ELMİ ƏSƏRLƏR 2018, Cild 69

Total Page:16

File Type:pdf, Size:1020Kb

Load more

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

TARİX İNSTİTUTU

ELMİ ƏSƏRLƏR

2018, cild 69

SCIENTIFIC WORKS

OF THE INSTITUTE OF HISTORY NAS OF AZERBAIJAN
2018, volume 69

ТРУДЫ

ИНСТИТУТА ИСТОРИИ НАН АЗЕРБАЙДЖАНА

2018, том 69

1947-ci ildən nəşr olunur

Azərbaycan Milli Elmlər Akademiyası
A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur

Baş redaktor:
Yaqub MAHMUDOV

AMEA-n ı n h ə qiqi üzvü

Redaksiya heyəti:
Akad. Nailə VƏLİXANLI, akad. Teymur BÜNYADOV, akad. İsmayıl HACIYEV, AMEA-nın həqiqi üzvü Nərgiz AXUNDOVA, fil.ü.f.d. Səbinə ALMƏMMƏDOVA, Ədilə AĞABƏYOVA, t.ü.f.d. Nərgiz AXUNDOVA, t.ü.e.d. İradə BAĞIROVA, t.ü.f.d. Cəbi BƏHRAMOV (baş redaktor müavini),

t.ü.e.d., prof. Həsən ƏLİBƏYLİ, t.ü.f.d. İradə ƏLİYEVA (məsul katib),

t.ü.e.d. Sevinc ƏLİYEVA, t.ü.f.d. Allahverdi ƏLİMİRZƏYEV, t.ü.e.d., prof. Şahin FƏRZƏLİYEV, t.ü.f.d. İlqar NİFTƏLİYEV, t.ü.f.d. Hacı HƏSƏNOV, r.ü.f.d. Mehri XANBABAYEVA, t.ü.e.d. Ədalət QASIMOV, t.ü.f.d. Nigar MAKSVELL, t.ü.e.d. Tofiq NƏCƏFLİ (baş redaktor müavini), t.ü.f.d. Elmar MƏHƏRRƏMOV, t.ü.e.d., prof. Tamilla MUSAYEVA, t.ü.e.d., prof. Tofiq MUSTAFAZADƏ, t.ü.e.d. Natiq MƏMMƏDZADƏ, t.ü.e.d. Məryəm SEYİDBƏYLİ, t.ü.e.d., prof. Kərim ŞÜKÜROV,

ISBN 978-9952-479-11-9

© AMEA Tarix İnstitutu, 2018

Elmi ə s ə rl ə r 69-cu cild

Ülkər HÜSEYNOVA

1920-Cİ İL APREL İŞĞALINDAN SONRAKI İLK İLLƏRDƏ AZƏRBAYCAN SSR-DƏ İCTİMAİ-SİYASİ VƏZİYYƏTƏ DAİR

(RUSİYA DÖVLƏT HƏRB ARXİVİNİN METERİALLARI ƏSASINDA)
Açar sözlər:

Azərbaycan SSR aprel işğalı, hərbi kommunizm, ərzaq vergisi, mü- qavimət.

Ключевые слова: Азерайджанская ССР, апрельская оккупация, военный комму- низм, продналог, сопротивление.

Key words:

Azerbaijan SSR, April Occupation, Military Communism, Tax in kind, Resistance.

1920-ci il Aprel işğalından sonrakı ilk illər Azərbaycanın ən faciəvi, eyni zamanda mürəkkəb və ziddiyyətli dövrlərindən birini təşkil edir. Sovet tarixçiləri bu dövrü parlaq boyalarla təsvir edir, “Azərbaycanda Lenin ideyalarının təntənəsi” dövrü adlandırırdılar. Buna görə də təbii ki, dövrün neqativ tərəfləri diqqət mərkəzindən tamamilə kənarda qalırdı. Yalnız müstəqillik dövründə Azərbaycan tarixçiləri XX əsrin 20-ci illərinin tə- zadlı, faciəli tarixini obyektiv və dərindən öyrənmə imkanı əldə etmiş, problemə dair bir çox maraqlı tədqiqatlar işiq üzü görmüşdür. Lakin bu dövr tarixinin bir çox məqamları, ilk növbədə antisovet müqavimət hərə- katı fakt və materialların azlığından hələ də hərtərəfli işıqlandırılmamış- dır. Məhz bunu nəzərə alaraq biz Rusiya Dövlət Hərb Arxivinin fondlarında saxlanan sənədləri də cəlb etməklə göstərilən dövrdə Azərbaycan SSR- də ictimai-siyasi vəziyyəti, ilk növbədə antisovet müqavimət hərəkatını tədqiq etməyi qarşımıza məqsəd qoymuşuq.
1917-ci ilin oktyabr çevrilişi nəticəsində Rusiyada dövlət quruluşu dəyişsə də hakimiyyət başına gəlmiş bolşeviklər də çarizmin imperiya siyasətini davam etdirirdilər. 1918-ci il mayın 28-də müstəqil Azərbaycan Cümhuriyyəti elan olunduqdan sonra da Sovet Rusiyası çox böyük ehtiyac hiss etdiyi Bakı neftinə yiyələnmək üçün Azərbaycanı işğal etməyə yönəlmiş siyasət yürüdürdü. 1920-ci 28 aprel işğalından sonra yaradılmış Azərbaycan Sovet Sosialist Respublikası formal olaraq müstəqil sayılsa da, əslində o tamamilə Sovet Rusiyasının müstəmləkəsinə çevrildi. Sovet höku-

