AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI TARİX İNSTİTUTU ELMİ ƏSƏRLƏR 2018, cild 69 SCIENTIFIC WORKS OF THE INSTITUTE OF HISTORY NAS OF AZERBAIJAN 2018, volume 69 ТРУДЫ ИНСТИТУТА ИСТОРИИ НАН АЗЕРБАЙДЖАНА 2018, том 69 1947-ci ildən nəşr olunur Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur Baş redaktor: Yaqub MAHMUDOV AMEA-nın həqiqi üzvü Redaksiya heyəti: Akad. Nailə VƏLİXANLI, akad. Teymur BÜNYADOV, akad. İsmayıl HACIYEV, AMEA-nın həqiqi üzvü Nərgiz AXUNDOVA, fil.ü.f.d. Səbinə ALMƏMMƏDOVA, Ədilə AĞABƏYOVA, t.ü.f.d. Nərgiz AXUNDOVA, t.ü.e.d. İradə BAĞIROVA, t.ü.f.d. Cəbi BƏHRAMOV (baş redaktor müavini), t.ü.e.d., prof. Həsən ƏLİBƏYLİ, t.ü.f.d. İradə ƏLİYEVA (məsul katib), t.ü.e.d. Sevinc ƏLİYEVA, t.ü.f.d. Allahverdi ƏLİMİRZƏYEV, t.ü.e.d., prof. Şahin FƏRZƏLİYEV, t.ü.f.d. İlqar NİFTƏLİYEV, t.ü.f.d. Hacı HƏSƏNOV, r.ü.f.d. Mehri XANBABAYEVA, t.ü.e.d. Ədalət QASIMOV, t.ü.f.d. Nigar MAKSVELL, t.ü.e.d. Tofiq NƏCƏFLİ (baş redaktor müavini), t.ü.f.d. Elmar MƏHƏRRƏMOV, t.ü.e.d., prof. Tamilla MUSAYEVA, t.ü.e.d., prof. Tofiq MUSTAFAZADƏ, t.ü.e.d. Natiq MƏMMƏDZADƏ, t.ü.e.d. Məryəm SEYİDBƏYLİ, t.ü.e.d., prof. Kərim ŞÜKÜROV, ISBN 978-9952-479-11-9 © AMEA Tarix İnstitutu, 2018 Elmi əsərlər 69-cu cild Ülkər HÜSEYNOVA ∗ 1920-Cİ İL APREL İŞĞALINDAN SONRAKI İLK İLLƏRDƏ AZƏRBAYCAN SSR-DƏ İCTİMAİ-SİYASİ VƏZİYYƏTƏ DAİR (RUSİYA DÖVLƏT HƏRB ARXİVİNİN METERİALLARI ƏSASINDA) Açar sözlər: Azərbaycan SSR aprel işğalı, hərbi kommunizm, ərzaq vergisi, mü- qavimət. Ключевые слова: Азерайджанская ССР, апрельская оккупация, военный комму- низм, продналог, сопротивление. Key words: Azerbaijan SSR, April Occupation, Military Communism, Tax in kind, Resistance. 1920-ci il Aprel işğalından sonrakı ilk illər Azərbaycanın ən faciəvi, eyni zamanda mürəkkəb və ziddiyyətli dövrlərindən birini təşkil edir. So- vet tarixçiləri bu dövrü parlaq boyalarla təsvir edir, “Azərbaycanda Lenin ideyalarının təntənəsi” dövrü adlandırırdılar. Buna görə də təbii ki, dövrün neqativ tərəfləri diqqət mərkəzindən tamamilə kənarda qalırdı. Yalnız müstəqillik dövründə Azərbaycan tarixçiləri XX əsrin 20-ci illərinin tə- zadlı, faciəli tarixini obyektiv və dərindən öyrənmə imkanı əldə etmiş, problemə dair bir çox maraqlı tədqiqatlar işiq üzü görmüşdür. Lakin bu dövr tarixinin bir çox məqamları, ilk növbədə antisovet müqavimət hərə- katı fakt və materialların azlığından hələ də hərtərəfli işıqlandırılmamış- dır. Məhz bunu nəzərə alaraq biz Rusiya Dövlət Hərb Arxivinin fondların- da saxlanan sənədləri də cəlb etməklə göstərilən dövrdə Azərbaycan SSR- də ictimai-siyasi vəziyyəti, ilk növbədə antisovet müqavimət hərəkatını tədqiq etməyi qarşımıza məqsəd qoymuşuq. 1917-ci ilin oktyabr çevrilişi nəticəsində Rusiyada dövlət quruluşu dəyişsə də hakimiyyət başına gəlmiş bolşeviklər də çarizmin imperiya si- yasətini davam etdirirdilər. 1918-ci il mayın 28-də müstəqil Azərbaycan Cümhuriyyəti elan olunduqdan sonra da Sovet Rusiyası çox böyük ehtiyac hiss etdiyi Bakı neftinə yiyələnmək üçün Azərbaycanı işğal etməyə yönəl- miş siyasət yürüdürdü. 