Azərbaycan Respublikasında Bələdiyyələrin Birləşməsi Yolu Ilə Yeni Bələdiyyələrin Yaradılması Haqqında
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Maddə 1. Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılsın: 1. Ağcabədi rayonu üzrə: 1) Mirzəhaqverdili və Yuxarı Qiyaməddinli bələdiyyələrinin əhatə etdiyi Mirzəhaqverdili və Qiyaməddinli kəndlərində Yuxarı Qiyaməddinli bələdiyyəsi. 2. Ağdaş rayonu üzrə: 1) Ağzıbir və Pirəzə bələdiyyələrinin əhatə etdiyi Ağzıbir, Qaraoğlan və Pirəzə kəndlərində Pirəzə bələdiyyəsi; 2) Aşağı Nemətabad və Qəribli bələdiyyələrinin əhatə etdiyi Aşağı Nemətabad, Qəribli və Yenikənd kəndlərində Aşağı Nemətabad bələdiyyəsi; 3) Binələr və Güvəkənd bələdiyyələrinin əhatə etdiyi Binələr, Davudlu, Əmirarx və Güvəkənd kəndlərində Güvəkənd bələdiyyəsi; 4) Birinci Aral və Xosrov bələdiyyələrinin əhatə etdiyi Birinci Aral, Xosrov, İkinci Aral və Sadavat kəndlərində Xosrov bələdiyyəsi; 5) Cardam və Kotanarx bələdiyyələrinin əhatə etdiyi Cardam, Kotanarx və Nehrəxəlil kəndlərində Kotanarx bələdiyyəsi; 6) Dəhnəxəlil və Yuxarı Ağcayazı bələdiyyələrinin əhatə etdiyi Türyançay qəsəbəsində və Aşağı Ağcayazı, Dəhnəxəlil, Yuxarı Ağcayazı kəndlərində Dəhnəxəlil bələdiyyəsi; 7) Eymur və Qaradeyin bələdiyyələrinin əhatə etdiyi Ağcaqovaq, Eymur, Ərəbşəki və Qaradeyin kəndlərində Eymur bələdiyyəsi; 8)
[Show full text]