Ülkər Hüseynova - Lənkəran Dövlət Üniversitetinin doktorantı

3

Az ə rbaycan Milli Elml ə r Akademiyas ı Tarix İ nstitutu

məti Azərbaycanın müstəqilliyini “imperialistlərdən və onların agentlərindən qorumaq üçün” Rusiya ilə “qardaşlıq ittifaqına” daxil etmək xəttini götürmüşdü [4, s.110].
Azərbaycanda hakimiyyətdə aparıcı rol AK(b) MK aparatına məxsus idi. Əslində adına baxmayaraq AKP müstəqil partiya deyildi, RK(b) P-nin (1925-ci ildən) UİK (b) P-nın vilayət təşkilatı statusunda idi. Azərbaycandakı hakimiyyətin əsas vəzifəsi imperiya dövlətinin məqsəd və maraqlarını təmin etmək idi.
Rusiyada vətəndaş müharibəsi illərində tətbiq olunan hərbi kommunizm iqtisadi fəlakətlə nəticələndi.Vətəndaş müharibəsi bitdikdən sonra hərbi kommunizm siyasəti kəndlilərin, eləcə də fəhlələrin əksər hissəsinin güclü müqavimətinə rast gəldi. 1920-1921-ci illərdə Voronej, Saratov, Penza quberniyalarında, Sibirdə, Donda və Ukraynada kəndlilər silaha sarılaraq ərzaq sapalağına qarşı üsyana çıxdılar [6, s.50]. 1921-ci ilin martında Kronştadt qarnizonu Baltik donanması gəmilərində “Bütün hakimiyyət partiyalara yox, Sovetlərə!” və “Kommunistlərsiz Sovetlər!” şüarları altında qiyam [6, s.50] da yeni rejim üçün olduqca təhlükəli idi.
Hakimiyyəti itirmək təhlükəsi ilə üzləşən bolşeviklər daxili siyasi kursu dəyişməli oldu. RK (b) P-nin 1921-ci il martın 8-16-da keçirilmiş X qurultayı ərzaq sapalağının ərzaq vergisi ilə əvəz edilməsi haqqında qətnamə qəbul etdi [6, s.51]. Həmçinin azad ticarətə yol verildi [7, s.212]. Bolşeviklərin tətbiq etməyə başladıqları siyasət “Yeni iqtisadi siyasət” (YİS) adı ilə tarixə düşdü.
YİS-ə keçid sayəsində kəndlilərin əkin sahələri genişlənmiş, məhsuldarlıq artmış, sənaye canlanmağa başlamışdı. Ərzaq vergisi əvvəlcə məhsulun 20%-i həcmində, daha sonra isə 10%-i həcmində alınırdı. 1924-cü ildə kənd təsərrüfatından toplanan bütün vergilər vahid vergi ilə əvəz edildi və onun həcmi kəndlinin gəlirinin 5 %-i məbləğində müəyyənləşdirildi. 1922-ci ilin oktyabrında torpaq icarəsinə və muzdlu əməyə icazə verilməsi [7, s.212] YİS-in həyata keçirilməsində mühüm addım oldu. 1921-ci ilin mayında səmərəsiz işləyən dövlət sənaye müəssisələrinin icarəyə verilməsi başlandı.
Sovet hakimiyyətinin Azərbaycanda iqtisadi siyasəti mürəkkəb və çətin şəraitdə həyata keçirilirdi. Sovet Rusiyasında vətəndaş müharibəsi şəraitində tətbiq edilən “Hərbi kommunizm” siyasəti Azərbaycanda da tətbiq olunmağa başlamışdı. Hərbi kommunizm siyasətinin əsas hissəsini

4

Elmi ə s ə rl ə r 69-cu cild

isə ərzaq sapalağı təşkil edirdi. 1920-ci ilin avqustun 26-da Azərbaycan İnqilab Komitəsi taxıl ticarəti inhisarı haqqında dekret verdi [2, s.23].Taxıl məhsulları ilə yanaşı ən mühüm xammal növlərinin tədarükü üzərində də dövlət inhisarı tətbiq olunurdu. Mal-qara tədarükü isə “sapalaq qaydasınca, inhisarsız aparılmalı” idi. Ərzaq və xammala ümumrusiya qiymətlərinə uyğun möhkəm qiymətlər qoyulmalı idi [2, s. 23]. Hələ bundan bir qədər əvvəl ərzaq komissarlığının 16 avqust 1920-ci ildə verdiyi əmrdə deyilirdi ki, dövlət tədarukü rayonları elan olunmuş Lənkaran, Cavad, Quba, Göyçay, Cavanşir qəzalarında və bütün Gəncə qubernasiyasından hər bir adam 10 funtdan artıq olmayaraq un yaxud taxıl və 10 funt çörək çıxara bilər. Yəni çıxarılması qəti qadağan olunurdu. Dövlət tədarukü elan olunmayan rayonlardan – yəni Şamaxı və Bakı qəzalarından isə 1 nəfər 1 pud taxıl yaxud 1 pud çörək çıxara bilərdi. Yəni isə 200 puddan artıq çıxartmaq olmazdı [1, v.8].
Azərbaycanın ağır vəziyyətinə baxmayaraq onun sərvəti mərkəz tə- rəfindən talanıb aparılırdı. Təkcə 1920-ci ilin aprelin 30-dan mayın 2-dək qısa müddət ərzində Bakıdan Həştərxana 1,3 mln. pud, may-iyun ayları ərzində isə bütöv 36,2 mln pud neft və neft məhsulları aparılmışdı [3, s.34]. Ölkədə ərzaq qıtlığına baxmayaraq 1921-1922-ci illərdə əhalidən zorla toplanmış 13 min pud düyü və taxıl, 3 min arşın parça və 400 mln manat pul Rusiyanın aclıq çəkən Saratov, Saritsın və Həştərxan quberniyalarına göndərilmişdi [3, s.34].
Bəlkə də bu siyasətin nəticəsi idi ki, azərbaycanlı əsgərlərin bir çoxu
Qırmızı ordu sıralarında xidmət etməkdən boyun qaçıraraq fərarilik edirdilər. Azərbaycan SSR Hərbi-Dəniz komissarı Ç.İldırımın 30 aprel 1920-ci il tarixli 4 saylı əmrində deyilirdi ki, aprelin 28-də Şıxov burnu, Zığ və Misaxdakı mövqe batarayelarının əsgərləri, eləcə də zirehli qatarın əsgəri Məmməd Saleh oğlu öz hissələrindən qaçmışdılar. Qaçanların tutulması, Azərbaycan SSR ordusunun bütün əsgərlərinə fərariliyə görə güllələnmə- yə qədər cəza veriləcəyinin elan edilməsi əmr olunurdu [16, v.3].
Ç. İldırımın 9 may 1920-ci il tarixli 24 saylı əmrində isə deyilirdi ki, kimlərsə ölkədə sovet hakimiyyətinin möhkəmlənməsinə mane olmaq üçün teleqraf tellərini (xüsusən Bakı-Xaçmaz xəttində) doğrayır və ya dolaşdırır, sonra da maskalayırdılar ki, bilinməsin. Belələrinin aşkar edilib hərbi tribunala verilməsi əmr olunurdu [16, v.17].