1920-ci 28 aprel işğalından sonra yaradılmış Azər- baycan Sovet Sosialist Respublikası formal olaraq müstəqil sayılsa da, əs- lində o tamamilə Sovet Rusiyasının müstəmləkəsinə çevrildi. Sovet höku- ∗ Ülkər Hüseynova - Lənkəran Dövlət Üniversitetinin doktorantı 3 Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu məti Azərbaycanın müstəqilliyini “imperialistlərdən və onların agentlərin- dən qorumaq üçün” Rusiya ilə “qardaşlıq ittifaqına” daxil etmək xəttini götürmüşdü [4, s.110]. Azərbaycanda hakimiyyətdə aparıcı rol AK(b) MK aparatına məxsus idi. Əslində adına baxmayaraq AKP müstəqil partiya deyildi, RK(b) P-nin (1925-ci ildən) UİK (b) P-nın vilayət təşkilatı statusunda idi. Azərbaycan- dakı hakimiyyətin əsas vəzifəsi imperiya dövlətinin məqsəd və maraqlarını təmin etmək idi. Rusiyada vətəndaş müharibəsi illərində tətbiq olunan hərbi kommu- nizm iqtisadi fəlakətlə nəticələndi.Vətəndaş müharibəsi bitdikdən sonra hərbi kommunizm siyasəti kəndlilərin, eləcə də fəhlələrin əksər hissəsinin güclü müqavimətinə rast gəldi. 1920-1921-ci illərdə Voronej, Saratov, Penza quberniyalarında, Sibirdə, Donda və Ukraynada kəndlilər silaha sa- rılaraq ərzaq sapalağına qarşı üsyana çıxdılar [6, s.50]. 1921-ci ilin mar- tında Kronştadt qarnizonu Baltik donanması gəmilərində “Bütün hakimiy- yət partiyalara yox, Sovetlərə!” və “Kommunistlərsiz Sovetlər!” şüarları al- tında qiyam [6, s.50] da yeni rejim üçün olduqca təhlükəli idi. Hakimiyyəti itirmək təhlükəsi ilə üzləşən bolşeviklər daxili siyasi kursu dəyişməli oldu. RK (b) P-nin 1921-ci il martın 8-16-da keçirilmiş X qurultayı ərzaq sapalağının ərzaq vergisi ilə əvəz edilməsi haqqında qətna- mə qəbul etdi [6, s.51]. Həmçinin azad ticarətə yol verildi [7, s.212]. Bolşe- viklərin tətbiq etməyə başladıqları siyasət “Yeni iqtisadi siyasət” (YİS) adı ilə tarixə düşdü. YİS-ə keçid sayəsində kəndlilərin əkin sahələri genişlənmiş, məhsul- darlıq artmış, sənaye canlanmağa başlamışdı. Ərzaq vergisi əvvəlcə məh- sulun 20%-i həcmində, daha sonra isə 10%-i həcmində alınırdı. 1924-cü il- də kənd təsərrüfatından toplanan bütün vergilər vahid vergi ilə əvəz edildi və onun həcmi kəndlinin gəlirinin 5 %-i məbləğində müəyyənləşdirildi. 1922-ci ilin oktyabrında torpaq icarəsinə və muzdlu əməyə icazə verilməsi [7, s.212] YİS-in həyata keçirilməsində mühüm addım oldu. 1921-ci ilin mayında səmərəsiz işləyən dövlət sənaye müəssisələrinin icarəyə veril- məsi başlandı. Sovet hakimiyyətinin Azərbaycanda iqtisadi siyasəti mürəkkəb və çətin şəraitdə həyata keçirilirdi. Sovet Rusiyasında vətəndaş müharibəsi şəraitində tətbiq edilən “Hərbi kommunizm” siyasəti Azərbaycanda da tətbiq olunmağa başlamışdı. Hərbi kommunizm siyasətinin əsas hissəsini 4 Elmi əsərlər 69-cu cild isə ərzaq sapalağı təşkil edirdi. 1920-ci ilin avqustun 26-da Azərbaycan İnqilab Komitəsi taxıl ticarəti inhisarı haqqında dekret verdi [2, s.23].Taxıl məhsulları ilə yanaşı ən mühüm xammal növlərinin tədarükü üzərində də dövlət inhisarı tətbiq olunurdu. Mal-qara tədarükü isə “sapalaq qaydasınca, inhisarsız aparılmalı” idi. Ərzaq və xammala ümumrusiya qiymətlərinə uyğun möhkəm qiymətlər qoyulmalı idi [2, s. 23]. Hələ bundan bir qədər əvvəl ərzaq komissarlığının 16 avqust 1920-ci ildə verdiyi əmrdə deyilirdi ki, dövlət tədarukü rayonları elan olunmuş Lənkaran, Cavad, Quba, Göy- çay, Cavanşir qəzalarında və bütün Gəncə qubernasiyasından hər bir adam 10 funtdan artıq olmayaraq un yaxud taxıl və 