Oxumaq Üçün Dəvət Olunmuş, 1961- Ci Ildə Isə Universitetdə Dil Və Ədəbiyyat Üzrə Aparıcı Mütəxəssis Kimi Fəaliyyətini Daha Da Genişləndirmişdir
Total Page:16
File Type:pdf, Size:1020Kb
Elmi redaktor: tarix elmləri doktoru, professor Musa QASIMLI Elnur MƏMMƏDLİ. Azərbaycan-Böyük Britaniya münasibətləri (1991-2003), Bakı, Adiloğlu, 2003. Kitab Azərbaycan Respublikasının müasir xarici siyasətinin əsas istiqamətlərindən olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə münasibətlərə həsr edilmişdir. Əsərdə A.zərbaycan və Böyük Britaniya əlaqələri tarixinə toxunulmuş, ikitərəfli siyasi, iqtisadi və humanitar münasibətlərin mövcud durumu v-> perspektivləri tədqiq olunmuşdur. Kitab .bevnalxalq münasiOətfer' uzrə mütəxəssislərə, o cümlədən ali məktəb müəllimləri, tələbələri və eeniş, oxucu kütləsi üçün nəzərdə tutulur. ,, 4719121574 ., M ---------------- sıtanşb 121-2003 © ELNUR MƏMMƏDLİ KİTABIN IÇINDƏKILƏR GİRİŞ .......................................................................................................... 5 BİRİNCİ FƏSİL AZƏRBAYCAN-İNGİLTƏRƏ ƏLAQƏLƏRİ TARİXİNDƏN ........................... 13 İKİNCİ FƏSİL AZƏRBAYCAN-BÖYÜK BRİTANİYA SİYASİ MÜNASİBƏTLƏRİ 2.1 İkitərəfli siyasi münasibətlərin qurulması və inkişafı ............... 21 2.2 Parlamentlərarası əlaqələr ......................................................... 37 2.3 Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə Birləşmiş Krallığın münasibəti ................................................. 45 ÜÇÜNCÜ FƏSİL AZƏRBAYCAN VƏ BÖYÜK BRİTANİYA ARASINDA İQTİSADİ VƏ HUMANİTAR MÜNASİBƏTLƏR 3.1 Energetika sahəsində əməkdaşlıq ............................................. 62 3.2 İqtisadiyyatın digər sahələrində əməkdaşlıq ............................. 86 3.3 Azərbaycan-İngiltərə humanitar (elmi-mədəni) əlaqələri ....... 103 DÖRDÜNCÜ FƏSİL İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİN PROBLEMLƏRİ VƏ PERSPEKTİVLƏRİ 4.1 Strateji tərəfdaşlıq və problemlər ............................................ 120 4.2 Azərbaycan-Böyük Britaniya münasibətlərinin perspektivləri .......................................................................... 127 NƏTİCƏ ............................................................................................... 132 AZƏRBA YCAN RESPUBLİKASI İLƏ BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞI ARASINDA İMZALANMIŞ SAZİŞLƏR ................................ 143 SUMMARY ............................................................................................. 145 BİBLİOQRAFİYA ................................................................................... 152 CONTENTS INTRODUCTION ..................................................................................... 5 FIRST CHAPTER HISTORY OF AZERI-ENGLISH RELATIONS ............................ 13 SECOND CHAPTER AZERBAIJAN-BRITISH POLITICAL RELATIONS 2.1 Establishment and development of bilateral relations ..............21 2.2 Inter-Parliamentary relations ....................................................37 2.3 United Kingdom’s relation to Armenian military aggression against Azerbaijan ...................................................45 THIRD CHAPTER AZERBAIJAN-BRITISH ECONOMIC AND HUMANITARIAN RELATIONS 3.1 Cooperation on energetic sphere ...............................................62 3.2 Cooperation on other spheres of economy ...............................86 3.3 Azerbaijan-English humanitarian (scientific-cultural) relations ................................................... 