BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ ВЕСТНИК БАКИНСКОГО УНИВЕРСИТЕТА NEWS OF BAKU UNIVERSITY ISSN 1609-0586 HUMANİTAR elmlər seriyası серия ГУМАНИТАРНЫХ НАУК series of HUMANITARIAN SCIENCES №4.2018 Baş redaksiya heyəti: Məhərrəmov A.M. (baş redaktor), Kazımzadə A.H. (baş redaktorun müavini), Əliyeva İ.N., Məmmədov Y.Ə., Əliyev İ.Ə., Əfəndiyev V.Ə., Xələ- fov A.A., Məmmədəliyev V.M., Paşayeva N.A., Quliyeva Ş.T. (məsul katib). Seriyanın redaksiya heyəti: Zeynalov İ.X. (redaktor), İsmayılov X.İ. (redaktorun müavini), Quliyeva S.Z. (məsul katib), Əliyeva İ.S., Qurbanov A.İ., Əlizadə Y.M., Rzayev A.Ə., Əzizov E.Z., Hacıyev A.C., Hacıyev S.T., İsmayılov X.İ., Vəliyev Ş.Q., Məmmədov C.Ə., Vəliyev M.T., Rüstəmov R.Ə. B.310.30.IV.1999 © «Bakı Universiteti Nəşriyyatı», 2018 4 BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ №4 Humanitar elmlər seriyası 2018 DİLÇİLİK UOT 8134 ORTA FARS DİLİNİN YAZI SİSTEMİ VƏ FONEM İNVENTARI Ə.B.MƏMMƏDOVA Bakı Dövlət Universiteti
[email protected] Xətt və yazı dilin yaradıcı xüsusiyyəti olub, həm də onun daimiliyini və inkişafını gös- tərir. Yazı onu yaradan xalqın yüksək mədəniyyətinin göstəricisidir. Məqalədə orta fars dilinin (pəhləvi yazısının) formalaşması, transkripsiya və transliterasiyasından, ideoqramların çətin oxunmasından bəhs edilir. Eləcə də məqalədə orta fars dilinin vokal və konsonantlarından danışılır. Açar sözlər: Orta fars dili, Pəhləvi əlifbası , samit, sait, diftonq, qısa sait, uzun sait İnsanın bütün həyatı dillə bağlıdır. İnsan məhəbbət dolu ən ülvi hissləri- ni, eyni zamanda nifrət dolu qəzəbini də məhz dil vasitəsilə ifadə edir. Onun vasitəsilə danışır, yazır, sual verir, fikir yürüdür, informasiya verir, ən mü- rəkkəb prosesləri belə onunla ifadə edir. Dilçiliyin ən mühüm sahələrindən biri də fonetikadır.