5

Az ə rbaycan Milli Elml ə r Akademiyas ı Tarix İ nstitutu

XI Qırmızı ordu komandanlığının 25 mart 1921-ci il tarixli təlimatında etiraf olunurdu ki, kommunistlərin keçirdikləri uğursuz təcrübələr, tabor komandirlərinin səhvləri, torpaq siyasətindəki əyintilər, kəndlilərin dini mərasimlərinə qayğı ilə yanaşılmaması onların etirazlarına, bütün Azərbaycanı bürüyən üsyanlara səbəb olmuşdur [8, v.3. Bax: 2, s.14].
Azərbaycanda repressiyaların həyata keçirilməsində Qırmızı ordunun xüsusi rolu olmuşdur. XI Qırmızı ordunun V.A.Pankratovun başçılıq etdiyi xüsusi şöbəsi bu işdə müstəsna səlahiyyətlərə malik olub Azərbaycandakı partiyaların, müxtəlif siyasi təşkilatların rəhbərlərinin, üzvlərinin təqib və həbs olunmasında iştirak edirdilər [2, s.14].1920-ci il iyulun 3-də Ordu inqilabi hərbi tribunalı, Cəbhə inqilabi hərbi tribunalı və respublika İnqilabi Tribunalı təşkil olundu [16, v.229 arxa üzü (bundan sonra qısacaa.ü. Ü.H)].Tribunallar sədrdən, sədrin müavinindən, 2 daimi üzvdən və hər üzvün bir müavinindən ibarət idi [18, v.231].
Tribunallar töhmət, cərimə, əmlakın qismən, yaxud bütünlüklə mü- sadirə edilməsi, siyasi hüquqlardan qismən, yaxud bütünlüklə müddətsiz və ya müəyyən müddətə məhrum edilməsi, azadlıqdan məhrum olunma, hərbçilərin cərimə batalyonlarına göndərilməsi və nəhayət, güllələnmə kimi cəzalar verə bilərdilər [18 və a.ü].
Cəza tədbirlərinə baxmayaraq Azərbaycanda Sovet rejiminə qarşı müqavimət hərəkatı səngimək bilmirdi. XI Ordu qərargahından 15 iyun 1920-ci il tarixdə vurulan teleqramda deyilirdi ki, Biləsuvar yaxınlığında “iranlı” Naftul bəyin komandanlıq etdiyi 1000 süvari, 600 piyada və 1 pulemyotdan ibarət dəstə haqqında məlumat alınıb, bundan başqa yenə Bilə- suvar yaxınlığında kapitan Əbdül bəyin başçılıq etdiyi (köməkçisi Bağı xan idi) 500 nəfərlik dəstənin də olduğu bildirildi [10 v.1]. İyunun 13-ü saat 12-də Göynük kəndi yaxınlığında döyüş olmuş, döyüşdən sonra üsyançılar Samux bölgəsində toplaşmış, sonra üsyançıların yarısı dağılıb evlərinə getmiş, digər yarısı isə Zaqatala üsyançılarına qoşulmaq üçün Zaqatala istiqamətində hərəkat etmişdi [10 v.1].
Alınan əməliyyat məlumatına görə Aşağı və Yuxarı Zəyəm sakinləri gündüzlər kənd təsərrüfatı işləri ilə məşğul olur, gecələr silahlanaraq Nuxa sakinlərinin əhval-ruhiyyəsini (yəqin ki, Şəkidə üsyan qalxardısa ona qoşulmaq niyyətilə) öyrənməyə çalışırdılar [10 v.1 və a.ü].
Ordu qərargahına daxil olan digər əməliyyət məlumatında deyilirdi ki, 38-ci Qafqaz alayı iki topla Zaqatalaya daxil olub qalanı tutmuşdur.

6

Elmi ə s ə rl ə r 69-cu cild

Biləcik yaxınlığında baş vermiş döyüşdə məğlub olub Zaqatalaya çəkilən 39-cu diviziyanın əsgərlərinin tərki silah olunması haqqında məlumat verilmişdi. Zaqatalada inqilab komitəsinin üzvləri üsyançılar tərəfindən həbs olunmuşdu [10, v.74 və a.ü.].
Rusiya Dövlət Hərb Arxivində o zaman Azərbaycan SSR ərazisində baş vermiş üsyanlar haqqında xeyli məlumat var. Sənədlərin birində deyilir ki, Nuru paşanın başçılığı ilə Qarabağda başlayan üsyan Şuşa, Ağdam və Bərdəni əhatə etmiş, XI Ordunun 2-ci süvari korpusunun və 32-ci atıcı diviziyasının hissələri üsyanın üçüncü günündə - iyunun 15-də onu yatırmışdılar [19, v.49-51].
Qarabağ üsyanı ilə demək olar ki, eyni zamanda Zaqatala dairəsində də üsyan başlamış, üsyan Şəki bölgəsinin bir hissəsini də əhatə etmişdi. Çıxışa təkan əhaliyə silahı təhvil verməsi barədə əmrin verilməsi oldu [18, v.31-32]. Bu əmr həm də ona görə böyük narazılıqla qarşılandı ki, həmin ərəfədə gürcülər əhali arasında şaiyə yayırdılar ki, guya Zaqatala dairəsini Gürcüstana verməsələr, Gürcüstan buranı zor gücünə tutacaqdır [18, v.31- 32]. Molla Hafiz Əfəndinin başçılıq etdiyi 1000 nəfərdən çox adam və onlara qoşulmuş Azərbycan ordusunun qaravul taborunun bütün zabitləri iyunun 9-da Zaqatala qalasını, teleqrafı tutmuş və inqilab komitəsinin üzvlərini həbs etmişlər. Qırmızı hərbçilərin özlərinin etiraf etduyu kimi, Zaqatala üsyanı çox amansızlıqla yatırılmışdı [18, v.6].
Əməliyyat məlumatlarından məlum olur ki, 1920-ci il sentyabrın 1- nə kimi Masallı, Xil, Luran, Xırmandalı və Ərəb kəndlərindən 6 döyüş tü- fəngi, 16 revolver, 14 berdanka tüfəng, 314 patron, 14 xəncər, 5 qılınc müsadirə edilmişdi [15 , v.179,182].
Karyagin qəza inqilab komitəsinin 4 sentyabr 1920-ci ildə verdiyi məlumata görə 50 nəfərlik silahlı dəstə yerli milislə döyüşə girmiş, elə hə- min gün bəy və xanlardan ibarət dəstə Qarabulaq kəndini mühasirəyə almış, nəticədə Karyagin Ağdam yolu bağlanmışdı [15, v.198].
Azərbaycan atıcı diviziyası qərargahının əməliyyat məlumatına görə
(8 sentyabr 1920-ci il) 1-ci alay sentyabrın 8-də sübh tezdən Lənkərandan cənubdan kəndlərin əhalisini tərksilah etmək üçün yola düşmüşdü. 2-ci Qafqaz alayı isə Komçi Maqalı bölgəsində silahlı dəstələri ləğv etməyə başlamışdı. Silahlı dəstələr güclü müqavimət göstərirdilər. Qırmızılardan 3 nəfər öldürülmüş, 2 nəfər isə yaralanmışdı. Dəstə üzvləri İran tərəfinə keçməyə məcbur olmuşdular [15, v.198].