10 funt çörək çıxara bilər. Yəni çıxarılması qəti qadağan olunurdu. Dövlət tədarukü elan olunmayan rayonlardan – yəni Şamaxı və Bakı qəzalarından isə 1 nəfər 1 pud taxıl yaxud 1 pud çörək çıxara bilərdi. Yəni isə 200 puddan artıq çıxartmaq olmazdı [1, v.8]. Azərbaycanın ağır vəziyyətinə baxmayaraq onun sərvəti mərkəz tə- rəfindən talanıb aparılırdı. Təkcə 1920-ci ilin aprelin 30-dan mayın 2-dək qısa müddət ərzində Bakıdan Həştərxana 1,3 mln. pud, may-iyun ayları ər- zində isə bütöv 36,2 mln pud neft və neft məhsulları aparılmışdı [3, s.34]. Ölkədə ərzaq qıtlığına baxmayaraq 1921-1922-ci illərdə əhalidən zorla toplanmış 13 min pud düyü və taxıl, 3 min arşın parça və 400 mln manat pul Rusiyanın aclıq çəkən Saratov, Saritsın və Həştərxan quberniyalarına göndərilmişdi [3, s.34]. Bəlkə də bu siyasətin nəticəsi idi ki, azərbaycanlı əsgərlərin bir çoxu Qırmızı ordu sıralarında xidmət etməkdən boyun qaçıraraq fərarilik edir- dilər. Azərbaycan SSR Hərbi-Dəniz komissarı Ç.İldırımın 30 aprel 1920-ci il tarixli 4 saylı əmrində deyilirdi ki, aprelin 28-də Şıxov burnu, Zığ və Misaxdakı mövqe batarayelarının əsgərləri, eləcə də zirehli qatarın əsgəri Məmməd Saleh oğlu öz hissələrindən qaçmışdılar. Qaçanların tutulması, Azərbaycan SSR ordusunun bütün əsgərlərinə fərariliyə görə güllələnmə- yə qədər cəza veriləcəyinin elan edilməsi əmr olunurdu [16, v.3]. Ç. İldırımın 9 may 1920-ci il tarixli 24 saylı əmrində isə deyilirdi ki, kimlərsə ölkədə sovet hakimiyyətinin möhkəmlənməsinə mane olmaq üçün teleqraf tellərini (xüsusən Bakı-Xaçmaz xəttində) doğrayır və ya do- laşdırır, sonra da maskalayırdılar ki, bilinməsin. Belələrinin aşkar edilib hərbi tribunala verilməsi əmr olunurdu [16, v.17]. 5 Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu XI Qırmızı ordu komandanlığının 25 mart 1921-ci il tarixli təlima- tında etiraf olunurdu ki, kommunistlərin keçirdikləri uğursuz təcrübələr, tabor komandirlərinin səhvləri, torpaq siyasətindəki əyintilər, kəndlilərin dini mərasimlərinə qayğı ilə yanaşılmaması onların etirazlarına, bütün Azərbaycanı bürüyən üsyanlara səbəb olmuşdur [8, v.3. Bax: 2, s.14]. Azərbaycanda repressiyaların həyata keçirilməsində Qırmızı ordu- nun xüsusi rolu olmuşdur. XI Qırmızı ordunun V.A.Pankratovun başçılıq etdiyi xüsusi şöbəsi bu işdə müstəsna səlahiyyətlərə malik olub Azərbay- candakı partiyaların, müxtəlif siyasi təşkilatların rəhbərlərinin, üzvlərinin təqib və həbs olunmasında iştirak edirdilər [2, s.14].1920-ci il iyulun 3-də Ordu inqilabi hərbi tribunalı, Cəbhə inqilabi hərbi tribunalı və respublika İnqilabi Tribunalı təşkil olundu [16, v.229 arxa üzü (bundan sonra qısaca- a.ü. Ü.H)].Tribunallar sədrdən, sədrin müavinindən, 2 daimi üzvdən və hər üzvün bir müavinindən ibarət idi [18, v.231]. Tribunallar töhmət, cərimə, əmlakın qismən, yaxud bütünlüklə mü- sadirə edilməsi, siyasi hüquqlardan qismən, yaxud bütünlüklə müddətsiz və ya müəyyən müddətə məhrum edilməsi, azadlıqdan məhrum olunma, hərbçilərin cərimə batalyonlarına göndərilməsi və nəhayət, güllələnmə kimi cəzalar verə bilərdilər [18 və a.ü]. Cəza tədbirlərinə baxmayaraq Azərbaycanda
Details
-
File Typepdf
-
Upload Time-
-
Content LanguagesEnglish
-
Upload UserAnonymous/Not logged-in
-
File Pages232 Page
-
File Size-