Qara Qarayev 100
Total Page:16
File Type:pdf, Size:1020Kb
CƏFƏR CABBARLI ADINA RESPULİKA GƏNCLƏR KİTABXANASI Qara Qarayev 100 Biblioqrafik vəsait 2018 Qara Qarayev 100 Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2018-ci ilin fevral ayında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illiyi tamam olur. Qara Qarayev Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi özünəməxsus nadir fitri istedada malik şəxsiyyətlərdəndir. Novator sənətkar kimi o, uzun əsrlik qədim milli musiqi irsinin ənənəvi klassik və ən müasir musiqi formalarıyla son dərəcə ahəngdar vəhdətində çox sayda monumental əsərlər meydana gətirmişdir. Həyat, insan və zaman haqqında dərin fəlsəfi düşüncələri bütün vüsəti ilə yüksək professional səviyyədə əks etdirən həmin ecazkar sənət nümunələri daim əxlaqi-mənəvi kamilliyə çağırır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin tarixi nailiyyətlərlə zənginləşdirilməsi və dünya miqyasında tanıdılmasında müstəsna xidmətlər göstərmiş görkəmli sənətkar Qara Qarayevin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 17 oktyabr 2017-ci il. https://www.president.az 1 Qara Qarayev 100 25 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam və bu işi çox sevirəm. Bu, çox çətin, böyük fədakarlıq və müəyyən mənada özünü qurban verməyi tələb edən sahədir. Çünki hərdən bir layiqli tələbəyə özün üçün qoruyub saxladığından da verməli olursan. Sinifdə xəsis olmaq olmaz. Əliaçıqlıq sonradan tələbənin uğurundan aldığı zövqlə mütləq özünə qayıdacaq. Gənclərlə işləmək mürəkkəb, məsuliyyətli və hətta, mən deyərdim, risk tələb edən işdir. O, müəyyən dərəcədə həkimlik sənəti ilə eyniyyət təşkil edir. Əgər onlar insanların fiziki sağlamlığına cavabdehdirlərsə, biz gələcək sənətkarın mənəvi sağlamlığına cavabdehik. Qara Qarayev Qara Əbülfəs oğlu Qarayev (5 fevral 1918 - 13 may 1982) Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəs Qarayevin ailəsində doğulmuşdur. Dmitri Şostakoviç məktəbinin ən parlaq nümayəndələrindən biri olan Qara Qarayev 1946-cı ildə Moskva konservatoriyasında dahi bəstəkarın kompozisiya sinfini bitirmişdir. O, hələ bundan xeyli əvvəl Azərbaycan xalqının musiqi yaradıcılığına dərindən yiyələnmişdi. Bakı konservatoriyasında təhsil aldığı illərdə Azərbaycanın ilk peşəkar bəstəkarı Üzeyir Hacıbəyli onu milli folklorun, aşıq və muğam sənətinin incəlikləri ilə tanış etmişdi. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar təhsilini yarımçıq qoyaraq Bakıya qayıdıb və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər işləmişdir. Müharibədən sonra Moskvada yarımçıq qoyduğu təhsilini başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləməyə başlamışdır. Həmin il Cövdət Hacıyevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.1948–ci ildə “Leyli və Məcnun” simfonik poeması isə ona Azərbaycan Dövlət mükafatını qazandırmışdır. Qara Qarayev Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı(1967) laureatıdır. 1949-cu ildə Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyasının direktoru təyin olunmuşdur.1952–ci ildə isə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçılmişdir. 1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı seçilmiş, 1959–cu ildə isə SSRİ xalq artisti adını almış və Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. 1978-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Görkəmli bəstəkar Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletini müasir dövrün olduqca aktual bir mövzusuna - irqi ayrı-seçkilik 2 Qara Qarayev 100 və müstəmləkə xalqlarının azadlıq uğrunda mübarizəsinə həsr etmişdir. Fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının, A.Puşkinin şeirlərinə bəstələdiyi “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romanslarının, “Könül mahnısı”, “Səadət mahnısı” kantatalarının müəllifidir. Qara Qarayev Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına da müraciət etmişdir. Fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yazmışdır. Kinonu xarakter etibarı ilə “böyük müasir bəstəkarlıq məktəbi” adlandıran Qarayev, bu janrda da məhsuldar işləyib, klassikaya çevrilən sənət nümunələri yaratmışdır. “Leyli və Məcnun”, “Tarixin ibrət dərsi”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan”, “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest” və digər kinofilmlərə, “Nikbin faciə”, “Antonio və Kleopatra” tamaşalarına yazdığı musiqilər onun yaradıcılığının parlaq səhifələrindəndir. Q.Qarayev istedadlı publisist kimi özünün musiqi-estetik görüşlərini də son dərəcə inandırıcı və sadə şəkildə ifadə etmişdir. Müasir bəstəkarlıq yaradıcılığı üslubundakı tipik və xarakterik cəhətləri elmi dəlillərə əsaslanır. Bəstəkarın tutarlı fikirləri və uzaqgörənliyi, həmçinin Azərbaycan musiqisinə həsr olunmuş məruzə və məqalələrində də öz əksini tapmışdır. Q.Qarayev yaradıcı kadrların tərbiyəsinə böyük əmək sərf etmişdir. 