103 FOURTH CHAPTER PROBLEMS AND PERSPECTIVES OF BILATERAL RELATIONS 4.1 Strategic partnership and problems ......................................... 120 4.2 Perspectives of Azerbaijan-British relations .......................... 127 CONCLUSION ....................................................................................... 132 AZERRBAIJAN-UNITED KINGDOM AGREEMENTS. ........................ 143 SUMMARY ............................................................................................. 145 BIBLIOGRAPHY .................................................................................... 152 GİRİŞ Başa vurduğumuz iyirminci yüzilliyin sonu dünya tarixinə mühüm beynəlxalq hadisələr - “soyuq müharibə”nin başa çatması, sosialist blokunun və Varşava Müqaviləsi Təşkilatının dağılması, yeni müstəqil dövlətlərin yaranması ilə daxil olmuşdur. Xalqımız da həmin proseslərdən kənarda qalmayaraq bir əsrdə artıq ikinci dəfə öz istiqlaliyyətini qazanmışdır. 1991- ci il avqustun 30-da Ali Sovetin növbədənkənar sessiyası “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannaməni qəbul etmiş,' oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur.^ Müstəqil Azərbaycan dövləti çətin olsa da xarici siyasətini artıq özü həyata keçirməyə başlamışdır. Tezliklə, 1991-ci il noyabnn 11-də Türkiyə Cümhuriyyəti ilk dövlət olaraq Azərbaycanın müstəqilliyini tannmş,^ dekabrın 8-də respublikamız beynəlxalq təşkilatardan ilkin olaraq İslam Konfransı Təşkilatına, 1992-ci il martın 2-də isə Birləşmiş Millətlər Təşkilatına daxil olmuşdur. Azərbaycan Respublikası beynəlxalq və regional inteqrasiyaya qoşulmaq prosesinə faktiki olaraq sıfırdan başlaımşdır. Dövlət müstəqilliyimizin bərpası xarici siyasət sahəsində bir çox vəzifələr irəli sürmüşdür. Azərbaycan xarici siyasət sahəsində dünyanın bütün ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı münasibətlər yaratmaq siyasəti elan etmişdir. Bu zaman dövlətimizin milli maraqları, siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin tarixi təcrübəsi, müasir siyasi və iqtisadi reallıqlar, hansı qrup ölkələrin dünya siyasətinə necə təsir etməsi ön plana çıxmışdır. Azərbaycan Respublikasının müasir xarici siyasətinin əsas istiqamətlərindən biri Avropa ölkələri, xüsusilə də Avropa İttifaqına daxil olan dövlətlər ilə münasibətlərdir. Hal hazırda 3,2 milyon km2 ərazini əhatə edən, təqribən 380 milyon nəfər əhalisi, vahid iqtisadi məkanı və vahid valyutası olan Avropa İttifaqı dünyanın iri siyasi və iqtisadi mərkəzidir.