7

Az ə rbaycan Milli Elml ə r Akademiyas ı Tarix İ nstitutu

1920-ci ilin dekabrın 25-nə olan kəşfiyyat məlumatına görə Azərbaycan ərazisində Qırmızı ordunun arxasında aşağıdakı silahlı xalq dəstə- ləri fəaliyyət göstərirdi; Şəmkir qəzasında Bakanamazın 100 nəfərlik dəstəsi, Şuşa qəzasında Sultan bəy Sultanovun dəstəsi (sayı müəyyənləşdirilməmişdi), Zəngəzur qəzasında Şamilin 200 nəfərlik dəstəsi, Karyagin qə- zasında Cümşüd bəy Mahmudlunun 1000 nəfərlik dəstəsi, Sadiq xan Şirvanlı və Ayaz xanın 300 süngüsü, 2 qılıncı və 3 pulemyotu olan dəstəsi, Lənkəran qəzasında Lənkəran İnqilabi Ordusunun komandanı Camal paşanın tabeçiliyində - Pensərdə Qulam Tağıyev və Şahverənin 1000 nə- fərlik dəstəsi, Qulaməli bəyin 2 pulemyotu olan 500 nəfərlik dəstəsi, Bə- dəlan-Boradigah kəndlərində türk zabiti Mehmedin 500 nəfərlik, İsa Musabəyovun 450 nəfərlik (300 süngü və 150 qılınc), San-Qam Sifidorun 2 pülemyotu, 2 yüngül və 2 ağır topu olan 375 nəfərlik (350 süngü və 25 qılınc), Mir Sadiq Basalonun 85 nəfərlik (60 süngü və 25 qılınc), yenə Pensərdə İbrahimxəlilin 560 nəfərlik (460 süngü və 80 qılınc) dəstələri fə- aliyyət göstərirdi [11 , v.16]. Qeyd olunurdu ki, Camal paşaya əlavə olaraq İrandan 500 nəfər silahlı da yardıma gəlmişdir. Daha sonra bildirilirdi ki, Camal paşa Astaradan Pensərə 3-ü milliyyətcə rus olan 6 zabit və 1000 nəfər silahlı şəxslə gəlmişdir. Camal paşa Ərdəbildə mövqe tutan Ələkbərlə əlaqə saxlayır və buradan əlavə qüvvələr alırdı. Ərdəbildə 20 top vardı ki, onlardan cəmisi 4-ü yararlı idi [11, v.16].
Yerlərdə müqavimət o qədər güclü idi ki, bir sıra hallarda Qırmızı ordunun dəstələri komandanlığın razılığı olmadan mövqelərini atıb qaçırdılar. Məsələn, 1921-ci ilin aprelin 15-də alınan məlumata görə Güləli rayonunda yerli silahlı dəstələrin ləğvi üzrə əməliyyat başa çatmadığı halda orada fəaliyyət göstərən süvari bölüyü, süvari yüzlüyü və xüsusi təyinatlı dəstə briqada komandirinin razılığı olmadan Tovuz stansiyasına çəkilmiş- dir. Briqada komandirinin tələbinə baxmayaraq Gəncə və Tovuz hərbi komissarları yardım göndərməmişlər [14, v.14].
Uzun və qanlı mübarizədən sonra Qırmızı ordu komandirləri bir çox silahlı dəstə başçılarını ayrı-ayrılıqda silahı yerə qoymağa razı sala bildilər. Qafqaz diviziyasının qərargah rəisinin 31 mart 1921-ci il tarixli teleqramında deyilirdi ki, Burovarda mövqe tutmuş İsrafil bəylə onun silahı təslim etməsi barədə razılıq əldə edilmişdir. İsrafil bəy müqaviməti dayandırdıqdan sonra qırmızıların onun obaları arasından rahatlıqla keçə bilə-

8

Elmi ə s ə rl ə r 69-cu cild

cəyi güman olunurdu. Həmin gün İsrafil bəyin Lənkəran şəhərinə gələcəyi gözlənilirdi [9, v.2].
Teleqramda həmçinin bildirilirdi ki, Qulam Tağıyev də silahı yerə qoymaq barədə razılıq vermişdir. Yollar açılandan sonra sovet qoşunları İçaraya qədər irəliləyə və Şahverənin Züvanddakı dəstəsini məhv edə bilə- cək [14, v.3]. Teleqramda həm də məlumat verilirdi ki, Ərdəbildə Nəcəfqulu bir yerli tayfa ilə baş vermiş bir günlük döyüşdə məğlub olmuş və indi onun yanında çox az tərəfdarı qalmışdır [14, v.3].
İyulun 29-na olan məlumata görə, Lənkəran qəzasında dağlara sı- xışdırılmış silahlı dəstələr Şahverənin başçılığı ilə Pirazordan 17 verst cə- nubda Piladçay kəndində toplaşırlar. Güdlük postundan 5 verst cənubda Dalaqda Nəcəfin iştirakı ilə toplantı keçirilmiş, yaxınlıqdakı Qırmızı ordu hissələrinin yerləşmə mövqelərini və sayını öyrənmək qərara alınmışdı [16, v.29].
İyulun 25-də Şuşa qəzasında Ağdam kəndindən 18 verst cənub-şərqdə yerləşən Mərvəli və Güloğlu kəndlərində Əsədulla bəyin dəstəsi görünmüşdür [16, v.29].
02.08.1921-ci il tarixli teleqramda qeyd olunurdu ki, Arazın o tayında Şahsevən qəsəbəsi yanında Karyagin rayonunun fərari əsgərləri və milislərindən ibarət dəstə (ehtimal ki, Ayaz xanın dəstəsindən) görünmüşdür. Yenə əldə edilən məlumatlara görə Quba qəzasında və həmsərhəd Dağıstan ərazisində kəndlilər arasında Nuxa və Rustov rayonları arasındakı ərazidə fəaliyyət göstərən dəstələrə birləşmək üçün hazırlıq gedir və sovet hakimiyyətinin əleyhinə təbliğat aparılır. Üzvlərinin sayı 1000 nəfərə çatan dəstə Yerfi kəndi yaxınlığında görünmüşdür. Qalacı-Komlu bölgəsində fəaliyyət göstərən Hüseyn əfəndinin dəstəsi Quba qəzasına keçmişdi [16, v.29].
27 avqust 1920-ci il tarixdə Azərbaycan diviziyasının Qafqaz briqadasının I eskadronu Şahverənin dəstəsini ləğv etmək üçün Prişib (Göytə- pə) kəndinə göndərilmişdi [16, v.172]. Avqustun 28-də I Qafqaz alayı Prişibdən 23 verst cənub-şərqdə yerləşən Bədəlan və Qızılavar kəndləri sakinlərini tərksilah etmək üçün Boradigah kəndindən hərəkət etmişdilər [15, v.173].
RHDA-da saxlanılan sənəddən aydın olur ki, İranda jandarm alayı polkovnik Lahutinin və Ağazadənin başçılığı ilə Təbrizdə üsyan qaldır-

