin ayrılmaz bir tərkib hissəsi olduğunu və onların Şərqdə doğulub formalaşmasının nəzəri baxımdan mümkünsüz olduğunu sübut edir. 5 Filologiya məsələləri, № 7, 2017 Avropa, Asiya və Afrika qitələrində yayılmış çağdaş dil ailələri щеч дя hazırda mövcud olduqları ərazilərdə doğulmamışlar. Aralarında çox qədim qohumluq olan bu dillərin daşıyıcıları eyni mərkəzdən-onların hamısı üçün ümumi olan ulu vətəndən çıxmadırlar. Bu səbəbdən