^ Həmin istiqamətin həyata keçirilməsində məqsəd respublikamızın suverenliyini möhkəmləndirmək, müstəqil dövlət quruculuğu üçün əlverişli beynəl xalq şərait yaratmaq, respublikamızın azad bazar iqtisadiyyatı və demokratiya yolu ilə inkişafına kömək etmək və onu sivil dövlətlər cərgəsinə çıxarmaqdır. Bu baxımdan Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə münasibətləri respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Böyük Britaniya Avropa qitəsinin şimal-qərb hissəsində Britaniya adalarında yerləşir. Birləşmiş Krallığın tərkibinə Böyük Britaniya adası, İrlandiya adasının şimal hissəsi, Anqlsi, Uayt, Orkney, Hebrid, Şetland adaları və bir sıra kiçik adalar daxildir. Ölkənin sahəsi 244,1 min km^, əhalisi 60 milyon nəfərdən artıq, paytaxtı London (təqribən 8 milyon nəfər) şəhəridir. İngilis kanalı (La-Manş) və Duvr (Pa-de-Kale) boğazı Böyük Britaniyanı Fransa və Belçikadan, Şimal dənizi Niderland, Almaniya, Danimarka, İsveç və Norveçdən, İrlandiya dənizi və Müqəddəs Georq boğazı isə İrandiya Respublikasından ayırır. Ölkə qərbdə Atlantik okeanı ilə həmsərhəddir. Birləşmiş Krallıq dörd tarixi-coğrafi vilayətdən - İngiltərə (sahəsi - 130,4 min km^: 39 qraflıq və 6 metropoliten qraflıq), Uels (20,8 min km^: 8 qraflıq), Şotlandiya (77 min km^: 9 region və 3 ada ərazisi) və Şimali İrlandiyadan (13,5 km^: 26 dairə) ibarətdir. Böyük London xüsusi inzibati vahiddir. Men adası və Kanal (Normand) adaları yüksək müxtar ərazi olmaqla onların müdafiəsi və beynəlxalq əlaqələrini Böyük Britaniya hökuməti həyata keçirir. Birləşmiş Krallıq əvvəllər Britaniya imperiyasına daxıl olan dövlətlərin Millətlər Birliyinə (54 dövlət) başçılıq edir. Ölkənin rəsmi dili ingilis dili, pul vahidi funt sterlinqdir. Böyük Britaniya qədim tarixə malikdir. İngiltərə ərazisində ilk insanlar erkən və orta Paleolit dövründə yaşamışdır. Tunc və erkən Dəmir dövrlərində (miladdan əvvəl 800-700-cü illər) qitədən Böyük Britaniya ərazisinə keltlər köçüb gəlməyə başlamış, sonralar isə bu ərazi yerli əhalinin əsas kütləsini təşkil edən kelt tayfası - britlərin adı ilə Britaniya adlandırılmışdır. M.ə. 55-54-cü illərdə Yuli Sezar Britaniyaya yürüşlər etmiş, eramızın 60-cı illərində isə bu ərazi Roma imperiyasının tabeliyi altına keçmişdir. V-VII yüzilliklərdə şimali german tayfaları - anqllar, sakslar, yutlar və frizlər Britaniyanı işğal edərək, burada bir sıra erkən feodal krallıqları yaratmışdılar. Doqquzuncu yüzillikdə ölkənin əksər ərazisi vahid dövlətdə birləşmiş, sonradan bu dövlət anqlla- nn adı ilə İngiltərə (England, latınca “Anglia” sözündən) adlandırılmışdır. 1066-cı ildə Noramandiya hersoqu Fateh Yilhelmin İngiltərəni işğal etməsi Böyük Britaniyada feodal münasibətlərinin bərqərar olması prosesini başa çatdırmışdır. 1215-ci ildə kral Con feodalların mənafeyini əks etdirən Böyük Azadlıqlar Xartiyasını (Magna Carta) imzalamışdır. 1265-ci ildə isə İngiltərə parlamenti (XIV yüzillikdən ikipalatah) yaranmışdır. Yüzillik müharibədə (1337-1453) Fransaya məğlub olduqdan sonra İngiltərədə hakimiyyət üstündə rəqabət aparan iki sülalə - Yorklar və Lankasterlər arasında müharibə (1455-1483) olmuşdur. XV-XVI yüzilliklərdə ilkin kapital yığımı dövründə aqrar sahədə edilən irəliləyişlər kapitalist münasibətlərinin meydana gəlməsinə və sürətli inkişafına şərait yaratrmşdır. Kraliça I Yelizavetanm (1558-1603) hakimiyyəti dövründə dövlətin mərkəzləşdirilməsi xeyli güclənmiş, protestantizm qəti bərqərar olmuşdur. 1588-ci ildə İspaniyanın “Məğlubedilməz armada”smı məğlub etdikdən sonra İngiltərə başlıca dəniz dövlətləri sırasına çıxrmşdır. XVII əsrdə baş vermiş böyük tarixi hadisələr (vətəndaş müharibəsi, respublika dövrü, monarxiyanın bərpası, Şanlı inqilab və s.) nəticəsində