9

Az ə rbaycan Milli Elml ə r Akademiyas ı Tarix İ nstitutu

mış, hərbçilər məğlub olduqdan sonra 1922-ci ilin fevralında Azərbaycan SSR-in Naxçıvan bölgəsinin ərazisinə keçmiş bu zaman sərhəddə duran sovet hərbçiləri onların atlarını, silahlarını və digər əmlakının əllərindən almışdılar [20, v.2-3].
ZSSFR İttifaq Şurasının sədri N.Nərimanov 1922-ci il iyulun 12-də
Əlahiddə Qafqaz Ordusunun komandanına yazırdı ki, həmin ilin fevral ayında Təbrizdə üsyan qaldıran jandarmlar şəhər şah qoşunları tərəfindən tutulduqdan sonra Culfadan Naxçıvan ərazisinə keçmişdilər. Cülfada xü- susi postun rəisi onların 83 atını, 103 tüfəngini, müxtəlif markalı 25 revolverini, 1 pelemyotunu, 15 min tüfəng patronunu və 1600 revolver patronunu əllərindən almışdır. N.Nərimanov tələb edirdi ki, alınmış silah-sursat sahiblərinə qaytarılsın [20, v.6].
ƏQO qərargah rəisi vəzifəsini icra edənin I Qafqaz korpusu komandanına 03.01.1922-ci il tarixli teleqramında deyilirdi ki, həmin gün ƏQO qərargah rəisinin Basarkeçər rayonu üzrə müvəkkili birbaşa telefon xətti ilə məlumat vermişdir ki, Kürdüstan rayon icraiyyə komitəsinin sədri Xaso Saltanov öz kiçik hərbi qüvvəsi ilə Basarkeçərə gəlmiş və 100 nəfər süvaridən ibarət yardım istəyir. X.Sultanov xəbər verirdi ki, bu rayonun sakinləri sovet hakimiyyətinə silahlı müqavimət göstərirlər və onu tanı- mırlar, 200-ə qədər kəndin əhalisi indiyədək tərksilah olunmayıb, sakinlə- rin hamısı revolverlər və tüfənglərlə silahlanmışlar [21, v.132].
Qafqaz atıcı diviziyası komandanlığının ƏQO Hərbi-İnqilab Şurası- na 25.07.1922-ci il tarixli raportunda deyilirdi ki, son vaxtlar Azərbaycan SSR-in sərhədyanı zonası, xüsusilə də Lənkəran qəzası Əhməd Rəsulovun, Nəcəfqulu xanın və Məmməd Əsədin başçılıq etdiyi müxtəlif Şahsevən bəyləri, xanların mütəşşəkil silahlı dəstələrinin aramsız basqınlarına məruz qalır. Onların hərəkətləri o qədər mütəşəkkil və cəsarətlidir ki, sərhəd postlarının müqavimətini asanlıqla qıraraq sərhəddən xeyli aralı rayonlara soxulur və böyük zərər yetirirlər [20, v.123].
Şamxor (Şəmkir) qəza hərbi komissarı Melnikov və hərbi rəhbər Yaykovskinin ƏQO-nun Hərbi-İnqilab Şurasına göndərdikləri 03.02.1922-ci il tarixli teleqramda xahiş olunurdu ki, dəmir yolunu qorumaq üçün bir sü- vari divizionu və yardım üçün bir piyada tağımı göndərilsin [20, v.135].
ƏQO əməliyyat idarəsi rəisi vəzifəsini icra edən Bobrovun və hərbi komissarın ƏQO komandanına mütəşəkkil quldurluğa qarşı mübarizə ilə

Recommended publications
  • Genocide and Deportation of Azerbaijanis

    Genocide and Deportation of Azerbaijanis

    GENOCIDE AND DEPORTATION OF AZERBAIJANIS C O N T E N T S General information........................................................................................................................... 3 Resettlement of Armenians to Azerbaijani lands and its grave consequences ................................ 5 Resettlement of Armenians from Iran ........................................................................................ 5 Resettlement of Armenians from Turkey ................................................................................... 8 Massacre and deportation of Azerbaijanis at the beginning of the 20th century .......................... 10 The massacres of 1905-1906. ..................................................................................................... 10 General information ................................................................................................................... 10 Genocide of Moslem Turks through 1905-1906 in Karabagh ...................................................... 13 Genocide of 1918-1920 ............................................................................................................... 15 Genocide over Azerbaijani nation in March of 1918 ................................................................... 15 Massacres in Baku. March 1918................................................................................................. 20 Massacres in Erivan Province (1918-1920) ...............................................................................
  • Some Problems of Research of Albanian Temples Based on Materials of the Western Region of Azerbaijan

    Some Problems of Research of Albanian Temples Based on Materials of the Western Region of Azerbaijan

    ISRA (India) = 1.344 SIS (USA) = 0.912 ICV (Poland) = 6.630 ISI (Dubai, UAE) = 0.829 РИНЦ (Russia) = 0.207 PIF (India) = 1.940 Impact Factor: GIF (Australia) = 0.564 ESJI (KZ) = 3.860 IBI (India) = 4.260 JIF = 1.500 SJIF (Morocco) = 2.031 SOI: 1.1/TAS DOI: 10.15863/TAS Vusal Hidayet Eminbayli scholar International Scientific Journal Ganja branch of Azerbaijan Theoretical & Applied Science National Academy of Sciences, Ganja, Azerbaijan p-ISSN: 2308-4944 (print) e-ISSN: 2409-0085 (online) [email protected] Year: 2017 Issue: 10 Volume: 54 Published: 30.10.2017 http://T-Science.org SECTION 12. Geology. Anthropology. Archaeology. SOME PROBLEMS OF RESEARCH OF ALBANIAN TEMPLES BASED ON MATERIALS OF THE WESTERN REGION OF AZERBAIJAN Abstract: In this scientific paper has been investigated the basic features of historic-cultural and architectural heritage of the Western region on the basis of scientific sources and materials. Key words: architecture, archaeology, ethnology, historical-cultural heritage. Language: English Citation: Eminbayli VH (2017) SOME PROBLEMS OF RESEARCH OF ALBANIAN TEMPLES BASED ON MATERIALS OF THE WESTERN REGION OF AZERBAIJAN. ISJ Theoretical & Applied Science, 10 (54): 186-188. Soi: http://s-o-i.org/1.1/TAS-10-54-30 Doi: https://dx.doi.org/10.15863/TAS.2017.10.54.30 Introduction with 3 columns. The columns are joined together According to the information gleaned from with each other. In the upper part of the worship hall, numerous historical sources, the territories of ancient there is a half-circular mantle. It has two doors. One Azerbaijan, known as Caucasian Albania (not to be of the entrance gates was later closed.
  • Şəmkir Regional Mədəniyyət Və Turizm İdarəsinin İnteqrasiyalı

    Şəmkir Regional Mədəniyyət Və Turizm İdarəsinin İnteqrasiyalı

    Tvinninq Layihəsi AZ/15/ENP/OT/35 “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” Komponent 2. Mədəni İrsin İdarəolunmasında İnstitusional İnkişaf Fəaliyyət 5.3: Mədəniyyət və Turizm Nazirliyinin Regional Mədəniyyət və Turizm İdarələrinin inteqrasiyalı idarəetmə planlarının hazırlanması Regional Mədəniyyət və Turizm İdarələrinin İnteqrasiyalı İdarəetmə Planı - Şəmkir - ÖN SÖZ .............................................................................. ERROR! BOOKMARK NOT DEFINED. 1.1 İNSTITUSIONAL KONTEKST ................................................................................ ERROR! BOOKMARK NOT DEFINED. HAZIRKİ VƏZIYYƏTDƏ, ŞƏHƏR PLANLAMASI ILƏ ƏLAQƏDAR İDARƏLƏRIN SƏLAHIYYƏTLƏRI MÜƏYYƏN EDILMƏDI.. .......... ERROR! BOOKMARK NOT DEFINED. 1.2. AVROPA BIRLIYI TƏRƏFINDƏN MALIYYƏLƏŞDIRILƏN "AZƏRBAYCAN RESPUBLIKASININ MƏDƏNIYYƏT VƏ TURIZM NAZIRLIYINDƏ TURIZM DEPARTAMENTININ IMKANLARININ GÜCLƏNDIRILMƏSI”AZ12 / ENP-PCA / OT / 22 (2013-2015) ADLI TVINNINQ LAYIHƏSINƏ ISTINAD .......................................... ERROR! BOOKMARK NOT DEFINED. 1.3 AZƏRBAYCAN MƏDƏNIYYƏT TURIZMININ INKIŞAF PRORAMLARININ BEYNƏLXALQ ŞƏBƏKƏSINDƏ ......... ERROR! BOOKMARK NOT DEFINED. 1.3.1 Avropa şurasının “Mədəniyyət Marşrutları” ................................................. Error! Bookmark not defined. 1.3.2 Yəhudi İrsinin Avropa Marşrutu (2004) ......................................................... Error! Bookmark not defined. 1.3.3 Üzüm marşrutu
  • Azərbaycan Respublikası Mədəniyyət Və Turizm Nazirliyinin Strukturuna Daxil Olmayan Tabeliyindəki Qurumların Siyahısı”Nın Təsdiq Edilməsi Haqqında