1946-cı ildən etibarən Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfini aparan Q.Qarayev onlarca bəstəkar yetişdirmiş, bütöv bir musiqi-yaradıcılıq məktəbi yaratmışdır. Arif Məlikov,Vasif Adıgözəlov, Adil Bəbirov və başqaları onun ənənələrini davam etdirmişlər. Qara Qarayev 1982–ci il mayın 13-də Moskva şəhərində vəfat etmişdir. Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur. Qara Qarayevin operaları "Vətən" (1945) - Cövdət Hacıyevlə birlikgə; "Zəriflik" (1972) - fransız yazıçısı Anri Barbüsün əsəri əsasında qadın səsi və kamera orkestri üçün monodrama (1972). Qara Qarayevin baletləri "Yeddi gözəl" (1952); "İldırımlı yollarla" (1958) - Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı balet; "Leyli və Məcnun" (1969) - eyniadlı simfonik poema əsasında birpərdəli xoreoqrafik poema; "Don Kixot" simfonik qravürləri (2000) - eyniadlı simfonik qravürlər əsasında birpərdəli balet. 3 Qara Qarayev 100 Müzikl "Çılğın qaskoniyalı" - fransız dramaturqu E.Rostanın "Sirano de Berjerak" komediyası əsasında Azərbaycan musiqisi üçün yeni olan müzikl. Orkestr üçün əsərləri Leyli və Məcnun simfonik poeması (1947) - Nizaminin poeması əsasında; "Yeddi Gözəl" simfonik süita (1949); "Don Kixot" simfonik qravürləri (1960) - ispan yazıçısı Migel de Servantes əsəri əsasında; III simfoniya (1943, 1946, 1965) - III simfoniya Azərbaycan musiqisinə dodekfoniya yazı üsulunun gətirilməsi ilə əlamətdardır; "Azərbaycan süitası" (1939); "Vyetnam süitası"; “Alban rapsodiyası” (1952); “Klassik süita” (1966); Fortepiano və orkestr üçün “Gənclik" poeması (1937); Skripka və orkestr üçün konsert (1967). Kamera əsərləri İki simli kvartet; Kvartettino; Skripka və fortepiano üçün sonata; Fortepiano üçün iki sonatina (1940, 1943); 24 prelüdiya (1951—1963); Nəfəsli və estrada orkestri üçün əsərlər, kinofilmlər, teatr tamaşaları üçün musiqilər. Kamera vokal əsərləri Ömər Xəyyamın şeirlərinə səs və fortepiano üçün 6 rübai (1946); Aleksandr Puşkinin şeirlərinə səs və fortepiano üçün "Mən sizi sevirdim" və "Gürcüstan təpələrində" romansları (1949). Vokal-simfonik əsərləri "Könül mahnısı" kantatası (1938); "Sevinc mahnısı" kantatası (1947); Səs və caz orkestri üçün 3 noktürn (1958); 4 Qara Qarayev 100 "Partiyamız" kantatası (1959); "Dostluq himni" (1972). Böyük bəstəkarımız Qara Qarayevin vəfatına Qaramızın qəlbi dayandı gün, Yerlər də, göylər də qara geyindi. Gözləri qapandı parlaq bir ömrün, Bunu görməyəydikç bu necə gündü? Böyük sənətkarı Vətəninç elin! “İldırımlı yollar” min ad eylədi. Qaşları çatıldı “Yeddi gözəl”in, “Leyli və Məcnun”u fəryad eylədi! Elə ağrı keçdi ürəyimizdən Dağlar belə silə bilməz bu dağı. Sən elə doğmasanç elə əzizsən, Hönkürüb ağladıq uşaq sayağı. Bir təskinliyimiz budur kiç bizim, Yaşadacaq illərç əsrlər səni. Musiqi quş kimi gəzəcək ərzi, Dinləyəcək min-min nəsillər səni. Hikmət Ziya, 18 may, 1982-ci il. Biblioqrafiya Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (17 oktyabr 2017-ci il) // Azərbaycan. - 2017.-18 oktyabr. - № 228. - S. 2. Qarayev, Qara Əbülfəs oğlu. Fortepiano əsərləri / Q. Ə. Qarayev ; red.: F. Qarayev, X. Novruzov ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : E.L. NPŞ MMC, 2008. - 116 s. Qarayev, Qara Əbülfəs oğlu. Sonata : violino və piano üçün / Q. Ə. Qarayev ; red.: F. Qarayev, X. Novruzov ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : E.L. NPŞ MMC, 2008. - 32 s. 5 Qara Qarayev 100 Qarayev, Qara Əbülfəs oğlu. İkinci simfoniya - böyük simfonik orkestr üçün partitura = Вторая симфония - партитура для большого симфоническая оркестра / Q. Ə. Qarayev ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Təhsil, 2014. - 156 s. Qarayev,