J. Manuscripts Don't Burn. 2016, Vol. 2, No. 2
ISSN 2410-5600 AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI MƏHƏMMƏD FÜZULĠ ad. ƏLYAZMALAR ĠNSTĠTUTU ƏLYAZMALAR YANMIR (elmi məqalələr toplusu) № 2 (3), 2016 13.01.2015-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Mətbu nəşrlərin reyestri”nə daxil edilmişdir (Reyestr № 3940). Fransada Beynəlxalq ISSN Mərkəzində qeydiiyyatdan keçmişdir. Eng. Manuscripts Don't Burn Rus. Рукописи не горят Bakı - 2016 № 2 (3), 2016 Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının 13 iyun 2016-cı il tarixli 6 saylı iclasının qərarı ilə nəşr edilib. BAġ REDAKTOR: Teymur Kərimli - akademik REDAKSĠYA HEYƏTĠ: Ġsa Həbibbəyli - akademik Möhsün Nağısoylu - AMEA-nın müxbir üzvü Aybəniz Əliyeva-Kəngərli - filologiya üzrə elmlər doktoru PaĢa Kərimov - filologiya üzrə elmlər doktoru Əzizağa Nəcəfzadə - filologiya üzrə fəlsəfə doktoru Nigar Babaxanova - koordinator © AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2016 © Müəlliflər, 2016 2 № 2 (3), 2016 MƏNBƏġÜNASLIQ UOT: 821.512.162 Gülbəniz Babaxanlı, AMEA Hüseyn Cavidin Ev Muzeyi, filologiya üzrə elmlər doktoru CAVĠDġÜNASLIĞIN TƏġƏKKÜL DÖVRÜNÜN MƏNBƏġÜNASLIĞI VƏ NƏġRĠ Açar sözlər: Hüseyn Cavid, ədəbiyyatşünaslıq, dramaturgiya, tənqid, mətbuat, məqalə, teatr. Ключевые слова: Гусейн Джавид, литература, драма, критика, пресса, статьи, театр. Key words: Huseyn Javid, literature, drama, criticism, news, articles, theater. CavidĢünaslıq elminin baĢlıca predmeti, heç Ģübhəsiz, Cavidin zəngin ədəbi irsidir, bu irsin obyektiv Ģəkildə, elmi əsaslarla düzgün qiymətləndirilməsidir. Cavid elə bir sənətkar- dır ki, o, ədəbi fikrin daim diqqət mərkəzində olmuĢdur, onun hər bir əsəri geniĢ oxucu küt- lələrinin böyük marağına səbəb olmuĢ, pyesləri teatrların repertuarından düĢməmiĢdir [1]. O, ədəbi fəaliyyətə XX əsrin əvvəllərində baĢlamıĢ və məhkum olunduğu 1937-ci ilə qədər bir Ģair və dramaturq kimi sevimli peĢəsindən ayrılmamıĢdır. O, ədəbiyyatda sıradan biri ol- mamıĢ, ġƏXSĠYYƏT kimi tanınmıĢ və etiraf edilmiĢdir.
[Show full text]