    Azərbaycan Respublikası Mədəniyyət Və Turizm Nazirliyinin Strukturuna Daxil Olmayan Tabeliyindəki Qurumların Siyahısı”Nın Təsdiq Edilməsi Haqqında

    ”Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu”nun təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 11 noyabr tarixli 14 nömrəli Fərmanının 39.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin ƏFƏNDİYEV Bakı şəhəri, 17 iyun 2014-cü il № 196 İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 16 mart 2015-ci il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 aprel 2015-ci il, № 74) 2. 18 mart 2015-ci il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 3. 30 mart 2015-ci il tarixli 93 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 4. 12 iyun 2015-ci il tarixli 229 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 5. 16 sentyabr 2015-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 oktyabr 2015-ci il, № 215) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmişdir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların SİYAHISI I. Büdcədən maliyyələşdirilən qurumlar 1. Təhsil müəssisələri 1.1.
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-Cü Il 17 Iyun Tarixli 196 Nömrəli Qərarı Ilə Təsdiq Edilmişdir

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-Cü Il 17 Iyun Tarixli 196 Nömrəli Qərarı Ilə Təsdiq Edilmişdir

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmişdir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların SİYAHISI I. Büdcədən maliyyələşdirilən qurumlar 1. Təhsil müəssisələri 1.1. Azərbaycan Turizm və Menecment Universiteti 1.2. Bakı Xoreoqrafiya Akademiyası 1.3. Bakı Turizm Peşə Məktəbi 1.4. Mingəçevir Turizm Kolleci 1.5. Ağcabədi şəhər Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi 1.6. Bakı şəhər S. Ələsgərov adına 1 №-li Uşaq İncəsənət Məktəbi 1.7. Bakı şəhər V. Mustafazadə adına 2 №-li Uşaq İncəsənət Məktəbi 1.8. Bakı şəhər 3 №-li Uşaq İncəsənət Məktəbi 1.9. Bakı şəhər 4 №-li Uşaq İncəsənət Məktəbi 1.10. Bakı şəhər 5 №-li Uşaq İncəsənət Məktəbi 1.11. Bakı şəhər F. Əmirov adına 6 №-li Onbirillik İncəsənət Məktəbi 1.12. Bakı şəhər R. Behbudov adına 2 №-li Onbirillik Musiqi Məktəbi 1.13. Bakı şəhər C. Hacıyev adına 3 №-li Uşaq Musiqi Məktəbi 1.14. Bakı şəhər 4 №-li Uşaq Musiqi Məktəbi 1.15. Bakı şəhər Ə. Bakıxanov adına 6 №-li Uşaq Musiqi Məktəbi 1.16. Bakı şəhər H. Sarabski adına 7 №-li Uşaq Musiqi Məktəbi 1.17. Bakı şəhər Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbi 1.18. Bakı şəhər C. Qaryağdıoğlu adına 9 №-li Uşaq Musiqi Məktəbi 1.19. Bakı şəhər 10 №-li Uşaq Musiqi Məktəbi 1.20. Bakı şəhər 11 №-li Uşaq Musiqi Məktəbi 1.21. Bakı şəhər T. Quliyev adına 12 №-li Onbirillik Musiqi Məktəbi 1.22. Bakı şəhər S. Rüstəmov adına 13 №-li Uşaq Musiqi Məktəbi 1.23. Bakı şəhər 14 №-li Uşaq Musiqi Məktəbi 1.24.
  • GORANBOY.Pdf

    GORANBOY.Pdf

    GORANBOY SN Soyadı Adı Ata adı Başlama Bitmə tarixi Ailənin faktiki ünvanı tarixi 1 QORÇUYEV RƏVAN NATİQ OĞLU 01.06.2019 01.06.2021 GORANBOY, Bağçakürd k. 2 ƏLİYEV MƏHƏRRƏM HƏSƏN OĞLU 01.06.2019 01.06.2021 GORANBOY, Borsunlu k. 3 FEYZULLAYEV MƏHƏMMƏD BİNƏLİ OĞLU 01.06.2019 01.06.2021 GORANBOY, Goranlı k. 4 ƏLƏKBƏROVA RAMİNƏ RÖVŞƏN QIZI 01.06.2019 01.06.2021 GORANBOY, Dəliməmmədli ş., Azerbaycan, 49, - 5 MƏMMƏDOV NOVRUZ GƏRAY OĞLU 01.06.2019 01.06.2021 GORANBOY, Kələk k. 6 ƏSƏDOVA XƏYALƏ HƏSƏN QIZI 01.06.2019 01.06.2021 GORANBOY, Nərimanlı k. 7 KAZIMOV VÜSAL ƏNVƏR OĞLU 01.06.2019 01.06.2021 GORANBOY, Qızılhacılı q., Ə.HÜSEYNOV, 06 8 ORUCOV MAHİYYƏDDİN İLYAS OĞLU 01.06.2019 01.06.2021 GORANBOY, Yuxarı Ağcakənd q., 0, 0 9 ƏHMƏDOVA DÜNYA SABİR QIZI 01.06.2019 01.06.2021 GORANBOY, Goranboy ş., C.Cabbarlı, 4, 30 10 QURBANOVA GÜLNAR ELBURUS QIZI 01.06.2019 01.06.2021 GORANBOY, Cinli Zeynallı k. 11 ABDULLAYEVA TƏRANƏ ORUC QIZI 01.06.2019 01.06.2021 GORANBOY, Bağçakürd k., -, -, - 12 ZEYNALOV XANLAR BAYRAM OĞLU 01.06.2019 01.06.2021 GORANBOY, Cinli Zeynallı k. 13 MƏMMƏDOV FAİQ QÜDRƏT OĞLU 01.06.2019 01.06.2021 GORANBOY, Aşağı Ballıqaya k. 14 MƏMMƏDOV TEMUR RƏŞİD OĞLU 01.06.2019 01.06.2021 GORANBOY, Azad k. 15 SALAHOV RƏCƏB ELXAN OĞLU 01.06.2019 01.06.2021 GORANBOY, Dəliməmmədli ş., Ş.Şükürov, 1, - 16 HACIYEV NƏSİB HİLAL OĞLU 01.06.2019 01.06.2021 GORANBOY, Qızılhacılı q., K.MƏMMƏDOV, 23 17 RÜSTƏMOVA AYNURƏ QƏŞƏM QIZI 01.06.2019 01.06.2021 GORANBOY, Goranboy ş., M.MƏHƏRRƏMOV, 14, 8 18 MUSAYEVA FƏRMAYƏ İSRAYIL QIZI 01.06.2019 01.06.2021 GORANBOY, Goranboy ş., C.Cabbarlı, 4, 17 19 AĞAYEVA XUMARƏ ZİNƏDDİN QIZI 01.06.2019 01.06.2021 GORANBOY, Abbasqulular k.
  • Management Union of Medical Territorial Units” Public Legal Entity 1

    Management Union of Medical Territorial Units” Public Legal Entity 1

    LIST of medical organizations subordinated to the "Management Union of Medical Territorial Units” Public Legal entity 1. Medical centers and Associations 1.1. Specialized Center for Angiology 1.2. Republican Perinatal Center 1.3. Republican Childrens' Dental Center 1.4. Republican Narcological Center 1.5. Republican Endocrinological Center 1.6. Siyazan Diagnostic and Treatment Center 1.7. Lankaran Diagnostic and Treatment Center 1.8. Shirvan Diagnostic and Treatment Center 1.9. Gabala Diagnostic and Treatment Center 1.10. Fuzuli Diagnostic and Treatment Center 1.11. Guba Diagnostic and Treatment Center 1.12. Gazakh Diagnostic and Treatment Center 1.13. Barda Diagnostic and Treatment Center 1.14. Jalilabad Diagnostic and Treatment Center 1.15. Zakatala Diagnostic and Treatment Center 1.16. Shamakhi Diagnostic and Treatment Center 1.17. Tovuz Hemodialysis and Diagnostic Center 2. In-patient facilities 2.1. Republican Clinical Hospital named after Academician M.A.Mirgasimov 2.2. Republican Child Clinical Hospital 2.3. Republican Hospital of Veterans 2.4. Republican Clinical Urological Hospital named after Academician Mirmammad Javadzadeh 2.5. Republican Psychiatric Hospital No 1 2.5.1. Labor Production Workshop at Republican Psychiatric Hospital No. 1 2.6. Interrregional Psychiatric Hospital No. 2 of Agdam region 2.7. “Azersutikinti” Hospital 2.8. Neurosurgery Hospital 2.9. Republican Dermatoveneric Dispensary 2.10. Medical Rehabilitation Hospital 2.11. Mental Health Center 3. Outpatient clinics 3.1. Writers' Polyclinic 4. Emergency medical care facilities 4.1. Emergency Medical Aid Station (EMAS) 4.1.1. EMAS Consulting Division (sanitation) 4.1.2. EMAS Shirvan Regional Facility 4.1.3. EMAS Salyan Regional Facility 4.1.4.
  • Rayon Kənd Abşeron Rayon Saray Qəsəbəsi Abşeron Rayon Saray Qəsəbəsi Abşeron Rayon Novxanı Kəndi Abşeron Rayon Sara

    Rayon Kənd Abşeron Rayon Saray Qəsəbəsi Abşeron Rayon Saray Qəsəbəsi Abşeron Rayon Novxanı Kəndi Abşeron Rayon Sara

    Rayon K ənd Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Novxanı k əndi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Masazır k əndi Abşeron rayon Ceyranbatan q əsəbəsi Abşeron rayon Qobu q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Masazır k əndi Abşeron rayon Masazır k əndi Abşeron rayon Masazır k əndi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Novxanı k əndi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Hökm əli qəsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Novxanı k əndi Abşeron rayon Novxanı k əndi Abşeron rayon Masazır k əndi Abşeron rayon Ceyranbatan q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Xırdalan ş əhəri Abşeron rayon Masazır k əndi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Mehdiabad q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Masazır k əndi Abşeron rayon Masazır k əndi Abşeron rayon Masazır k əndi Abşeron rayon Masazır k əndi Abşeron rayon Mehdiabad q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Xırdalan ş əhəri Abşeron rayon Masazır k əndi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon Masazır k əndi Abşeron rayon Masazır k əndi Abşeron rayon Masazır k əndi Abşeron rayon Saray q əsəbəsi Abşeron rayon
  • “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin Tabeliyindəki Tibb Müəssisələrinin

    “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin Tabeliyindəki Tibb Müəssisələrinin

    “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin S İ Y A H I S I 1. Elmi tədqiqat institutları 1.1. Milli Hematologiya və Transfuziologiya Mərkəzi 1.1.1. Mərkəzi Qan Bankının Gəncə bölməsi 1.1.2. Mərkəzi Qan Bankının Şəki bölməsi 1.1.3. Mərkəzi Qan Bankının Quba bölməsi 1.1.4. Mərkəzi Qan Bankının Sumqayıt bölməsi 1.1.5. Mərkəzi Qan Bankının Lənkəran bölməsi 1.1.6. Mərkəzi Qan Bankının Bərdə bölməsi 1.1.7. Mərkəzi Qan Bankının Şirvan bölməsi 1.1.8. Mərkəzi Qan Bankının Mingəçevir bölməsi 1.2. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu 1.3. Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiolo-giya İnstitutu 1.4. V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu 1.5. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 1.6. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu 1.7. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu 2. Tibbi mərkəzlər və birliklər 2.1. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi 2.2. Xüsusiləşdirilmiş Angioloji Mərkəzi 2.3. Respublika Perinatal Mərkəzi 2.4. Respublika Uşaq Stomatoloji Mərkəzi 2.5. Respublika Endokrinoloji Mərkəz 2.6. Siyəzən Müalicə-Diaqnostika Mərkəzi 2.7. Lənkəran Müalicə-Diaqnostika Mərkəzi 2.8. Şirvan Müalicə Diaqnostika Mərkəzi 2.9. Qəbələ Müalicə-Diaqnostika Mərkəzi 2.10. Füzuli Müalicə-Diaqnostika Mərkəzi 2.11. Quba Müalicə-Diaqnostika Mərkəzi 2.12. Qazax Müalicə-Diaqnostika Mərkəzi 2.13. Bərdə Müalicə-Diaqnostika Mərkəzi 2.14. Cəlilabad Müalicə-Diaqnostika Mərkəzi 2.15. Zaqatala Müalicə-Diaqnostika Mərkəzi 2.16. Şamaxı Müalicə-Diaqnostika Mərkəzi 2.17. Tovuz Hemodializ və Diaqnostika Mərkəzi 3. Stasionar müəssisələr 3.1.
  • Azərbaycan Respublikasının Bəzi Rayonlarının Ərazisində Bələdiyyələrin Təşkil Edilməsi Haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

    Azərbaycan Respublikasının Bəzi Rayonlarının Ərazisində Bələdiyyələrin Təşkil Edilməsi Haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

    Azərbaycan Respublikasının bəzi rayonlarının ərazisində bələdiyyələrin təşkil edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. Azərbaycan Respublikasının bəzi rayonlarının ərazisində adları aşağıda göstərilən bələdiyyələr təşkil edilsin: Bakı şəhəri Qaradağ rayonu üzrə: Korgöz qəsəbəsinin ərazisini əhatə edən Korgöz bələdiyyəsi təşkil edilsin. Ümid qəsəbəsinin ərazisini əhatə edən Ümid bələdiyyəsi təşkil edilsin. Ağdam rayonu üzrə: Qərvənd bələdiyyəsinin əhatə etdiyi Əhmədağalı, Çıraxlı, Kolqışlaq və Mirəşelli kəndlərində Əhmədağalı bələdiyyəsi təşkil edilsin. Mərzili kəndinin ərazisini əhatə edən Mərzili bələdiyyəsi təşkil edilsin. Üçoğlan bələdiyyəsinin əhatə etdiyi Alıbəyli, Böyükbəyli və Kiçikli kəndlərində Alıbəyli bələdiyyəsi təşkil edilsin. Təzəkənd kəndinin ərazisini əhatə edən Təzəkənd bələdiyyəsi təşkil edilsin. Əfətli bələdiyyəsinin əhatə etdiyi Hacıturalı, Həsənxanlı və Qəhrəmanbəyli kəndlərində Hacıturalı bələdiyyəsi təşkil edilsin. Çəmənli bələdiyyəsinin əhatə etdiyi Sarıcalı və Şükürağalı kəndlərində Sarıcalı bələdiyyəsi təşkil edilsin. Ağsu rayonu üzrə: Ərəbmehdibəy bələdiyyəsinin əhatə etdiyi Xəlilli və Mustafalı kəndlərində Xəlilli bələdiyyəsi təşkil edilsin. Dəvəçi rayonu üzrə: Gəndov bələdiyyəsinin əhatə etdiyi Leyti kəndində Leyti bələdiyyəsi təşkil edilsin. Uzunboyad bələdiyyəsinin əhatə etdiyi Məliklər kəndində
  • 18:49 04.12.2017 0 Rayon Soyad Ad Ata Adı Ünvan Təyinatın Başlama

    18:49 04.12.2017 0 Rayon Soyad Ad Ata Adı Ünvan Təyinatın Başlama

    18:49 04.12.2017 0 Rayon Soyad Ad Ata adı Ünvan Təyinatın başlama tarixi Təyinatın bitmə tarixi 63 1 Göygöl ZEYNALOVA ŞƏHLA ORUC Xəqani 01.02.2016 31.01.2018 2 Göygöl ZEYNALOVA GÜLTƏKİN AKİF Pənahlılar 01.02.2016 31.01.2018 3 Göygöl ZEYNALOVA KƏKLİK FƏXRƏDDİN Çaylı 01.02.2016 31.01.2018 4 Göygöl ZEYNALOVA ELLADA İSMAYIL 01.01.2016 31.12.2017 5 Göygöl ZEYNALOVA ŞƏLALƏ FİRUDİN 01.02.2016 31.01.2018 6 Göygöl ZEYNALOV SƏYAVUŞ KAMAYIL Pənahlılar 01.02.2016 31.01.2018 7 Göygöl ZEYNALOV ÜLFƏT MOBİL Aşıqlı 01.01.2016 31.12.2017 8 Göygöl ZEYNALOV KAMALƏDDİN YUNİS 01.02.2016 31.01.2018 9 Göygöl ZEYNALOV ASİM İMRAN 01.01.2016 31.12.2017 10 Göygöl YUSUBOVA FƏRQANƏ MÜBARİZ 01.02.2016 31.01.2018 11 Göygöl YUSİBOVA SƏLVİNƏ ŞAKİR Mollacəlilli 01.02.2016 31.01.2018 12 Göygöl YUSİBOVA MÖHTƏRƏM ƏFƏNDİ 01.02.2016 31.01.2018 13 Göygöl YUSİBOVA MARAL TURDUBAY 01.02.2016 31.01.2018 14 Göygöl XƏLİLOV ABBASBƏK ŞAMŞƏDDİN Şəhriyar 01.02.2016 31.01.2018 15 Göygöl XƏLİLOV SAMİR ŞAKİR Hacıməlik 01.01.2016 31.12.2017 16 Göygöl VEYİSOV NATİQ SƏYYAD A.Hacıyev 101 01.01.2016 31.12.2017 17 Göygöl VERDİYEVA ÜLVİYYƏ RƏŞİD Quşqara 01.02.2016 31.01.2018 18 Göygöl VERDİYEVA FATMA ADİL Gəncə F.Bayramov 81 01.02.2016 31.01.2018 19 Göygöl VERDİYEVA YEGANƏ NƏRİMAN D.Qorqud 19 01.01.2016 31.12.2017 20 Göygöl VERDİYEVA ƏFSANƏ QUBAD 01.02.2016 31.01.2018 21 Göygöl VERDİYEV RAMİL ƏLİQULU Murovdağ 01.02.2016 31.01.2018 22 Göygöl VERDİYEV ELDƏNİZ ƏLİQULU Aşıqlı 01.01.2016 31.12.2017 23 Göygöl VERDİYEV ELVİN MÜSADİN Aşıqlı 01.02.2016 31.01.2018 24 Göygöl VERDİYEV HİCRAN NURƏDDİN 01.02.2016 31.01.2018 25 Göygöl VERDİYEV ARAZ ŞAHİN 01.02.2016 31.01.2018 26 Göygöl VERDİYEV QAŞQAY HƏSƏN 01.02.2016 31.01.2018 27 Göygöl VƏLİYEVA KİFAYƏT CABİR Üçtəpə 01.02.2016 31.01.2018 28 Göygöl VƏLİYEVA GÜLNAR RAMİZ S,Hacıyev 44 01.02.2016 31.01.2018 29 Göygöl USUBOVA GÜLBAHAR XASAY 01.02.2016 31.01.2018 30 Göygöl USUBOV USUB TEMUR 6 küçə 29 01.02.2016 31.01.2018 31 Göygöl UMUDOVA ZƏMİNƏ ARİF Balçılı 01.02.2016 31.01.2018 32 Göygöl TAĞIYEV RƏFAİL ƏLİ ŞƏHRİYAR K.
  • (TABIB) Public Legal Entity

    List of healthcare facilities subordinated to the “Administration of the Regional Medical Divisions” (TABIB) Public Legal Entity 1. Scientific Research Institutes 1.1. National Hematology and Transfusiology Center 1.1.1. Ganja Branch of Central Blood Bank 1.1.2. Sheki Branch of Central Blood Bank 1.1.3. Guba Branch of Central Blood Bank 1.1.4. Sumgayit Branch of Central Blood Bank 1.1.5. Lankaran Branch of Central Blood Bank 1.1.6. Barda Branch of Central Blood Bank 1.1.7. Shirvan Branch of Central Blood Bank 1.1.8. Mingachevir Branch of Central Blood Bank 1.2. Scientific-Research Institute of Pediatrics named after K. Farajova 1.3. Scientific Research Institute of Cardiology named after J.Abdullayev 1.4. Scientific-Research Institute of Medical Prevention named after V. Akhundov 1.5. Scientific-Research Institute of Pulmonary Diseases 1.6. Scientific-Research Institute of Obstetrics and Gynecology 1.7. Scientific-Research Institute of Traumatology and Orthopedics 2. Medical centers and Associations 2.1. Scientific Surgical Center named after M. Topchubashov 2.2. Specialized Center for Angiology 2.3. Republican Perinatal Center 2.4. Republican Childrens' Dental Center 2.5. Republican Endocrinological Center 2.6. Siyazan Diagnostic and Treatment Center 2.7. Lankaran Diagnostic and Treatment Center 2.8. Shirvan Diagnostic and Treatment Center 2.9. Gabala Diagnostic and Treatment Center 2.10. Fuzuli Diagnostic and Treatment Center 2.11. Guba Diagnostic and Treatment Center 2.12. Gazakh Diagnostic and Treatment Center 2.13. Barda Diagnostic and Treatment Center 2.14. Jalilabad Diagnostic and Treatment Center 2.15.